Bazar günü günü, 29 noyabr 2026
     

Azərbaycan Ermənistanı "status-kvo dalanına" dirəyib

Image


Elşən Mustafayev: "Azərbaycan tərəfinin uzun illərdən bəri status-kvonun dəyişdirilməsi ilə bağlı dedikləri artıq bütün dünya tərəfindən qəbul edilməyə başlayıb"

"Təbiidir ki, belə olan təqdirdə onlar Ermənistanı geriyə addım atmağa məcbur edəcək"

Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan yüksək səviyyəli rəsmi danışıqların hansı nəticəyə gətirib çıxaracağı indi siyasi dairələrdə xüsusi müzakirə mövzusudur. Bu ilin mayından - Fransa prezidenti Fransua Ollandın Cənubi Qafqaza səfərindən sonra Paris görüşü gündəmdə idi.
Bundan əvvəl isə Azərbaycan və Ermənistan prezidentləri ABŞ və Rusiyanın təşəbbüsü ilə bir araya gəlmişdilər. Növbəti belə təşəbbüsün müəllifi Fransa oldu. Dövlət başçılarının üçtərəfli görüşündə əsas diqqət münaqişənin hazırkı vəziyyətinə, bu istiqamətdə dinamikaya nail olmaq üçün atılacaq addımlara yönəldi.
Həmin görüşdə Fransa prezidenti hazırkı status-kvonun qəbuledilməz olduğunu vurğulayıb. Rəsmi Paris irəliləyişə nail olmaq üçün böyük sülh sazişinin tərtib edilməsinə başlanmasını da təklif edib. Xatırladaq ki, status-kvonun qəbuledilməz olmasını Azərbaycan tərəfi də dəfələrlə gündəmə gətirib. Lakin Ermənistanın indiki mövqeyi status-kvonun dəyişməsinə imkan vermir. İndiki vəziyyətdə isə Qərb ölkələri tərəfindən status-kvonun dəyişməsinin qəti şəkildə gündəmə gətirilməsi və hətta Rusiyanın da bu mövqedən çıxış etməsi vəziyyəti dəyişə bilər. Yəni proseslər Ermənistanı mövqeyində dəyişikliyə vadar etmək iqtidarındadır. Hər halda, prezidentlərin növbəti görüşünə qədər bu məsələdə hansı dəyişikliyin olacağı özünü qabarıq büruzə verəcək.
Ollanddan əvvəl ən yüksək səviyyəli Avropa rəsmiləri də mövcud status-kvonun dəyişməli olduğunu vurğulayıb.
Artıq Azərbaycan status-kvonu dəyişməyin vacib olduğunu dünyaya həzm etdirə bilib.
Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin birgə təsis etdikləri Qarabağ Araşdırmalar Mərkəzində ali məktəb tələbələri üçün "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: tarixi kökləri, mərhələləri və həlli perspektivləri" proqramı üzrə növbəti qısamüddətli kurslara yekun vurulub.
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri, professor Əli Həsənov kursların sonuncu günündə tələbələr qarşısında "Münaqişənin nizama salınması istiqamətində aparılan danışıqlar prosesində Azərbaycan dövlətinin mövqeyi" mövzusunda mühazirə ilə çıxış edib.
Professor Ə.Həsənov Ermənistanın təcavüzkar siyasətindən, münaqişənin nizama salınması prosesində qeyri-konstruktiv mövqeyindən danışıb. Prezident Administrasiyasının şöbə müdiri deyib: "Ermənistan çalışır ki, bu məsələni maksimum dərəcədə uzatsın və status-kvo dəyişməz olaraq qalsın. Minsk Qrupunun həmsədr ölkələrinin dövlət başçıları dəfələrlə bəyan ediblər ki, status-kvo qəbuledilməzdir, dəyişdirilməlidir. Status-kvonun dəyişdirilməsi işğal olunmuş torpaqların əslində azad edilməsi deməkdir".
Ermənistanın son davranışları isə məsələnin onlar üçün hansı təhlükəli fazaya qədəm qoyduğunu büruzə verir. Ermənistan cəmiyyəti təşviş içindədir. İqtidar müxalifəti onlara təzyiq etməyə sövq edir. Əhalinin status-kvonun dəyişməsindən narahat olduğu haqda saxta rəy formalaşdırılır. Beynəlxalq birlik tərəfindən də dəyişməsinin vacib olduğu vurğulanan məsələ ətrafında Ermənistan dirəniş göstərir. Cənab Əli Həsənov isə məsələni tam aydın şəkildə ifadə edib. Bu səbəbdən də ermənilər prosesdən yayınmaq istəyir. Beynəlxalq birlik status-kvonun dəyişməsi üçün nə etməlidir?
