Prezident İlham Əliyev Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi və təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin (siyahı əlavə olunur) tikintisi, əsaslı təmiri və bərpası işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.17.1-ci yarımbəndində göstərilmiş 20,0 (iyirmi) milyon manat Bakı Şəhər İcra Hakimiyyətinə ayrılır.
Maliyyə Nazirliyi nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Bakı şəhərində və onun qəsəbələrində tikintisi, əsaslı təmiri və bərpası nəzərdə tutulan məktəblərin siyahısı
Sıra
№-si
Tədbirin adı
Ayrılan vəsait
İstifadəyə verilən güc
Nizami rayonundakı 251 nömrəli tam orta məktəb üçün 840 şagird yerlik əlavə korpusun tikintisi
1 910 000
Obyekt
Binəqədi rayonunun Binəqədi qəsəbəsindəki 205 nömrəli orta məktəbin sökülməsi və 960 şagird yerlik məktəbin tikintisi
1 710 000
Suraxanı rayonunun Əmircan qəsəbəsindəki 154 nömrəli orta məktəbin sökülməsi və 960 şagird yerlik məktəbin tikintisi
3 680 000
Suraxanı rayonunun Əmircan qəsəbəsindəki 97 nömrəli orta məktəbin əsaslı təmiri (layihə-smeta sənədlərinin hazırlanması ilə), köhnə binasının, habelə emalatxanasının sökülməsi və 264 şagird yerlik korpusun (yeməkxana, idman və akt zalı ilə) tikintisi
2 500 000
Sabunçu rayonunun Ramana qəsəbəsindəki 90 nömrəli məktəbin əsas korpusunun və idman zalının əsaslı təmiri (layihə-smeta sənədlərinin hazırlanması ilə), iki korpusun sökülməsi və 960 şagird yerlik korpusların tikintisi
2 310 000
Suraxanı rayonunun Əmircan qəsəbəsindəki 87 nömrəli orta məktəbin köhnə korpusunun sökülməsi və 1752 şagird yerlik korpusların tikintisi
Sabunçu rayonunun Zabrat qəsəbəsindəki 71 nömrəli tam orta məktəb üçün əlavə 30 sinif otağının tikintisi
1 350 000
Sabunçu rayonunun Zabrat qəsəbəsindəki 307 nömrəli orta məktəb üçün əlavə 15 sinif otağının tikintisi
746 600
Xətai rayonundakı 263 nömrəli orta məktəbin üçmərtəbəli korpusunun bərpası, ikimərtəbəli korpusunun, habelə birmərtəbəli keçidlərin sökülməsi və yeni korpusların (idman və akt zalı ilə) tikintisi
1 500 000
Nəsimi rayonundakı 35 nömrəli orta məktəbin köhnə korpusunun sökülməsi və yeni korpusun tikintisi
1 320 000
Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki 300 nömrəli orta məktəb üçün 960 şagird yerlik korpusların (idman və akt zalı ilə) tikintisi (keyfiyyət zəmanəti)
333 000
Suraxanı rayonunun Bülbülə qəsəbəsindəki 208 nömrəli orta məktəb binasının sökülməsi və 360 şagird yerlik məktəb binasının tikintisi (keyfiyyət zəmanəti)
98 800
Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsindəki 101 nömrəli orta məktəbin əsas və köməkçi binalarının sökülməsi və 360 şagird yerlik əlavə korpusun (yeməkxana və akt zalı ilə) tikintisi (keyfiyyət zəmanəti)
41 600
Cəmi:
20 000 000