Cümə axşamı günü, 08 oktyabr 2026
     

“Bu dünyanın paytaxtı, Doğulduğum kənd imiş...”

Image


Mədət Əyyuboğlunun "Müəllifin ilk kita­bı" seriyasından 1986-cı ildə buraxılmış "Dağ çiçəyi" adlı şeirlər kita­bını vərəqləyi­rəm.

Müzəffər Şükürün redaktorluğu ilə çıxan kitabın arxa üzündə gənc şairin şəkli ilə yanaşı aşağıdakı cümlələr də özünə yer alıb: "Dağ çiçəyi” kitabında toplanan şeirlərdə doğma vətən torpağı, onun əmək adamlarının arzu və istəkləri, gənclərin saf məhəbbəti səmi­miyyətlə tərənnüm edilir. Narahat dünyamı­zın taleyi gənc şairin qələmə aldığı əsas möv­zulardandır”. Doğrudan da, kitabı oxuduqca burada olan mövzuların - incə lirik duyğuların bəhrəsi könül oxşayır. "Dünyanın paytaxtı" adlı bir şeirin üstündə dayanıram:

Ömrünü ver arzuya,
Bələnsın Yer arzuya.
Cığırlar hər arzuya,
Atdığım kəmənd imiş.

Ömürdən illər axdı,
Yoluma yollar çıxdı.
Bu dünyanın paytaxtı
Doğulduğum kənd imiş.

1986-cı ildə imzalanmış bu şeirdə hər bir kənd uşağının keçirmiş olduğu uşaqlıq dünya­sı təsvir olunub: qarğını at əvəzi çapdığımız qayğısız çağlardan üzübəri - yetkinliyə doğru gəldiyimiz illər öz bədii-xroniki ifadəsini tapıb burda. Belə ki, o qarğı at uşaq gözündə - uşaq təxəyyülündə bir səmənd at kimi canlan­dırılırdı.

...Yolda yol ayrıcları var, kəsişən yollar var, döngələr var, geriyə dönüşlər var, dairəvi yol var və s. və i.a. Burada seçim hər kəsin özündən (və bir də insanın özündən asılı olmayan Tanrı diqtəsi deyilən tale yolundan) asılıdır. Məhz buna görə də şair Mədət Əyyuboğlu "Ömürdən illər axdı, yoluma yollar çıxdı" deyir. Ömürdən il­lər axıb getdi, gəlib böyük yolun astanasına çıxdım və burada “yoluma yollar çıxdı” - kəsişən, bitişən, qovuşan və ayrılan yollar. Bu, artıq ömür yolu, tale yolu, həyat yoludur, bu yolla zarafat eləmək, oyun oynamaq olmaz. Zarafat etdinsə, oyun oynadınsa, ya laqeydlik etdinsə, onda vay halına, özün öz evini öz əlin­lə - öz ağlınla (əslində ağılsızlığınla) yıxdın. Bu yol artıq nə qarğıdan at düzəltdiyimiz uşaqlıq çağlarımız deyil, nə də ki, dar cığırlar - böyük yol bilib getdiyimiz adi yol - riz deyil ki, sadəcə ləpir salıb gedəsən. Bəlkə də, uşaqlığımızda yüz dəfə, min dəfə keçib getdiyimiz (və heç fərqinə də varmadıq ki,bu yolla hara gedirik, hara gedəcəyik) bu cığırlar böyük yolöncəki birməşq imiş, təqlidi yolla bir öyrətmə mərhələsi imiş ki, özümüzü bəri başdan Böyük Yolda addımla­mağa, hərəkət etməyə hazırlaya bilək.

Yeri gəlmişkən, bir haşiyə də çıxım ki, folklorumuzda da bu məsələ qabarıq dərəcə­də folkloristik yöndə özünü göstərir. Nağıl qəhrəmanı müəyyən bir mərhələdə gəlib yo­layrıcına çıxır: iki yol, üç yol... Bu yol ayrıcı onun ağıl, fənd-fərasət (elm və helm) işlədə­rək keçəcəyi Böyük yoldur - tale yolu. Bax, Mədət Əyyuboğlunun "Ömürdən illər axdı, yoluma yollar çıxdı" dediyi bədii həqiqət bu­dur: nağıl (folklor) həqiqəti və həyat həqiqəti, real tale- real yaşam həqiqəti. Amma son nə­ticədə - son iki misrada Mədət müəllim çox böyük bir həyat həqiqətinə də aforistik bir üsulla möhür vurur ki:

Bu dünyanm paytaxtı
Doğulduğum kənd imiş!

