Bazar günü günü, 29 noyabr 2026
     

Yeni dünya müharibəsi təhlükəsi Ukraynada getdikcə güclənir

Image


Dünyanın siyasi gündəmində yenidən xüsusi diqqət mərkəzində yar alan hadisələrdən biri də Ukraynanın şərqində baş verənlərdir. Məsələ burasındadır ki, son günlərdə burada nisbətən qorunan atəşkəs yenidən şiddətli şəkildə pozulur. Eyni zamanda Rusiyanın bölgəyə əlavə hərbi qüvvələr yeritməsi Qərbdə böyük narahatlıq və narazılıqla qarşılanır. Ukrayna isə bu şəraitdə NATO-nun proseslərə qəti müdaxilə etməsini istəyir.
ATƏT müşahidəçiləri separatçıların nəzarəti altında olan Ukraynanın şərq bölgəsində ağır silahlar və tanklardan ibarət hərbi konvoyu müşahidə etdiklərini bəyan ediblər. Rəsmi Kiyev isə Moskva hökumətini Rusiya tərəfdarı üsyançılara dəstək məqsədilə 30-dan çox tank və yük göndərməkdə ittiham edib. Bu fonda Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmeyer Ukraynanın şərqində vəziyyətin yenidən ciddiləşdiyini bildirib. Ukrayna dövlət başçısı Petro Poroşenko isə "Tvitter" səhifəsində yeni dünya müharibəsinin məhz Ukraynadan başlaya biləcəyini istisna etməyib: "Mən müharibəni başa çatdırmaq və heç kimə üçüncü dünya müharibəsinə başlamaq şansını verməmək istəyirəm. 96 il əvvəl birinci dünya müharibəsi başa çatdı. Mən müharibəyə son qoymaq istəyirəm. Heç kimə üçüncü dünya ağılsızlığını başlamağa imkan verməyəcəm". Lakin bölgəyə aktiv şəkildə yeni hərbi texnikanın cəmləşdirilməsi tamam fərqli vəziyyət yaradır. Ukraynalı hərbi ekspertlər Rusiyanın Donbas hövzəsinə böyük miqdarda hərbi texnika və canlı qüvvə yerləşdirməkdə davam etdiyini və yeni hərbi əməliyyatlara hazırlaşdığını iddia edir. ATƏT Ukrayna Xüsusi Müşahidə Missiyası da Rusiyadan Ukraynaya daxil olan humanitar yük karvanlarında minaatan və çoxlüləli raket qurğuları sistemləri olduğunu bildirib. Eyni zamanda, bölgəyə rus hərbçilərinin də yeridildiyi vurğulanır.
Baş verənlərə Qərbdən sərt reaksiya nümayiş etdirilir. NATO-nun baş katibi Yens Stoltenberq də Rusiya qoşunlarının Ukrayna sərhədlərinə doğru hərəkət etdiyini bəyan edib: "Biz Rusiya qoşunlarının Ukrayna sərhədlərinə doğru necə yaxınlaşdığını görürük". NATO baş katibinin sözlərinə görə, Rusiya separatçıları əvvəlki kimi dəstəkləyir, onlara təlim keçir və hərbi avadanlıqla təchiz edir. Bundan əlavə, Yens Stoltenberq bildirib ki, Şərqi Ukrayna ərazisində Rusiya xüsusi xidmət orqanlarının çoxsaylı əməkdaşları var. Avropa Birliyinin xarici əlaqələr üzrə rəsmisi Federika Moqerini də Rusiyadan hərbi qüvvələrini geri çəkməyi və bu ölkədəki separatçı dəstələrə silah göndərməyi dayandırmasını tələb edib. O, ATƏT müşahidəçilərinin Rusiya sərhədindən Ukraynaya çoxlu sayda ağır silahlar, tank və hərbçilərin keçdiyi ilə bağlı hazırladıqları hesabatların narahatlıq doğurduğunu bildirib:
