Bazar günü günü, 29 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
"İŞİD-in təhlükəli güc kimi meydana çıxmasının səbəbkarı bölgədə marağı olan bəzi ölkələrdir..."
Tarix: 06.11.2014 / 02:58
Bölmə: Siyasət
Son dövrlərdə Yaxın Şərqdə baş verən hadisələr, o cümlədən İŞİD-lə bağlı mübarizə beynəlxalq aləmdə özünəməxsus şəkildə əks-səda doğurmaqdadır. Bəs Yaxın Şərqdə nələr baş verir və İŞİD-lə mübarizə bölgəyə çoxdan arzuedilən sülhü gətirəcəkmi? Bizi maraqlandıran bu və digər suallara cavab almaq üçün millət vəkili, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Cavanşir Feyziyevə müraciət etdik.
- Cavanşir müəllim, Yaxın Şərqdə "İraq Şam İslam Dövləti"nin (İŞİD) siyasi səhnəyə çıxması və onun İraq və Suriyanın böyük hissəsini nəzarət altında saxlaması beynəlxalq aləmdə ciddi narahatlıqlara səbəb olub. Bu baxımdan Yaxın Şərqdə nələr baş verir?
- Son illərdə Yaxın Şərqdə baş verən hadisələr və bu müstəvidə İŞİD-in siyasi səhnəyə çıxaraq real təhlükəyə çevrilməsi əslində təsadüfi deyil. ABŞ və müttəfiqlərinin 2003-cü ildə İraqda Səddam Hüseyn rejimini devirməsindən sonra Yaxın Şərq özünün ən təlatümlü zamanını yaşamağa başladı. Bu baxımdan Tunisdə başlanan və Qərbdə "ərəb baharı" adı verilən xalq hərəkatı adıçəkilən ölkədə və Liviyada hakimiyyət dəyişikliyinə gətirib çıxardı. "Ərəb baharı", öz növbəsində, Suriyaya da sıçradı və nəticədə bu ölkə də qanlı qarşıdurmalar meydanına çevrildi. Məhz Suriyada Bəşər Əsəd rejiminə qarşı mübarizə aparan qüvvələri dəstəkləyən xarici güclərin buradakı silahlı qruplaşmalara hərbi yardım göstərmələri və bölgədə marağı olan ölkələrin hər birinin bu silahlı dəstələrdən öz mənafelərinə uyğun şəkildə istifadə etmələri, öz növbəsində, İŞİD adlanan yaxşı silahlanmış və döyüşməyi bacaran qruplaşmanın meydana çıxmasına şərait yaratdı. İŞİD-in təhlükəli güc kimi meydana çıxmasının səbəbkarı bölgədə marağı olan bəzi ölkələrdir. Yəni bu gün Qərb tərəfindən təhlükə hesab edilən İŞİD heç də boş yerə meydana çıxmayıb və onun arxasında müəyyən dövlətlər dayanıb. Amma həmişə olduğu kimi, İŞİD də güclənəndən sonra onu himayə edən dövlətlərin nəzarətindən çıxaraq özü sərbəst şəkildə siyasi, dini maraqlarını irəli sürən, idarə olunmayan bir gücə çevrildi. İŞİD-in qısa müddətdə İraqın və Suriyanın böyük hissəsini ələ keçirməsi onların hərbi gücünü göstərir. Yəni bu gün İŞİD-in real təhlükə kimi meydana çıxmasının günahkarı məhz bu qurumdan ilk vaxtlar Əsəd rejiminə qarşı istifadə etməyə çalışan və məhz bu məqsədlə onları silahlandıran bəzi xarici dövlətlərdir.
- Vaxtilə ABŞ Əfqanıstanda SSRİ-yə qarşı mübarizə üçün silahlı dəstələrə yardım etməyə başladı və bu müstəvidə də "Əl-Qaidə" terror təşkilatı yarandı. İŞİD haqqında da eyni sözləri demək olarmı?
