şənbə günü, 31 oktyabr 2026
     

Azərbaycanın hərbi gedişləri Ermənistanı dalana dirəyir – işğalçı ölkədə “mərhələli həll”dən başqa yol qalmadığı ən müxtəlif səviyyələrdə etiraf olunur...

Image


Bu gün dünya miqyasında yenidən açıq etiraf edilir ki, Azərbaycan Ordusu istənilən vaxt düşmənə ən güclü, həlledici zərbə endirməyə və Ermənistanın işğal siyasətinə qısa zaman kəsiyində son qoymağa hazırdır. Bu fonda indi Ermənistanda böyük narahatlıqla qarşılanan məsələlərdən biri ordumuza yeni döyüş əməliyyatlarına hazır olmaq barədə əmr verilməsidir.

Xatırladaq ki, bu ayın əvvəlində Mərkəzi Komanda Məntəqəsində müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun rəhbər heyəti ilə xidməti müşavirə keçirib. Burada müdafiə naziri ordu rəhbərliyinin diqqətini son zamanlar düşmənin təxribat hərəkətlərinin aktivləşməsi ilə döyüş fəaliyyətlərinin yenidən başlanması ehtimalının kəskin artmasına yönəldib. Nazir tərəfindən ön xətdə və düşmən müdafiəsinin dərinliyində kəşfiyyatın bütün növlərinin gücləndirilməsi, döyüşə hazırolma planlarının dəqiqləşdirilməsi, qoşunların hərtərəfli təminatı, həmçinin intensiv dərslərin, məşqlərin və təlimlərin keçirilməsinə dair konkret tapşırıqlar verilib. Müdafiə naziri bütün səviyyələrdən olan komandirlərdən düşmənin müxtəlif təxribatlarının qarşısının alınması, cəbhənin bütün istiqamətlərində onun aktivləşməsinə qətiyyətlə yol verilməməsi və döyüş fəaliyyətlərinin aparılmasına hazır olmalarını tələb edib. Məhz bütün bunlar indi ermənilər tərəfindən böyük narahatlıqla qarşılanır. Məsələn, erməni ekspert Karen Ovhannisyan deyir ki, hərbi əməliyyatların yenidən başlaması haqqında Azərbaycandan həmişə siqnallar gəlir, lakin bir qayda olaraq, bunlar daha çox siyasi və ekspert sahəsindən gəlir:”Bu dəfə isə, məhz hərbi müfəttişliyin rəhbəri bu barədə birbaşa danışır. “Hərbi əməliyyatların yenidən başlaması ehtimalı yüksəkdir” ifadəsi, ən azından, aprel döyüşlərindən sonra açıq mətnlə və ya ictimaiyyət üçün əlçatan versiya ilə Azərbaycanın hərbi rəhbərliyi tərəfindən deyilməmişdi. Amma indi deyilir və yaxın tezlikdə yeni savaş başlana bilər”. Ovhannisyan bildirib ki, Azərbaycan müdafiə naziri mənəvi-psixoloji vəziyyəti yüksəltmək üçün əvvəllər qoşuna bu şəkildə müraciət etməyib. Erməni hərbi ekspert Gevorq Gevorqyan da vəziyyətin Ermənistan üçün narahatedici olduğunu bildirir: “Azərbaycan savaşa başlamağa hazırlaşır. O bunun üçün lazımı şərait yetişdiyni düşünür. Biz ölkəmizin təhlükəsizliyinin və dövlətçiliyimizin əsaslarının süquta uğramasına icazə verə bilmərik. Amma durum bizim lehimizə deyil”. O qeyd edib ki, Azərbaycanın hərbi rəsmiləri açıq şəkildə ərazi bütövlüyünün bərpası haqqında danışır və onların istəkləri müharibəyə başlamaq müqəddiməsindən başqa bir şey deyil. Bu durumda düşmənın narahatlığını artıran daha bir məqam Prezidentin köməkçisi - Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, general-polkovnik Məhərrəm Əliyev, eləcə də Zakir Həsənov və Müdafiə Nazirliyinin digər rəhbər heyəti cəbhə bölgəsindəki hərbi hissələrin silah və hərbi texnikasının döyüş qabiliyyətini yoxlamasıdır. Düşmən ölkədə bütün bunlar təsadüfi sayılmır və ordumuzun savaşa hazırlıq məşqi kimi qəbul olunur. Həqiqətən də hərbi texnikanın modernləşdirilməsi, yeni növ silah-sursatın alınması, müasir silahlardan istifadə edə bilən hərbçilərin formalaşması və digər amillər ordumuzun həm texnika, həm canlı qüvvəsinin yüksək səviyyədə təminatından xəbər verir. Bu fonda ordumuzun hər an başlana biləcək hücumu erməniləri darmadağın etmək üçün kifayətdir. Bunu rus politoloq Oleq Kuznetsov da xüsusi olaraq vurğulayır. O qeyd edir ki, Azərbaycan ordusu gücləndiyi halda, Ermənistanda tamam fərqli vəziyyətdir:“Ermənistanın hərbi-siyasi vəziyyəti koronavirus pandemiyası şəraitində o qədər pisləşib ki, artıq bu ölkənin yalnız dərin böhran içində deyil, həm də humanitar fəlakətin astanasında olduğu kənardan da aydın görünür. Əhali artıq qara günə hesablanmış bütün ehtiyatları işlədir, sosial etirazlar başlayır və insanların yaşayış səviyyəsinin kəskin düşməsi fonunda cinayətlərin sayı artır. Belə şəraitdə Dağlıq Qarabağ mövzusu sadə ermənilərin gözündə getdikcə daha çox aktuallığını itirir. Ermənistan hakimiyyəti hər cür qanunsuz radikal təbliğatdan istifadə etməklə cəmiyyətin gözündən pərdə asmağa çalışır. Amma Ermənistan hərbi, siyasi, iqtisadi müstəvidə çox zəifləyib və yeni Qarabağ savaşı Ermənistan üçün dağıdıcı olacaq.