Azərbaycan Milli İstiqlal Partiyasının beynəlxalq məsələlər üzrə sədr müavini Elşən Həsənovun sözlərinə görə, artıq bu məsələdə "bıçaq sümüyə dirənib": "Azərbaycan tərəfinin uzun illərdən bəri status-kvonun dəyişdirilməsi ilə bağlı dedikləri artıq bütün dünya tərəfindən qəbul edilməyə başlayıb. Bu il danışıqlarda canlanma hiss edilir. Müşahidələr göstərir ki, dünyada dəyişən geopolitik dəngələrin fonunda həmsədr ölkələr formalizmdən uzaq çeviklik ortaya qoyur. Bu il hər üç həmsədr ölkə münaqişə tərəflərinin görüşməsində aktivlik göstərdi. Görünən budur ki, proseslər həmsədrlər tərəfindən birgə koordinasiya edilir. Hansısa irəliləyişin olacağı ilə bağlı nikbin bəyanatlar verilir. Bunun üçün də birinci düstur status-kvonun dəyişdirilməsidir. Belə mexanizmin tətbiqilə bağlı zərurəti hətta siyasətdən dərin anlayışı olmayanlar da bilir. Təbiidir ki, bu, ermənilərə sərf etmir. Onlar müxtəlif bəhanələrlə bundan yayınmaq istəyir. Ancaq düşünmürəm ki, Ermənistan bu imitasiyası ilə nəyəsə nail ola bilsin. Dünyadakı reallıqlar da status-kvonun yenilənməsini diqtə edir. Bizim bu məsələ ilə bağlı etdiklərimiz kifayətdir. Aparılan həmin təbliğatın nəticəsidir ki, indi Ermənistan dalana dirənib. Həmsədr ölkələrin status-kvo ilə bağlı ortaq fikrinin olduğu təəssüratı yaranıb. Təbiidir ki, belə olan təqdirdə onlar Ermənistanı geriyə addım atmağa məcbur edəcək".
Bu arada qeyd edək ki, Azərbaycanın işğal olunmuş torpaqlarında yaradılan separatçı qurumun müstəqil dövlət kimi tanınması məsələsi yenidən Ermənistan parlamentində müzakirə olunarkən bu təşəbbüs deputatlar arasında ciddi fikir ayrılıqları və mübahisələrə səbəb olub. Ermənistan Milli Konqresinin parlament fraksiyasının sədri Levon Zurabyan bildirib ki, Dağlıq Qarabağın Ermənistan tərəfindən tanınması vaxtından əvvəl atılmış addım olardı. O deyib ki, bu, Ermənistanın danışıqlardan birtərəfli çıxması mənasına gələ bilər: "Bu isə danışıqları poza, Ermənistanın təcridinə gətirib çıxara bilər və hərbi əməliyyatların bərpası təhlükəsini artırar".
L.Zurabyan əlavə edib ki, Dağlıq Qarabağın möhkəmlənməsi iqtisadi resursların yaradılması ilə mümkündür.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

29.11.2026 / 16:24
Ukrayna cəbhədə atəşkəsə razıdır, amma bir şərtlə – Zelenskidən Putin və Trampa mühüm mesaj...

29.11.2026 / 16:07
Ukrayna Rusiyanın neft zavodlarını sıradan çıxarır – Moskva yanacaq çatışmazlığını gizlədə bilmədi...

29.11.2026 / 15:36
İran ABŞ hədəflərini Maskın peyk internetinin köməyi ilə vurub – “Starlink”lə bağlı SENSASİON İDDİA...

29.11.2026 / 13:19
Yaxın Şərqdə hərbi fəallıq artır – Pakistan Səudiyyəyə qoşun göndərdi...

29.11.2026 / 12:34
Hörmüz boğazında iki neft tankeri minaya düşdü – gəmilərdə yanğın başladı...

29.11.2026 / 11:21
Tehran müharibənin coğrafiyasını genişləndirməklə hədələdi – İrandan Vaşinqton və Təl-Əvivə mesaj...

29.11.2026 / 09:15
Pirallahıda oğurluq edən keçmiş məhkumlar saxlanıldı

29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…

29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” - "Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