Cümə axşamı günü, 08 oktyabr 2026
     

Müzəffər məğlubiyyət, yaxud Səfəvi şeyxinin romanı

Image


Azərbaycanın dövlətçilik tarixində Səfəvilərin mövqeyi bir çox baxımlardan əlamətdardır ki, onlardan birincisi, heç şübhəsiz, Azərbaycan türklərinin təbii olaraq məskunlaşdığı coğrafiyanı bütün miqyası ilə vahid hakimiyyət altında birləşdirmələrindən ibarətdir. Və orta əsrlərin sonlarına doğru xalqın mənəvi iradəsinin tarixi tələbi kimi meydana çıxan bu prosesin ideoloji əsaslarını Səfəvi sufi şeyxləri hazırladılar ki, Yunus Oğuzun növbəti tarixi romanı məhz həmin mövzuya həsr olunub.

Əlbəttə, Səfəvilər dövrünə aid kifayət qədər araşdırmalar aparılıb. Xüsusilə son zamanlar mövcud tarixi məlumatların  akademik Ramiz Mehdiyev tərəfindən təqdim olunmuş mükəmməl fəlsəfi ümumiləşdirmələri (Səfəvilər dövrünün tarix fəlsəfəsi)  ayrıca qeyd edilməlidir.Ciddi analitik təhlillərə dayanan  bu ümumiləşdirmələr (və fəlsəfə!) həmin dövr barədəki çox zaman metodoloji xarakter daşıyan tərəddüdlərə son qoymaqla yanaşı, yeni mülahizələrin meydana çıxmasına da yol açdı.

Yunus Oğuzun romanı nə qədər tarixi məzmuna malik olsa da,  unutmaq lazım deyil ki, o, bədii əsərdir. Və tamamilə mümkündür ki, yazıçı təxəyyülü hardasa tarixşünaslıqla (tarixin özü ilə demirik!) müəyyən "polemika" aparır. Lakin bizə elə gəlir ki, Səfəvilər hakimiyyətinin təşəkkülü tarixinin ümumi mənzərəsini (və mahiyyətini) doğru-düzgün dərk etmək baxımından elə bir mübahisə doğurmur.

Roman Şeyx Cüneydin Ərdəbil yaxınlığında - Qarasu çayının sahilində müridlərdən təşkil etdiyi ordunun düşərgəsində əmisi ( və hamisi) Şeyx Cəfərlə mükaliməsilə başlayır. Və 1449-cu ildə baş verən bu mükalimə ona görə əlamətdardır ki, gənc Şeyx Cüneyd inanır (və hamisini  də inandırmağa çalışır) ki, şeyxlərin uzun illər davam edən mənəvi hakimiyyətdən siyasi hakimiyyətə keçmələrinin zamanı gəlib çatmışdır...

"Məmləkətimiz param-parça olub. Xorasan bizim deyil, Şirvan da həmçinin. Azərbaycandan bizə Təbriz və onun ətrafı qalıb. Gürcülər tez-tez Gəncəyə və kəndlərə basqınlar edirlər. Diyarbəkirdə Həsən bəy özünün bəyliyini yaradıb. Əcəmi və Ərəb İraqını Cahanşah oğlanları arasında bölüşdürüb.  Onlar da atalarına qarşı çıxırlar. O, Eçmiəzdini ermənilərə verib. Onlar da Eçmiəzdini dini mərkəz ediblər. Dünyanın hər yerindən erməniləri yığırlar Çuxursəddə, Göyçə dənizinin ətrafına. Nə olsun ki Cahanşah üləmalar, alimlər, söz adamları ilə xoş rəftar edir, onlara sayğılı yanaşır, "həqiqi" təxəllüsü ilə də şeirlər yazır. Bilirəm ki, doğma türkmən dilində də şeirləri var, amma bəs etmir. Mərkəzləşdirilmiş hakimiyyət olmasa, tayfalar arasında toqquşmalar bizi məhv edəcək".

Hamisinin - əmisinin "İyirmi bir yaşın var sənin. Bu yaşda bunları haradan öyrəndin? Doğrusu mən belə şeylər haqqında heç fikirləşmirdim. Biz türkmanlarda ta qədimdən bir məsəl var: "Göydə bir Tanrı, yerdə onun kölgəsi xaqan". Xaqana qarşı getmək olmaz!" məsləhəti qarşısında Cüneyd "Biz Tanrıdan və xaqandan imtina etmirik, əmi. Sadəcə olaraq deyirəm ki, Tanrı öz yerində, ancaq xaqan biz niyə olmayaq? Bir halda ki buna bizim gücümüz çatır. Bütün xalqı, cəmi məmləkəti, bütün tayfaları birləşdirmək üçün həm silahımız, həm də söyləmək, hamını birləşdirmək üçün sözümüz var" deməklə qərarından dönmür.

