Bazar günü günü, 29 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Moldovanın da bir hissəsi Rusiyaya qatılmaq üçün fəaliyyətə keçir
Tarix: 07.11.2014 / 03:51
Bölmə: Siyasət
Şimal qonşumuzun bəzi MDB ölkələrinə qarşı aqressiv fəaliyyətinin Ukrayna ilə sonuclanmayacağına dair verilən proqnozlar özünü tam doğruldur. Belə görünür ki, Ukrayna böhranı tam səngiməmiş Rusiya Moldovada gərgin situasiya yaratmağa başlayır. Bu dəfə də rus icması faktorundan istifadə ön planda yer alır. Xatırladaq ki, burada Moskvanın təməlini qoyduğu Dnesteryanı məsələsi var.
Məhz belə bir vaxtda Moldovadakı Rus İcmasının rəhbəri Valeri Klimenko şok açıqlamalarla çıxış edib. O, Rusiyanın tərkibinə qatılmaq niyyətlərini bəyan edib: "Moldovadakı parlament seçkilərindən sonra biz Moldovanın Rusiyanın tərkibinə qayıtması üçün referendum keçirməyə çalışacağıq". Valeri Klimenko Moldovada əhalinin əksəriyyətinin ölkənin Rusiyaya tabe olmasının tərəfdarı olduğunu deyib: "Bu, Moldovanın Rusiyanın tabeliyinə girməsi kimi qəbul edilməməlidir. O qayıdışdır. Çünki Moldova 200 il bizimlə birgə olub. Rumıniyanın tərkibinə daxil olsaq, hamımızı rumın deyib assimilyasiya edəcəklər. Rusiyanın tabeliyində isə Moldova Tatarıstan kimi hər şeyini qoruyacaq".
Həqiqətən də Moldovanın Rumıniya ilə birləşməsi məsələsi gündəmdədir və bu, Kremlin maraqlarına cavab vermir. Qeyd edək ki, Rumıniya prezidenti Trayan Besesku da "İki Rumıniya"nın yenidən birləşdirilməsi ideyası ilə məşhurdur. İkinci Rumıniya kimi o, məhz Moldovanı görür. Ancaq onun bu ideyasını Qaqauziya və Dnestryanı qəbul etmir. Hər halda, bu istiqamətdə addımlar atılarsa, Moskvanın Moldovanı da qarışdıracağı şübhəsizdir və bunun ilkin anonsları verilib. Başqa bir tərəfdən isə Kreml Qaqauziya kartından istifadə edir. Hətta məlumatlara görə, Rusiya və Ukraynanın şərqində qaqauzlardan ibarət xüsusi qrup hazırlanır.
Moldovanın "Deschine.md" saytı bununla bağlı yazır ki, yeni yaradılmış qrupun adı "Qaqauz Ərləri Ordusu adlanır: "Yeni yaradılmış qrup qaqauzlardan ibarətdir. Burada onlar xüsusi olaraq yetişdirilir. Son günlər Qaqauziyada olan proseslərin Rusiya lehinə tam yekunlaşması üçün məhz belə bir qrup hazırlanır. Qaqauziya onsuz da Moldovanın Avropaya getməsinin əleyhinədir. Moskva Kişinyovun əlindən çıxdığını gördükdə yeni qrup vasitəsilə Ukraynada olduğu kimi çaxnaşma yaradacaq. Bu qruplar Rusiyada hazırlansa da, hazırda onlar əsas təcrübələrini Ukraynanın şərqindəki döyüşlərdə keçirlər. Onların geri dönüşü isə Moldova üçün heç də yaxşı bir şey vəd etmir". Onu da bildirək ki, buradakı döyüşçülər Ukraynada olanlardan daha peşəkardır və onlar Moldovaya böyük problem yarada bilər.
Xatırladaq ki, bir müddət əvvəl də NATO-nun Avropadakı birləşmiş qüvvələrinin komandanı, general Filip Bridlav bəyan edib ki, Rusiya Ukraynanın ardınca Moldovaya qarşı hibrid müharibə taktikasını işə salıb. Amerikalı general bildirib ki, Rusiya Krımın ilhaqı və Ukraynanın şərqinə hərbi müdaxilədə tətbiq etdiyi ssenarini Moldovaya qarşı tətbiq edir. Onun sözlərinə görə, "yaşıl adamcıqlar", yəni - tanınma nişanı olmayan formalı hərbçilər Ukraynadakı hərbi-siyasi situasiyanı dəyişməkdə separatçılara kömək etdi. F.Bridlav xatırladıb ki, eyni vaxtda Rusiya Ukrayna sərhələrində təlim adı altında öz qoşunlarını yerləşdirdi: "Biz "yaşıl adamcıqlar" ssenarisini Krımda gördük, Şərqi Ukraynada hansı ssenarinin oynandığının şahidi olduq. Biz həmin ssenarini Moldova və Dnestryanı bölgədə də görməyə başlamışıq". General Moldovada baş verənlərin xülasəsini çatdıraraq deyib ki, bu ilin əvvəlində Rusiya Dnestryanı bölgədə hərbi təlim keçirib. Rusiya baş nazirinin müavini Dmitri Roqozin isə açıq şəkildə deyib ki, Moldovanın Avropa ilə daha sıx əməkdaşlığı Dnestryanı bölgənin itirilməsi və digər cavab tədbirləri ilə müşayiət olunacaq. Bütün bunlar artıq Moldovanın da durumunun yaxşı olmadığını üzə çıxarır. Rusiyanın Moldovanı caynağında saxlamaq üçün iki aləti var: Dnestryanı bölgə və Qaqauz muxtariyyəti. Qaqauzlar tarixi köklərinə görə türkdür və İslamdan imtina edərək pravoslavlığı qəbul ediblər. SSRİ dövründə rus dili onlar üçün ikinci dil idi və bu gün Rusiya ilə əlaqələri hələ də çox möhkəmdir. Dnestryanı bölgədə olduğu kimi, Qaqauz muxtariyyətində də Rusiya özünü yerli əhalinin xilaskarı kimi təqdim edir. Eyni zamanda, Rusiya Moldovada noyabrın 30-da keçiriləcək parlament seçkilərinə təsir edib kommunistlərin hakimiyyətə qayıtmasına çalışır. Çünki kommunistlərin hakimiyyətə qayıtması Rusiyaya Moldovanı nəzarətdə saxlamaq imkanı verir. Xatırladaq ki, Moldovanın Avropa ilə yaxınlaşmasına cavab olaraq Rusiya bu ölkəni cəzalandırmağa başlayıb, ötən ilin sentyabrında Moldovadan şərab idxalını dayandırıb. Rusiya yalnız Dnestryanı bölgədən və Qaqauz muxtariyyətindən məhsul alır. Xatırladaq ki, SSRİ dağılan vaxt, digər muxtar subyektlər və müttəfiq respublikalar kimi, Qaqauziya da müstəqilliyini elan etmişdi. O vaxt Moldova buna görə bölgəyə xüsusi təyinatlılarını göndərərək, Qaqauziyadakı müstəqillik hərəkatına rəhbərlik edənləri cəzalandırmaq istəmişdi. Ancaq qaqauzların yardımına gələn Rusiya hərbçiləri və Dnestryanı qurumdan olan könüllülər buna imkan vermədi. Elə o vaxtdan bəri Rusiya burada mövqelərini xeyli möhkəmləndirib.
DİGƏR XƏBƏRLƏR
Tarix: 29.11.2026 / 16:07
Ukrayna Rusiyanın neft zavodlarını sıradan çıxarır
– Moskva yanacaq çatışmazlığını gizlədə bilmədi...
Tarix: 29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…
Tarix: 28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi
– Azərbaycanlı Ukraynada əsir düşdü...
Tarix: 28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi
Tarix: 28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi
Tarix: 28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"
Tarix: 28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur"
- Prezident
Tarix: 28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb
Tarix: 28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib
Tarix: 28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi -
ərəb ölkələri ilə tək-tək razılaşma...
Tarix: 27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...
Tarix: 27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...
Tarix: 26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...
Tarix: 26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..
SON XƏBƏRLƏR
29.11.2026 / 16:24
Ukrayna cəbhədə atəşkəsə razıdır, amma bir şərtlə
– Zelenskidən Putin və Trampa mühüm mesaj...
