Bazar günü günü, 29 noyabr 2026
     

MDB-nin sonu çatdı...

Image


Ukrayna da Gürcüstan yolu gedir, Krım, Luqansk və Donetskin separatçı "hökumətləri" birləşir, Qərbdə daha ağır sanksiyalar hazırlanır

Rusiyanın postsovet məkanında yaratmaq istədiyi və ya artıq yaratdığı birliklərin hansısa ciddi təsirə malik olmadığı, hər an dağılma ehtimallarının yüksək olduğu son hadisələr fonunda bir daha üzə çıxmaqdadır. Xatırladaq ki, Kremlin yaratdığı Gömrük İttifaqı hələ tam formalaşmayıb və Rusiya, əvvəldən nəzərdə tutduğu kimi, Ukraynanı buraya daxil edə bilmədi.
Həmçinin, Kreml artıq MDB-də də Ukraynanı itirmək üzrədir. Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko da etiraf edir ki, Ukrayna MDB-dən çıxmaq imkanını nəzərdən keçirir: "Buna səbəb təşkilat üzvlərinin Rusiyanın Ukraynaya qarşı təcavüzünün qarşısının alınması üçün nəzərəçarpan addımlar atmamasıdır. MDB təşkilat olaraq bu təcavüzün qarşısını almaq məqsədilə kifayət qədər real addımlar atmayıb". A.Mişenko qeyd edib ki, Kiyev postsovet ölkələrinin diqqətini bu təşkilatın üzvlərindən birinin hərəkətlərinə yönəltmək məqsədilə dəfələrlə dövlət başçılarının və xarici işlər nazirlərinin sammitlərinin Ukraynada keçirilməsi təklifi ilə çıxış edib: "Əfsuslar olsun ki, həmkarlarımız Ukraynanın çağırışlarını eşitmədilər və bu səbəbdən Kiyev təşkilatdan çıxmaq məsələsini müzakirə edir".
Ümumiyyətlə, Krımın Rusiyaya birləşdirilməsindən sonra Ukraynanın MDB-ni tərk etməsi aktuallaşıb. Digər tərəfdən, hazırkı Kiyev hökuməti Ukraynanın Avropa İttifaqı ilə daha sıx əlaqələrinin qurulmasında, ölkənin bu birliyə üzv olmasında maraqlıdır. Bu isə o anlama gələ bilər ki, Gürcüstanın ardınca Ukrayna da MDB ilə əlaqələrini tamamilə kəsmək niyyətindədir. Xatırladaq ki, 2008-ci ilin avqustunda Rusiyanın Gürcüstana hücümu və Abxaziya ilə Cənubi Osetiyanı ondan ayırması ilə Tiflis MDB-də qalmağı lüzumsuz bilərək bu qurumla əlaqələri kəsdi. İndi isə Ukrayna 6 il öncə Gürcüstanın üzləşdiyi situasiya ilə üz-üzə qalıb. Bu fonda hələlik Kiyev MDB-dən çıxmaqla bağlı qəti qərar verməsə də, artıq bu məsələ müzakirə olunur.
Rusiyanın son addımları Ukraynanın bu məsələdə qərar verməsini tezləşdirə bilər. Məsələ burasındadır ki, Rusiya Ukraynada təcavüz siyasətini genişləndirməyi düşünür. Kremlin ərazilərinə qatdığı Krım isə bəyan edib ki, "Donetsk və Luqansk Xalq Respublikaları" ilə tərəfdaşlıq edəcək. "Krım Respublikası Dövlət Şurası"nın sədri Vladimir Konstantinovun sözlərinə görə, "respublikalar" arasında əlaqələr regionlararası əlaqələr səviyyəsində qurulacaq: "Aydındır ki, bizim respublika ilə olduğu kimi, "Donetsk və Luqansk Respublikaları"nı ölkədən kənarda saxlayırlar. Ona görə də biz regional səviyyədə əməkdaşlıq edəcəyik və onlar üçün bu çətin dövrdə Respublikanın qurulmasında yardım göstərəcəyik. Onlar öz müqəddəratlarını təyin etdilər və əvvəl Ukraynanın tərkibində olduğu kimi, hüquqsuz etnik bölgə olmayacaqlar". Eyni zamanda, Rusiya sərhəd ərazilərə ordu cəmləşdirməkdə də davam edir. NATO da Ukrayna sərhədi yaxınlığında rus qoşunlarının yerləşməsini müşahidə edib. NATO-nun baş katibi Yens Stoltenberq Rusiya qoşunlarının sərhəd yaxınlığında bütün hərəkətlərini müşahidə etdiklərini bildirib. Baş katib Rusiyanın indiyə qədər separatçılara təlim keçdiyini də deyib.
