Cümə axşamı günü, 08 oktyabr 2026
     

Yeni teleseriallar ssenarisiz çəkilirmiş…

Image


“Ölkəmizdə serialların çoxu əvvəlcədən yazılmış ssenari əsasında çəkilmir”
“Bizdə yüksək səviyyəli serial ssenaristləri yoxdur”

 

Son illər dünya ölkələrində, xüsusən də Latın Amerikasında dəbdə olan serial ənənəsi artıq Azərbaycanda da yayılmağa başlayıb. Əsasən özəl kino şirkətləri tərəfindən istehsal edilən serialların səviyyəsi, eləcə də ssenarisi, rejissor işi peşəkarlar tərəfindən ciddi şəkildə tənqid edilir. Sözsüz ki, bu da səbəbsiz deyil. Serialların böyük əksəriyyətinin ssenarisi hədsiz dərəcədə zəifdir.

Məlumatlara görə, seriallar əvvəlcədən yazılan və təsdiqlənən ssenari əsasında çəkilmir. Yəni kinorejissor, ssenarist birləşib həftəlik çəkiliş üçün ssenari yazırlar. Bu da serialların məzmununa mənfi təsir göstərir.

Onu da bildirək ki, bu günlərdə Xalq artisti Rasim Balayev mətbuata müsahibəsində yeni çəkilən serialların ssenari probleminə də toxunub. O qeyd edib ki, seriallara dəvət alır, lakin serial çəkənlərə iradını bildirir: “Deyirəm, verin ssenarini oxuyum. Deyirlər, bizdə ssenari yoxdur. Ssenarini biz çəkiliş qurtarandan sonra yığışıb kollektiv yazırıq. Elə şey olar?” Xalq artisti, həmçinin, serial çəkənlərin bir çoxunun xaltura ilə məşğul olduğunu da vurğulayıb.       

Bir sıra aktyor və aktrisaların bildirdiklərinə görə, hazırda Azərbaycanda mükəmməl serial ssenarisi yazan yoxdur. Onlar hesab edirlər ki, kinematoqrafiyamıza son dövrlər daxil olan serial ənənəsi inkişaf etdirilməli və serial dramaturgiyası yaradılmalıdır.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, aktrisa Zülfiyyə Eldarqızı “Bakı-Xəbər”ə bildirdi ki, özü bir neçə serialda rol alıb və seriallara çəkilərkən bu halın şahidi olub. “Təəssüf ki, bu gün seriallar bizdə sənət örnəyi ola bilmir. Çünki seriala ciddi yanaşılmır. Bizdə yüksək səviyyəli serial ssenaristləri yoxdur. Ümumiyyətlə, ölkəmizdə serialların çoxu əvvəlcədən yazılmış ssenari əsasında çəkilmir. Bu faktdır. Serial çəkənlər ssenari məsələsinə barmaqarası baxırlar. Çəkilişə dəvət edirlər, gedib çəkilirsən, sonra obrazınla bağlı məlumat almaq istəyirsən, lakin sənin obrazın haqqında sənə məlumat vermirlər. Deyirlər ki, hələ bu hissə yazılmayıb. Çəkilirsən, bir də görürsən “sizi bu seriyada “öldürürük” ona görə də sizin rolunuz bitir” deyirlər. Bilirsiniz, bu, aktrisaya, aktyora necə psixoloji təsir göstərir?! Aktyor hazır ssenari əsasında çəkilmədiyi üçün, çox əziyyət çəkir. Elə hal olur ki, aktyorlar obrazın canlı alınması üçün improvizə etməyə məcbur olurlar. Deyim ki, seriallar, az-çox, aktyor oyununa görə baxımlı olur, ssenariyə görə yox. Bəzən deyirlər ki, serialların ssenarisi real həyatdan götürülür. Götürülsə də, mütləq cilalanmalıdır. Heç nəyi olduğu kimi təqdim etmək olmaz. Hesab edirəm ki, Azərbaycanda serial dramaturgiyası yaradılmasına ciddi ehtiyac var. Yoxsa dramaturji material əsasında çəkilməyən serialların heç bir effekti olmayacaq”.

O qeyd etdi ki, əsas problemlərdən biri serial çəkilişlərinə peşəkar kinodramaturqların dəvət edilməməsi ilə bağlıdır. Onun sözlərinə görə, bu gün elə də böyük qələm təcrübəsi və istedadı olmayanlar seriallara ssenari yazırlar. “Peşəkar kinodramaturqlar bu işə cəlb edilməlidirlər ki, ortada nəticə olsun. Ssenaristlərin çoxu həyatı, kinonu bilməyən adamlardır, onları ictimai rəy maraqlandırmır. Ona görə də, görürsünüz ki, serial mövzularında şişirtmələr çoxdur. Bəzən ssenaristlər deyirlər ki, cəmiyyətə ziyan vuracaq mövzuya toxunmuruq. Amma seriallarda elə səhnələr verilir ki, onlar mənəvi cəhətdən insanlara zərər vurur. Deyirlər ki, seriallarla bağlı dünya təcrübəsində də reytinq xatirinə şişirtmələrə yol verilir. Ola bilsin belədir, ancaq onlar ortaya baxımlı məhsul qoyurlar” - deyə Z.Eldarqızı bildirdi.

Z.Eldarqızının sözlərinə görə, çox zaman aktyor və aktisalar rejissordan ssenari tələb edəndə onlar “bu gün dünyanın heç bir yerində seriallar hazır ssenari əsasında çəkilmir, hətta Türkiyənin bütün müasir seriallarının hamısı çəkilişin gedişində yazılan ssenari əsasında çəkilir” - deyirlər. “Mən inanmıram ki, belə olsun. Çünki Türkiyədə 100-200 seriallıq bir filmin, bir ekran əsərinin ssenarisinin yazılmasına səhlənkar yanaşma olduğuna inanmıram. Ona görə ki, hadisələrin ardıcıllığı dəqiqliklə gözlənir. Bu da o deməkdir ki, həmin serialların ssenarisi əvvəlcədən hazırlanır. Serialın ssenarisi hazır olmasa, bəs onda iri şirkətlər onlara necə maliyyə ayırır? Serialın ssenarisi hazır olmalıdır və o ssenarini çəkmək üçün prodüsser maliyyə qaynaqları axtarmalıdır. Xaricdə ortada konkret ssenarisi olmayan seriallara vəsait xərcləyənlər olmur” - deyə müsahibimiz bildirdi.

Çəkilən serialların ssenarisinin olmaması hazırda ciddi problemdir. Biz bununla çəkdiyimiz serialları nəinki xaricdə, heç yerli bazarda da satışa çıxara bilmərik. Serialların ssenarilərinin yaxşı vəziyyətdə olmamasının əsas səbəbi, qeyd etdiyimiz kimi, bu işin işbilənə həvalə edilməməsidir.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdi belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi...

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