Bazar günü günü, 29 noyabr 2026
     

Gərginləşən Türkiyə - İran münasibətlərində Azərbaycanın mövqeyi bərkiyir

Image


Azərbaycanın böyük qonşuları sırasında yer alan Türkiyə və İran arasında son dövrlərdə münasibət yenidən gərginləşməyə doğru gedir. Bu gərginlik isə, öz növbəsində, tərəflərin Azərbaycanla da iqtisadi münasibətlərinə təsirsiz ötüşməyəcək. Proseslərin gedişi artıq hadisələrin məhz bu istiqamətdə inkişaf etməyə başladığını göstərir.
Belə görünür ki, istər təbii qaz məsələsində, istərsə də nəqliyyat vasitələrinin tranzit olaraq keçdiyi məkanlar üçün Türkiyə əsas etibarı ilə Azərbaycana stavka etməyə hazırlaşır.
Ankara və Tehran arasında gərgin münasibətlərin formalaşmasına İŞİD-in bölgədəki fəaliyyəti təsirsiz ötüşmür. Məsələ burasındadır ki, Türkiyənin Suriyada Bəşər Əsəd rejimi əleyhinə fəaliyyətini genişləndirməsi İranın getdikcə daha sərt reaksiyasına səbəb olmaqdadır. İran Xarici Işlər Nazirliyi Türkiyəni İranın müttəfiqi saydığı Suriya hökumətinə qarşı döyüşən üsyançıları dəstəkləyərək Suriyada vətəndaş müharibəsini uzatmaqda ittiham edib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə Tehranı müharibəni bitirmə cəhdlərinə zərbə endirməkdə günahlandırıb. Ərdoğan İraq və Suriyada yaranmış problemə görə İranı tənqid edib: "İran problemin həllində Türkiyə ilə vahid mövqe nümayiş etdirsəydi, Qərb ölkələrinə lüzum qalmazdı. Bizim də dinimiz islamdır, İranın da dini islamdır. Amma bu məzhəb yanaşması çətinliklər yaradır". İraq ordusunun 100 faizini şiələrin təşkil etdiyini deyən Ərdoğan ölkədə sünnilərin də yaşadığını xatırladıb: "Hazırda İraq ordusunun 100 faizi şiədir. Amma burada sünni də yaşayır. Burada İran özünə sərf edən mühit yaradıb. Suriyada da yenə İranın məzhəb təəssübkeşliyini görürük. Suriya rəhbərliyi arxasını gah İrana, gah da Rusiyaya çevirir. Bu mövzuda Rusiya ilə yaxşı münasibətlərimiz olsa da, həll edə bilmədik".
Bu fonda türk politoloq Nuray Mert bildirib ki, ikitərəfli münasibətlər tarixin ən aşağı nöqtəsindədir: "Hətta Osmanlı vaxtlarında belə iki ölkə, bütün çətinliklərə və böhranlara baxmayaraq, münasibətlərdə balans əldə etdi. Lakin onlar Suriya testini keçə bilmədilər. İranlılar düşünürlər ki, Türkiyə məzhəbçi mövqedən çıxış edir. Və iranlılar əsas təhlükə olaraq sünni məzhəbçiliyini görürlər, çünki sünnilərin regionda tarixən şiələrlə pis münasibətləri olub". Digər politoloq Semih İdiz bildirib ki, Türkiyə və İranda böyük və narazı kürd azlıqları olduğu üçün kürdlər iki ölkə arasındakı regional rəqabətdə dəfələrlə oyuncaq kimi istifadə olunublar: "Hər kəsə bəllidir ki, İran öz separatçı kürdləri ilə mübarizə apardığı zaman belə kürdlərə kömək edib. Regiondakı kürd məsələsinin mahiyyəti olduqca mürəkkəbdir". Xatırladaq ki, Türkiyənin kürd üsyançı qrupu PKK ilə illərdir davam edən mübarizəsində Ankara zaman-zaman Tehranı üsyançılara maddi-texniki yardım göstərməkdə ittiham edib. Tehran PKK ilə gizli razılaşma ittihamlarını rədd edir. Lakin Ankara PKK ilə əlaqəsi olan Suriya kürdlərini İŞİD cihadçılarına qarşı mübarizədə dəstəkləmədiyi üçün Türkiyədəki sülh prosesi uzanır. Politoloq Soli Özəl bildirir ki, bu vəziyyət Tehranın PKK-nı Türkiyəyə qarşı təhrik etmə ehtimalını yüksəldir: "Mən əminəm ki, Türkiyənin hər yerində, əsasən də cənub-şərqində iranlılar