Bazar günü günü, 29 noyabr 2026
     

Parisin Qarabağ sirləri Yelisey sarayının məlumatında və Nalbandyanın bəyanatında...

Image


Əliyevin vurduğu 4 hədəf...

Və ya Paris saraylarından qalib kimi dönmək hamıya nəsib olmur...

Fransanın dəbdəbəli rəsmi sarayları çox tarixi hadisələrin şahidi olub. Zaman-zaman salon və sarayların adı dəyişsə də, onlar həmişə eyni mahiyyətli siyasətin doğuluş yeri olublar. Hansısa dövləti ərazicə dirçəldiblər, kiminin qol-qanadını yolublar, kiminin qürurunu sındırıblar, kimini avtoritetlər sayağı maliyyə kontekstində "qruzlayıblar".
Versal, Yelisey... Müxtəlif adlar altında dünyada çoxlarının tanıdığı saraylar faciəli, ya əlamətdar olmaqla nələrə şahidlik etməyiblər?! Böyük Səməd Vurğunun "Ziyafət" şeirindəki
"Orta əsrlərdən
qalma bu saray,
Yan-yana düzülmüş
böyük salonlar
...Mərmər
döşəmələr üstdə xalılar,
Bəzisi Hinddəndir, bəzisi Çindən" məşhur beytlərin ünvanı sayıla biləcək həmin saraylar... Prussiya üçün Napoleonun imzalatdığı ağır "Tilzit sülhü"nün acığına düz 63 il sonra - 1871-ci ildə əfsanəvi Bismark məhz Versal sarayında Fransa üçün təhqiramiz sülh müqaviləsi imzalatmadımı? Özü də vaxtilə Napoleonun Prussiyanın belinə yüklədiyi məbləğdə təzminat haqqı qoymaqla etdi bunu...1919-cu il məşhur Paris sülh konfransına - Almaniya, Avstriya-Macarıstan və Osmanlı kimi qosqoca imperiyaları tarixə gömdürən konfransa da bu saraylar ev sahibliyi edib. 1920-ci ilin avqustunda imzalanmış, ancaq Atatürkün böyük intellekti və fitri qabiliyyətləri sayəsində adi zibilxana kağızına çevrilmiş alçaldıcı Sevr anlaşmasına da Versal sarayının məşhur Farfor salonu (Seramik Muzeyi) şahidlik etmişdi. Bilirsinizmi, Osmanlını ləzzətli tort kimi param-parça edən həmin sazişə Fransa, İngiltərə və İtaliya nümayəndələri ilə bərabər Ermənistanın təmsilçisi Kaçaznuni hansı iştah və həyasızlıqla imza atmışdı?.. Nə isə...
Tarixdən bu günlərə qayıdaq və onunla davam edək ki, Fransanın bər-bəzəkli rəsmi salonlarındakı örtülü, yarımörtülü danışıqlardan qalib kimi ayrılmaq, ya da heç olmasa məğlub kimi qayıtmamaq hər dövlətə, hər dövlətin başçısına və ya nümayəndəsinə nəsib olmur...
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 27-nə təsadüf etmiş Yelisey sarayındakı hələlik çoxlarının örtülü saydığı görüşlərdən nə ilə qayıtdı? Dəqiq həqiqətləri yalnız diplomatik gizlinlik müddətinin başa çatmasından sonra biləcəyimizlə barışaraq, bu görüşlər barədə hələlik rəsmi bəyanatları təhlil etməklə kifayətlənməyə məcburuq. Üç dövlət başçısı arasında getmiş söhbətlər barədə hansısa diplomatik mənbəyə istinadən xəbər yaymağın ən azı qeyri-ciddi və ya risqli olduğunun da fərqinə varırıq. Ancaq real şəxslərin və rəsmi qurumların İlham Əliyev - Olland - Sarkisyan görüşləri barədə açıqlamaları hazırkı şəraitdə reallığa nisbətən ən yaxın nəticələr çıxarmağa əsas verən tutarlı mənbədir.
