Bazar günü günü, 29 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Qarabağ münaqişəsinin məşhur "status-kvo"su dəyişə bilər
Tarix: 30.10.2014 / 02:03
Bölmə: Siyasət
Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan yüksək səviyyəli rəsmi danışıqların hansı nəticəyə gətirib çıxaracağı indi siyasi dairələrdə xüsusi müzakirə mövzusudur. Qərbin qeyd olunan istiqamətdə son dövrlərdə nümayiş etdirdiyi fəallıq, ekspertlərə görə, əslində, müəyyən nəticələrə gətirib çıxarmaq iqtidarındadır.
Məhz bütün bunlar fonunda prezidentlərin Paris görüşü barədə kifayət qədər maraqlı fikirlərə rast gəlmək olar. Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsi Yelisey sarayında keçirilən ikitərəfli və üçtərəfli görüşlərin hər birində əsas müzakirə mövzusu olub. Onu da xatırladaq ki, cari ilin mayından - Fransa prezidenti Fransua Ollandın Cənubi Qafqaza səfərindən sonra Paris görüşü gündəmdə idi. Bundan əvvəl isə Azərbaycan və Ermənistan prezidentləri ABŞ və Rusiyanın təşəbbüsü ilə bir araya gəlmişdilər. Növbəti belə təşəbbüsün müəllifi Fransa oldu. Dövlət başçılarının üçtərəfli görüşündə əsas diqqət münaqişənin hazırkı vəziyyətinə, bu istiqamətdə dinamikaya nail olmaq üçün atılacaq addımlara yönəldi. Yelisey sarayının rəsmi məlumatına görə, müzakirələr zamanı təmas xəttində müşahidə olunan gərginlik, xüsusilə mülki vətəndaşların ölümünə səbəb olan insidentlərdən narahatlıq ifadə olunub. Fransua Olland tərəflər arasında gərginliyin səmərəli şəkildə azaldılmasının vacibliyini qeyd edib. O, tərəfləri münaqişənin beynəlxalq hüquq prinsiplərinə hörmət və Minsk Qrupu həmsədrləri tərəfindən müəyyən olunmuş təməl prinsipləri əsasında, danışıqlar yolu ilə, davamlı həlli istiqamətində səylərini intensivləşdirməyə çağırıb. Fransa prezidenti hazırkı status-kvonun qəbuledilməz olduğunu vurğulayıb. Rəsmi Paris irəliləyişə nail olmaq üçün böyük sülh sazişinin tərtib edilməsinə başlanmasını da təklif edir. Xatırladaq ki, status-kvonun qəbuledilməz olmasını Azərbaycan tərəfi də dəfələrlə gündəmə gətirib. Lakin Ermənistanın indiki mövqeyi status-kvonun dəyişməsinə imkan vermir. İndiki vəziyyətdə isə Qərb ölkələri tərəfindən status-kvonun dəyişməsinin qəti şəkildə gündəmə gətirilməsi və hətta Rusiyanın da bu mövqedən çıxış etməsi vəziyyəti dəyişə bilər. Yəni proseslər Ermənistanı mövqeyində dəyişikliyə vadar etmək iqtidarındadır. Hər halda, prezidentlərin növbəti görüşünə qədər bu məsələdə hansı dəyişiklyin olacağı özünü qabarıq büruzə verəcək. Yelisey sarayının məlumatına görə, Azərbaycan və Ermənistan prezidentləri BMT Baş Assambleyasının 2015-ci ilin sentyabrında Nyu-Yorkda keçiriləcək toplantısı çərçivəsində görüşməklə danışıqları davam etdirmək barədə razılığa gəliblər.
