Cümə axşamı günü, 08 oktyabr 2026
     

“Boz ədəbiyyata xidmət edən qadınlar müxtəlif vasitələrlə müxtəlif alimlərin, akademiklərin yanına yollar tapırlar və onları bezdirib kitabları üçün “xeyir-dua” alırlar” - MÜSAHİBƏ

Image


 “Bir də görürsən ki, bir evdar qadın, yaxud şeirin nə olduğunu bilməyən bir xanım “şeir gətirmişəm, çap edin” deyir, “şeir”i oxuyuram, görürəm ki, bu şeir yox, maklaturadır, sadəcə, söz yığınıdır, “bunu çap edə bilmərik” deyirəm”

 

Qadın özü elə şeirdir. Təpədən dırnağa poeziya, lirik duyğular mücəssəməsidir qadın. Şeirdən biçilən qadının özü şeir yazanda sözlə gözəlliyin, ruhla ürəyin qırılmaz vəhdəti yaranır. 55 illik bir ömür yolu gələn, bu yolda qarşısına çıxan bütün maneələri dəf etməyi bacaran “Ulduz” jurnalının poeziya şöbəsinin müdiri, tanınmış şairə Fərqanə Mehdiyeva daxilən də, zahirən də şeirin özünə bənzəyir.

Fərqanə xanımla söhbətimiz zamanı o, 55 yaşın həyəcanlarını, şeirimizin bu gününü, ədəbiyyatımızın vəziyyətini dilə gətirdi.

- Fərqanə xanım, 55-in astanasında Sizi xoş gördük. Nədir bu yaşın həyəcanı, sevinci?

- Əslində, 55 yaşıma çatmağımı çox arzulayırdım. Keçirdiyim ağır xəstəliklə əlaqədar olaraq heç bu yaşa çatacağıma ümid etmirdim. Hey düşünürdüm ki, görəsən 55 yaşımı görmək mənə nəsib olacaqmı? Şükür Allahın bu gününə, mən bu yaşımı görə bildim.

- Şeirlərinizdən birində deyirsiniz ki:
Donmuşam, yumşaq deyiləm,
Əyilmişəm, şax deyiləm,
Mən daha uşaq deyiləm,
Deyib də “gözlə” aldatma...

Yəni şairləri belə tez aldatmaq olur ki?

- Bilirsiniz, şairlər uşaq kimidir. Şairi aldatmağın nəyi var ki... Deyim ki, 55 yaşım olmasına baxmayaraq, yenə də məni aldatmaq mümkündür. Çünki şair özü hiyləsiz, riyasız olur. Mən əsl şairdən danışıram. Bu şəhər, qaynar həyat ürəyimi, ruhumu dəyişdirə bilmədi. Yenə əvvəlki duyğularımla, ruhumla yazıram. Nəyi yaşayıram, onu da şeirə çevirirəm. Ümumiyyətlə, bəzən deyirlər ki, şairlər görüb müşahidə etdiklərini yazırlar. Bir tərəfdən razıyam ki, bəli, şairlər ictimai həyatda qarşılaşdıqlarını yaza bilirlər, amma, bütövlükdə, şair özünü, öz yaşantılarını, öz həyatını və taleyini yazır. Burada başqa təsir yoxdur. Kim nə yaşayır, onu da şeirə çevirir. Yalandan demək lazım deyil ki, başqasının həyatını, taleyini yazıram. Yaşamadığını necə yaza bilərsən ki?!

- Qadının şair olmağı çox çətindir. Bəzən “belə yazsam görəsən cəmiyyət, yaxud tanıdıqlarım mənim haqqımda nə düşünər” deyir qadın şairələr. Siz necə, heç belə bir dilemma ilə qarşı-qarşıya qalıbsınızmı?

- Mən şeirin, ədəbiyyatın, xüsusən də yaradıcılığın qadın və kişi ayrıntılarına bölünməsini qəbul etmirəm. Şair elə şairdir. Burada əsas meyar istedaddır. Ancaq fərqləndirmək lazım gələrsə, deyim ki, Azərbaycanda çox güclü qadın poeziyası olub və bu gün də var. Ədəbiyyatımızın çox nəhəng qadın simaları olub. Onları siz də oxumusunuz, əsərləri ilə tanışsınız. Bəli, qadının şair olmağı çox çətindir. Deyərdim ki, məşəqqətdir. Qadın şairdirsə, həmişə fikri şeirin yanında olur. Bu da ona çətinliklər yaradır. Sən həm ev, həm uşaq, həm həyat yoldaşı, həm gündəlik qayğılar, həm də şeir və ədəbiyyat haqqında düşünürsən. Hələ, üstəlik, başqa təsirlər və qayğılar da var. Əlbəttə, bir qadının bunları daşıması çox çətindir, ağırdır. Mən hələ şeirimə görə hansısa bir dilemma qarşısında qalmamışam. Yoldaşım məni çox yaxşı tanıyır, şeirlərimi oxuyur. Nə yaxşı ki, həyat yoldaşım var, yoxsa mənim vəziyyətim necə olardı, bilmirəm... Elə vaxtlar olub ki, şeirə görə çayım qaynayıb daşıb, xörəyim yanıb, aləm bir-birinə qarışıb. Bilirsiniz, həmişə şeirin yanında oluram. Elə hallar olur ki, evdə söhbət edirik, oğlum nə isə danışır, sonra ona mənim münasibətimi soruşur. Cavab verə bilmirəm, onda bilir ki, yenə şeir haqqında fikirləşirəm və beynimdəki misraları kağıza köçürmək istəyirəm.

