Cümə axşamı günü, 08 oktyabr 2026
     

Gənc aşıqlar arasında dastan bilgisizliyi hökm sürür...

Image


Məhərrəm Qasımlı: “Artıq Mədəniyyət Nazirliyində bu məsələlərə baxılıb və “Dastan Teatrı”nın yaradılması ilə bağlı işlər getməkdədir”
Aşıq Ramin Qarayev: “Dastan Teatrı”nın yaradılması yaxşı olardı, bəlkə bu yolla aşıqların repertuarındakı dastanlar gün işığına çıxa bildi”
Aşıq Avdı Musayev: “Dastançılıq ənənəsinin sıradan çıxması klassik aşıq məktəbinin davamçılarından biri kimi məni çox narahat edir”

 

Ənənəvi aşıq sənətinin hazırkı durumu haqqında danışarkən aşıqlığın bəzi gələnəklərinin sıradan çıxmaq üzrə olduğunu müşahidə edirik. Dastançılıq kimi. Aşığın aşıq kimi yetkinliyini göstərən əsas amillərdən biri olan dastançılığa hazırkı aşıqların elə də maraq göstərməməsi gizlin deyil. Əlbəttə, aşığın aşıq kimi mükəmməlliyinin sübutu olan dastançılığın bu günü ustadları, aşıqsevərləri, alimləri ciddi narahat edir.

Onların narahatlığı anlaşılandır. Lakin günümüzün elə reallıqları var ki, onlar dastanların aşıqların repertuarında yer almasına imkan vermir. Bir tərəfdən narahat oluruq ki, aşıq sənətinin əsas sütunlarından biri olan dastançılıq sıradan çıxmaq təhlükəsi ilə üzləşib, o biri tərəfdən isə dastançılığın inkişafına, yenidən həyata qayıtmasına şərait yaratmırıq. Müasir toylarda aşıqların iştirakına sıx-sıx rast gəlinsə də, həmin məclislərdə aşıqdan nə klassik saz havaları tələb olunur, nə də dastan. 

Heç şübhəsiz ki, dastanların yaşadılması, təbliğ edilməsi istiqamətində Azərbaycan Aşıqlar Birliyi, Mədəniyyət Nazirliyi və AMEA-nın Folklor İnstitutu müəyyən tədbirlər görür, layihələr həyata keçirirlər. Ancaq bunlar, bütövlükdə, dastançılıq sənətini ayağa qaldıra bilmir. Bunun üçün əvvəlcə aşıqların özünün repertuarında dastanlar olmalıdır. Özü də bir deyil, ən azı 10-15 dastan. Müasir aşıqlar isə dastan öyrənməyə elə də həvəs göstərmirlər. Bunun səbəblərindən biri indiki aşıqların böyük əksəriyyətinin ustad görməməsi, ustad aşığa şəyirdlik etməməsidirsə, digər səbəb dinləyicilərin dastanlara tələbatının kəskin surətdə azalmasıdır. Əvvəllər Azərbaycan Televiziyasında “Dastan axşamı” keçirilərdi və ustad aşıqlar bu gecədə müxtəlif dastanlar danışardılar. Bunun özəlliklərindən biri o idi ki, ustadlar dastan danışarkən onların şəyirdləri də onlarla birgə səhnədə olardılar. Ustad dastan danışar, şəyird isə dastanı əsasən oxuyardı. Artıq bu özəllik, demək olar, sıradan çıxıb. Ustad aşıqların çoxunun dünyasını dəyişməsi orta nəsil aşıqların dastan yaradıcılığına meylinin azalmasına, gənclərin isə əsasən bu sahəyə maraq göstərməməsinə gətirib çıxardı.

Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycan dövlətinin aşıq sənətinə göstərdiyi qayğı və diqqət nəticəsində aşıq sənətinin təhlükə altında olan gələnəkləri artıq yenidən həyata qayıtmaq üzrədir. M.Qasımlının sözlərinə görə, dastançılığın inkişaf etdirilməsi üçün Aşıqlar Birliyi və Mədəniyyət Nazirliyi tərəfindən layihə və proqramlar hazırlanır. O vurğuladı ki, hazırda dastançılığın yenidən aşıqların repertuarına qaytarılması üçün tədbirlər görülür. Artıq Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aşıq sənəti kafedrasında təhsil alan aşıqlara dastançılıq da tədris olunur. Onun sözlərinə görə, əvvəllər aşıq tələbələrə dastançılıq yuxarı kurslarda öyrədilirdisə, indi aşağı kurslardan başlanaraq mənimsədilir. O qeyd etdi ki, hazırda “Dastan Teatrı”nın yaradılması gündəmdədir. M.Qasımlının sözlərinə görə, artıq bu istiqamətdə işlər həyata keçirilir. Professor hesab edir ki, nəinki gənclər, hətta orta nəsil aşıqları da dastanlarımızı öyrənməlidirlər. Bəzi orta nəsil aşıqların da bu sahədə axsadığını vurğulayan Birlik sədrinin fikrincə, hələ bir neçə ustad aşıq həyatdadır və aşıqlar onların dastan yükündən bəhrələnməlidirlər. “Dastan Teatrı”nın funksiyasına gəlincə, M.Qasımlının dediyinə görə, bu teatrda dastanlar aşıqların və aktyorların iştirakı ilə səhnələşdiriləcək. Bunun müasir dövrdə dastançılığın təbliğində vacib olduğunu düşünən M.Qasımlının qənaətinə görə, bununla həm dastanlara qayıdış olacaq, həm də tamaşaçılar arasında dastana qulaq asmaq ənənəsi formalaşacaq. O deyir ki, dastanların təqdimat formasının yenilənməsi tamaşaçılarda dastana marağın artmasına səbəb olacaq. Bu gün toylarda dastanlara meydan verilmədiyini deyən professor Qasımlının sözlərinə görə, uzun müddət dastançılığın gözləmə mövqeyində dayanması bu amillə də sıx bağlıdır. “Müasir aşıqların dastan bilməsi, ustadlardan miras qalan və aşıqlıq mədəniyyətinin özəyini təşkil edən bir sahənin inkişafı, yenidən gündəmə gəlməsi, həyata qayıtması vacibdir. Bu məsələ bizi uzun illərdir düşündürür. Məlumdur ki, zamanla dastançılıq ənənəsi öz aktuallığını itirdi və məclislərdən kənara düşdü. Bu, əsasən, insanların vaxt azlığı ilə bağlı məsələ kimi xarakterizə olunurdu. Bilirsiniz ki, toylarda hazırda dastan söylədən, aşıqdan dastan tələb edən insanlar yoxdur. Bu da vaxt azlığı ilə bağlıdr. Bilirsiniz ki, Azərbaycan Aşıqlarının VI Qurultayında dastançılıq ənənəsinin yenidən bərpa olunması məsələsini qaldırdıq. Artıq Mədəniyyət Nazirliyində bu məsələlərə baxılıb və “Dastan Teatrı”nın yaradılması ilə bağlı işlər getməkdədir. Yaxın zamanda “Dastan Teatrı” yaradılacaq və tamaşalar göstərilməyə başlayacaq. Ancaq bu yolla dastançılığı geri döndürmək olar. Teatra isə hər yoldan ötən aşığı cəlb etməyəcəyik. İstedadlı aşıqlar, ustad sənətkarlar teatra cəlb olunacaq” - deyə M.Qasımlı qeyd etdi.

Borçalı aşıq mühitinin təmsilçisi aşıq Ramin Qarayev “Bakı-Xəbər”ə bildirdi ki, bu gün gənc aşıqlar arasında dastan bilənlər az da olsa var, lakin o dastanları tamaşaçılara çatdırmaq üçün şərait yoxdur. Repertuarında klassik dastanlardan “Məsim və Diləfrüz”, “Aşıq Qərib və Şahsənəm”, “Əsli və Kərəm”, son dövrlər yaranan dastanlardan isə “Əsmər və Mustafa”, “Məftun və Leyli” kimi dastanlar var. “Koroğlu” dastanının bir neçə qolunu da bildiyini deyən aşıq Raminin sözlərinə görə, bəzi məclislərdə bu dastanlardan parçalar danışır. “Siz çox vacib və həssas bir məsələyə toxunmusunuz. Bu gün həqiqətən də toylarda, məclislərdə, efirlərdə dastanlarımıza maraq yoxdur. Mən özüm bir neçə dastan bilirəm, ancaq bu dastanları danışmaq üçün şərait yoxdur. Toylarda, məclislərdə imkan yaradılmır ki, bildiyimiz dastanları qonaqlara çatdıraq. Bakıdan fərqli olaraq, Borçalı məclislərində dastana tələbat hələ də qalıb. Elə məclis olur ki, orada məndən yalnız dastan istəyirlər, mən də böyük məmnuniyyətlə bildiyim dastanlardan danışıram. Aşığa dastan danışmaq üçün şərait yaradılmalıdır ki, o öz bildiyi dastanları çatdırsın” - deyə aşıq Ramin bildirdi.

