Bazar günü günü, 29 noyabr 2026
     

Valyuta ehtiyatlarımızda rublun payı azala bilər

Image


Şimal qonşumuzun valyutası ilə bağlı baş verən hadisələr Azərbaycanın aldığı rublla bağlı indidən müəyyən qərarlar qəbul etməsini gündəmə gətirir. Xatırladaq ki, Azərbaycan valyuta ehtiyatlarının tərkibinə rus rublu da daxil edib. Lakin rublun sürətlə ucuzlaşması həm alınan rus valyutasını, həm də bəzi rus şirkətlərinin səhmlərinə yatırılan pulları sürətlə dəyərdən salır.
Xatırladaq ki, Neft Fondu 2011-ci ildə investisiya siyasətinə edilmiş dəyişikliyə uyğun olaraq 2012-ci ildən rus rublunu alaraq valyuta ehtiyatına daxil edib. Hazırda Fondun ehtiyatlarında rublun payı 2,07%-dir. Eyni zamanda, Fond Rusiyanın ikinci ən böyük bankı olan VTB bankının 500 milyon dollarlıq səhmlərini alıb. Banka tətbiq edilən sanksiya nəticəsində səhmlər ucuzlaşıb. Həm VTB bankın səhmlərinin ucuzlaşması, həm də rublda olan aktivlərin dəyərsizləşməsi Neft Fondunu zərərə salır. Bu proses davam edəcəyindən, hesab olunur ki, Azərbaycan aldığı və valyuta ehtiyatlarına daxil etdiyi rus rublunu başqa valyuta, yaxud da qızıla dəyişməlidir. Çünki rublun çöküşü sürətlənir. "Finam Menecment İnvestisiya" şirkətinin icraçı direktoru Nikolay Solabuto hətta iddia edir ki, 2015-ci ilin martında dollar 200 rubl olacaq. Onun sözlərinə görə, rublun dəyərdən düşməsinin əsas səbəbi Qərbin Rusiyaya qarşı sanksiyaları və neftin qiymətinin ucuzlaşmasıdır: "Ən çətin dövrümüzü yeni ilə qədər yaşayacağıq. Yeni ildən sonra iqtisadiyyat özünü bərpa edəcək. Bu ilin dekabrına kimi 1 dollar 50 rubla dəyişdiriləcək. 2015-ci ilin ilk rübündən isə Amerika valyutasının dəyəri artacaq". Xatırladaq ki, hazırda 1 dollar 49 rubla dəyişdirilir. Oktyabr ayında rublu dəstəkləmək üçün 30 milyard dollar xərclənsə də, ortada bir nəticənin olmaması səbəbindən Rusiya Mərkəzi Bankı intervensiyanı gündəlik 350 milyon dollara endirdi. Bu qərardan sonra bazarlarda yaşanan narahatlıq rublun məzənnəsinin daha sürətlə düşməsinə və ilin əvvəlindən 25 faiz dəyər itirməsinə gətirib çıxarıb. Rusiyada inflyasiya da sürətlə yüksəlməyə başlayıb. Hazırda ölkədə inflyasiya nisbəti 8 faizdir. Bəzi mütəxəssislər rəqəmin 2015-ci ilin əvvəlinə 10 faizə çatacağını deyir. Rusiya ilə bağlı daha bir məqam Mərkəzi Bankın 2015-ci ildən valyuta dəhlizindən imtina edəcəyidir. Onu da qeyd edək ki, hazırda valyuta səbətinin 55 faizi dolların, 45 faizi avronun payına düşür.
Rublun məzənnə itkisinə münasibət bildirən iqtisadçı-ekspert Vüqar Bayramova görə, rublun məzənnəsinin dollara nisbətən kəskin aşağı düşməsi Rusiyada yaxın zamanlarda "qara günlərin" yaşanacağına mesajdır: "Kremlin sərgilənən nikbinliyinə baxmayaraq, Rusiya iqtisadiyyatında vəziyyət heç də əminlikdən xəbər vermir. Sanksiyalardan sonra 200 milyard dollar investisiyadan mərhum olan şimal qonşumuz neftin dünya bazar qiymətinin azalması fonunda yeni reallıqla üz-üzədir: dünya iqtisadiyyatının yarısına nəzarət edən alyansla qarşıdurma nəinki asan deyil, hətta onun ciddi "iqtisadi və siyasi xərcləri" var. Rusiyanın dünya