Bazar günü günü, 29 noyabr 2026
     

Gürcüstanda hakimiyyət böhranı...

Image


Qonşu Gürcüstanda baş verən hadisələr burada növbəti hakimiyyət böhranı kimi qiymətləndirilməkdədir. Nazirlərin istefası fonunda ölkədə vəziyyətin gərginləşməsi gözlənir və belə iddialar da səslənir ki, baş verənlər həm də ölkəyə kənardan olan təsirlərin nəticəsidir. Qeyd edək ki, Gürcüstan Azərbaycanın həm qonşusu, həm də enerji ehtiyatlarının nəqlində əsas tranzit məkan olduğundan, burada baş verənlər ölkəmizdə də xüsusi diqqətlə izlənir.
Proseslər isə Gürcüstanın baş nazirinin ölkənin müdafiə naziri İrakli Alasaniyanı istefaya göndərməsi ilə başlayıb. Baş nazir İrakli Qaribaşvili bildirib ki, qərar nazirin onun idarəsində başlanan korrupsiya araşdırmalarını siyasiləşdirməsi cəhdlərinə görə qəbul edilib. Qeyd edək ki, bir neçə gün əvvəl Müdafiə Nazirliyinin yüksək vəzifəli məmurları saxlanıb. Onlar 2,3 milyon dollar dövlət vəsaitinin israfçılığında ittiham olunur. İstintaqın məlumatına görə, saxlanan şəxslər tenderin saxtalaşdırılması yolu ilə "Silknet" şirkətindən fiber-optik kabel və şəbəkə avadanlığının alınması zamanı ciddi qanun pozuntularına yol veriblər. Əməliyyat keçirilən zaman müdafiə nazirinin özü xarici səfərdə olub. Bundan başqa, prokurorluq 2013-cü ildə hərbçilərin kütləvi zəhərlənməsi ilə bağlı Gürcüstan Müdafiə Nazirliyinin daha bir qrup yüksək çinli əməkdaşına səhlənkarlıq ittihamı irəli sürüb. Prokurorluqdan həmçinin bildirilib ki, Müdafiə Nazirliyinin daha bir qrup əməkdaşının tikinti tenderi ilə bağlı yol verdiyi nöqsanlara dair istintaq aparılır.
İrakli Alasaniya baş verənlərə qarşı çıxıb və bunun siyasi motiv daşıdığını bildirib. Bu isə onunla baş nazir arasında qalmaqala yol açıb. Nəticədə İrakli Alasaniya istefaya göndərilib. Baş nazir isə bildirib ki, yeni müdafiə naziri Mindiya Жanelidze təyin olunub. M.Жanelidze baş nazir yanında təhlükəsizlik və böhranları idarə etmək üzrə şuranın katibi vəzifəsində çalışıb. Ancaq xatırladaq ki, istefaya göndərilən nazir İrakli Alasaniya "Bizim Gürcüstanımız - Azad demokratlar" Partiyasına rəhbərlik edir. Bu partiya "Gürcü arzusu" koalisiyasının üzvüdür. Partiya hökumətdə bir neçə nazir postu ilə təmsil olunurdu. Bura, müdafiə naziri ilə yanaşı, xarici işlər naziri Maya Pancikidze, ədliyyə naziri Teya Sulukiani və Avrointeqrasiya üzrə dövlət naziri Aleksi Petriaşvi daxildir. Artıq Aleksi Petriaşvili sabiq həmkarı ilə həmrəylik nümayiş etdirərək istefaya getdiyini açıqlayıb. Eyni addımı xarici işlər naziri Maya Pancikidze də atıb. Pancikidze "Gürcü arzusu" koalisiyasını da tərk etdiyini bildirib. Onunla birlikdə nazir müavinləri David Zalkaliani, Vladimir Qurgenidze, Tamara Beruçaşvili və David Calaqaniya da istefaya gedib... Avrointeqrasiya işləri üzrə nazir olmuş Aleksi Petriaşvili qeyd edir ki, ölkədə diktatura yaxınlaşır, demokratiya təhlükədədir. İrakli Alasaniya da məsələni siyasi fonda qiymətləndirir: "Bu gün görünür ki, Gürcüstanın bütün qərbyönlü gücləri birləşməlidir. Bu gün biz partnyorlarımıza göstərməliyik ki, Gürcüstan cəmiyyəti qərbyönlü istiqamətdə