Bu mükaliməni bitirən "Səfəvi şeyxi"nin müəllifi, geriyə - 1276-cı ilə qayıdıb Səfəvi şeyxləri sülaləsinin əsasını qoyan Səfiəddinin (Səfinin) gənc yaşlarında mürşid məqamına yetişməsindən, gündən-günə artan şöhrətindən söhbət açır. Və Şeyx Cüneydin ruhi gücünün hansı mənbədən qaynaqlandığına işarə vurulduqdan sonra əvvəlki hadisələr yenidən davam edir. Ancaq bu dəfə Ərdəbildə deyil, Təbrizdə... 1449-cu ildə...

Ümumiyyətlə, Yunus Oğuzun əvvəlki tarixi romanlarına xas olan mühüm bir üslubi cəhət özünü "Səfəvi şeyxi"ndə də göstərir: yazıçı, demək olar ki, bütün təhkiyə boyu məkan və zaman hüdudlarını gözləməklə hər bir detal və ya təfərrüat barədə bilavasitə sənədlilik təsəvvürü yaratmağa çalışır ki, bu, bir tərəfdən, janrın təbiətindən, digər tərəfdən isə, heç şübhəsiz, yazıçının ideya- estetik məramından irəli gəlir. Və ən əsası da odur ki, haqqında söhbət gedən hüdudlanmalar hər hansı şəkildə fraqmentallıq əmələ gətirib "Səfəvi şeyx"inin bədii strukturunun bütövlüyünü zədələmir. Əksinə, onu roman təhkiyəsi üçün həmişə təhlükə təşkil edən  yoruculuqdan xilas etmiş olur.

Şeyx Cüneydin başçılığı ilə Ərdəbildə müridlərin ayaqlanasından xəbər tutan kimi Qaraqoyunlu Cahanşah dərhal qılınca əl atmayıb, Səfəvi ocağına ehtiram naminə məsələni sülhlə yoluna qoymaq istəyir. Və Şeyx Cüneydə belə bir namə göndərir:

"Mənə xəbər gəlib ki,  sən hakimiyyəti öz əlinə almaq istəyirsən. Düşünürəm ki, sən Şeyx Səfinin qoyduğu yolla getməli, təriqətin işləri ilə məşğul olmalısan.

...Cahillərə uyub qiyamdan dəm vurursan. Ürəyində səltənət arzusu tutduqda asan gedən işlərin çətinə düşər və hər iki tərəfdən minlərlə qan tökülər. Əgər mənim sözümü dinləməsən, həddini aşan hərəkətlərindən imtina etməsən  sənin və müridlərinin torpaqlarımdan  qovulması mənim üçün vacib olacaqdır".

Şeyx Cüneyd məktubu alıb əvvəl göstəriş verir ki, müridlər ordusu Eçmiəzdinə  (Üçkilsəyə) - ermənilərin köçürüldüyü torpaqlara qazavata başlasınlar, sonra isə Qaraqoyunlu hökmdarına cavab yazır:

"Əlahəzrət Mirzə Cahanşah! Xəlifəm Ağçalı ilə mənə göndərdiyiniz məktubu aldım. Bildirim ki, siz həzrətin ətrafında olan vəkil-naiblər mənim və müridlərim haqqında müxtəlif şaiyələr gəzdirir, məni sizin gözünüzdən salmağa çalışır. Belə şaiyələrə sultan tərəfindən ciddi yanaşılmasına inanmıram, çünki Şeyxlər Şeyxi, ulu babam Səfiəddin Səfəvi təriqətinin əsasını qoyduğu gündən bizim nəsildən və çoxminli müridlərimizdən heç kim siyasətlə və dünyəvi işlərlə məşğul olmayıb. Ancaq, kafirlərə qarşı qazavat elan olunarsa, müridlərim həvəslə səhadət şərbətini içər, Allah-  Təalanın şəhidlik mərtəbəsinə yüksələrlər. Əgər Allah istərsə, Şeyx Səfi nəslindən kimsə üsyan etmək fikrinə düşərsə, inanın ki, bütün dünya yığılsa belə ona mane ola bilməz".