iqtisadiyyatında payı 2.5 faizdir. ABŞ-ın payı isə 22 faizdən çoxdur. Avropa Birliyinin payı da bir o qədərdir. Bu o deməkdir ki, dünya iqtisadiyyatının 45 faizi Rusiyanın bu gün qarşıdurmaya getdiyi ABŞ və Avropa Birliyinin payına düşür. ABŞ və Avropanın müttəfiqlərini də nəzərə alsaq, Rusiya qarşıdurmaya getməklə dünyanın böyük əksəriyyəti ilə üz-üzə qalır. Ona görə də, dünya iqtisadiyyatında birrəqəmli payla digər qütblə mübarizə aparmaq və qalib gəlmək mümkün deyil. Bu, Rusiyanı çıxılmaz vəziyyətə sala bilər". İqtisadçı qeyd edir ki, yaxın zamanda Rusiyanın bir neçə iri şirkətinin müflis olacağını müşahidə edəcəyik: "Rusiyanın böyük şirkətlərinin investisiyalarının azalması proqnozlaşdırılır. Yaxın zamanda rublun məzənnəsinin və neftin qiymətinin azalması fonunda Rusiyanın bir neçə iri şirkətinin müflis olacağı və ciddi şəkildə zərərlə işləyəcəyini müşahidə edəcəyik". Ekspert bütövlükdə Rusiya iqtisadiyyatında baş verən son makroiqtisadi dəyişikliklərin gələn ilin yazında Rusiyanın defolt təhlükəsi ilə üz-üzə qalması ehtimalını gücləndirdiyini vurğulayır: "Neftin dünya bazar qiymətindəki azalma tendensiyası davam edərsə, o zaman şimal qonşumuz yeni ilə ciddi başağrısı ilə daxil ola bilər".
Digər ekspertlər də vurğulayır ki, rublun hər keçən gün dəyərsizləşməsi Rusiyanın defolta getməsi ilə bağlı fikirlərin reallığa çevrilməsini istisna etmir. Hazırda rublun devalvasiyası gündəmdədir və hökumət bunu istisna etmir. Maraqlıdır ki, Rusiya Mərkəzi Bankı hələ proseslərə ciddi müdaxilə etmir. Bütün bunlar ölkəmizə də təsirsiz ötüşmür. Yuxarıda qeyd olunanlarla yanaşı, rublun ucuzlaşması Azərbaycanın ixrac potensialını zəiflədir. Milli valyutamızın məzənnəsi dollara hədəflənib və dolların digər valyutalara qarşı mövqeyi manatın mövqeyini şərtləndirir. Yəni dollar rubla nəzərən bahalaşdıqca manat da həmin valyutaya qarşı bahalaşır. Nəticədə Rusiya bazarlarına ixrac etdiyimiz məhsullar bahalaşır ki, bu da onların rəqabət qabiliyyətini aşağı salır. Bütün bunlar isə rubl ucuzlaşdıqca bu ölkəyə ixracımızda problem yaranacağını istisna etmir.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

29.11.2026 / 16:24
Ukrayna cəbhədə atəşkəsə razıdır, amma bir şərtlə – Zelenskidən Putin və Trampa mühüm mesaj...

29.11.2026 / 16:07
Ukrayna Rusiyanın neft zavodlarını sıradan çıxarır – Moskva yanacaq çatışmazlığını gizlədə bilmədi...

29.11.2026 / 15:36
İran ABŞ hədəflərini Maskın peyk internetinin köməyi ilə vurub – “Starlink”lə bağlı SENSASİON İDDİA...

29.11.2026 / 13:19
Yaxın Şərqdə hərbi fəallıq artır – Pakistan Səudiyyəyə qoşun göndərdi...

29.11.2026 / 12:34
Hörmüz boğazında iki neft tankeri minaya düşdü – gəmilərdə yanğın başladı...

29.11.2026 / 11:21
Tehran müharibənin coğrafiyasını genişləndirməklə hədələdi – İrandan Vaşinqton və Təl-Əvivə mesaj...

29.11.2026 / 09:15
Pirallahıda oğurluq edən keçmiş məhkumlar saxlanıldı

29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…

29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” - "Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