Ümumiyyətlə isə, Paris görüşü əksər ekspertlər tərəfindən müsbət qarşılanır. Hətta Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan da prezidentlərin Paris görüşünü faydalı adlandırıb: "Hesab edirəm ki, tərəflərin mövqelərinin yaxınlaşması üçün, kiçik də olsa, addım atılıb. Bu, çətin prosesdir və 1-2 görüşdən sonra önəmli dəyişikliklər gözləmək olmaz". ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik də görüşü pozitiv adlandırıb: "İnanıram ki, Ermənistan və Azərbaycan prezidentləri razılığa gələcəklər. Prezident Ollandın təşəbbüsü ilə keçirilən görüş pozitiv bir addım idi". ATƏT-in Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Anjelo Qnadinger də bildirir ki, Cənubi Qafqazda inamın və sabitliyin bərqarar olunmasının yeganə yolu münaqişələrin həllidir. ATƏT nümayəndəsi həmçinin deyib ki, təmsil etdiyi qurum Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli yönündə atdığı addımları dəstəkləyir. Beləliklə, Qərbdə münaqişənin həllinin sürətləndirilməsinin zəruriliyi qəbul olunur və əslində, indi Rusiya da buna yaxın mövqe nümayiş etdirir. Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov isə bildirir ki, Soçi, Uels və Paris görüşlərindən sonra Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesi sürətlənə bilər: "Xüsusilə, Moskva bunun baş verməsinə çalışacaq". S.Markov Rusiyanın hazırda dalana dirənmiş münaqişəni yerindən tərpədə biləcəyini hesab edir. Onun fikrincə, bu prosesdə ən maraqlı tərəf Azərbaycandır: "Bu ölkənin daxili vəziyyəti olduqca yaxşıdır və onlar əsas diqqəti ərazi bütövlüyünün bərpasına yönəldib. Bu baxımdan, Bakının münaqişənin həlli istiqamətində fəallığı gözləniləndir. Ermənistanda isə daxili sabitlik və sosial inkişaf olduqca zəifdir. İrəvan bu münaqişənin onu inkişafdan saxladığını anlayır. Buna görə də, müəyyən müddətə də olsa, "böyük güzəşt" baş verə bilər. Prosesin "ölü nöqtədən" çıxmasına çox yaxınıq. İndiki status-kvo prosesi bir qədər zəiflədir. Bu 20 il öncə qəbul edilib, lakin o vaxtdan vəziyyət çox dəyişib. Azərbaycan da güclü dövlətə çevrilib. Ermənistan iqtisadi blokadadan çıxmaq istəyirsə, mütləq güzəşt etməlidir. Ən azından, yeddi rayonun beşini qaytara, qarşılığında Azərbaycan və Türkiyə ilə sərhədlərin açılmasına nail ola bilər. Bundan sonra Dağlıq Qarabağın statusu haqqında danışmaq, eləcə də xüsusi rejimdə olan Laçın və Kəlbəcərin taleyini həll etmək olar".
Politoloq Vəfa Quluzadə isə belə bir məqama diqqət çəkir ki, hazırda dünyada vəziyyət dəyişir: "Məsələn, əvvəl status-kvo mövcud idi. Rusiya Cənubi Qafqaza nəzarət edirdi. İndi isə vəziyyət dəyişib. Çünki Qərblə Rusiya arasında elan olunmamış müharibə gedir. Müharibə Ukraynada davam edir. Bu isə iqtisadi, siyasi və digər bütün metodlarla aparılır. Belə şəraitdə bağlı qapılar arxasında Rusiya ilə Qərb arasında hazırkı vəziyyətin dəyişəcəyi zaman necə hərəkət ediləcəyi ilə bağlı müzakirələr aparıla bilərdi. İndi Ermənistan öz taleyini düşünməlidir. Çünki Rusiya Ermənistana heç bir şey təqdim etmək iqtidarında deyil. İrəvan artıq yavaş-yavaş müstəqil addım atmağa hazırlaşmalıdır". İstisna deyil ki, İrəvanda da artıq münaqişənin həllinin vacibliyini dərk edənlər var. Yuxarıda qeyd olunduğu kimi isə, hadisələrin hansı məcrada inkişaf edəcəyi prezidentlərin növbəti görüşünə kimi bəlli olacaq.
