Cümə axşamı günü, 08 oktyabr 2026
     

İrəvan xanlığının tarixi barədə beynəlxalq kino - azı 5-6 dövlətin iştirakı ilə…

Image


Aydın Kazımzadə: “Azərbaycan bu filmlə dünyaya öz tarixi torpaqları haqqında həqiqətləri çatdıra bilər”

 

Azərbaycan tarixinin müxtəlif dövrlərinin bədii kinoda əks olunması olduqca vacibdir. Nəzərə alsaq ki, istənilən ideyanı kino başqa sənət sahələrindən daha ifadəli şəkildə auditoriyaya çatdırır, onda tariximizin filmlərdə canlandırılmasına xüsusi əhəmiyyət verməliyik. Ölkəmizdə tarixi filmlərin çəkilməsi ənənəsi var və bu ənənə bir müddət qırılsa da, sonradan dövlət dəstəyilə yenidən bərpa edildi. Müstəqillik illərinin son 10-15 ilində Azərbaycanda bir neçə tarixi film çəkilib. Bu filmlərin bəziləri xarici ölkələrlə müştərək çəkilib.

Heç şübhəsiz ki, Azərbaycan tarixinin ayrı-ayrı dövrləri haqqında bədii film çəkilərsə, onun daha keyfiyyətli olması və daha geniş auditoriyaya çatdırılması üçün mütləq o film xarici ölkələrin kinoşirkətlərilə müştərək lentə alınmalıdır. Çünki müştərək layihələr dünyada özünə daha tez yer tapır və kino bazarına maneəsiz daxil olur.

Bildiyimiz kimi, bir müddət əvvəl Azərbaycan, İran və Türkiyənin müştərək serial istehsalına başlayacağı və artıq bununla bağlı sözügedən dövlətlərin aidiyyəti qurumları tərəfindən əməkdaşlıq müqaviləsinin imzalandığı məlumdur.

Azərbaycan indi də başqa kino layihəsində müştərək işə imza atacaq. Türkiyə, İran, İsveç, İsrail və ABŞ-dan kino şirkətlərinin iştirakı ilə şərti adı “İrəvan xanlığı” olan tarixi janrda bədii film çəkəcək. Artıq filmin çəkilişi üçün hazırlıqlara başlandığı bildirilir. Bu filmin ərsəyə gətirilməsi üçün müqavilə də imzalanıb.

Qeyd edək ki, İrəvan xanlığının tarixindən bəhs edəcək film “Run Group” şirkətinin media layihəsidir. Məlumatlara görə, filmin istehsalı üçün xaricdən ən müasir texniki avadanlıqlar gətiriləcək.

Məlumat üçün bildirək ki, növbəti mərhələdə böyük bir ərazidə İrəvan qalasının maketi qurulacaq, eyni zamanda müvafiq qurumlar tərəfindən təsdiqlənmiş layihə əsasında böyük pavilyonda İrəvandakı Xan Sarayının identik modeli inşa ediləcək.

Filmin baş prodüseri Rəşad Cəfərov, baş rejissoru isə Namiq Ağayevdir. Filmdə tanınmış azərbaycanlı aktyorlarla yanaşı, bir sıra məşhur əcnəbi aktyorların da rol alacağı bildirilir. Onların arasında Hollivud ulduzlarının olacağı istisna edilmir.

“İrəvan xanlığı” filmində yanlışlıqlara yol verilməməsi və onun ən yüksək səviyyədə hazırlanması məqsədilə “Run Group” bir sıra müvafiq dövlət qurumları və elmi təsisatlarla sıx əməkdaşlığını davam etdirəcək.

Filmin üstün cəhətlərindən biri budur ki, tarixi janrda çəkiləcək bədii filmdə 15-20 min nəfərlik kütləvi döyüş səhnələri yer alacaq və həmin kadrlar kompyuter qrafikasının köməyi ilə deyil, canlı olaraq real insanların iştirakı ilə çəkiləcək.

Onu da vurğulayaq ki, film Cənubi Qafqazda baş verən tarixi həqiqətlərin dünyaya çatdırılmasına və erməni yalanlarının ifşa edilməsinə kömək edəcək. Filmin yaradıcıları İrəvan qalasının və xanlığının yaranması tarixçəsini, onun Azərbaycanın digər xanlıqları və xarici dövlətlərlə münasibətlərini geniş əks etdirmək, erməni məsələsinin üstündən isə bir-iki məqamla keçmək niyyətindədirlər. Çünki ermənilərin İrəvana və İrəvan xanlığına, ümumiyyətlə, bu bölgəyə heç bir aidiyyətı yoxdur. Ona görə də filmdə erməni məsələsi çox qabardılmayacaq, lakin onların həmin ərazilərə, yəni indiki Ermənistana Rusiya imperiyası tərəfindən digər yerlərdən köçürüldüyü və erməni xisləti ilə bağlı digər məsələlər mütləq yer alacaq.

