Cümə axşamı günü, 08 oktyabr 2026
     

26 fevralın Xocalı soyqırımı olmasından xəbərsiz olan şou müğənniləri...

Image


Zülfiyyə Eldarqızı: “Şou müğənnilərinin çoxunu xalqımızın ağrı-acısı maraqlandırmır”
Qiymət Məhərrəmli: “Qan yaddaşımızdan xəbərsiz olan və Xocalı adlı yaramızın ağrısını hiss etməyən şou-biznes nümayəndələri ictimai qınağa çəkilməlidirlər”

 

Başı həmişə qalmaqallara qarışan, özlərini ucuz yolla reklam etməyə çalışan şou əhlini xalqımızın tarixi faciələri qətiyyən maraqlandırmır. Şou müğənnilərinin böyük əksəriyyəti Xocalı faciəsinin nə zaman baş verdiyindən xəbərsizdir. Bəzi internet kanalları “26 fevral  nə günüdür” sualı ilə bir sıra şou müğənnilərinə müraciət edib.

Qəribədir ki, onlar 26 fevralda Xocalı soyqırımının olmasından bixəbərdirlər. Qəribədir, onlardan bəziləri yaddaşlarının zəifliyindən (?) giley edərək bildiriblər ki, bu tarixdə hansı hadisənin baş verdiyini yadlarında saxlaya bilmirlər. Halbuki, tariximizin qanlı səhifələrindən olan Xocalı soyqırımı haqqında hər bir Azərbaycan vətəndaşının, azərbaycanlının, xüsusilə də auditoriya qarşısına çıxan şəxslərin bilməsi vacibdir. Şou müğənnilərinin qan yaddaşımız olan Xocalı soyqırımı haqqında ən kiçik bir məlumatının olmaması həqiqətən də utancvericidir. Şou-biznesçilər dəfələrlə şəhidlərimizin, Xocalı soyqırımı qurbanlarının xatirəsinə müxtəlif formalarda hörmətsizlik ediblər. Elə “26 fevralda hansı hadisə baş verdiyini bilmirəm” deməklə həm öz mahiyyətlərini ortaya qoyurlar, həm də tariximizə, faciələrimizə biganə yanaşdıqlarını sərgiləyirlər. “Xalqım, millətim” - deyə “hayqıran” şou əhlinin xalqın ağır günündən, qanlı tarixindən xəbərsiz olması həqiqətən də biabırçılıqdır. Xalqla ağlayıb, xalqla gülməyən, ömründə bir dəfə də olsun şəhid ruhunu xatırlamayan, ancaq hamıdan yaxşı yaşamaq uğrunda mübarizə aparan şou-biznesçilər bu xalqın adına ləkədir. Buna başqa cür ad vermək olmaz.

Qeyd edək ki, dörd-beş il əvvəl bir neçə şou-biznesçi Xocalı soyqırımının ildönümü günü İsraildə konsert vermişdilər. Hətta əslən Ağdamdan olan Azəri qızı Günel də Xocalı soyqırımının ildönümlərindən birində efirdə əməlli-başlı çal-oynasınla məşğul olmuşdu. Reallıq budur ki, şou müğənniləri faciə günlərimizdə kef məclislərindən qalmır, hətta “Facebook” və “İnstagram” hesablarında şən mahnılar yaymaqdan çəkinmirlər. 

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, bədii qiraətçi və aktrisa Zülfiyyə Eldarqızı “Bakı-Xəbər”ə bildirdi ki, müğənnilərin çoxunun tariximizdən xəbəri yoxdur. “Bunun da səbəbləri var. Başı pul qazanmağa, sponsor davasına, qalmaqallara qarışan bir sıra şou müğənniləri Xocalı soyqırımı qurbanlarının xatirəsinə hər zaman bu cür biganə yanaşıblar. Bu da ondan irəli gəlir ki, şou-biznesdə olan adamların əksəriyyəti adını yaza bilmir, onlar ömürlərində bir dəfə də olsun kitab oxumayıblar. Belə adamların qan yaddaşımıza bağlılıqları yoxdur. Çox təəssüf ki, onlar arasında müxtəlif fəxri adlar alanlar da var. Əslində, o insanlar bilmədiklərini öyrənməlidirlər. Sabah bəlkə hansısa bir xarici ölkədə bir jurnalist onlara Xocalı soyqırımı ilə bağlı sual verdi, onda özlərini əməlli-başlı biabır edəcəklər. Şou müğənnilərinin çoxunu xalqımızın ağrı-acısı maraqlandırmır. Xocalı vəhşəti, qətliamı elə bir məsələdir ki, o bizim hamımızı ağrıtmalıdır. Bir məsələni də deyim ki, aparıcısı olduğum proqramla əlaqədar şou müğənnilərinin çoxunu efirə dəvət edirəm, inanın ki, çoxunun repertuarında bir dənə də olsun vətənpərvərlik mahnısı yoxdur, hamısı toy mahnıları oxuyur” - deyə Z.Eldarqızı bildirdi.

Filologiya üzrə fəlsəfə doktoru Qiymət Məhərrəmli hesab edir ki, Xocalı soyqırımının törədildiyi tarix haqqında məlumatı olmayan şou müğənnilərinə qarşı ictimai qınaq olmalıdır. “Belələrini qınamaq lazımdır. Mən şəxsən şou müğənnilərinin Xocalı soyqırımı haqqında heç bir məlumata malik olmamasını qətiyyətlə pisləyirəm. Bu onların tariximizdən, milli faciələrimizdən xəbərsizliklərinin və vətənpərvər olmadıqlarının göstəricisidir. Bu cür insanları nəinki efirlərə, hətta başqa tədbirlərə belə dəvət etmək olmaz. Xocalı soyqırımının hansı tarixdə baş verdiyindən xəbərsiz olan yaddaşsız şou müğənniləri öz vətənpərvərliklərini də şouvari təqdim edirlər. Hətta gördüm ki, jurnalist onlara bu gün “hansı hadisə baş verib” - deyə sual etdikdə jurnalistin sualını lağlağıya çevirənlər də oldu. Mən onların çoxunun adlarını bilmirəm, inanıram ki, cəmiyyətimiz də onları tanımır. Qan yaddaşımızdan xəbərsiz olan və Xocalı adlı yaramızın ağrısını hiss etməyən şou-biznes nümayəndələri ictimai qınağa çəkilməlidirlər” - deyə alim bildirdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdi belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi...

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