"Rusiyaya ordusunu Ukraynadan geri çəkmək, separatçılara Minsk danışıqlarının şərtlərini yerinə yetirməsi üçün təzyiq göstərməsi ilə bağlı çağırış edirəm". Xatırladaq ki, Avropa Birliyi ölkələrinin xarici işlər nazirləri noyabrın 17-də Rusiyaya qarşı yeni sanksiyaların qəbulu məsələsinə baxacaq. Federika Moqerininin sözlərinə görə, Ukraynadakı vəziyyət Avropa Birliyi və NATO-nun gündəliyində prioritet məsələ olmalıdır. Moqerini bildirib ki, Rusiyanın hərəkətlərinə sərt və qətiyyətli reaksiya lazımdır. ABŞ Dövlət Departamentinin rəsmisi Cen Psaki də eyni mövqe sərgiləyir: "Rusiya separatçıları silahlandırır. Moskva Ukraynaya qarşı bu siyasətindən imtina etməsə, daha böyük bədəl ödəməli olacaq". Psaki Vaşinqtonun Rusiyanın Ukraynanın şərqində apardığı siyasəti pislədiyini, Donetskə əlavə hərbi texnikaların göndərildiyini xatırladıb.
Lakin Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirir ki, Ukraynada rusiyalı hərbçilər yoxdur : "Hətta ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Cen Psaki Dövlət Departamentinin də belə bir məlumata malik olmadığını bildirib". "Rusiya Ukraynanın cənub-şərqində atəşkəs elan edilməsi barədə razılaşmaya hörmət edirmi" sualına cavabında isə Lavrov bildirib ki, bu məsələni birbaşa münaqişə tərəfləri həll etməlidir: "Razılaşma üsyançılarla Ukrayna hökuməti arasında imzalanıb, bu prosesi onlar da tamamlamalıdır". Lakin Moskva rəsmilərinin bütün açıqlamalarına baxmayaraq, bölgədə vəziyyə gərginləşir. Ukrayna Müdafiə İslahatları Mərkəzinin rəhbəri Aleksandr Danilyuk bunu belə şərh edir ki, Vladimir Putin Ukraynada sülhməramlı qismində öz qoşunlarını qanuniləşdirmək istəmir, çünki ona əsl müharibə lazımdır. Danilyuk Putinin sülhməramlılardan istifadə edərək münaqişəni dondurmaq istədiyini bildirib: "Rusiya Donbas ərazisində deyil, ancaq öz ərazisində genişmiqyaslı hücumlara bəraət qazandırmaq üçün açıq müharibə elan edəcək. Kreml Ukraynada terror aktları törədəcək. Nəticədə Putinin əlinə imkan düşəcək ki, Ukraynanın öz ərazisini müdafiə etmədiyini, əksinə, hərbi təcavüzə yol verdiyini qeyd etsin". Beləliklə, Ukraynanın şərqində baş verənlər ciddi təhdid mənbəyi olaraq qalmaqda davam edir. Bu isə hətta yeni dünya müharibəsinə də gətirib çıxara bilər.






VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

29.11.2026 / 16:24
Ukrayna cəbhədə atəşkəsə razıdır, amma bir şərtlə – Zelenskidən Putin və Trampa mühüm mesaj...

29.11.2026 / 16:07
Ukrayna Rusiyanın neft zavodlarını sıradan çıxarır – Moskva yanacaq çatışmazlığını gizlədə bilmədi...

29.11.2026 / 15:36
İran ABŞ hədəflərini Maskın peyk internetinin köməyi ilə vurub – “Starlink”lə bağlı SENSASİON İDDİA...

29.11.2026 / 13:19
Yaxın Şərqdə hərbi fəallıq artır – Pakistan Səudiyyəyə qoşun göndərdi...

29.11.2026 / 12:34
Hörmüz boğazında iki neft tankeri minaya düşdü – gəmilərdə yanğın başladı...

29.11.2026 / 11:21
Tehran müharibənin coğrafiyasını genişləndirməklə hədələdi – İrandan Vaşinqton və Təl-Əvivə mesaj...

29.11.2026 / 09:15
Pirallahıda oğurluq edən keçmiş məhkumlar saxlanıldı

29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…

29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” - "Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