Tanınmış kinoşünas Aydın Kazımzadə “Bakı-Xəbər”ə bildirdi ki, İrəvan xanlığının tarixi ilə bağlı filmin çəkilməsi erməni saxtakarlığının ifşa edilməsində müstəsna rol oynayacaq. “Həmişə demişəm, yenə də deyirəm ki, bizim tarixi filmlərə ehtiyacımız var. Azərbaycan xalqının böyük və şanlı tarixi bizə əsas verir ki, bu mövzunu daim gündəmdə saxlayaq. Azərbaycan yalnız indiki ərazisindən ibarət deyil. Vaxtilə bizim torpaqların, ərazilərin ucu-bucağı görünməyib. Təəssüf ki, tarixin müxtəlif dövrlərində torpaqlarımızın xeyli hissəsini itirmişik. Buna baxmayaraq, o torpaqlar bizim tarixi ərazilərimizdir və bunu gənc nəslə aşılamalıyıq. “İrəvan xanlığı” adlı filmin çəkilməsini olduqca müsbət bir hal hesab edirəm. Bu filmin çəkilməsinə bir sıra xarici dövlətlərin kino şirkətlərinin cəlb edilməsi də təqdirəlayiqdir. Bu mənada ki, biz onların texniki dəstəyilə daha keyfiyyətli film çəkilişinə nail ola bilərik. Azərbaycan xanlıqlarının tarixinin kinoya gətirilməsi ənənəsinin davam etdirilməsi bizə çox şey qazandıracaq. Bu filmdə əsas hədəfimiz erməni yalanlarını ifşa etmək, onların bizim torpaqlara Çar Rusiyası tərəfindən köçürüldüyünü açıq şəkildə tarixi faktlarla əks etdirməkdir. Buna nail olmalıyıq. Dünya bilsin ki, ermənilər Qafqaza yamaqdır. Onlar bu torpaqların əzəli sahibləri deyillər. Bu filmi çəkməklə İrəvan xanlığının tarixi haqqında dünyaya geniş bilgilər verə bilərik. Çünki Çar Rusiyası İrəvan xanlığını qəsb edənə qədər o xanlıq öz əzəməti ilə seçilib. İrəvan xanlığının tarixi haqqında filmdə ermənilərin bizim torpaqlara hansı yollarla köçürülməsini göstərmək lazımdır ki, onların işğalçı, təcavüzkar olduğunu çatdıra bilək. Azərbaycan bu filmlə dünyaya öz tarixi torpaqları haqqında həqiqətləri çatdıra bilər. Ermənilər saxta tarixləri haqqında onlarla film çəkib dünyaya yayıblar. Özü də çalışıblar ki, bu filmlərin çəkilişlərinə xarici kino şirkətlərini də cəlb etsinlər. Haqlı tərəf bizik və bizim filmimiz özündə əsl həqiqəti əks etdirəcək. Xarici kino şirkətlərini bu layihədən sonra başqa layihələrə də cəlb etmək lazımdır” - deyə bildirən A.Kazımzadə hesab edir ki, Azərbaycan kinosunu müştərək layihələrlə daha da inkişaf etdirə bilərik. Azərbaycan Prezidentinin qeyri-neft sektorunun inkişafına xüsusi önəm verdiyini qeyd edən A.Kazımzadənin fikrincə, kinematoqraflarımız milli kino sənayesini inkişaf etdirməklə qeyri-neft sektoruna töhfə verə bilərlər. Onun fikrincə, artıq mədəniyyət sahəsi də pul qazanmağı, dövlət büdcəsinə xeyir verməyi qarşıya məqsəd qoymalıdır. “Dövlət kino haqqında ciddi düşünür və həmişə də kinoya dəstək olur, maliyyə ayırır. Amma kino həmişə dövlət maliyyəsindən asılı olmamalıdır. Özü pul gətirməlidir. Kinonun pul gətirməsinin yolu isə xarici ölkələrlə maraqlı müştərək filmlər çəkmək, o filmləri dünya kino bazarına çıxarmaq, prokata vermək, müxtəlif ölkələrin kinoteatrlarına, televiziyalarına satmaqdan keçir. Buna əməl etmək lazımdır. Bu gün həyata keçirilən müştərək kino layihələrindən gözləntilərimiz çoxdur. Hesab edirəm ki, İran, Türkiyə, İsveç, İsrail və ABŞ-la birgə çəkiləcək “İrəvan xanlığı” tarixi bədii filmi Azərbaycan kinosunun dünyada tanıdılmasında, eləcə də erməni yalanlarının ifşa edilməsində əhəmiyyətli rol oynayacaq” - deyə A.Kazımzadə vurğuladı.

İradə SARIYEVA 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdi belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi...

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