Bazar günü günü, 29 noyabr 2026
     

Rusiya Avropa üçün böyük təhdid yaratmağa başlayır

Image


Son günlərdə şimal qonşumuzun Qərb ölkələrinə qarşı hərbi güc nümayişi daha intensiv xarakter almaqdadır. Artıq NATO ölkələri bundan açıq narahatlıq ifadə edir.
Məhz belə bir vaxtda Rusiya Pleseçsk kosmodromunda "Topol-M" qitələrarası raketinin sınağını keçirib. Rusiya Müdafiə Nazirliyi bildirir ki, bu sınaq "Topol-M" raket kompleksinin döyüş tapşırığına hazır olduğunu, eləcə də hədəfi yüksək dəqiqliklə vura bilmək qabiliyyətinə malik olduğunu bir daha sübut etdi. Raket Kamçatka yarımadasındakı poliqonda şərti hədəfi məhv edib. Bundan başqa, Rusiya hərbi təyyarələrinin NATO məkanına soxulması halları artıb. Artıq Latviya Müdafiə Nazirliyi Rusiya hərbi təyyarələrinin daim Latviya sərhədlərində uçuşlar həyata keçirdiyini bəyan edib. Müdafiə Nazirliyi bildirib ki, sonuncu dəfə Baltik dənizi üzərində iki dəfə Rusiyanın 2 Su-24, 2 Miq-31 və 1 Su-27 təyyarələri uçuşlar həyata keçirib. Latviya hərbçiləri iddia edir ki, Latviya və başqa Baltikyanı dövlətlərin səmasında belə fövqəladə hadisələr tez-tez olur.
Həmçinin bu günlərdə NATO radarları Qara dəniz üzərində iki Tu-95 və iki Su-27 qırıcısı aşkarlayıb. Rus təyyarələrini müşayiət etmək üçün Almaniya, Danimarka, həmçinin NATO-ya daxil olmayan Finlandiya və İsveçin hərbi təyyarələri göyə qalxıb. Yaranmış vəziyyəti şərh edən Londondakı "Royal United Services Institute" araşdırma mərkəzindən Iqor Sutyagin qeyd edir ki, Rusiyanın hərbi təyyarələri NATO-nun reaksiyasını yoxlamaq və ola bilsin, döyüş şəraitini imitasiya etmək məqsədilə Avropanın hava məkanında uçuşlarını artırıb: "Onlar döyüş əməliyyatlarına yaxın şəraitdə təlim keçirlər. Kreml zəif nöqtələr axtarır. Bu, poker oyunu kimidir. Onlar Qərbi qorxutmaq və xof yaratmaq üçün blef edirlər ". NATO bildirib ki, bu həftə ərzində belə "qəribə" uçuşların sayı artıb. ABŞ Müdafiə Nazirliyi bildirib ki, Rusiya qırıcılarının Avropanın hava məkanına soxulması gərginliyi artırır və təhlükə potensialını yüksəldir. Admiral Con Kirbi isə bildirib ki, ABŞ Rusiyanın bu kimi uçuşlarını yaxından izləməkdədir: "Biz düşünmürük ki, uçuşların artımı və bu kimi fəaliyyət Avropanın təhlükəsizliyi üçün xeyirlidir".
NATO-nun yeni baş katibi, Norveçin sabiq baş naziri Yens Stoltenberqin sözlərinə görə, alyans Rusiyanın uçuşlarını ayıq-sayıq vəziyyətdə izləməkdədir. Qərb mediası yazır ki, Rusiyanın havadakı fəallığı Ukraynada həyata keçirdiyi işğaldan sonra daha da artıb. NATO bu işğalı etirazla qarşılayıb və bildirib ki, bunlar fonunda 2014-cü ildə Rusiya qırıcıları 100 dəfədən artıq aşkar edilərək, hava məkanından qovulmalı olub. Bu, 2013-cü illə müqayisədə üç dəfə çoxdur.
Avropa Komissiyasının prezidenti Жoze Manuel Barrozu da Rusiyanın Avropa üçün ciddi təhdid yaratdığını bildirib. O, Rusiya təhlükəsinə toxunaraq Avropa Birliyinin (AB) bu istiqamətdə böyük rola malik olduğunu deyib: "AB olmasaydı, Rusiya çoxdan Bolqarıstan və Baltikyanı ölkələri işğal etmişdi. Rusiya Ukrayna ilə kifayətlənməyəcəkdi. Avropaya hücum tam real olacaqdı. Bir anlıq fikirləşin ki, AB yoxdur. O zaman indi təkcə Ukrayna böhranını deyil, bütün Avropa böhranını müzakirə edərdik. Böyük ehtimalla, Bolqarıstan və Baltikyanı ölkələr artıq Rusiyanın tərkibində idi. Tam səmimi deyirəm ki, bu bir reallıqdır". ABŞ-ın "The Daily Beast" nəşri isə daha təhlükəli xəbərdarlıqla çıxış edərək yazır ki, Rusiyanın hərbi təyyarələri Atlantik okeanın və Şimal dənizinin üzərində nüvə zərbəsinin məşqlərini həyata keçirir: "Rusiya "soyuq müharibə"nin ənənələrini müasir formada dirçəldir. Kreml Avropanı yalnız onun sərhədləri yaxınlığında bombardmançıların reydləri ilə qorxutmur, həm də Vaşinqtona özünün yüksək kiber potensialını nümayiş etdirir. Rusiya əhəmiyyətli siyasi hədəflərə çatmaq üçün kiberhücumlardan istifadə edir". ABŞ-ın Hərbi Hava Qüvvələrində hazırda xidmət edən, eləcə də istefaya çıxan zabitləri "The Daily Beast"ə açıqlamalarında Rusiya bombardmançılarının Atlantik okeanı və Şimal dənizi üzərində nüvə zərbəsi məşqlərini həyata keçirdiyini istisna etməyib: "Nəhəng turbovintli "Tu-95" strateji bombardmançı təyyarə "Raduqa" X-55 nüvə döyüş başlığı ilə strateji aviasiya qanadlı raketi işə salması üçün platformadır". Hər halda, baş verənlər ciddi təhlükə mənbəyi kimi çıxış edir.






VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

29.11.2026 / 16:24
Ukrayna cəbhədə atəşkəsə razıdır, amma bir şərtlə – Zelenskidən Putin və Trampa mühüm mesaj...

29.11.2026 / 16:07
Ukrayna Rusiyanın neft zavodlarını sıradan çıxarır – Moskva yanacaq çatışmazlığını gizlədə bilmədi...

29.11.2026 / 15:36
İran ABŞ hədəflərini Maskın peyk internetinin köməyi ilə vurub – “Starlink”lə bağlı SENSASİON İDDİA...

29.11.2026 / 13:19
Yaxın Şərqdə hərbi fəallıq artır – Pakistan Səudiyyəyə qoşun göndərdi...

29.11.2026 / 12:34
Hörmüz boğazında iki neft tankeri minaya düşdü – gəmilərdə yanğın başladı...

29.11.2026 / 11:21
Tehran müharibənin coğrafiyasını genişləndirməklə hədələdi – İrandan Vaşinqton və Təl-Əvivə mesaj...

29.11.2026 / 09:15
Pirallahıda oğurluq edən keçmiş məhkumlar saxlanıldı

29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…

29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” - "Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