- Həyat yoldaşınızın yaradıcılığınıza münasibəti necədir?

- Yaxşıdır. Məni ən çox oğlum oxuyur. O, əslində, ədəbiyyat, poeziya vurğunudur. Həyat yoldaşım həyatda ən çox güvəndiyim, arxalandığım insandır. Mənim yaradıcılığıma həmişə dəstək olub. İnanın ki, mən İranda xəstə yatanda, o çox əziyyət çəkdi. Ağır günlərimdə yanımda oldu. Mən xəstəxanada əzab çəkəndə əlini göyə atıb Allaha yalvarırdı ki, mənə rəhm eləsin (ağlayır). Mən ondan yerlə göy qədər razıyam. İnanın ki, məni həyatda o idarə edir.

- Fərqanə xanım, Siz çağdaş poeziyamızın sayılıb-seçilən simalarından birisiniz. Bu öz yerində. Hazırda “Ulduz” jurnalının şeir şöbəsinə rəhbərlik edirsiniz. Şairlərlə necə yola gedirsiniz? Sizdən narazı qalanlar olurmu?

- Sözsüz ki, “Ulduz” jurnalı ədəbi dərgilər sırasında öz sanbalı, missiyası, ədəbiyyatımıza xidmətilə seçilir. Xüsusən də gənclərin ədəbiyyata gəlməsinə güclü təkan verir. Ədəbiyyatımızın bu günü və sabahı haqqında bədbin deyiləm. Bu gün çox gözəl şairlərimiz var. Ədəbiyyatımıza çox istedadlı gənclər gəlib. Amma təəssüf ki, istedadlı gənclərimiz çox azdır. İndi daha çox Azərbaycan poeziyasına xas olmayan izimlər arxasınca gedənlər var və onların yazdıqlarını adam oxuyanda təəccüblənir ki, bunun harası poeziyadır? İndi özünü modernist, postmodernist kimi təqdim edənlər çoxalıb və bu da, əlbəttə, təhlükəli haldır. Şeir yaza bilməyən adamların şairliyə iddia etməsi doğrudan da gülünc görünür. “Ulduz” jurnalında işləyəndən ən çox boz ədəbiyyat təmsilçilərinin haqsızlıqları ilə qarşılaşıram. Bir də görürsən ki, bir evdar qadın, yaxud şeirin nə olduğunu bilməyən bir xanım “şeir gətirmişəm, çap edin” deyirlər, “şeir”i oxuyuram, görürəm ki, bu şeir yox, maklaturadır, sadəcə, söz yığınıdır, deyirəm ki, bunu çap edə bilmərik. “Şeir” yazan evdar qadınlar əsəbləşirlər ki, şair olmasaydım, filan akademik kitabıma ön söz yazmazdı, redaktoru filan xalq şairi olmazdı. Bu akademiklər, professorlar, xalq şairləri nəyinsə xatirinə, hansısa təmənna qarşılğında ədəbiyyata dəxli olmayan adamları niyə bu qədər şərəfləndirirlər? Bu gün bir dəstə qadın peyda olub, “şairəm”deyib meydana çıxıblar, televiziyalarda çıxışlar edirlər, toylara tamada kimi gedirlər. Bu da, əlbəttə, onların şair olmamasının göstəricisdir. Təəssüf ki, bu gün boz ədəbiyyatın, rəngsiz, ruhsuz poeziyanın təmsilçilərinin sayı get-gedə çoxalır. Əvvəllər ərindən boşananlar “müğənni” olurdu, indi isə “şair” olurlar. Özü də bir iddia ilə, bir hikkə ilə jurnallarda çap olunmaq istəyirlər ki... Təbii ki, ədəbiyyata aidiyyəti olmayan, şeir yaza bilməyən adamın ədəbiyyat adamı adına iddialı olması qəbuledilən deyil. Bəzən belə adamlara mükafatlar, fəxri adlar verilir. Onlar bu mükafatları hansı yollarla əldə edir, məlumdur. Ədəbiyyatla bağlı mükafatlar əsl ədəbiyyat adamına verilməlidir ki, o öz zəhmətinin bəhrəsini görə bilsin. Doğrudur, biz mükafata, fəxri ada görə şeir yazmırıq, amma mükafatlar şairə, ədəbiyyat adamına stimul verir.

- Sizcə, boz ədəbiyyat təmsilçilərinə nə üçün ədəbiyyatda belə şərait yaradılır? Akademiklər, professorlar, xalq şairləri, xalq yazıçıları niyə onlara “yaşıl işıq” yandırırlar?

