Cümə axşamı günü, 08 oktyabr 2026
     

Xocalı filmlərinin dünya ekranlarında nümayişi genişlənir

Image


Aydın Kazımzadə: “Xocalı soyqırımı ilə bağlı  filmlərin xarici ölkə televiziyalarında nümayiş etdirilməsi ənənəsi davam etdirilməlidir”
Sadiq Qarayev: “Bu gün Xocalı soyqırımı haqqında xaricilərə ən dolğun məlumatı bədii və sənədli filmlərlə, eləcə də televiziya proqramları ilə verə bilərik”

 

27 il əvvəl ermənilərin öz havadarlarının dəstəyi ilə Xocalıda azərbaycanlılara qarşı törətdiyi soyqırım aktının beynəlxalq aləmdə tanıdılmasının ən mühüm vasitələrindən biri bu mövzuda çəkilən filmlərin xarici ölkə telekanallarında nümayiş etdirilməsi ilə bağlıdır.

Artıq neçə illərdir ki, Xocalı soyqırımı ilə bağlı çəkilən filmlərin xarici telekanallarda, xarici ölkələrdə nümayişi həyata keçirilir. Heç şübhəsiz ki, burada Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr öz səviyyəsinə, hədəflərinə görə daha çox diqqəti cəlb edir. Fondun həyata keçirdiyi layihələr çərçivəsində Ermənistan silahlı qüvvələrinin Xocalıda törətdiyi qırğınla bağlı Rusiya, Türkiyə, Fransa, Macarıstan, Rumıniya, Belçika, Avstriya, Almaniya, Çexiya, İsveçrə və Gürcüstanda silsilə tədbir keçirilib, faciə ilə bağlı çəkilən filmlər təqdim edilir. Heydər Əliyev Fondunun ingilis, rus və türk dillərində hazırladığı "Xocalı soyqırımı" filmi erməni şovinistlərin Xocalıda törətdiyi vəhşilikləri əks etdirir.

Qeyd edək ki, Xocalı qətliamı ilə bağlı  Moskva, Berlin, Strasburq, Brüssel, Buxarest, Cenevrə, Ankara, İstanbul, Paris, Praqa, Lidiçe, Tiflis və başqa şəhərlərin sakinlərinə Xocalı soyqırımı haqqında obyektiv və dürüst informasiya almağa imkan yaradan sənədli və bədii filmlərin nümayişi təşkil ediləcək.

Tanınmış kinoşünas, Əməkdar Mədəniyyət Xadimi Aydın Kazımzadə baki-xeber.com-a bildirdi ki, bütün dünyada Xocalı dəhşətləri ilə bağlı çəkilən filmlərin müxtəlif dillərdə yayımının həyata keçirilməsi vacibdir. Kinoşünas qeyd etdi ki, bu filmlərin təqdimatları elə şəkildə edilməlidir, biz xaricilərə bu ağrımızı çatdıra bilək. “Soyqırım haqqında əsasən sənədli filmlər və proqramlar çəkilib. Xocalı soyqırımı ilə bağlı filmlərin xarici ölkə televiziyalarında nümayiş etdirilməsi ənənəsi davam etdirilməlidir. Mən hesab edirəm ki, biz bu filmləri daha çox qonşu ölkələrin televiziyalarında nümayiş etdirməliyik. Nə üçün? Çünki onlar ermənilərin nə qədər təhlükəli millət olduğunu anlasınlar və görsünlər ki, erməni şovinistləri Azərbaycan xalqının başına necə oyunlar gətirib. Qonşuluqda yaşayan heç bir xalq, dövlət erməni terrorundan sığortalanmayıb. Odur ki, onlar bu filmlərə baxmaqla ermənilərin uşaqlarımıza, qocalarımıza, qadınlarımıza qarşı etdiyi zülmləri, vəhşilikləri görə bilərlər. Bir də biz çalışmalıyıq ki, Xocalı soyqırımının beynəlxalq ictimaiyyətə tanıdılması ilə bağlı daha çox xarici kino təşkilatları ilə müştərək filmlər çəkək və o filmləri yayaq. Biz ermənilərin törətdikləri soyqırım aktı ilə bağlı xarici kino şirkətlərinin də imkanlarından istifadə etməliyik” - deyə A.Kazımzadə bildirdi.

Azərbaycan Yazıçılar Birliyinin üzvü, alim-yazıçı Sadiq Qarayev baki-xeber.com-a bildirdi ki, Xocalı soyqırımına müasir dünya ictimaiyyətinin diqqətini çap məhsulları ilə deyil, daha çox elektron vasitələrlə, vizual materiallarla cəlb etməliyik. Onun sözlərinə görə, bu gün Xocalı soyqırımının beynəlxalq ictimaiyyətdə tanıdılması istiqamətində atılan addımlar müsbətdir. “Bilirsiz, bu gün Xocalı soyqırımı haqqında xaricilərə ən dolğun məlumatı bədii və sənədli filmlərlə, eləcə də televiziya proqramları ilə verə bilərik. Burada da bir neçə məsələyə diqqət yetirməliyik. Bu filmlər sırf tarixi faktlar əsasında çəkilməlidir, özü də elə təsvir vasitələri seçilməlidir ki, bu xarici tamaşaçıları cəlb edə bilsin. Xocalıda baş verən hadisələr sənədlər əsasında obrazlı şəkildə təqdim edilsə daha yaxşı olar. Bu filmlər müxtəlif bədii priyomlardan istifadə edilməklə çəkilməlidir. Əsas məsələ mövzunun təqdimatı və onun qəbul edilməsidir. Mən Xocalı, Qarabağla bağlı yazdığım iki iri həcmli əsərimdə-“Sahilsiz təzadlar” və “Sahibsiz kölgələr” romanlarımda bədii, elmi, fəlsəfi fikirlərin, dedektiv priyomların içərisində əsərin qəhrəmanının, eləcə də oradakı müxtəlif etnosların Dağlıq Qarabağda baş verən hadisələrə münasibətini, bu problemin gerçək mahiyyətini də vermişəm. Bunu ona görə belə vermişəm ki, ingilis, fransız, rus, eləcə də digər xalqların nümayəndələri bu əsərləri oxuyanda orada Xocalı faciəsinin əsl mahiyyətini görə bilsin. Biz özümüz xalq olaraq yaxın tarixdə baş verən Xocalı faciəsinin bütün detallarını bilirik və onu canımızda, qanımızda yaşayırıq. Bunu dünyaya çatdırmalıyıq. Hesab edirəm ki, Xocalı soyqırımının beynəlxalq ictimaiyyətə çatdırılması üçün çox mükəmməl əsər əsasında ssenari yazılmalıdır, onun musiqi həlli də, rejissor yanaşması da düzgün verilməlidir ki, xarici tamaşaçılar o filmlərə baxsın və onların Xocalı ilə bağlı təsəvvürləri olsun. Bizim əsas işimiz faktları dəqiqliklə və incəliklə çatdırmaq olmalıdır. Onu da deyim ki, bu barədə filmlər çəkilərkən bir məsələyə xüsusi diqqət yetirilməlidir. Bundan sonra Xocalı haqqında film çəkərkən öz xalqımızın döyüşkənliyini, qəhrəmanlığını da verməliyik. Qoy dünya elə bilməsin ki, biz ermənilərlə vuruşmamışıq, biz döyüşmüşük, sadəcə ermənilər xarici havadarlarının dəstəyi ilə həm torpaqlarımızı işğal edib, həm də Xocalı qətliamını törədib” - deyə S.Qarayev qeyd etdi.

İradə SARIYEVA 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdi belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi...

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