Deyimin orijinallığı, gözəlliyi öz yerində! Burada yurda, doğulduğun torpağa, böyüyüb boya-başa çatdığın elə-obaya xüsusi bağlılıq duyğusu izhar olunub. Bu yerdə yenə bir haşiyə çıxıb, incə bir nüansı nəzərə çatdırmaq istərdim...

...Elə bu millimental əlamətin bariz ifadəsi kimi də şair Mədət Əyyuboğlu doğulduğu kəndi dünyanın paytaxtı hesab edir. Və şeir­dən doğan son məntiqi qənaət də haqlı olaraq belə olur ki, ömürdən illər axdıqca - insan ya­şa dolduqca, yoluna çıxan yollar içində, o böyük Yolun haçalandığı yerdə də qarşılaşdığı yollardan birini seçməlidırsə, o yol necəliyindən - genişliyindən, ensizliyindən, darlığından asılı olmayaraq, insanı özünə aparıb çıxaran, insanı özünə qaytaran, özünə qovuşduran yol kimi, onu dünyanın paytaxtı hesab olunan, doğulduğu kəndə, qəsəbəyə, şəhərə, ölkəyə aparan yol olmalıdır. Məhz M.Əyyuboğlu oxucularına belə nəcib bir qayəni aşılamaq is­təyir ki, nə qədər böyüsəniz, ucalsanız da, son məkanınız, son mənziliniz sizin doğulduğu­nuz torpaqdır, el-obadır, kənddir. Dünya şöh­rətli alimimiz Lütfi-Zadə öz elmi ilə dünyaya örnək olduğu kimi, bir milli insan olaraq özünə gorgah evi kimi Azərbaycanımızı seçməyi də bütün nəsillərə bir şanlı nümunə oldu: Yəni bu böyük alimin timsalında elm-düha sahibi olanlar da dünyanın mərkəzinin məhz doğma vətən olduğu qənaətini təsdiqlədilər. Deməli, dahi Füzulinin "aldanma, şair sözü əlbəttə, yalandır" misrasındakı fikir də əslində, özündə daşıdığı müstəqim mənanı ifadə etmir, şair sözü də bədii həqiqətə xidmət edir. Bu bədii həqiqət də son nəticədə gedib elmi həqiqətlə birləşir. Necə ki, Mədət Əyyuboğlunun şeirdəki bu qənaətini Lütfi-Zadə elmdə bir alim kimi öz həyati əməli ilə təsdiqlədi.

Bəli, sənət də, ədəbiyyat da reallığa söykənəndə güclü olur, öz təsdiqini tapır. Kitabda ilk şeir kimi verilmiş "Ana yurdun xatirəsi” adlı nümunədəki fikirlər isə torpaq anlayışının müqəddəslik keyfiyyəti kəsb etməsinə sosial məzmun planında yanaşmanın bədii tərənnümüdür:

Mənim doğma kəndim, doğma el-obam,
Səndə ümidlərim, arzularım var.
Dəcəl uşaqlığım, qayğısız ömrüm,
Həm də həsrətim var, intizarım var.
Mənə hər çəmənin, mənə hər dağın
Anam kimi şirin laylalar çalıb.
Sənin məndə ancaq şirin sorağın,
Mənim səndə ömrüm, gəncliyim qalıb...

