Bazar günü günü, 29 noyabr 2026
     

Bircə nəfər azərbaycanlı deputatı olmayan partiya başqanı və baş bakanın erməni müşaviri...

Image


"Erməni açılımı" layihəsi kimi Davudoğlunun "erməni müşaviri" layihəsi də iflasa uğrasa...

Məlumat verildiyi kimi, bu günlərdə Türkiyə baş naziri Əhməd Davudoğlu erməni əsilli jurnalist Etyen Mahçupyanı özünə baş müşavir təyin edib. Türkiyə mediasının yaydığı məlumata əsasən, baş nazirlə Mahçupyanın tanışlığı uzun illər əvvələ təsadüf edir. Məlumata görə, Davudoğlunun xarici işlər naziri kimi fəaliyyəti dövründə də onların görüşləri mütəmadi olaraq davam edib.
Bildirilir ki, Mahçupyan "demokratiya", "dövlət və cəmiyyət münasibətləri" və "azlıqlar"a dair həyata keçirdiyi işlərdə Türkiyə baş nazirinə dəstək olacağını açıqlayıb. Qeyd edək ki, Mahçupyan Türkiyə prezidenti və baş nazirin müşavirləri arasında ilk qeyri-müsəlman şəxsdir. Baxmayaraq ki, qardaş ölkədə yüz minlərlə Azərbaycan kökənli Türkiyə vətəndaşı yaşayır. Bu barədə az sonra...
Təbii ki, özünə kimi müşavir təyin etməsində Əhməd Davudoğlu tam sərbəstdir. Ancaq sual olunur ki, nədən Əhməd Davudoğlu türk düşməni olan bir millətdən özünə müşavir seçir? Halbuki, Türkiyədə Əhməd Davudoğluna daha yaxşı müşavir olacaq azərbaycanlıların da sayı az deyil. Biz hələ Türkiyənin öz kadrlarını demirik. Lakin baş nazir, nədənsə, özünə erməni əsilli şəxsi müşavir götürməyə üstünlük verib.
Ümumiyyətlə, bu məsələ hakim AKP ilə bağlı bəzi digər məqamların da analiz edilməsini zərurətə çevirir. Bəlli olduğu kimi, AKP Türkiyə parlamentində əsas çoxluğa malik partiyadır. Lakin çox maraqlıdır ki, bu partiyanı parlamentdə Azərbaycan kökənli heç bir millət vəkili təmsil etmir. Halbuki, CHP, MHP və digər bir sıra Türkiyə siyasi partiyalarında tamam fərqli vəziyyət hökm sürür. Onların sırasında Azərbaycan əsilli şəxslərin sayı kifayət qədərdir, hətta deputatlar var. AKP-də isə bu müşahidə olunmur. Əslində, məsələnin mahiyyətinə varanda daha xoşagəlməz bir mənzərə üzə çıxır. Söhbət Türkiyə-Ermənistan arasında iqtisadi zəmində əlaqələrdən gedir. Hətta məlumata görə, bu gün Türkiyənin Qars vilayətindən İrəvana avtobus marşrutu işləyir. Halbuki, rəsmi məlumatlara görə, tərəflər arasında sərhədlər bağlıdır və heç bir diplomatik əlaqə yoxdur. Lakin reallıq tamam fərqli mənzərədən xəbər verir. Görünən odur ki, Türkiyə və Ermənistan arasında müəyyən kommunikasiya xətləri açıqdır və açıq olmayanların da işə salınması istisna olunmur. Məsələn, iki ölkə arasında təyyarə əlaqələrinin həyata keçirilməsinə çalışanlar var. Xatırladaq ki, 5 il əvvəl də Türkiyənin "AtlasЖet" aviaşirkətinin həftənin 3 günü İstanbuldan İrəvana aviareys həyata keçirməsi barədə məlumatlar yayılmışdı. O vaxt bu, Türkiyə tərəfindən hava nəqliyyatına qoyulmuş embarqonun