Digər tərəfdən, bu durumda müasir erməni siyasi ritorikasının yeni tendensiyasının antirusiya yönümlü olduğu da gözə çarpır. Bu ölkədə ictimai-siyasi diskurs trendinin mütəşəkkil formada dəyişdirilməsi göz qabağındadır". Politoloq vurğulayıb ki, bu, Rusiya xarici işlər naziri Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların formatına və məzmununa dair bəyanatından sonra Rusiya-Ermənistan münasibətlərində baş vermiş diplomatik qalmaqalda daha qabarıq göründü. Kuznetsovun sözlərinə əsasən, indi İrəvan anlayır ki, Rusiya artıq işğalçı rejimi dəstəkləməyəcək və Ermənistanı sülh yolu ilə torpaqları qaytarmağa vadar edəcək:“Yəni erməni ictimai şüuru paradiqmasının dəyişməsinə açıq-aydın cəhd göstərilir. Əgər əvvəllər “Qarabağ Azərbaycanın təcavüzündən qorunmalı olan əzəli erməni torpağıdır" fikri semantik dominant idisə, indi o, İrəvanın münaqişənin hərbi həlli ilə üz-üzə qalacağı ilə bağlı günahkarı kənarda axtarmaq barədə söhbətlərə doğru əhəmiyyətli dərəcədə dəyişir. Əslində, hazırda rəsmi erməni təbliğatı öz həmvətənlərinin kütləvi şüurunu 1988-1994-cü illər müharibəsinin nəticəsinə yenidən baxılacağı həqiqətini daha ağrısız qavramasına hazırlayır”. O əlavə edib ki, şübhəsiz, Ermənistanda siyasi rejimin dəyişməsi, “Qarabağ klanı”nın və ya Dağlıq Qarabağın erməni separatçılarının qanunsuz silahlı birləşmələrinin səhra komandirlərinin hakimiyyətdən uzaqlaşdırılması bu tendensiyanın formalaşmasında prinsipial rol oynayıb. Lakin bu transformasiyanın başlanğıc nöqtəsi 2016-cı ilin aprel döyüşlərində baş verib. Məhz onda hamıya aydın oldu ki, Azərbaycan öz ərazi bütövlüyünü güc yolu ilə də bərpa etməyə qadirdir:”Buna görə də hazırkı şəraitdə İrəvanın vəziyyətdən yalnız bir ağıllı çıxış yolu var – ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzrə planını yerinə yetirmək və işğal edilmiş bütün torpaqları mərhələli şəkildə Azərbaycanın yurisdiksiyasına qaytarmaq”.