var və onlar aranı qarışdırmaq istəyir. Təsəvvür etmirəm ki, onlar təkbaşına nəyəsə qadir olsunlar". Təhlilçilər bildirir ki, Tehran və Ankara arasındakı rəqabətin bitməsi gözlənilmir və regiondakı kürdlər bu rəqabətdə mərkəz nöqtəsi olaraq qalacaq. Bu rəqabətin sonucu Vaşinqtonun regionda hansı rol oynayacağından və kürdlərin bu strategiyadakı rolundan asılı olacaq. Hələlik isə Tehran və Ankara arasında münasibətlər gərginləşir. Bu fonda Türkiyə və İran arasında qaz çəkişməsinin də yenidən baş qaldırması gözlənir. Ankar isə bu halda Azərbaycandan daha çox qaz almağı düşünür. Həmçinin, tərəflərin TIR davası da artıq Azərbaycana təsirini göstərib. Xatırladaq ki, İran Türkiyə TIR-larına görə tranzit haqqını qaldırıb. Bu səbəbdən Türkiyə lojistik dəstəklə bağlı razılığa gələ bilmədiyi İranla danışıqları dayandırıb. Ankara artıq Orta Asiya tranziti üçün istifadə etdiyi İran yolunu Azərbaycan yoluna dəyişəcək. Bu layihə 2015-ci ilin birinci rübündə həyata keçiriləcək.
Beləliklə, Türkiyə TIR-ları 2015-ci ilin birinci rübündən etibarən Orta Asiyadakı türk dövlətlərinə Azərbaycan üzərindən keçəcək. Beynəlxalq Nəqliyyatçılar Dərnəyinin (UND) sədri Fateh Şənər Azərbaycan və Türkmənistanla apardığı danışıqlardan sonra İranla tranzit əlaqələrinə son verərək TIR-ların Türkmənistana aparılmasının Azərbaycan üzərindən həyata keçiriləcəyini deyib: "Azərbaycan tərəfi ilə görüşdük. Xəzər dənizi üzərindən Türkmənistana gedəcək yolla əlaqədar bir xəritə tərtib etdik. Azərbaycan bizə iki yükdaşıyan gəmi və iki bərə verdi. Bu yolla illik 30 min gediş-gəliş etmək mümkün olacaq. 2015-ci ilin birinci rübündə İrandan yox, Azərbaycan üzərindən Türkmənistana TIR daşıyacağıq. Qiymət də İrandan daha sərfəli olacaq". Şənər İranın məsələ ilə bağlı qoyduğu mövqenin dünyada başqa bir oxşarı olmadığını da vurğulayıb. UND sədri bu seçimin Türkiyə şirkətlərinə problem yaratmayacağını bildirib: "Əslində İranın verdiyi qərar bizə o qədər də təsir etmir. Əksinə, işimizi irəli saldı. İran bizə benzin satmayanda benzin deposuna möhür vururdu. Biz də buna görə benzini Türkmənistandan almaq məcburiyyətində qalırdıq. İranın bizə benzin satmaması, litri 2 dollardan olmaqla, hər TIR-a 1.100 ABŞ dolları İrana ödəməməyimiz deməkdir. Türkmənistanda benzinin litri 14 sent, İranda isə 18 sentdir".



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

29.11.2026 / 16:24
Ukrayna cəbhədə atəşkəsə razıdır, amma bir şərtlə – Zelenskidən Putin və Trampa mühüm mesaj...

29.11.2026 / 16:07
Ukrayna Rusiyanın neft zavodlarını sıradan çıxarır – Moskva yanacaq çatışmazlığını gizlədə bilmədi...

29.11.2026 / 15:36
İran ABŞ hədəflərini Maskın peyk internetinin köməyi ilə vurub – “Starlink”lə bağlı SENSASİON İDDİA...

29.11.2026 / 13:19
Yaxın Şərqdə hərbi fəallıq artır – Pakistan Səudiyyəyə qoşun göndərdi...

29.11.2026 / 12:34
Hörmüz boğazında iki neft tankeri minaya düşdü – gəmilərdə yanğın başladı...

29.11.2026 / 11:21
Tehran müharibənin coğrafiyasını genişləndirməklə hədələdi – İrandan Vaşinqton və Təl-Əvivə mesaj...

29.11.2026 / 09:15
Pirallahıda oğurluq edən keçmiş məhkumlar saxlanıldı

29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…

29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” - "Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