Şeyx Cüneydin Qaraqoyunlu Cahanşahla bu cür diplomatik həsbi-halının əsasında, əlbəttə, o mənada tarixi həqiqət dayanır ki, Ərdəbil sufi şeyxləri öz mənəvi hakimiyyətlərinin gücünə (və coğrafi miqyasına) nə qədər əmin olsalar da, siyasi hakimiyyətə qardaş qanı tökmək yolu ilə gəlmək istəməmiş, dövrün hökmdarlarını inandırmağa çalışmışlar ki, cəmiyyətin ədalətli idarəsi məhz onların inanıb təbliğ etdikləri ruhani prinsiplərlə mümkündür.

Təhkiyə bədii mətn üçün  səciyyəvi olmayan tamamilə informativ üslubda davam edir:

"Alban kilsəsini 1444-cü ildə erməni kilsəsinə çevirəndən sonra ətrafında erməni ailələri məskunlaşmağa başlamışdı. Bir zamanlar Eçmiəzdində (Üçkilsə) dinləri ayrı olsa da  eyni dildə danışan türklərin sırasına, indi dillərini başa düşmədikləri, qarğa "dilinə" oxşar dildə danışan insanlar, özlərini öz aralarında hay, başqalarının yanında "erməni" adlandıranlar qoşulmuşdular. Əsas işləri ustalıq, yaxud fəhləlik olan bu ailələr çox tezliklə yerli əhali ilə qaynayıb-qarışır, hər cürə xidmət etməkdə canfəşanlıq edirdilər.Qadınları, qızları açıq-saçıq söhbətlər edir, yerli kişilərə göz-qaş atmaqdan belə çəkinmirdilər"...

Üçkilsəyə gələn müridlər burada ermənilərin katalikosu dördüncü Qriqorla rastlaşırlar. Və cəsarətlə demək olar ki, romanda Üçkilsə hadisələri kifayət qədər ustalıqla təsvir olunmuşdur... Yazıçının ustalığı ilk növbədə özünü onda göstərir ki, tarixi həqiqət "necə var o cür" təqdim edilir. Həmin həqiqətsə ondan ibarətdir ki, yüz illər boyu, türk hökmdarlarının qılığına girən ermənilər əvvəl türk torpaqlarında özlərinə rahat həyat şəraiti təmin etməyə çalışmış, sonra isə mənəvi dağıdıcılıq, siyasi təxribatla məşğul olmuşlar...

Katalikos bunu heç gizlətmir də:

"Gələcəkdə dünyaya sübut edəcəyik ki, Böyük Ermənistan olub, bu da sənədlər, bu da kilsə tarixi, bu da əlyazmalar. - Bir qədər sükut edib əlavə etdi. - Sizə bir şey deyim. Bu türklər özlərini möhtəşəm və qədim xalq hesab edirlər, amma öz tarixlərinə sahib çıxmırlar. Onların hesabına biz öz möhtəşəmliyimizi sübut edəcəyik. Türklərin hər şeyini biz öz adımıza çıxartmalıyıq. Hər şeyini. Təkcə tarixlərini yox. Yeməklərini, musiqilərini, nağıllarını-dastanlarını, adət-ənənələrini... Hər şeyini. - Dərindən nəfəs aldı və davam etdi. - Bax, buna görə, bu dağda, dərədə baş kilsənin iqamətgahını seçdik... Burada alban kilsələri var, burada alban əlyazmaları var. Bax bunun üçün burdayıq. Olmayanı var edəcəyik, gecə-gündüz dünyanım hər yerində bunun üçün çalışacağıq. - Badəsini qaldırdı. - Siz bunun üçün burdasınız. Var olsun haylar!"

Müridlər katalikosun arzusunu gözündə qoyurlar...

"...Ən lazımi kitablar, əlyazmaları  götürüldükdən sonra Cüneydin tapşırığı ilə rahiblərlə birlikdə Savalanda "Qırxlar" mağarasına göndərildi. Yolda rahiblərin mağaranın yolunu tanımaları üçün gözləri bağlandı. Rahiblər orada hansı kitabları tərcümə etdilər, heç kim bilmir. Tərcümələr bitdikdən sonra yenə gözlərini bağlayıb geri qaytardılar, amma onlar daha kilsəyə xidmət etmək istəmədilər".

Əlbəttə, burada yazıçı təxəyyülü tarixi həqiqəti üstələyir. Və belə bir "gecikmiş improvizasiya" vaxtilə İsa Muğannanın əsərlərində də vardı... Ancaq çox təəssüf ki, ermənilərin (hayların) bu və ya digər şəkildə təmasda olduqları xalqların tarixinə təcavüzü üçün xristian - qriqorian kilsəsi tərəfindən görülmüş işlər, qurulmuş planlar, demək olar ki, heç vaxt ciddi müqavimətlə qarşılaşmamışdır.