"Azərbaycan Prezidenti Parisdə üçtərəfli Qarabağ danışıqlarından nə ilə qayıtdı" sualı ətrafında analitik mülahizələrə əvvəlcə Ermənistan XİN-in başçısı Nalbandyanın fikirləri ilə başlayaq. Niyə məhz bundan başlamağın öz səbəbləri var və onu da deyəcəyik. Danışıqların "işgüzar, səmimi və konstruktiv" keçdiyini bildirən Nalbandyan daha sonra deyir: "Son üç ayda bu, prezidentlərin Qarabağ münaqişəsinin nizamlanması məsələsi üzrə üçüncü görüşüdür və bu onu göstərir ki, həmsədr ölkələr nizamlanma üzrə öz birgə səylərini sarsılmaz şəkildə davam etdirəcəklər". Klassik erməni bicliyi və qorxaqlığının sintezindən yaranan bu fikirlər həmsədr ölkələrin könlünü almaq və onlara yalmanmaq istəyən bir tərəfin təmsilçisi üçün ideal tapıntı sayıla bilər. Yoxsa "sarsılmaz" kimi yersiz, dad və rəng artıran bir kəlməni işlətmək nə üçün idi? "Ollandın may ayında regiona səfəri zamanı təklif etdiyi və həmsədrlərin də bəyəndikləri etimadın möhkəmləndirilməsi üzrə tədbirlər keçirilib" kimi fikirlərin də Nalbandyan tərəfindən deyilməsi konkret hədəfi olan erməni bicliyinin və qorxaqlığının təzahüründən başqa bir şey deyil. Yəqin ki, Nalbandyandan, Sarkisyandan nə vaxtsa kimsə soruşacaq və soruşmalıdır ki, maydan bu yana hansı etimad tədbirləri keçirmisən, çobanı girovluqda işgəncədən öldürmək, dədə-babasının qəbrini ziyarət etmək üçün özünü qılınca çırpan üç sadə kəndçinin birini döyə-döyə öldürmək, ikisinin üzərində sanki Kim Filbi, Mata Xari, Zorgeni tutublarmış kimi oyunbaz məhkəmə şousu düzəltmək, avqustun əvvəlində 6 Azərbaycan əsgərini sərhəddə güllələmək və s. nə vaxtdan Azərbaycan xalqının etimadını qazanmağa hesablanmış tədbirlər sayılır? Onun uydurduğu bu "etimad" bəyanatı əslində həmsədr ölkələrin etimadını qazanmaq, onların gözağartmasının ağır aurasından çıxmaq cəhdinə daha çox oxşayır. Gələk əsas sualın üstünə. Nalbandyan bütün ölkəsinin adından həmsədr ölkələrə niyə yalmanır, bu sayaq jestlər niyə məhz Paris danışıqlarının dərhal ardından edilir, erməni nazir niyə həmsədr ölkələri yumşaltmaq məqsədi güdən sözlər işlədir? Aşkar görünür ki, Nalbandyan "həmsədr ölkələrin sarsılmaz səyləri" kimi pafoslu sözlərlə, habelə onların fəaliyyətinin nəticəsinə qiymət və minnətdarlıq səciyyəsi daşıyan "konstruktiv", "faydalı", "səmimi" kimi epitetlərlə həmsədr ölkələrin könlünü almağa, onların daha çox qəzəbinə gəlmək təhlükəsindən sığortalanmağa çalışır.
Paris görüşündən sonra erməni tərəfin suallar doğuran qəribə bəyanatlarının səbəbini görmək üçün rəsmi məlumatların da təhlil olunmasına ehtiyac var. Məsələn, Yelisey sarayının mətbuat xidmətinin məlumatına görə, "Paris sammiti çərçivəsində Azərbaycan və Ermənistan prezidentləri Beynəlxalq Qırmızı Xaçın himayəsi altında itkin düşənlərlə bağlı informasiya mübadiləsinə başlamaq barədə razılığa gəliblər. F.Olland tərəfləri danışıqlar yolu