- Şübhəsiz ki, "Əl-Qaidə" və İŞİD-in yaranması eyni ssenari üzrə baş verib. Buna paralel olaraq, İŞİD-i həm də "Əl-Qaidə"nin bir qolu kimi qəbul edirlər. İŞİD-in meydana çıxmasında İraqı idarə edənlərin səhvləri də az rol oynamadı. Belə ki, Səddam Hüseyn devrildikdən sonra yeni hakimiyyətin dəstəklədiyi radikalyönlü şiə silahlı qruplaşmaları ölkənin sünni əhalisini sıxışdırmağa başladı. Bu isə, öz növbəsində, bundan narazı olan güclərin İŞİD-i dəstəkləməsinə gətirib çıxardı. İŞİD-in uğurlarının arxasında, şübhəsiz ki, bu amil də az rol oynamadı.
- "Ərəb baharı" Yaxın Şərqə nə isə verə bildimi?
- Bu ölkələrdə əhali mövcud rejimin devrilməsindən sonra daha yaxşı yaşayacaqlarına böyük ümidlər bəsləyirdi. Təəssüf ki, "Ərəb baharı" yaşayan ölkələrin heç birində əhali arzu elədiyi sabitlik və sakitliyə qovuşa bilmədi, əvvəldən mövcud olan problemləri, həll olunmaq əvəzinə, daha da artdı. Bu gün Liviyada, eləcə də Tunisdə baş verənlər "Ərəb baharı"nın xalqın problemlərini qətiyyən həll etmədiyini göstərir. Gözləntilərin əksinə olaraq, "Ərəb baharı"ndan sonra xalqa dağıntılar və xarabalıqlar qalıb, əhalinin həyatına təhlükələr artıb və yenidən sabitliyin bərpa olunması və təhlükəli vəziyyətin aradan qaldırılması hələ çox vaxt aparacaq. Üstəlik, Suriyada həddindən artıq uzanan "Ərəb baharı" bu ölkəni başdan-ayağa xarabalıqlara çevirdi, çoxsaylı insan qırğınlarına səbəb oldu.
- Cavanşir müəllim, Yaxın Şərqdə baş verən son hadisələr İraqın şimalında yeni dövlətin - "Kürdüstan"ın siyasi səhnəyə çıxmasına gətirib çıxarmaq üzrədir. Siz bölgədə "Kürdüstan" dövlətinin yaradılmasını mümkün hesab edirsinizmi?
- Təbii ki, Yaxın Şərqin parçalanaraq onun yerində kiçik dövlətlərin meydana çıxması bölgədə maraq dairəsi uğrunda mübarizə aparan dövlətlərin maraqlarına uyğundur. Hər halda, kiçik dövlətləri idarə etmək və onların üzərində nəzarəti həyata keçirmək daha rahatdır. Bu baxımdan, əslində Yaxın Şərqdə marağı olan bəzi dövlətlər bölgədə yeni dövlətin və ya dövlətlərin meydana çıxmasında maraqlıdır. Hazırda İraqın şimalında "de-fakto" Kürdüstan dövləti mövcuddur. ABŞ-ın İraqa müdaxiləsindən sonra Bağdad bu ölkənin şimalındakı kürdlər üzərində nəzarəti itirdi. Buna paralel olaraq, Kürdüstan dövlətinin yaranmasını istəyən güclər hələlik dünya birliyi tərəfindən tanınmayan bu "dövlətin" silahlı qüvvələrinin formalaşdırılmasına hər cür yardım edir. Elə İŞİD-in meydana çıxması da bu dəstəyin daha da fəallaşmasına əsas yaratdı. Bu gün Kürdüstanın yaxşı silahlanmış 100 mindən artıq əsgəri var. Yəni qeyd etdiyim kimi, mərkəzi hökumətlə hesablaşmayan Kürdüstan dövləti artıq "de-fakto" mövcuddur. Bu dövlətin nə zaman tanınması isə, zənnimcə, bölgədə hadisələrin hansı istiqamətdə inkişaf edəcəyindən asılı olacaq.