"Çıxılmaz" vəziyyətə düşən Qaraqoyunlu hökmdarı növbəti namə göndərib Şeyx Cüneydə bildirir ki, ölkənin hüdudlarını tərk etməsə, Ərdəbilin daşını daş üstündə qoymayacaq. Və müridlər ordusu Qaramana köç etməli olur...

"Qaraman İbrahim bəy bu gəlişə çox sevinmiş, Azərbaycandan gələn Səfəvi müridlərinə qucaq açmış, düşərgənin yerləşməsi üçün yaylaq və qışlaq torpaqları ayırmışdı... Əqrabalıqdan savayı, İbrahim bəy həm də qarşısında müridlərdən yaxşı təşkil olunmuş güc görürdü və bu gücün onun torpaqlarında oturması nüfuzunun üstünə nüfuz gətirirdi".

Ağqoyunlu Uzun Həsən anası Saray xatunun məsləhəti ilə onu, eləcə də bacısı Xədicə bəyimi Qaramana - Şeyx Cüneydin ziyarətinə göndərir. Və müdrik siyasətçi xatunun irəlicədən nəzərdə tutduğu kimi bu ziyarət Cüneydlə Xədicə bəyimin tanışlıq, qarşılıqlı sevgi və nişanlanmaları ilə başa çatır.

... Müəllif yenidən Şeyx Səfi dövrünə qayıdır... Gilanda sufiliyin ən yüksək mərtəbəsinə qalxıb böyük hörmət- izzət sahibi olan Şeyx Səfiəddin Elxanilər hökmdarı Qazan xanın göstərişinə əsasən müridlərilə birlikdə Ərdəbilə köçür.

Və 1334-cü ildə vəfat etdikdən sonra onu oğlu Şeyx Sədrəddin əvəz etməyə başlayır...

... Diyarbəkrdə Uzun Həsənlə Şeyx Cüneydin görüşü də romanın maraqlı səhifələrindəndir...

"Uzun Həsən anasından bütün bu gördüklərini eşitmişdi, amma özünün şəxsən görməsi başqa bir aləm idi. Qarşısında müridlər ordusu vardı. Torpağı və dövləti olmayan ordu. Hərdən özünə sual verirdi ki, təriqət şeyxi olan  bu gəncin  hərbi istedadı hardan qaynaqlanır. Belə baxanda, o da ata-babaları kimi  yalnız ilahi eşq təlimini keçib. Heç harada, nə təcrübədə nə də elmdə hərbiyyə sənətinə yiyələnməyib. Qısa müddətdə bu ordunun necə yaranmasını düşündü və sonda qərara gəldi ki, Şeyx seçilmişdi, fitri istedaddı".

Cüneydlə Xədicə bəyimin müridlərin qurultayına çevrilən  möhtəşəm toyundan sonra yenidən siyasi ehtiraslar gündəmə gəlir. Məsləhət belə olur ki, Cüneyd Qaraqoyunlularla haqq-hesabı çürütmək üçün Ərdəbilə yollansın...

Ərdəbil əhalisi Şeyxi xüsusi ehtiramla qarşılasa da, əmisi ilə münasibətlərinin necə olacağı açıq-aydın nigarançılıq doğurur...

"Hamı maraqla bu görüşün sonunu gözləyirdi. Kənardan da baxanda görünür ki, Şeyxin xarici görünüşündə də dəyişiklik var; kişiləşib, qürurlu olub. Əvvvəllər də özünü ağır aparan cavan, daha da ağırlaşıb, həm də keçən on il onu mətinləşdirib. O, iki əlini də sinəsinə çarpaz qoyub əmisi ilə salamlaşdı...

...Cüneyd onun sağ əlini öpərək alnına qoydu.

Sonra , heç bir söz demədən Şeyx Səfi türbəsinə doğru irəlilədi. Hələ də özünə gəlməyən Şeyx Cəfər onun arxasınca getmək istəyəndə Ağçalı Xəlifə əlini onun çiyninə qoyub başı ilə "lazım deyil" işarəsini verdi. Bu, meydandakıların nəzərindən qaçmadı. Hamıda sual yarandı: "Əl öpmək hara, onu türbəyə buraxmamaq hara?" Deyəsən bir azdan daha maraqlı hadisələr baş verəcəkdi".

Cüneyd öz düşərgəsini yenə də Qarasu çayının sahilində qurur... Şeyx ilk qazavata burdan başlamışdı. Və hadisələrin gedişindən hiss olunur ki, son qazavata da burdan gedəcəklər...