İndiki vəziyyətdə mümkün müqavimət forması kimi Ukrayna prezidenti Petro Poroşenko bəyan edib ki, "Donetsk və Luqansk Xalq Respublikası"na iqtisadi məhdudiyyətlər tətbiq edilə bilər". O, Ukraynanın həlledici fəaliyyətə hazır olduğunu bildirib: ""Donetsk və Luqansk Xalq Respublikaları"na iqtisadi məhdudiyyətlər tətbiq edilə bilər. Belə ki, Ukrayna Donbasa verilən qaz və elektrik enerjisi ödənişlərini almır. İndi orada nə baş verir? Xaos, soyğunçuluq, insanların həyat səviyyəsinin kəskin pisləşməsi, elementar müdafiənin olmaması və banditizm. Xərçəng şişinin yayılmasına imkan verməmək üçün bu ərazini müəyən blokadaya almağa məcburuq. Düşünürəm ki, Milli Təhlükəsizlik Şurasının iclasında yaxın həftələrdə fəaliyyət ssenarisi yaradılacaq. Bununla yanaşı, biz sülh planının tərəfindəyik, lakin həlledici fəaliyyətə də hazırıq". Ukrayna Ali Radasının gündəliyinə isə Donbas hövzəsinin "xüsusi status"unun ləğvi haqqında qanun layihəsi daxil edilib. Qanun layihəsinin müəllifi Ali Rada sədri Aleksandr Turçinovdur. Xatırladaq ki, qanun bu il sentyabrın 16-da Ukrayna Ali Radası tərəfindən qəbul edilib.
Ukraynaya yardım edən Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri isə noyabrın 17-də Rusiyaya qarşı yeni sanksiyaların qəbulu məsələsinə baxacaq. Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerininin sözlərinə görə, Ukraynadakı vəziyyət Avropa İttifaqı və NATO-nun gündəliyində prioritet məsələ olmalıdır. Moqerini xatırladıb ki, Avropa İttifaqının mövqeyi əvvəlki kimi qalır: "Rusiyaya qarşı sanksiyalar məqsəd deyil, yalnız böhranın sülh yolu ilə həllinin axtarışı məqsədilə təzyiqin göstərilməsi alətidir". Moqerini bildirib ki, Rusiyanın hərəkətlərinə sərt və qətiyyətli reaksiya lazımdır.




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

29.11.2026 / 16:24
Ukrayna cəbhədə atəşkəsə razıdır, amma bir şərtlə – Zelenskidən Putin və Trampa mühüm mesaj...

29.11.2026 / 16:07
Ukrayna Rusiyanın neft zavodlarını sıradan çıxarır – Moskva yanacaq çatışmazlığını gizlədə bilmədi...

29.11.2026 / 15:36
İran ABŞ hədəflərini Maskın peyk internetinin köməyi ilə vurub – “Starlink”lə bağlı SENSASİON İDDİA...

29.11.2026 / 13:19
Yaxın Şərqdə hərbi fəallıq artır – Pakistan Səudiyyəyə qoşun göndərdi...

29.11.2026 / 12:34
Hörmüz boğazında iki neft tankeri minaya düşdü – gəmilərdə yanğın başladı...

29.11.2026 / 11:21
Tehran müharibənin coğrafiyasını genişləndirməklə hədələdi – İrandan Vaşinqton və Təl-Əvivə mesaj...

29.11.2026 / 09:15
Pirallahıda oğurluq edən keçmiş məhkumlar saxlanıldı

29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…

29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” - "Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