- "Kürdüstan" dövlətinin yaradılması Türkiyənin kürdlər yaşayan ərazilərinin bu ölkədən ayrılmasına gətirib çıxara bilərmi?
- Kürdlər yalnız Türkiyə və İraqda deyil, həm də İranda, həmçinin Suriyada da yaşayır. Bu o demək deyil ki, kürdlər harada yaşayırlarsa, onlar orada dövlət qurmalıdırlar. Türkiyə güclü dövlətdir və öz ərazi bütövlüyünü qorumağa qadirdir. Arxasında da NATO kimi güclü bir blok dayanır. Bununla belə, bütün hallarda İraq parçalansa və onun şimalında qurulacaq Kürdüstan dövləti rəsmi şəkildə beynəlxalq səviyyədə tanınsa, bu hadisələrin Türkiyədə yaşayan kürdlərə də təsir edəcəyini istisna etmək olmaz. Ona görə də Türkiyə hökuməti dəfələrlə bəyan edib ki, İraqın ərazi bütövlüyünün qorunub saxlanmasına tərəfdardır və onun parçalanmasının əleyhinədir.
- Amma bu gün kürd amilindən Türkiyənin parçalanması üçün istifadə edən və bu müstəvidə PKK terror təşkilatına hərbi, maliyyə yardımı göstərən ölkələr var. Sizə elə gəlmirmi ki, onlar yenə də Türkiyə əleyhinə çırkin oyunları oynamaqda davam edəcəklər?
- PKK Türkiyənin güclənməsini istəməyən güclərin əlində təzyiq vasitəsidir. Türkiyədə də bunu yaxşı anlayırlar. PKK Türkiyəyə milyardlarla dollar zərər vurub, 40 minə yaxın insan PKK terrorunun qurbanı olub. Türkiyə bunu nəzərə alaraq, PKK-ya qarşı mübarizəni davam etdirir, eyni zamanda öz vətəndaşları olan kürdlərin də problemlərini həll etməyə çalışır, bölgənin iqtisadi, elmi, mədəni baxımdan inkişaf etməsinə xidmət edən tədbirlər həyata keçirir. Lakin Türkiyəyə təzyiq vasitəsi tək PKK deyil. Türkiyəni dünyəvi dövlətçilik kursundan yayındırmaq təşəbbüsləri, ilk baxışdan zərərsiz görünən "nurçuluq" və bu kimi digər cərəyanları siyasi hakimiyyətin üzərində yerləşdirmək cəhdləri, Avropa ölkələrində ələviliyin əsaslarının möhkəmlənməsinə yardım edərək, gələcəkdə bundan da Türkiyə daxilində münaqişələr yaratmaq məqsədilə istifadə etmək cəhdləri və s. bu kimi hallar açıq-aşkar müşahidə olunmaqdadır. Ona görə də Türkiyənin maksimum səviyyədə balanslaşdırılmış, emosiya və eyforiyadan uzaq, ilk növbədə, türk milli maraqlarını özündə ehtiva edən bir siyasət yeritməsi zəruridir. Hər hansı bir yanlışlıq Türkiyənin maraqlarına düzəlməsi mümkün olmayan zədələr vura bilər.
- Gəlin, Yaxın Şərqdən Ukraynaya keçək. Sizə elə gəlmirmi ki, İŞİD-lə mübarizənin önə çıxarılması Qərbin diqqətini Rusiyanın Ukraynaya təcavüzündən yayındırmaqdır?
