Bazar günü günü, 29 noyabr 2026
     

ABŞ-ın xarici siyasətində yeni sərt dönəm başlayır

Image


Dünyanın siyasi nizamının müəyyən olunmasında ABŞ-ın hələ də həlledici mövqedən çıxış edən dövlətlər sırasında yer aldığı danılmaz həqiqətdir. İndiki vəziyyətdə isə Birləşmiş Ştatlar dünya miqyasında daha sərt siyasi xəttin yürüdülməsi prosesinə start verə bilər. Ekspertlər hesab edir ki, bu hal, xüsusən Çin və Rusiyaya münasibətdə özünü göstərmək iqtidarındadır. Eyni zamanda Şimali Koreya, İran, Suriya və bəzi Şərq ölkələrinin də ABŞ-la daha gərgin münasibətlərin müşahidə olunduğu dövrə qədəm qoyması gözlənir.
Bütün bunlara əsas səbəb isə sərt siyasi xətt yeritmələri ilə hər zaman seçilən Respublikaçıların ABŞ Konqresində üstünlüyü ələ almasıdır.
Xatırladaq ki, noyabrın 4-də qanunverici orqana keçirilən ara seçkilərinin nəticələrinə əsasən Respublikaçıların gələn ilin əvvəlində Senata nəzarət edəcəyi müəyyən edilib. Bu halda Barak Obama prezidentliyinin son iki ilində fərqli xarici siyasət kursu həyata keçirmək məcburiyyətində qalmalı olacaq. Xatırladaq ki, Obama və Demokratlar xarici siyasətdə daha yumşaq kursun tərəfdarıdır. Məsələ ilə bağlı Amerika Universitetinin eksperti Qay Ziv bildirir ki, Respublikaçıların Konqresin hər iki palatasına nəzarət etməsi prezidentin iki əsas xarici siyasət hədəfinə çatmasını çətinləşdirəcək: "Bu situasiya prezident Obamanın İranla nüvə danışıqlarında və İsrail-Fələstin sülh prosesində istədiyi nailiyyəti əldə etməsini çətinləşdirəcək. Təəssüf ki, bu məsələlərin hər ikisi illərdir Kapitolidə siyasi partiyalar arasında futbol topuna çevrilib".
Xatırladaq ki, İranla nüvə proqramı ilə bağlı danışıqlar bu ayın sonunda başa çatmalıdır. Beynəlxalq vasitəçilər İrana qarşı bəzi iqtisadi sanksiyaların yüngülləşdirilməsinin əvəzinə İranın atom fəaliyyətini məhdudlaşdırmasını təklif edirlər. Əksər Senat Respublikaçıları Tehrana hər hansı uran zənginləşdirilməsinə icazə verən sazişin qəbulunu mümkün saymır. Lakin Obamanın Konqresin razılığı olmadan sanksiyaları aradan qaldırmaq səlahiyyəti var. Kato İnstitutunun təhlilçisi Castin Loqan məsələ ilə bağlı "Amerikanın səsi"nə bildirir ki, Respublikaçılar İrana qarşı daha sərt şəkildə dursalar, bu situasiya dəyişə bilər: "Ehtimal var ki, böyük Respublikaçı dalğası və onların Senata nəzarəti İrana qarşı yeni sanksiyaların tətbiqinə yol açar. Lakin bu halda Konqres öhdəlik götürməlidir və bu, qanunda öz izini buraxmalıdır. Tarixən isə onlar bunu etməkdən çəkiniblər". Atlantik Şurası təşkilatının təhlilçisi Robert Manninq bildirir ki, Respublikaçı senator Con Makkeyn partiyasının ABŞ-ın Suriyada mötədil üsyançılara ləng dəstəyinə görə tənqidlərinə başçılıq edir və ABŞ-ın daha aktiv hərbi iştirakını dəstəkləyə bilər: "Mən düşünürəm ki, təhlükəsizlik baxımından senator Makkeyn Senatın Silahlı Qüvvələr Komitəsini ələ alacaq və bu addım müdafiə xərcləri və bizim Yaxın Şərq və digər yerlərdəki hərbi əməliyyatlarımızla bağlı mübahisə yaradacaq".