Digər politoloq, milli münaqişələr eksperti Yevgeniy Mixaylov  da Ermənistanı məntiqi addımlar atıb, işğala son qoymağa dəvət edir. Dağlıq Qarabağ münaqişəsinin mərhələli həllinin, ilk mərhələdə keçmiş DQMV ətrafındakı əraziləri qaytarmağın vacibliyinə dair Rusiya xarici işlər naziri Sergey Lavrovun son açıqlamasını xatırladan ekspert bildirib:“Fikrimcə, Lavrovun bu sözləri təsadüfi deyil. Deməli, hansısa ilkin razılaşmalar olub. Ermənistanın indiki hökuməti əslində əldə edilmiş bütün razılaşmaları pozaraq Rusiya ilə onsuz da gərgin olan münasibətləri daha da korlayır. Rusiya Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə tərəfdar olub və indi də tərəfdardır. Rusiya həmişə deyir ki, Ermənistan Avrasiyanın bir parçasıdır, Qərbə çox boylanmamalıdır. Öz yurdunda yaşamalı, ümumi iqtisadi məkanda qalmalıdır”. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli yalnız xeyir verəcək:"Ermənilər qonşuları ilə danışıqlara başlasa, öz iqtisadi vəziyyətlərini düzəldər, gəlirləri artar, sərhədləri açılar, gediş-gəliş başlayar. Bütün regionda böyük iqtisadi sıçrayış baş verər. Bütün bunları Ermənistanda dərk etməyə bilməzlər. Ermənistan xarici işlər naziri Mnatsakanyan güzəştlərə getməyəcəklərini deyirsə, deməli, oyuna üçüncü qüvvə daxil olub. Mənim fikrimcə, həmin qüvvə regionda sülhü istəməyən ABŞ və müttəfiqləridir. Burada daim közərən gərginliyin olması onlara sərf edir. İndi bütün Cənubi Qafqazda vəziyyəti qarışdırmaq üçün ermənilərdən istifadə edəcəklər.“Hazırda Ermənistan taleyüklü seçim qarşısındadır. Bundan sonra ya Amerika ilə, ya da Rusiya və onun müttəfiqləri ilə yol yoldaşı olacaq. Azərbaycan isə Rusiyanın müttəfiqidir. Azərbaycan bütün regionun inkişafında maraqlıdır. Ermənistandakı mövcud hökumət getməsə, məsələnin həlli üçün perspektiv görmürəm”. Ermənistan Respublika  Partiyasının sədr müavini  Armen Aşotyan isə qeyd edir ki, əslində İrəvan çıxılmaz durumda olduğundan, Qarabağ məsələsində ona diqtə edilənləri icra etməyə məcburdur:“Bu mənada, Rusiya xarici işlər naziri Sergey Lavrovun bəyanatından sonra erməni cəmiyyətinin siyasi dairələrində Lavrovun yalan danışdığı, Nikol Paşinyan və ya ən azı Zöhrab Mnatsakanyanın birbaşa şəkildə bu bəyanatı təkzib edəcəyi ilə bağlı sadəlövh inam var idi”. Onin sözlərinə görə, reallıq isə başqa şey deyirdi:“Reallıq o idi ki, Rusiya xarici işlər naziri Qarabağ danışıqları ətrafında davam edən prosesləri ortaya qoydu. Bu hakimiyyət Nikol Paşinyanın başçılığı ilə iki il davamlı olaraq bu proseslər haqqında erməni cəmiyyətini aldadırdı və müntəzəm şəkildə iddia edirdi ki, danışıqlar yoxdur, sənəd yoxdur. Lakin gördüyümüz kimi, Rusiya xarici işlər nazirinin bəyanatı təkzib edilmədi, əksinə, əslində Ermənistan xarici işlər nazirinin mayın 4-də geniş, aldadıcı və çaşdırıcı qiymətləndirmələrində qırmızı xətlə Lavrovun haqlı olduğu, Nikolun isə yalan danışdığına dair şüuraltı bir fikir keçirdi”. Aşotyan qeyd edib ki, Zöhrab Mnatsakanyan onların hansı informasiyaya sahib olduğunu yaxşı bilir. Bu fonda da artıq bəllidir ki, Qarabağ məsələsində Ermənistan çətin bir mövqedədir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur.

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:45
"Mən ailədən qalan yeganə varis kimi Ağdamdakı evimizi ala bilmirəm" - Mətanət Ağamirli

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