- Rusiyanın Krımı işğal etməsi və bunun ardınca Ukraynanın şərqində separatçıları dəstəkləməsi, faktiki olaraq, Avropanı çətin vəziyyətdə qoyub. II Dünya müharibəsindən və SSRİ-nin dağılmasından sonra Avropa ilk dəfə yenidən Rusiyanın timsalında təhlükəli bir güclə üz-üzə qaldığını gördü. Avropa aydın başa düşür ki, bunun arxasında imperiyanın bərpası cəhdləri dayanır. Digər tərəfdən, Rusiyanın Ukraynaya təcavüzü Rusiyanın özünü də çıxılmaz vəziyyətə salıb. Belə ki, nə qədər gizlətməyə çalışsa da, Rusiyanın Şərqi Ukraynaya hərbi müdaxiləsinin sübut olunması Moskva tərəfindən ortaya atılan slavyan həmrəyliyi ideyasını və nəticə etibarilə Avrasiya siyasi ittifaqı ideyasını iflasa uğradıb. Çünki əslində Rusiyaya öz siyasi məqsədlərinə nail olmaq üçün "düşmən Ukrayna" deyil, məhz "dost Ukrayna" lazım idi.Lakin üzərinə silah qaldırdığın qardaşının sənə dost olacağına inanmaq çox böyük sadəlövhlük olardı. Bu baxımdan Rusiyanın itirəcəyi qazanacağından daha böyükdür. Digər tərəfdən, Qərb də Ukraynanı itirə bilməz, çünki bu, Avropa İttifaqının maraqlarına zidd olardı. Eyni zamanda Qərb Rusiya ilə müharibəyə girişmək fikrində də deyil. Ona görə də çıxış yolunu Rusiyaya sanksiyalar tətbiq etməkdə görür və mən də düşünürəm ki, bu yeganə düzgün seçimdir. Ancaq sanksiyaların bugünkü səviyyəsi Moskvanı, çətin ki, geri addım atmağa məcbur etsin. Konkret olaraq, İŞİD-lə mübarizənin Qərbin diqqətini Ukrayna-Rusiya münaqişəsindən yayındırmasına gəlincə, bunu söyləmək çətindir. Belə ki, hazırda Qərbə ən böyük təhlükə, Yaxın Şərqdən daha çox, Rusiyadan gəlir. Qərb üçün Ukrayna Avropa deməkdir və Ukraynanı qazanmaq Qərbin ən böyük geostrateji marağıdır. Bu səbəbdən də Qərb Ukraynada baş verənləri xüsusi diqqət mərkəzində saxlamağa və vəziyyətdən çıxış yolu axtarmağa məcburdur.
- Bəzi politoloqlar Ukraynanın Rusiya üçün yeni Əfqanıstan olacağı barədə proqnozlar verir. Doğrudanmı, Ukrayna Rusiya üçün yeni Əfqanıstana çevrilə bilər?
- Ukraynaya Rusiyanın təcavüzü, şübhəsiz ki, slavyan həmrəyliyinə, ukraynalıların Moskvaya olan inamlarına vurulan böyük zərbə oldu. Əgər dünənə kimi Polşa Rusiyanın simasında özünün əsas düşmənini görürdüsə, bu gün Ukrayna vətəndaşları da eyni fikirdədir. Hadisələrin necə davam edəcəyindən asılı olmayaraq, bütün baş verənlərdən sonra Ukraynanın Rusiyaya olan inamının bərpa edilməsi çox çətin olacaq və xüsusilə də ərazilərin işğalı bu iki ölkənin uzun illər düşmən münasibətdə qalmasına səbəb olacaq. Bu, ilk növbədə, bayaq qeyd etdiyim kimi, Rusiyanın Avropa İttifaqına alternativ kimi düşünülmüş Avrasiya İttifaqını yaratmaq cəhdlərinin iflasa uğraması deməkdir. Digər tərəfdən də Rusiyanın Ukraynaya təcavüzü NATO-nun Ukraynanın timsalında təbii müttəfiq tapması demək oldu. Necə deyərlər, Rusiyanın Ukraynaya təcavüzü NATO-nun Rusiya sərhədlərinə daha da yaxınlaşmasına əsas yaratdı və yol açdı. Bu isə geopolitik rəqabət müstəvisində Rusiyaya yaxşı heç nə vəd etmir. Nəticə etibarilə "Ukrayna əməliyyatı" Rusiya üçün "Əfqanıstan sindromundan" daha ağır məğlubiyyətdir.