gözdən pərdə asmaq məqsədi daşıdığını təsdiq etdi. Bu zaman Türkiyə rəsmiləri iddia etdilər ki, bu özəl şirkətdir və onun dövlətə heç bir aidiyyəti yoxdur. Ancaq "AtlasЖet" açıqlama verərək bəyan etdi ki, Türkiyənin Xarici İşlər Nazirliyi rəsmi Ankaranın siyasi və iqtisadi münasibətlər qurmadığı Ermənistana uçuşların həyata keçirilməsinə icazə verib. Bunun ardınca isə Türkiyənin "Van Way Airlines" şirkətinin İrəvana uçuşlar həyata keçirməyə hazırlaşması barədə məlumatlar yayıldı. İndinin özündə də Türkiyədən Ermənistana kifayət qədər mal və məhsul getdiyi heç kimə sirr deyil. Məhz bunun nəticəsidir ki, indi Ermənistan ticarət mərkəzləri türk malları ilə doldurulur və şəhərlərdə Türkiyə şirkətlərinin vitrin və loqoları bərq vurur. Xüsusən də Qarsla Ermənistan arasında ticarət münasibətləri olduqca sürətlə inkişaf edir. Xatırladaq ki, bir vaxtlar burada ermənilərlə dostluq abidəsi də ucaldılmışdı. Lakin sonradan Türkiyə və Azərbaycan ictimaiyyətinin etirazı ilə bu abidə yığışdırıldı.
İndi isə belə bir vaxtda Əhməd Davudoğlu erməni əsilli jurnalist Etyen Mahçupyanı özünə baş müşavir təyin edir. Belə iddialar səslənir ki, bununla, əslində Ankara qondarma "erməni soyqırımına" qarşı addım atır. Deputat Fazil Mustafa öz facebook hesabında bu xüsusda yazıb ki, bu addım daha çox qondarma "erməni soyqırımının" 100 illiyi ilə bağlı atılıb: "Qondarma erməni soyqırımının 100 illiyinə 6 ay qalmış Türkiyə hökuməti ilk həmləsini etmiş görünür. Erməni əsilli jurnalist-yazıçı Etyen Mahçupyan Türkiyə Cumhuriyyəti baş nazirinin baş müşaviri təyin olunub. Yəni göstərəcəklər ki, bizdə soyqırım olsaydı, erməni əsilli bir şəxs hökumətdə post tuta bilməzdi. Bilmirəm təbrik teleqramı göndərək, yoxsa sevincimizi içimizdə boğaq. Əlbəttə, erməni də olsa, Türkiyə vətəndaşıdır, istənilən posta gətirilə bilər, ancaq verəcəyi məsləhətlərin və tövsiyələrin nəticələrini, xüsusilə Azərbaycanda ciddi təhlil etmək lazım gələcək". Lakin Türkiyə bilməmiş deyil ki, bu addım qondarma "erməni soyqırımı"nın 100 illiyi məsələsində ermənilərin geri çəkilməsinə qətiyyən səbəb olmayacaq. Çünki indiyə qədər Türkiyə və digər türk dövlətləri ermənilərə çox güzəşt edib. Lakin bu addım ermənilərin iştahının daha da artması ilə nəticələnib. Ermənilər türklərdən daha çox şey umublar və bunun nəticəsində Qarabağ münaqişəsi meydana çıxıb. Ancaq qeyd edək ki, qardaş ölkə ictimaiyyəti Ermənistanın Azərbaycan torpaqlarının işğalını, eləcə də düşmən ölkənin Türkiyəyə qarşı "soyqırım" və ərazi iddialarını nəzərə alaraq iki ölkə arasında əlaqələrin qurulmasına əks mövqedə dayanır. Lakin təəssüf doğuran məqam qardaş ölkədə Türkiyə-Ermənistan münasibətlərinin istiləşməsini istəyən qüvvələrin olmasıdır.