Diqqət edin: ilk misradakı “mənim doğma kəndim, doğma el-obam" başlanğıc - müraci­ətdə "doğma kənd" ifadəsi vətənin torpaq relyefini coğrafi planda təqdim etdiyi halda, "doğma el-obam" ifadəsi də vətənin torpağını coğrafi landşaftdan çıxarıb, onu sosial yaşam, sosial-ictimai toplum səciyyəsində təqdim edir. Və bu iki rakursun qovşağında "səndə ümidlərim,, arzularım var" duyğusu dilə gətiri­lir. Bəs bu ifadələrin fərqləndirilməsi və eyni zamanda bir araya gətirilməsi - vəhdətdə anılması bizə nə verir? Kənd ümumi anlayışdır, müəyyən bir coğrafi məkanı işarələyir. Am­ma o coğrafi məkana kənd statusu verən, o kəndi saldıran insanlardır. Və o insanlar toplusu isə ümumiləşmiş adla insanları bir-birinə dağmalaşdıran  tellər kimi "el-oba" adı ilə tanınır. Başqa sözlə, hər kəsin, hər bir fərqin doğma el-obası olur və bu el-oba insanların dünyabaxışında, nəzərində-düşüncəsində vətən obrazının insaniləşmiş səciyyəsini verir.

Başqa sözlə, vətənin torpaqdan, meşədən, ormandan, daşdan-divardan, daxmadan, evlərdən və s. ibarət olan coğrafi quruluşu-ölçüsü olduğu kimi, eyni zamanda vətənin həmin səni təmsil eləyən mühitdə - coğrafi regionda yaşadıb fəaliyyət göstərən və səni ictimai top­lum kimi əhatə edən insanları - sosial əhali kütləsidə olur. Bu iki amili bir-birindən təcrid etdikdə Vətən məfhumu yarımçıq görünər. Ona görə də Vətəni coğrafi məkan və həmin məkanda təmsil olunan cəmiyyətlə vəhdətdə qəbul etmək lazımdır. Bu duyğu insan qəriblik çəkəndə daha  çox aktuallaşır və özünü praktik yaşam forması olaraq fəallaşdırır. Belə ki, mən doğma ata ocağımdan, ana yurdundan, el-obasından didərgin düşmüş bir insan kimi bəzən aylarla üzünə həsrət qaldığım həmkəndlilərimlə görüşəndə, mənə müraciətlə: “Şakir müəllim, biz səni gördük, elə bil gedib doğma ocaqlarımızı ziyarət edib gəldik, elə bil doğma kəndimizi, elimizi-obamızı gördük, torpaq­larımızın ətrini - ab-havasını səndən aldıq”, - deyib kövrəkliklə duyğularını dilə gətirirlər. Bu bir psixoloji yaşam amili olaraq insanın vətənin obrazı simasında təcəssüm olunmasıdır. Eyni zamanda vətənin çəməninin, dağının da insan (ana) timsalında olub, adama ana kimi şirin laylalar çaldığını göstərir şeirdə Mədət Əyyuboğlu. Bu da Vətənin bir obraz kimi poeziyada təşxisləndirilməsidir. Deməli, insan Vətənin təcəssümçüsü, Vətən də insanın (atanın, ananın) şəxsləndirilmiş surəti kimi insan düşüncəsində çıxış edir və qarşılıqlı olaraq bir-birlərini tamamlayırlar.

...Odur ki, şair Mədət Əyyuboğlu Məmmədov da "sənin məndə şirin sorağın, mənim səndə ömrüm, gəncliyim qalıb" deyir "Ana yurdun xatirəsi" şeirində. Doğrudan da Mədət müəllim lirik - psixoloji ovqatın təbii ifadəsi şəklində dilə gətirdiyi bu misralarda ana yurdun xatirəsini reallıqla canlandırmağa uğurla nail olmuşdur. Şerin adı ilə məzmunu arasında çox dərin, üzvi bir bağlılıq vardır ki, bu da oxucuların mənəvi dünyasında ədəbi rezonans doğurmuşdur.

Mən həmişə demişəm, şair, yazıçı xalqın, vətənin danışan dili, düşünən beyni, vuran ürəyi olub, əsərlərində birbaşa xalqı, Vətəni təmsil edir. Mədət Əyyub­oğlunun "Gələn anam olaydı" (şerlər və poema) kitabında da ("Yazıçı", 1990) o, Vətənin (və Vətənin timsalında torpağın) alovlu tərənnümçüsü kimi çıxış edir. Bu baxımdan onun "Təyyarədə yazdığım şeir" adlı lakonik və məzmunlu əsə­rinə diqqət yetirək:

Təyyarədə şeir yazdım,
Ən pis şeir oldu.
       