birləşib, göstərməliyik ki, Ukraynada yaşanan təxribat Gürcüstanda keçməyəcək". Alasaniya həbs ediləcəyini də istisna etməyib. "Mən heç nəyi istisna etmirəm. Məni siyasi lider kimi həbs etmək istəyi varsa, qoy etsinlər". İddialar səslənir ki, Alasaniyanın istefaya göndərilməsində eks baş nazir Bidzina İvanişvilinin əli var. Bidzina İvanişvili isə Rusiyanın diqtəsi ilə hərəkət edir və görünür, Moskva Gürcüstanda özünə tam loyal olan hakimiyyət formalaşdırmaq niyyətindədir. Maraqlıdır ki, Gürcüstan prezidenti Georgi Marqvelaşvili və baş nazir İrakli Qaribaşvili müdafiə nazirinin istefaya göndərilməsinin NATO-ya inteqrasiya prosesində ləngimələrə gətirib çıxaracağını təkzib etməyib. Halbuki, İrakli Alasaniya NATO-ya inteqrasiyanın sürətləncəyini iddia edirdi. Lakin indi əks proses baş verir. Alasaniya özü də bəyanatla çıxış edərək Müdafiə Nazirliyinə məqsədli hücumun həyata keçirildiyini qeyd edib. Bildirib ki, rəhbəri olduğu qurum Gürcüstanı NATO və Avropa İttifaqı ilə birləşdirən yeganə qurum olub və bu qurum artıq sıradan çıxarılır. Georgi Marqvelaşvili son hadisələri şərh edərkən qeyd edib ki, siyasi qarşıdurma ölkənin NATO-ya inteqrasiyasına əngəl törədə bilər: "Siyasi qarşıdurma ölkədəki institutların səmərəli fəaliyyətini, dövlətin Avroatlantik inteqrasiyasını və ən əsası, ölkəmizin suverenliyinin təminatçısı olan ordunu təhlükə altına atır".
Hazırda əsas məsələ Alasaniyanın partiyasının "Gürcü arzusu" koalisiyanı tərk edib-etməyəcəyidir. Belə bir qərar qəbul edilərsə, koalisiya parlamentdəki 10 deputat mandatını itirəcək. Bu isə koalisiyaya parlamentdə əksəriyyəti saxlamağa imkan verməyəcək.
Son məlumatlara görə, İrakli Alasaniya keçmiş prezident Mixeil Saakaşvili qurucusu olduğu "Vahid Milli Hərəkat" Partiyası ilə əməkdaşlığa hazırlaşır. Maraqlıdır ki, belə bir vaxtda baş nazir İrakli Qaribaşvili "Bizim Gürcüstanımız - Azad demokratlar" Partiyasını hakim koalisiyanın siyasi şurasının geniş iclasında tam heyətlə iştirak etməyə çağırıb. Qaribaşvilinin sözlərinə görə, siyasi şuranın iclasında hər bir siyasi şura üzvünün, o cümlədən İrakli Alasaniyanın iştirak etmək hüququ var.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

29.11.2026 / 16:24
Ukrayna cəbhədə atəşkəsə razıdır, amma bir şərtlə – Zelenskidən Putin və Trampa mühüm mesaj...

29.11.2026 / 16:07
Ukrayna Rusiyanın neft zavodlarını sıradan çıxarır – Moskva yanacaq çatışmazlığını gizlədə bilmədi...

29.11.2026 / 15:36
İran ABŞ hədəflərini Maskın peyk internetinin köməyi ilə vurub – “Starlink”lə bağlı SENSASİON İDDİA...

29.11.2026 / 13:19
Yaxın Şərqdə hərbi fəallıq artır – Pakistan Səudiyyəyə qoşun göndərdi...

29.11.2026 / 12:34
Hörmüz boğazında iki neft tankeri minaya düşdü – gəmilərdə yanğın başladı...

29.11.2026 / 11:21
Tehran müharibənin coğrafiyasını genişləndirməklə hədələdi – İrandan Vaşinqton və Təl-Əvivə mesaj...

29.11.2026 / 09:15
Pirallahıda oğurluq edən keçmiş məhkumlar saxlanıldı

29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…

29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” - "Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