şənbə günü, 31 oktyabr 2026
     

Korrupsiya üstündə tutulmuş icra başçısının həbsinə Biləsuvar deputatından qəribə reaksiya və son düzəlişi... - YENİLƏNDİ

Image


66 saylı Biləsuvar seçki dairəsinin gənc deputatı Bəhruz Məhərrəmovdan oranın icra başçısının həbsinə münasibət öyrəniblər. Deputat deyib ki, media bu məsələlər ətrafında manipulyasiya etməməlidir.

Yıxılana balta vurmaq olmaz: “Fürsətdən istifadə edib, medianı bu məsələlər ətrafında manipulyasiya etməməyə çağırıram. Başqa şayiə və fikirlərə əhəmiyyət verməyin. İkincisi, bildiyiniz kimi, sabiq icra başçısı barəsində Cinayət Məcəlləsinin 308, 311 və 179-cu maddələrinin müvafiq bəndləri üzrə cinayət işi açılıb, lakin məhkəmənin yekun hökmü yoxdur, təqsir məhkəmə qaydasında sübut olunana qədər ifadələrimizdə ehtiyatlı olaq. Və sonda, aydındır ki, pozuntu bir günün işi deyil, problemləri indiyədək yazmaq lazım idi, əks halda, necə deyərlər, daldan atılan daş topuğa dəyər. Yıxılanı baltalamaq bizə yaraşmaz”.

Böyük ehtimalla gənc deputatımız Biləsuvarın icra başçısına qarşı qaldırılan maddələri sadalayaraq cəmiyyətə, xüsusilə də mətbuata “təqsirsizlik prezumpsiyası dərsi” keçməyə çalışmaqla, ixtisasca hüquqşünas olduğunu göstərmək istəyib. Ancaq bu cəhd alınmayıb. Çünki hər şey hamının gözü qarşısında baş verib. Bundan başqa, həbs edilən icra başçısının əməlləri, danışıqları lentə alınıb, əlində rüşvət tutulub. Adam müavininə “gəl bir 500 nəfərə koronavirusa görə pul yazaq, 200-nü götürək” deyir, sonra da DTX-nin kamerası qarşısında etiraf edərək, “bu əməllərimə görə xəcalət çəkirəm” söyləyir. Nəhayət, Prezident də bu həbslərə dəfələrlə münasibət bildirir və əlində rüşvət tutulan məmurları ən sərt ifadələrlə qınayır. Bir sözlə, nəzərə alsaq ki, məlum hadisə ölkədə böyük rezonans doğurub, ölkə başçısı tərəfindən onun əməli pislənib, o zaman deputatın buna belə yanaşması nə dərəcədə doğrudur?

  • Arzuxan Əlizadə: “...mediaya yönəlik fikirlərini uğurlu hesab etmirəm”

Məsələyə münasibət bildirən AMİP-in sədr əvəzi Arzuxan Əlizadənin sözlərinə görə, baş verənlərlə əlaqədar deputatın medianı, bir növ, borclu çıxarması doğru yanaşma deyil: “Aprelin 29-da Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyevin saxlanması ilə nəticələnən Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi təyinatlı dəstəsinin keçirdiyi əməliyyat sıradan bir hadisə deyil. Onu da nəzərə alsaq ki, son 5 ay ərzində artıq sayca dörd rayon icra hakimiyyəti başçısı DTX-nın keçirdiyi əməliyyatla həbs edilib. Şübhəsiz ki, bunun cəmiyyətdə xüsusi rezonansa səbəb olması ilə əlaqədar ölkə mediasının sözügedən hadisələri diqqət mərkəzində saxlaması da təbiidir. Buna görə medianı günahlandırmaq doğru yanaşma deyil. Bildiyim qədər, parlamentdə Biləsuvarı təmsil edən deputat Bəhruz Məhərrəmov ilk ali təhsilini jurnalist ixtisası üzrə alıb. Bu anlamda deputatın məsələyə yalnız hüquq müstəvisindən çıxış edərək, təqsirsizlik prezumpsiyası prizmasından yanaşmasını və mediaya yönəlik fikirlərini uğurlu hesab etmirəm. Digər tərəfdən, görünən odur ki, ölkədə yeni bir düzən formalaşmaqdadır. Ölkə Prezidenti siyasi iradə nümayiş etdirərək, korrupsiya və rüşvətin qarşısını almaq üçün bu prosesin davamlı olacağını bildirir. Belə olan halda, deputatın aparılan siyasətə dəstək vermək əvəzinə, bununla əlaqədar sərgilədiyi mövqeyi, yumşaq desək, başadüşülən deyil”.

Günün sonunda isə Milli Məclisin deputatı Bəhruz Məhərrəmov açıqlama yayaraq fikirlərinin təhrif olunduğunu bildirib. Deputatın açıqlamasında deyilir: “Azpolitika.az saytında adımdan gedən 04.05.2020-ci il tarixli yazı ilə əlaqədar bildirirəm ki, qeyd olunan sayt Biləsuvar rayon İcra Hakimiyyətinin sabiq başçısı və hazırda həbsdə olan Mahir Quliyev barəsində fikrimi təhrif olunmuş və həqiqətə uyğun olmayan şəkildə təqdim etmişdir, qeyd olunan mövqe tərəfimdən qəbul edilmir və birmənalı şəkildə rədd edilir. Belə ki, mən ixtisasca hüquqşünas olaraq aparılan araşdırmanın nəticəsini gözləməyi tövsiyə etmişəm, çünki biz cənab Prezidentin rəhbərliyi altında hüquqi dövlətdə yaşayırıq və təqsirləndirilən şəxsin barəsində son qərar məhkəmə tərəfindən qəbul ediləcək.

Lakin bu o demək deyil ki, sabiq icra başçısı qeyd olunan əməlləri törətməyib. Mahir Quliyev ilk növbədə ona göstərilən etimadı doğrultmayıb, cənab Prezidentin korrupsiya və digər mənfi hallara qarşı mübarizə apardığı bir dövrdə bu əməlləri törədib və törədilməsinə şərait yaradıb. Buna görə də yerli sakinlər haqlı olaraq onun fəaliyyətindən ciddi narazı olub və bu barədə əsaslı müraciətlər edib. Bunun nəticəsidir ki, hazırda onun barəsində kifayət qədər təkzib olunmaz sübutlar olduğuna görə onun haqqında tamamilə doğru olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179, 308 və 311-ci maddələri ilə cinayət işi istintaq edilir və barəsində əsaslı olaraq məhkəmə tərəfindən həbs qəti imkan tədbiri seçilib. Bütün günahkar şəxslər Azərbaycan məhkəməsi qarşısında cəzalarını alacaqlar”.

Vidadi ORDAHALLI



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:45
"Mən ailədən qalan yeganə varis kimi Ağdamdakı evimizi ala bilmirəm" - Mətanət Ağamirli

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