29.11.2026 / 16:07
Ukrayna Rusiyanın neft zavodlarını sıradan çıxarır
– Moskva yanacaq çatışmazlığını gizlədə bilmədi...
29.11.2026 / 15:36
İran ABŞ hədəflərini Maskın peyk internetinin köməyi ilə vurub
– “Starlink”lə bağlı SENSASİON İDDİA...
29.11.2026 / 13:19
Yaxın Şərqdə hərbi fəallıq artır
– Pakistan Səudiyyəyə qoşun göndərdi...
29.11.2026 / 12:34
Hörmüz boğazında iki neft tankeri minaya düşdü
– gəmilərdə yanğın başladı...
29.11.2026 / 11:21
Tehran müharibənin coğrafiyasını genişləndirməklə hədələdi
– İrandan Vaşinqton və Təl-Əvivə mesaj...
29.11.2026 / 09:15
Pirallahıda oğurluq edən keçmiş məhkumlar saxlanıldı
29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…
29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” -
"Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...
28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı
- Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...
28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr...
Etirazlar nəzarətdən çıxdı...
28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı
– israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...
28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid
– Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...
28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü
- Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...
28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə...
“Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...
28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir?
- Agentlikdən açıqlama...
28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası
– ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...
28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı
28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA
– Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…
28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..
28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı
– Bakıda 3300 manatlıq oğurluq…
28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı
– bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...
28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...
28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır
- ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...
28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi
– Azərbaycanlı Ukraynada əsir düşdü...
28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi
28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi
28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı
28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"
28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur"
- Prezident
28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb
28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib
28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..
28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi -
ərəb ölkələri ilə tək-tək razılaşma...
28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?
28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki…
Qalıq yeməkləri təyyarəyə götürüblər…
27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...
27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...
27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...
27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...
27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...
27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...
27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...
27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?
27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür
27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək
27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs:
"Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib
27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır
27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var -
adam rüşvəti kimdən alıb...
27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir -
siyahıda Türkiyə və Qırğızıstan da var...
27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...
27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi
27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür...
Konstitusiya uğrunda...
27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir -
siyasi qərar verildi...
27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...
27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi
27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu
– Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...
27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi
27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar
27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq
– Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...
27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...
27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...
27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı
27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir
– biz hücum etmədik...
27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal
– Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi
27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası
– məşhur aparıcı və həyat yoldaşı saxlanıldı
27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı –
45 milyard avronun taleyi...
27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi
– Bakıdan müsbət mesajlar verildi...
27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı
27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu
27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ
27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...
27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var"
- Estoniyalı nazir
27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili
27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu
- Anar Nəbiyevlə müsahibə
27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı
27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...
27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər
27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin
– YENİ TƏKLİF...
27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR
27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...
Tarix: 23.11.2026 / 11:56
Ən çox boşanma bu rayonda qeydə alınıb
– SİYAHI
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
XƏBƏR ARXİVİ