- Bunun müxtəlif səbəbləri var. Başlıcası isə odur ki, boz ədəbiyyat nümayəndələri yazdıqlarını qoltuqlarına vurub qapı-qapı gəzirlər, həmin alimləri, ədəbiyyat xadimlərini bezdirirlər. Birmənalı olaraq deyirəm ki, akademiklər, professorlar, ədəbiyyat xadimləri o insanların əlindən bezdikləri üçün onların kitablarına ön söz yazırlar. Bəlkə də heç özləri yazmır, köməkçilərinə tapşırırlar ki, onun kitabı üçün beş-üç cümlə cızma-qara et getsin. Elə adamların kitablarına rast gəlirəm ki, rəyçilərin elə böyük adamlar olduğunu görürəm. Boz ədəbiyyata xidmət edən qadınlar müxtəlif vasitələrlə müxtəlif alimlərin, akademiklərin yanına yollar tapırlar və onları bezdirib kitabları üçün “xeyir-dua” alırlar.     

- Fərqanə xanım, səhv etmirəmsə, İranda şeirlər kitabınız çap olunub. Şeirləriniz orada necə qarşılanır?

- Bəli, Təbrizdə “Məni yağışda saxla” adlı şeirlər kitabım nəşr olunub. İnanın ki, onlar qüzey Azərbaycan şairlərinin şeirlərini çox sevirlər. Məmməd Arazı, Bəxtiyar Vahabzadəni, Şahmar Əkbərzadəni əzbər bilirlər. Yaradıcılığıma gəlincə, deyim ki, mənim şeirlərimi də sevirlər. Mən buradan ora gedəndə təkcə öz şeirlər kitablarımı deyil, həm də həmkarlarımın, şair dostlarımın şeirlər kitablarını da aparıram. Bununla da orada bu tay ədəbiyyatın təbliği ilə də məşğul oluram. İstəyirəm təkcə mənim yaradıcılığımı deyil, həm də həmkarlarımın şeirlərini oxusunlar.

İndiyə qədər 7 şeirlər kitabım çıxıb və həmişə ədəbiyyata, poeziyaya xidmət etmişəm.

- 55 illik yubiley ilində gözləntiləriniz nədir?

- Sözün düzü, ədəbiyyata aid bir sıra mükafatlar almışam. Mikayıl Müşfiq mükafatı,  Rəsul Rza mükafatı və s. Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvüyəm.

Bilirsiniz, şairin varı-dövləti, qazancı oxucudur, oxucu rəyi, oxucu fikridir. Bu amil mənə böyük stimul verir. Hiss edəndə ki, sənin yazdıqlarını oxuyurlar, bu sənə qol-qanad verir. Hətta biləndə ki, şeirdən heç bir qazancın, gəlirin yoxdur, onda da oxunmağın sənin üçün böyük maddi dəyərdən artıq olur. Bu gün ədəbiyyatda, sənətin müxtəlif sahələrində tanışbazlıq, yerlibazlıq, qohumbazlıq çoxalıb, bu, sözsüz ki, sənətə zərər vurur. Yaxşı ədəbiyyatın yaranmasına, onun keyfiyyətinə zərbə vuran bu amillərin ədəbiyyatda olması ağrılı bir haldır. Nə edək ki, bundan canımızı qurtara bilmirik. İndi onun-bunun yerinə şeir yazan, roman yazan o qədər adam var ki. Adamlar tanıyıram ki, başqalarına şeir, nəsr, elmi iş yazmaqla dolanır, ailəsini saxlayır. Əslində, bu, ədəbiyyata xələl gətirir, bu sahəyə aidiyyəti olmayan boz ədəbiyyat nümayəndələrinin meydana çıxmasına şərait yaradır. Bir çox hallarda əsl söz adamı kənarda qalır, ancaq mükafatları haqqı olmayanlara verirlər, onlar da hər yerdə “mükafat”ları ilə öyünürlər. Əlbəttə, özgəsindən pulla aldığı şeir, poemaya görə şöhrətlənənlər də yox deyil. Onlar cild-cild kitablar çap etdirirlər və bu kitablarla sarayları, institutları, başqa məkanları “işğal” edən adamların sayı yaman çoxalıb. Onlar televiziyalarda da, başqa yerlərdə də başa çəkilirlər. Ömründə əlinə qələm almayan bir adam 50 yaşından sonra “şair” kimi qəfil meydanda peyda olur. Bunlar kütləvi olsalar da, nə yaxşı ki, əsl şairlər, istedadlı adamlar onların kölgəsində itib batmır, əksinə, daha da parlaq görünürlər.

55 illik yubileyimə gəlincə, çox istəyirəm ki, qələm dostlarımı başıma toplayıb yaddaqalan bir məclis təşkil edim. Bu həm də mənim ədəbi ictimaiyyət və oxucular qarşısında bir yaradıcılıq hesabatım olacaq. Mükafata gəlincə, yuxarıda dediyim ki, bir sıra mükafatlarım var. Ancaq 55 illik yubileyimdə hansısa bir mükafat verilərsə, bunu yaradıcılığıma, ömrümü həsr etdiyim poeziyama bir töhfə hesab edərəm.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdi belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi...

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