Müsahibəni yazdı:
DİGƏR XƏBƏRLƏR
Tarix: 29.11.2026 / 16:07
Ukrayna Rusiyanın neft zavodlarını sıradan çıxarır
– Moskva yanacaq çatışmazlığını gizlədə bilmədi...
Tarix: 29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…
Tarix: 28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi
– Azərbaycanlı Ukraynada əsir düşdü...
Tarix: 28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi
Tarix: 28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi
Tarix: 28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"
Tarix: 28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur"
- Prezident
Tarix: 28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb
Tarix: 28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib
Tarix: 28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi -
ərəb ölkələri ilə tək-tək razılaşma...
Tarix: 27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...
Tarix: 27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...
Tarix: 26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...
Tarix: 26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..
SON XƏBƏRLƏR
29.11.2026 / 16:24
Ukrayna cəbhədə atəşkəsə razıdır, amma bir şərtlə
– Zelenskidən Putin və Trampa mühüm mesaj...
29.11.2026 / 16:07
Ukrayna Rusiyanın neft zavodlarını sıradan çıxarır
– Moskva yanacaq çatışmazlığını gizlədə bilmədi...
29.11.2026 / 15:36
İran ABŞ hədəflərini Maskın peyk internetinin köməyi ilə vurub
– “Starlink”lə bağlı SENSASİON İDDİA...
29.11.2026 / 13:19
Yaxın Şərqdə hərbi fəallıq artır
– Pakistan Səudiyyəyə qoşun göndərdi...
29.11.2026 / 12:34
Hörmüz boğazında iki neft tankeri minaya düşdü
– gəmilərdə yanğın başladı...
29.11.2026 / 11:21
Tehran müharibənin coğrafiyasını genişləndirməklə hədələdi
– İrandan Vaşinqton və Təl-Əvivə mesaj...
29.11.2026 / 09:15
Pirallahıda oğurluq edən keçmiş məhkumlar saxlanıldı
29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…
29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” -
"Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...
28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı
- Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...
28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr...
Etirazlar nəzarətdən çıxdı...
28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı
– israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...
28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid
– Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...
28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü
- Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...
28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə...
“Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...
28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir?
- Agentlikdən açıqlama...
28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası
– ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...
28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı
28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA
– Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…
28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..
28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı
– Bakıda 3300 manatlıq oğurluq…
28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı
– bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...
28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...
28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır
- ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...
28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi
– Azərbaycanlı Ukraynada əsir düşdü...
28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi
28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi
28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı
28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"
28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur"
- Prezident
28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb
28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib
28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..
28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi -
ərəb ölkələri ilə tək-tək razılaşma...
28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?
28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki…
Qalıq yeməkləri təyyarəyə götürüblər…
27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...
27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...
27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...
27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...
27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...
27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...
27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...
27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?
27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür
27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək
27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs:
"Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib
27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır
27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var -
adam rüşvəti kimdən alıb...
27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir -
siyahıda Türkiyə və Qırğızıstan da var...
27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...
27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi
27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür...
Konstitusiya uğrunda...
27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir -
siyasi qərar verildi...
27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...
27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi
27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu
– Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...
27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi
27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar
27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq
– Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...
27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...
27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...
27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı
27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir
– biz hücum etmədik...
27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal
– Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi
27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası
– məşhur aparıcı və həyat yoldaşı saxlanıldı
27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı –
45 milyard avronun taleyi...
27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi
– Bakıdan müsbət mesajlar verildi...
27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı
27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu
27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ
27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...
27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var"
- Estoniyalı nazir
27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili
27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu
- Anar Nəbiyevlə müsahibə
27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı
27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...
27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər
27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin
– YENİ TƏKLİF...
27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR
27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...
Tarix: 23.11.2026 / 11:56
Ən çox boşanma bu rayonda qeydə alınıb
– SİYAHI
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
XƏBƏR ARXİVİ