DİGƏR XƏBƏRLƏR
Tarix: 29.11.2026 / 16:07
Ukrayna Rusiyanın neft zavodlarını sıradan çıxarır
– Moskva yanacaq çatışmazlığını gizlədə bilmədi...
Tarix: 29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…
Tarix: 28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi
– Azərbaycanlı Ukraynada əsir düşdü...
Tarix: 28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi
Tarix: 28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi
Tarix: 28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"
Tarix: 28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur"
- Prezident
Tarix: 28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb
Tarix: 28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib
Tarix: 28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi -
ərəb ölkələri ilə tək-tək razılaşma...
Tarix: 27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...
Tarix: 27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...
Tarix: 26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...
Tarix: 26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..
SON XƏBƏRLƏR
29.11.2026 / 16:24
Ukrayna cəbhədə atəşkəsə razıdır, amma bir şərtlə
– Zelenskidən Putin və Trampa mühüm mesaj...
29.11.2026 / 16:07
Ukrayna Rusiyanın neft zavodlarını sıradan çıxarır
– Moskva yanacaq çatışmazlığını gizlədə bilmədi...
29.11.2026 / 15:36
İran ABŞ hədəflərini Maskın peyk internetinin köməyi ilə vurub
– “Starlink”lə bağlı SENSASİON İDDİA...
29.11.2026 / 13:19
Yaxın Şərqdə hərbi fəallıq artır
– Pakistan Səudiyyəyə qoşun göndərdi...
29.11.2026 / 12:34
Hörmüz boğazında iki neft tankeri minaya düşdü
– gəmilərdə yanğın başladı...
29.11.2026 / 11:21
Tehran müharibənin coğrafiyasını genişləndirməklə hədələdi
– İrandan Vaşinqton və Təl-Əvivə mesaj...
29.11.2026 / 09:15
Pirallahıda oğurluq edən keçmiş məhkumlar saxlanıldı
29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…
29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” -
"Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...
28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı
- Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...
28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr...
Etirazlar nəzarətdən çıxdı...
28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı
– israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...
28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid
– Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...
28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü
- Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...
28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə...
“Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...
28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir?
- Agentlikdən açıqlama...
28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası
– ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...
28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı
28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA
– Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…
28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..
28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı
– Bakıda 3300 manatlıq oğurluq…
28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı
– bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...
28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...
28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır
- ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...
28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi
– Azərbaycanlı Ukraynada əsir düşdü...
28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi
28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi
28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı
28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"
28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur"
- Prezident
28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb
28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib
28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..
28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi -
ərəb ölkələri ilə tək-tək razılaşma...
28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?
28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki…
Qalıq yeməkləri təyyarəyə götürüblər…
27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...
27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...
27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...
27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...
27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...
27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...
27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...
27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?
27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür
27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək
27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs:
"Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib
27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır
27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var -
adam rüşvəti kimdən alıb...
27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir -
siyahıda Türkiyə və Qırğızıstan da var...
27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...
27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi
27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür...
Konstitusiya uğrunda...
27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir -
siyasi qərar verildi...
27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...
27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi
27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu
– Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...
27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi
27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar
27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq
– Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...
27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...
27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...
27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı
27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir
– biz hücum etmədik...
27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal
– Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi
27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası
– məşhur aparıcı və həyat yoldaşı saxlanıldı
27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı –
45 milyard avronun taleyi...
27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi
– Bakıdan müsbət mesajlar verildi...
27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı
27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu
27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ
27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...
27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var"
- Estoniyalı nazir
27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili
27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu
- Anar Nəbiyevlə müsahibə
27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı
27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...
27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər
27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin
– YENİ TƏKLİF...
27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR
27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...
Tarix: 23.11.2026 / 11:56
Ən çox boşanma bu rayonda qeydə alınıb
– SİYAHI
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
XƏBƏR ARXİVİ