ilə Minsk Qrupunun müəyyən etdiyi prinsiplər əsasında münaqişənin həlli yolunda daimi səyləri artırmağa çağırıb, status-kvonun qəbuledilməz olduğunu söyləyib. Olland prezidentləri fikir ayrılıqlarını aradan qaldırmaq və öz xalqlarını sülhə hazırlamaq üçün siyasi iradə nümayiş etdirməyə səsləyib. İrəliyə hərəkət etmək üçün hərtərəfli sülh sazişi hazırlanmasına başlamağı təklif edib." Yelisey sarayının rəsmi məlumatı burada bitdi.
Məlumatdan çıxarılan azı 4 görünən və analitik nəticə görüşdən sonra erməni tərəfinin sərgilədiyi "quyruğu qısıq" davranışların əsl səbəbini açmağa imkan verir. Səbəb o imiş ki, Ermənistan prezidenti görüşdən məyus qayıdıb, ona istəmədiyi təkliflər edilib, "divar qurtardı" deyilib, sülh prosesi qarşısında hazırkı dirənişinə görə ona iradlar tutulub və məsuliyyətin daha ağır hissəsi diplomatik formada onun üzərinə qoyulub.
Birinci nəticə, Yelisey sarayının rəsmi məlumatı əldə edilmiş böyük nəticənin itkin düşənlərlə bağlı olduğunu açıq göstərir. Bu konkret razılaşmanın kimin xeyrinə olduğu tam bəllidir. Bütün dünya bilir ki, münaqişə başlayandan 5 minə yaxın azərbaycanlı itkin düşüb, onlar Ermənistanın və Dağlıq Qarabağətrafı rayonların azərbaycanlı sakinləri olublar. Münaqişə ilə əlaqəli Ermənistanın isə itkin düşən ermənilər problemi yoxdur. Zatən ola da bilməzdi. Azərbaycan Ermənistana hücum etməyib, erməniləri qovmayıb, kütləvi şəkildə qırmayıb, belədə ermənilər necə itkin düşə bilərdi? Deməli, itkin düşənlər barədə haqqında söhbət gedən razılaşma əslində Ermənistan prezidentinin boynuna qoyulmuş ittiham və məsuliyyət yükündən başqa bir şey deyil. Başqa sözlə desək, bu razılaşma itkin düşmüş 5 min azərbaycanlının taleyinə görə Sarkisyanın üzünə oxunmuş ittiham aktıdır, özü də Azərbaycan Prezidenti İlham Əliyevin yanında...
İkinci nəticə Ollandın mövcud status-kvonun qəbuledilməz olmasını birmənalı bəyan etməsidir. Status-kvonun yalnız Ermənistan üçün faydalı olduğunu və Azərbaycanın, nəyin bahasına olursa-olsun, onu dəyişdirmək iddiasında olduğunu dünyanın bütün diplomatik dairələri bilir. Görüşdən bir neçə həftə əvvəl İlham Əliyev bir dövlət müşavirəsində status-kvonun əsl mahiyyətini çox sadə şəkildə izah edərək, "bu, Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi deməkdir" demişdi. Deməli, status-kvo ilə bağlı Ollandın açıq ifadə edilmiş mövqeyi Azərbaycan Prezidentinin mövqeyinə birmənalı dəstək olmaqla bərabər, Sarkisyana zərbə kimi dəyərləndirilməlidir. Çünki Sarkisyanı və Ermənistan hakimiyyətlərini illər boyu qan və saxtakarlıqla qəsb etdikləri ərazilərdən geri çəkilməyə sövq edir.