Xatırladaq ki, ABŞ Suriya üsyançılarına təlim və silahlandırma proqramları yaratsa belə, onun reallaşması istiqamətində istənilən addımlar atılmır. Lakin indi vəziyyət dəyişə bilər. Həmçinin, bu dəyişiklik Rusiya ilə münasibətdə də özünü göstərmək iqtidarındadır. Respublikaçıların bir çoxu Barak Obamanın Rusiyanın Ukraynaya müdaxiləsi və ABŞ-ın başçılığı ilə İraq və Suriyada İŞİD-lə mübarizə səylərini tənqid edir. İstisna deyil ki, ABŞ-ın Ukraynada, Rusiyada maraq toqquşması bundan sonra daha sərt xarakter alacaq. Məsələ ilə bağlı Dövlət Departamentinin mətbuat katibi Cen Psaki bildirib ki, ABŞ diplomatları, Konqresə kim nəzarət edirsə, onunla əməkdaşlıq edirlər: "Dövlət Departamenti bitərəf qurumdur və biz həm Demokratlar, həm də Respublikaçılarla işləyirik, ona görə də biz belə etməyə davam edəcəyik". ABŞ dövlət katibi Con Kerrinin işinə gəlincə, hələ seçki kampaniyası zamanı bəzi mətbuat orqanları Obama administrasiyası mənbələrindən sitat gətirərək bildirib ki, Kerrinin xarici siyasət prioritetləri prezidentin görüşləri ilə üst-üstə düşmədiyi üçün o, vəzifəsindən ayrıla bilər. Xatırladaq ki, xarici siyasətdə Kerri də sərt siyasətin tərəfdarıdır. Onun bu məsələdə mövqeyi Respublikaçılarla üst-üstə düşür. Bu səbəbdən Kerrinin vəzifədə qalması gözlənir.
ABŞ daxilində də bəzi məsələlər üzrə ziddiyyətlərin olması qaçılmaz sayılır. Nümayəndələr Palatasının spikeri Con Beyner artıq respublikaçıların idarə etdiyi Konqresin enerji və iş qanunları üzərində işləyəcəyini bildirib. O, hazırkı anın hökumətin nəticələrlə üzləşdiyi vaxt olduğunu deyib. Respublikaçılar Barak Obamanın sağlamlıq sığortası planı ilə bağlı mübahisələri qaldıra bilər.
Belə ki, bir çox Respublikaçı nümayəndə planın geriyə çəkilməsinə çağıraraq, hökuməti bir çox işlərə hədsiz müdaxilə etməkdə günahlandırıb. Bundan əlavə, prezident Ebola virusu böhranına cavabına görə hücuma məruz qala bilər. Həmçinin, Amerikanın iki siyasi partiyası arasında vergi və mühacirət siyasətlərində daimi fikir ayrılığı mövcuddur. Qeyd edək ki, ABŞ dövlət başçısı ilin sonunadək yeni mühacirət qanununa dair fərman imzalayacaq. Lakin Respublikaçılar yeni qanunun bir çox müddəaları ilə razılaşmır.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

29.11.2026 / 16:24
Ukrayna cəbhədə atəşkəsə razıdır, amma bir şərtlə – Zelenskidən Putin və Trampa mühüm mesaj...

29.11.2026 / 16:07
Ukrayna Rusiyanın neft zavodlarını sıradan çıxarır – Moskva yanacaq çatışmazlığını gizlədə bilmədi...

29.11.2026 / 15:36
İran ABŞ hədəflərini Maskın peyk internetinin köməyi ilə vurub – “Starlink”lə bağlı SENSASİON İDDİA...

29.11.2026 / 13:19
Yaxın Şərqdə hərbi fəallıq artır – Pakistan Səudiyyəyə qoşun göndərdi...

29.11.2026 / 12:34
Hörmüz boğazında iki neft tankeri minaya düşdü – gəmilərdə yanğın başladı...

29.11.2026 / 11:21
Tehran müharibənin coğrafiyasını genişləndirməklə hədələdi – İrandan Vaşinqton və Təl-Əvivə mesaj...

29.11.2026 / 09:15
Pirallahıda oğurluq edən keçmiş məhkumlar saxlanıldı

29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…

29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” - "Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