Bu qüvvələrin şübhəli işləri elə vaxta təsadüf edir ki, Azərbaycan qardaş ölkəyə heç bir ölkənin etmədiyi səxavətlə investisiya yatırır, onun enerji ehtiyaclarının ödənməsinə dəstək verir. Təbii ki, əvəzində umacağı da böyük deyil. Yetər ki, qardaş ölkədə bəzi AKP qüvvələrinin azərbaycanlılara münasibətdə ayrıseçkiliyi olmasın, AKP-dən bircə nəfər belə azərbaycanlı deputat olmadığı halda ermənini müşavir adı ilə başqan və xarici işlər nazirinin süfrəsi başına keçirməsinlər. Bu gedişlə AKP-nin deputatları arasında da erməni görsək, Allah bizi o gündən saxlasın...
Tutaq ki, erməni müşavir məsələsi siyasi gedişdir. Yəni 2015-ci ilin aprelinədək ermənilərə göstəriləcək ki, "sizə düşmən kimi yox, baş bakanımızın müşaviri kimi baxırıq". Təminat varmı ki, ermənilər buna qane olaraq yüz illərlik xəstə planlarından əl çəkəcəklər? Bəlkə onların bu yöndə daha yola gələn olması üçün başqa bir ermənini bakan edək, elə Davudoğlunun öz yerinə qoyaq?! Bir müddət Türkiyənin xarici siyasətinin əsas layihəsi olmuş "erməni açılımı" deyilən güzəşt siyasəti niyə erməniləri yumşalda bilmədi? Axı Türkiyə böyük güzəşt edərək hətta Sürix protokollarını imzalamışdı da...
Ermənilərin qanlı türk düşmənçiliyi bir müşavirlə yumşalan məsələ deyil. Onun kökü yüz illərin saxta tarixlərindən, uydurulmuş "soyqırım" qurbanları barədə miflərdən gəlir.
Bir də ki, erməni müşaviri 2015-ci ilin uydurma "soyqırım" yubileyinə əks silah kimi hazırlayanlar onu nəzərə alıblarmı ki, birdən bu plan baş tutmasa, o zaman həmin erməninin müşavir postundan çıxarılması ətrafında erməni lobbisi hansı haray-həşiri qaldıracaq?!
İnanmaq olmur ki, bu addımı Davudoğlu atıb. O adam ki, Ermənistanla sərhədlərin açılmayacağını dəfələrlə vurğulayıb. Ancaq belə bəyanatlar real işə söykənməlidir. Əvəzində isə "erməni müşavir" məsələsi ortaya çıxanda sadəcə təəssüflənirsən...



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

29.11.2026 / 16:24
Ukrayna cəbhədə atəşkəsə razıdır, amma bir şərtlə – Zelenskidən Putin və Trampa mühüm mesaj...

29.11.2026 / 16:07
Ukrayna Rusiyanın neft zavodlarını sıradan çıxarır – Moskva yanacaq çatışmazlığını gizlədə bilmədi...

29.11.2026 / 15:36
İran ABŞ hədəflərini Maskın peyk internetinin köməyi ilə vurub – “Starlink”lə bağlı SENSASİON İDDİA...

29.11.2026 / 13:19
Yaxın Şərqdə hərbi fəallıq artır – Pakistan Səudiyyəyə qoşun göndərdi...

29.11.2026 / 12:34
Hörmüz boğazında iki neft tankeri minaya düşdü – gəmilərdə yanğın başladı...

29.11.2026 / 11:21
Tehran müharibənin coğrafiyasını genişləndirməklə hədələdi – İrandan Vaşinqton və Təl-Əvivə mesaj...

29.11.2026 / 09:15
Pirallahıda oğurluq edən keçmiş məhkumlar saxlanıldı

29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…

29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” - "Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