Üçüncü nəticə Ollandın prezidentlərə hərtərəfli sülh sazişi hazırlanmasına başlamağı təklif etməsidir. Prezidentlərin Paris sammitinə qədərki prosesi ardıcıl izləməyənlər üçün bunun Azərbaycana nə qədər faydalı və müsbət element olduğunu tam dəyərləndirmək, yəqin ki, çətin olar. Burada sammitə qədər Azərbaycan hökuməti adından Bakıda Elmar Məmmədyarovun səsləndirdiyi prinsipial əhəmiyyətli bir bəyanatı mütləq xatırlamağa ehtiyac var. Elmar Məmmədyarov Azərbaycanın hərtərəfli sülh sazişinin hazırlanmasına başlamağa tam hazır olduğunu demişdi. Əslində bu, Azərbaycan Prezidentinin Paris sammiti üçün öncədən hazırladığı diplomatik hücum taktikasının bir forması idi. Ermənistana yönləndirilmişdi, o prinsiplə ki, biz hərtərəfli sülh sazişi barədə danışıqlara başlamağa hazırıq, buyurun, Sarkisyan cənabları, siz də buna hazır olub-olmadığınızı deyin. Sarkisyanın özündən o zaman səs çıxmadı və bununla o, əslində Azərbaycanın əvvəlcədən hazırladığı diplomatik tələyə düşdü. Buna görə də konkret situasiyada Sarkisyanın korafəhmlikdən, ya nədənsə vermədiyi cavabı Fransa prezidenti onun boynuna yüklədi. Çünki Olland da bilir ki, İlham Əliyev hərtərəfli sülh sazişi danışıqlarına öncədən hazır idi və bunu açıq demişdi. Demək, sazişlə bağlı Ollandın fikirləri sammitdə onun İlham Əliyevin mövqeyində dayanaraq Sarkisyana diqtə etməsi kimi də başa düşülə bilər.
Dördüncü nəticə Ollandın prezidentlərə etdiyi öz xalqlarını sülhə hazırlamaq çağırışı ilə bağlıdır.
Ermənistanın və erməni siyasətçilərinin yüz illər boyu davakar, istilaçı, mürtəce və ədalətsiz müharibə və fitnələr törətdiyini dünyada hamı, elə Ollandın özü də bilir. Bu mənada xalqların sülhə hazırlanmasında məsuliyyətin nə qədər ağır hissəsinin Ermənistan prezidentinin üstünə düşdüyünə şübhə yoxdur. Bu öz yerində.
Ancaq Yelisey sarayının rəsmi məlumatındakı incə bir məqam diqqəti xüsusi cəlb edir. Ollandın xalqları sülhə hazırlamaq təklifində, İlham Əliyevə müraciətdən daha çox, 20 ildən bəri münaqişənin dinc yolla həllinə ümid edən Azərbaycanın məcburi şəkildə ilbəil hərbi xərclərini artıraraq regionun ən böyük hərbi gücünə çevrilməsindən qorxu hissi aşkar sezilir. Olland bilməmiş deyil ki, xalqları sülhə hazırlamaqda İlham Əliyevə aid bir məsuliyyət payı yoxdur, Azərbaycan xalqı onsuz da sülh ümidi ilə çox dözüb və gözləyib. Deməli, Azərbaycanın son on ildəki hücum diplomatiyası ilə yanaşı hərbi gücünü artırmaq siyasəti də lazımi nəticəni verməkdədir. Bu mənada Ollandın xalqları sülhə hazırlamaq təklifi də əslində Azərbaycan Prezidentinin üstün mövqeyinin təzahürü kimi qəbul edilməlidir.
Status-kvonun hökmən dəyişdirilməsi barədə sammitdə aparılan müzakirələr və vahid qərarlaşmalara sonrakı reaksiyalar da Ermənistan prezidentinin sammitdən məmnun qayıtmadığını iddia edənlərin haqlı olduğunu göstərir. Artıq ABŞ və müxtəlif Avropa strukturları status-kvonun dəyişdirilməsinin labüdlüyünü vurğulayaraq, prezidentlərin görüşünü bu hədəfə aparan əsas model kimi qiymətləndirirlər. Nümunə olaraq, Avropa Birliyinin Bakı Nümayəndəliyinin rəhbəri Malena Mardın fikirlərini təkrarlamaq kifayətdir: "Bu cür yüksək səviyyəli görüşlər status-kvonun dəyişməsi və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün olduqca vacibdir." Diqqət yetirin, status-kvonun dəyişməsi Avropa rəsmisinin bəyanatında Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin müstəsna vacib şərti kimi nəzərdən keçirilir, başqa sözlə desək, xanım Mard demək istəyib ki, status-kvo dəyişməsə, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli mümkünsüzdür. Azərbaycanın çoxdan dediyi, dünya rəsmilərinə dedirtmək istədiyi, nəhayət Paris sammitindən sonra reallaşan, Ermənistanın qarşısında ümumi tələb kimi qoyulan prinsip elə bu deyildimi? Status-kvonun isə mahiyyətcə Azərbaycanın işğal altında olan DQ ətrafı rayonlarının azad edilməsindən ibarət olduğunu nəzərə alsaq, diplomatiyamızın və şəxsən cənab Prezidentin Parisdən əliboş qayıtmadığını deməyə ciddi əsasların olduğunu görərik.
Xüsusilə də status-kvo və hərtərəfli sülh sazişinə başlamaq təklifi ilə bağlı məsələlərdə... Bu iki prinsipial məsələdə Fransa prezidentinin dili ilə Azərbaycanın mövqeyini Sarkisyana qəbul etdirmək özlüyündə böyük nəticələrdi.
Status-kvonun nə vaxt dəyişdiriləcəyini indi kimsə deyə bilməz. Ancaq faktdır ki, bir vaxtlar "status-kvo dəyişdirilməlidir" deyən tək Azərbaycan idisə, indi bunu açıq deməyən tək Ermənistandır. Böyük sülh sazişinin də nə vaxt hazır olacağını indi kimsə bilmir. Ancaq Azərbaycan buna hazır olduğunu rəsmən bəyan edəndən sonra Ermənistandan da analoji mövqe gözlədiyi halda, bunu da Sarkisyana məhz Parisdə qəbul etdirdilər. Deyəsən, örtülü Paris sammitindən çıxarılan bu analitik nəticələr tarixin nə vaxtsa sirr pərdəsinin altından faş edəcəyi faktlardan o qədər də fərqlənməyəcək bir mahiyyətdədir...
Bizim analitik nəticələrimiz həm də onu göstərir ki, Parisdə Sarkisyan da, Nalbandyan da "alnından nallanıblar".
Görək tarix nə deyəcək...



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

29.11.2026 / 16:24
Ukrayna cəbhədə atəşkəsə razıdır, amma bir şərtlə – Zelenskidən Putin və Trampa mühüm mesaj...

29.11.2026 / 16:07
Ukrayna Rusiyanın neft zavodlarını sıradan çıxarır – Moskva yanacaq çatışmazlığını gizlədə bilmədi...

29.11.2026 / 15:36
İran ABŞ hədəflərini Maskın peyk internetinin köməyi ilə vurub – “Starlink”lə bağlı SENSASİON İDDİA...

29.11.2026 / 13:19
Yaxın Şərqdə hərbi fəallıq artır – Pakistan Səudiyyəyə qoşun göndərdi...

29.11.2026 / 12:34
Hörmüz boğazında iki neft tankeri minaya düşdü – gəmilərdə yanğın başladı...

29.11.2026 / 11:21
Tehran müharibənin coğrafiyasını genişləndirməklə hədələdi – İrandan Vaşinqton və Təl-Əvivə mesaj...

29.11.2026 / 09:15
Pirallahıda oğurluq edən keçmiş məhkumlar saxlanıldı

29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…

29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” - "Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