O, “Dastan Teatrı”nın yaradılmasından gözləntilərinin olduğunu da dedi. Aşıq Ramin deyir ki, bu teatr yaradılarsa və aşıqlar orada dastanlar danışarsa, bu çox müsbət olar. “Tamaşaçı və dinləyiciləri dastanlara qaytarmaq lazımdır. Düzdür, bugünkü tamaşaçı kütləsini 4-5 saatlıq dastan danışmaqla əldə saxlamaq çətindir. Lakin dastanların yaşaması üçün tamaşaçılarda dastanlara sevgi yaratmalıyıq. “Dastan Teatrı”nın yaradılması barədə danışırlar. Bu teatr yaradıldıqdan sonra biz nəticə haqqında danışa bilərik. Bütövlükdə isə “Dastan Teatrı”nın yaradılması yaxşı olardı, bəlkə bu yolla aşıqların repertuarındakı dastanlar gün işığına çıxa bildi” - deyə aşıq Ramin bildirdi.

Qazax aşıq mühitinin təmsilçisi aşıq Avdı Musayev də həmkarı kimi hesab edir ki, bu gün dastançılığa tələbat aşağı səviyyədədir. O qeyd etdi ki, dastanların yenidən gündəmə qaytarılması bizə hava-su kimi lazımdır. “Biz dastanlara qayıtmalıyıq. Ancaq necə? Müasir aşığın dastan bilməsi şərtdirsə, onun tamaşaçılara çatdırılması yolları da əsas şərtdir. Mən özüm də, bəzi həmkarlarım da dastanlar bilirik. Ancaq heç bir toyda bizə “aşıq, bir filan dastanı danış” demirlər. Yəni dastan danışmağımızı bizdən tələb edən yoxdur. Bu da, istər-istəməz, dastan bilən aşıqları da həvəsdən salır.

Bu gün heç bir toyda aşıq dastan danışmır. Çünki tələbat yoxdur. Efirdə də dastan söyləmək üçün şərait yoxdur. Dastançılığın zəifləməsi aşıq sənətinə, sözün həqiqi mənasında, zərbə oldu. Əvvəllər dastan bilməyən aşıqlar barmaqla sayılırdı, bəlkə heç yox idi, ancaq bu gün dastan bilən aşıqlar barmaqla sayılır. Bu da ondan irəli gəlir ki, aşıqların dastan danışması üçün şərait yoxdur. Bu gün bəzi xüsusi təşkil olunan aşıq məclislərində kimlərsə bizə dastan danışdırır. Bu da ayda-ildə bir dəfə olur. Əgər aşıqdan dastan istəsələr, aşıq özünə məsuliyyətlə yanaşar, biliyini təkmilləşdirər, bilmədiklərini ustadlardan öyrənər. Dastançılıq ənənəsinin sıradan çıxması klassik aşıq məktəbinin davamçılarından biri kimi məni çox narahat edir. Hesab edirəm ki, dastançılığın sıradan çıxmaması üçün tədbirlər görülməlidir. Çoxları hesab edir ki, dastançılığın sıradan çıxması təbii prosesdir, dastan yaradıcılığı texnologiyaya uduzub. Bilirsiniz, elə etməliyik ki, uduzmasın. Bütün hallarda, dastanlar yaşadılmalıdır. İndi “Dastan Tearı” ideyası meydana gəlib. Sözün düzü, hələ bu teatr mövcud olmadığı üçün onun haqqında bir fikir söyləyə bilmərəm. Bircə onu deyə bilərəm ki, dastanlarımıza yenidən nəfəs verilməlidir və biz aşıqlar da bu işdə əlimizdən gələn köməyi əsirgəməməliyik” - deyə aşıq Avdı bildirdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdi belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi...

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