Bazar günü günü, 29 noyabr 2026
     

İki super dövlətin qlobal "neft döyüşü" Arktikaya keçir

Image


Zəngin təbii sərvətləri ilə Arktika indidən dünya ölkələri arasında ciddi çəkişmə predmetinə çevrilir. Hətta yeni "soyuq müharibə"yə məhz Arktikadan stat veriləcəyinə dair səslənən proqnozların da çoxaldığı müşahidə olunur. Hələlik isə Arktikada neft hasilatına başlayan ilk ölkə kimi Rusiya öndə gedir və burada mövqelərini hərbi güclə qoruyacağını da açıq bəyan edir.
Rusiyanın enerji nəhəngi "Rosneft" isə bu günlərdə bəyan edib ki, Arktikada qazdığı buruqda neft tapıb. Qeyd olunur ki, "Rosneft" Arktikada, dünyanın ən şimal-qərbində "Universitetskaya-1" quyusunun qazılmasını uğurla başa çatdırıb. Ekspertlər bildirir ki, Arktika Yer kürəsində toxunulmamış neftin qaldığı yeganə region hesab olunur. Bölgənin enerji ehtiytlarını mənisəyən Rusiya Arktikada milli maraqlarını qorumaq üçün qoşun birləşməsi yaratmaq istiqamətində də fəal iş aparır və artıq ilkin bölmələr ərazidə fəaliyyət göstərir. Rusiyanın müdafiə naziri Sergey Şoyqu burada - Frans-İosif torpağında və Novosibirsk adalarında aerodromların və yanalma obyektlərinin bərpasının planlaşdırıldığını söyləyib. Hazırda Kremlin bu fəaliyyətindən əsas narahat olan ölkə Kanadadır. Kanadanın xarici işlər naziri Con Beyrd bildirir ki, Rusiya Arktika regionunda fəaliyyətini genişləndirərsə, Kanada onunla qarşı-qarşıya gəlməyə hazırdır: "Bu bizi dərindən narahat edir və Arktika regionunda Kanadanın suverenliyini qorumağa sövq edir". Kanadalı diplomat bu məsələnin ölkəsi üçün strateji əhəmiyyət kəsb etdiyini deyərək dəfələrlə Rusiyanın Arktika regionunda təxribat cəhdlərinin şahidi olduğunu bildirib.
Baş verənlərlə bağlı "The Sunday Times" qəzeti "Putinin Arktikada "soyuq müharibəsi" adlanan məqaləsində Rusiyanın 1980-ci illərdə Arktikada itirilmiş mövcudluğunu qaytarmağa çalışdığını qeyd edir. Məqalədə deyilir ki, Rusiyanın iddiaları Kanada, Danimarka, Norveç və ABŞ-ın ambisiyaları ilə toqquşur: "Arktika strateji baxımdan inanılmaz dərəcədə əhəmiyyətlidir. Bəzi qiymətləndirmələrə görə, region dünyanın öyrənilməyən neft ehtiyatlarının 15, təbii qaz ehtiyatlarının isə üçdə birinə, yəni nəhəng iqtisadi potensiala malikdir". Amerikalı hərbi analitik Pavel Felqenhauerin fikrincə, Rusiyada hakimiyyətdə olan şəxslər 2030-cu ildə dünyada enerji ehtiyatlarının kəskin qıtlığının yaranacağa, Qərb ölkələrinin ABŞ-ın rəhbərliyi altında Rusiyanın neft və qazını ələ keçirmək üçün ona hücum edəcəyinə əmindir: "Keçən həftə Vrangel adasında yeni baza açıldı, daha birinin tikintisinin Şmidt burnunda tezliklə başa çatdırılması planlaşdırılır. Hələ keçən il Novosibirsk adalarında Rusiya hərbi bazası bərpa edilib. Bazaya 10 hərbi və 4 buzqıran gəmi daxil edilib. Bundan başqa, Moskva Arktika regionunda hava-kosmik müdafiə bölmələrini inkişaf etdirməyə başlayıb. Eyni zamanda, raketlərin aşkar edilməsi kompleksi olan radiolokasiya stansiyasının tikintisi gedir. Bütün bu obyektlər 2018-ci ildə istifadəyə verilməlidir".
Onun sözlərinə görə, Kreml Arktikada altı yeni hərbi baza tikməyi və hərbi komandanlıq sistemini yaratmağı planlaşdırır. Hərbi komandanlığın tərkibinə aeroxizəklər və hava yastıqlı gəmilərə malik olan iki motoatıcı briqada daxil ediləcək. Həmçinin Arktikada yeddi hərbi aerodromun tikintisi planlaşdırılır. Rusiyanın müdafiə sənayesi isə Arktikanın sərt iqlim şəraitinə dözə biləcək silahların hazırlanması barədə tapşırıq alıb. Moskva Arktikada öz ərazisi saydığı bölgəni mühafizə edəcək xüsusi hərbi qüvvənin yaradılması planını da elan edib. Bildirilir ki, 2020-ci ilə qədər Arktik region Rusiyanın aparıcı strateji resurs bazasına çevriləcək. Başqa sözlə, burada ölkənin neft və qaz hasilatının əsas hissəsi həyata keçiriləcək. Enerji şirkətləri ehtimal edir ki, iqlim dəyişikliyi əvvəllər kəşfiyyat və qazma işlərinin qeyri-mümkün olduğu ərazilərdə bu işləri aparmaq imkanı yaradacaq.
Məhz belə bir vaxtda bəlli olub ki, ABŞ da Arktikada da möhkəmlənmək niyyətindədir. ABŞ-da açıq etiraf olunur ki, nəhəng buz massivlərinin əriməsi yeni dəniz yollarının açılması və təbii resursların kəşfiyyatı üçün, energetika və ticarət üçün imkan açmaqla Arktikada potensial münaqişə təhdidi yaradır. İndi ABŞ-ın da Arktikada möhkəmlənmək niyyəti Rusiya ilə onun arasında faktiki ziddiyyəti daha da gücləndirir. Bütün bunlar, bəzi ekspertlərə görə, həm də "soyuq müharibə"nin real təzahürüdür. Belə müharibə isə indiki şəraitdə dünyanı daha təhlükəli hala gətirir. Hər halda, proseslər artıq Rusiya və ABŞ-ın yeni döyüş meydanının Arktika olacağını göstərir.





VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

29.11.2026 / 16:24
Ukrayna cəbhədə atəşkəsə razıdır, amma bir şərtlə – Zelenskidən Putin və Trampa mühüm mesaj...

29.11.2026 / 16:07
Ukrayna Rusiyanın neft zavodlarını sıradan çıxarır – Moskva yanacaq çatışmazlığını gizlədə bilmədi...

29.11.2026 / 15:36
İran ABŞ hədəflərini Maskın peyk internetinin köməyi ilə vurub – “Starlink”lə bağlı SENSASİON İDDİA...

29.11.2026 / 13:19
Yaxın Şərqdə hərbi fəallıq artır – Pakistan Səudiyyəyə qoşun göndərdi...

29.11.2026 / 12:34
Hörmüz boğazında iki neft tankeri minaya düşdü – gəmilərdə yanğın başladı...

29.11.2026 / 11:21
Tehran müharibənin coğrafiyasını genişləndirməklə hədələdi – İrandan Vaşinqton və Təl-Əvivə mesaj...

29.11.2026 / 09:15
Pirallahıda oğurluq edən keçmiş məhkumlar saxlanıldı

29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…

29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” - "Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