"Gözləri lal axan çayın suyuna dikilsə də, fikirləri müridlərinin yanında idi. Burada olanların hamısının məsuliyyətini o daşıyırdı. Çox gözəl bilirdi ki, bir neçə aydan sonra nə olacaq. Onun da ailəsi vardı. Diyarbəkirdən çıxanda Xədicə "sənsiz darıxacam, tez gəl, ya da mən də sizinlə gedim" demişdi. Ancaq olmazdı, çünki Xədicə bəyim iki aydı ki, yüklü idi. Bilirdi, bu səfər uzunmüddətli, bəlkə də, ölüm-itimli olacaq. Ayrılanda xanımına demişdi: "Gec dönsəm, oğlum olsa, adını Heydər qoyarsan".

"Səfəvi şeyxi" müəllifi romanın bütün ideya - məzmunu, təsvir edilən hadisələrin gedişinin  məntiqi və qəhrəmanın "tərcümeyi-hal"ı ilə inandırır ki, Şeyx Cüneyd (Səfəvilər!) siyasi hakimiyyətin bircə addımlığındadır.

"Onun fikirləri nəinki Ərdəbilə, heç Azərbaycana da sığmırdı. O, xanədanın ilk Şeyx hökmdarı olmaq istəyirdi, bunu heç gozlətmirdi də. Beynində quracağı dövlətin cizgilərini çəkirdi. Onu elmlə, ədalətlə necə idarə edəcəyini düşünürdü. Alimlərin, vicdanlı, sözünə bütöv, əxlaqlı, dininə sadiq insanların idarə edəcəyi bir dövlət..."

Romanda həm tarixi baxımdan xüsusi maraq doğuran, həm də əsərin ideya-estetik məzmununa əhəmiyyətli dərəcədə təsir göstərən məqamlardan biri dövlətçiliyin ümumiyyətlə orta əsrlər üçün səciyyəvi olan mənəvi-ideoloji əsasları məsələsidir. Yunus Oğuzun müfəssəl şərhinə (və Şeyx Səfinin şəxsində təqdim edilən dünyagörüş tipologiyasına) görə, bu, sufizm elə bir təzahürdür ki, bütün fəlsəfi zənginliyi (və dərinliyi) ilə yanaşı, yalnız "batini" olaraq qalmır, həm də canlı həyata, ictimai münasibətlərə, "kamil insan"ın "zahiri" varlığına çevrilir. Və dövlət "batini" olanla "zahiri" olanın sıx qarşılıqlı əlaqəsində, tənasübündə təşəkkül tapır.

Dağıstana qazavata gedən Cüneydin qarşısını Şirvanşahın başçılıq etdiyi mütəffiqlər ordusu kəsir. Və 4 mart 1460-cı ildə Samur çayı sahilində olan döyüşdə Şeyx xaincəsinə öldürülür... "...Oxçu yayını çəkib sol gözünü yummuşdu. Yaya qoyulan ox qurbanını axtarırdı. O anı gözləyirdi ki, qurban düz onun hədəfində olsun. Döyüş hərəkətliyi ona imkan vermirdi ki, oxu sağ əlindən buraxsın. Nəhayət, o an çatdı. Ox vıyıltı ilə Cüneydə doğru uçaraq köksünə saplandı. Bir anlığa onun yanındakı müridlərin əlləri göydə donub qaldı. Yalnız Şeyxin bədəni atın boynuna doğru əyiləndə Ağçalı qışqırdı:

Şeyximizi vurdular. Onu dövrəyə alın, döyüş meydanından çıxarın".

Roman Şeyx Cüneydin ölümü ilə bitsə də, Səfəvi ocağının banisinin - Şeyx Səfiəddinin gördüyü yuxu axır ki, çin çıxır: Şeyx Cüneydin nəvəsi (və Şeyx Heydərin oğlu) Şeyx İsmayıl 1501-ci ildə çox gənc yaşlarında "ruh bədənə daxil olurmuş kimi" qoşunla Təbrizə daxil olub özünü şah elan edir.

Romanı "Səfəvi şeyxləri" də adlandırmaq olardı, ancaq müəlliflə - Yunus Oğuzla razılaşmaq üçün hər cür əsas var ki, "Səfəvi şeyxi" özünü daha çox doğruldur. Çünki Azərbaycan xalqının siyasi birliyi uğrunda Səfəvi Ocağının apardığı çoxillik mübarizənin mistik varisliyi (və tarixi bütövlüyü) bu adda kifayət qədər mükəmməl ifadə olunur.

Heç şübhə etmirik ki, Yunus Oğuzun növbəti tarixi romanı onun bitib-tükənməz (və artıq demək olar ki, möhtəşəm!) "Azərbaycan" tarixi epopeyasını xeyli zənginləşdirir.

Nizami Cəfərov
Akademik, millət vəkili



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdi belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi...

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