Şeirlərin içində,
Şeir yazmamışdım
Bu ölçüdə-biçimdə.
Bir qara daş olub
Asıldı içimdən...

Duydum həsrət odunda
Bişməyin ağrısını,
Duydum torpaqdan ayrı
Düşməyin ağrısını.

Şair təyyarədə yazdığı şeirini "ən pis şeri" kimi səciyyələndirir. Səbəbi isə şeirin təyyarədə hava məkanında, əslində isə ana torpaq üstündə yazılmamasıdır. Deməli, müəllif təyyarədə olduğu müddət ərzində tor­paqdan ayrı düşdüyünün həsrət ağrısını çək­diyini bəyan etməklə insanlara torpağı - Vətəni sevmək hissi təlqin edir. Bu isə dolayısı ilə o deməkdir ki, hava aləmi uçaqlara, quşlara məxsusdur, su məkanı olan göl, dəniz, çay və okeanlar balıqlara və s.-yə, quru məkanı olan torpaq isə insanlara, doğma olan yaşayış məs­kəni, Vətəndir. Ona görə də vətənimizin qəd­rini bilməyi tövsiyə edir.

...Şairin bütün bunların müqabilində insan­lardan istədiyi nədir? 1985-ci didə yazdığı "Dağ çiçəyi" şeirinə üz tutsaq, bu məramın nədən ibarət olduğunun məğ­zinə varmaq olar:

Mən səni bənzədirəm
Qayaları yarıb çıxan
Bir dağ çiçəyinə.
Heç bilmirəm
Yatacaqmı ürəyinə?..
Dağ çiçəyi həmişə
Uca olub gözümdə.
Həsəd çəkirəm ona
Açıq-aşkar özüm də.
Sən mənim dağ çiçəyim,
İstəyirəm onun tək
Səndə ola
Zəriflik də, dözüm də...

Məncə bu nümunə həm də müəllifin təbiətə şairanə baxışının bir göstəricisi sayıla bi­lər. Həssas müşahidə qabiliyyəti, dağda qaya­ların üstündə bitən incə, zərif bir çiçək müəllifin nəzər-diqqətini özünə cəlb edib və bu baxışdan şair qəlbi riqqətə gəlib, vəcdə gəlib. Dağın daş bağrını öz incəliyilə yarıb özünə yaşamaq haqqı qazanan dağ çiçəyi həm zərif­lik, həm də mətinlik simvolu kimi verilib. Hər şey nazikliyindən sınsa da, insan yoğunluğundan sınar, deyib babalarımız. Bu deyimin məna layında da əslində insana nazik qəlbli, nəzakətli, incə, həssas olmaq fikri aşılanır. Yəni Yer üzünün bəzəyi sayılan insan, həm də bir çiçək zərifliyi timsalındadır. İnsan öz zəri­fliyilə təbiətə və insanlara bəzəkdir, yaraşıq­dır. Amma insan nə qədər gül kimı zərif, incə olsa da, o  qədər də səbrli, dözümlü, mətin olmalıdır. Çətinliklərə sinə gərməyi bacarmalıdır.

Necə ki, dağ çiçəyi zərif olduğu qədər də dözümlü, iradəlidir və hətta bu iradə sayəsində daşın üstündə də bitib özünə yaşamaq imkanı qazandırıb. Bax, beləcə də dünyamızın bəzəyi olan insanlar zərif hərəkətləri ilə və mətin xarakterilə həyatda apardıqları mübarizələrdə bərkiyib-bişməli, aciz olmamalıdır.

Şair Mədət Əyyuboğlunun poeziyadakı insan tipinə olan bu cür münasibəti həm də insandan həyatda əzmkar olmağı, doğma yur­du, ana təbiəti və bütövlükdə dünyamızı sev­məyi və qorumağı tələb edir...

Şakir ALBALIYEV
Filologiya üzrə fəlsəfə doktoru, dosent,
AMEA-nın doktarantı



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdi belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi...

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