Cümə axşamı günü, 08 oktyabr 2026
     

Yazılı tarixi abidələrimizlə bağlı ayrıca qanun qəbul olunsa...

Image


Qiymət Məhərrəmli: “Bu qanunun qəbul edilməsi erməni işğalında olan yazılı abidələrimizin harayını beynəlxalq ictimaiyyətə çatdırmaq üçün də çox vacibdir”

 

Azərbaycanın çox zəngin tarixi irsi var və bu irsin qorunması ən vacib məsələlərdən biri kimi qarşımızda durur. Tarixi irsimizin formalaşmasında yazılı abidələrin xüsusi yer var desək yanılmarıq. Bu gün dünyanın əksər ölkələrində yazılı abidələrin qorunması, onların dünyada tanıdılması istiqamətində işlər görülür. Hətta bir sıra dövlətlər yazılı abidələrin elektron məlumat kataloqunun da hazırlanmasına nail olublar.

Azərbaycan yazılı abidələrlə zəngin olsa da, bizdə onların geniş mənada qorunması üçün elmi, eləcə də ictimai səviyyədə elə də böyük işlər görülməyib. Bu sahədə ayrıca qanunvericilik bazasının olmaması bəzən ictimaiyyətin yazılı abidələrə münasibətində bəzi neqativliyə yol açıb. Xüsusən də əlyazmalara münasibətdə ictimaiyyət olaraq elə də qayğıkeş deyilik. Keçən əsrin 90-cı illərinin əvvəllərində bəzi insanlar evlərindəki əlyazmaları başqa ölkələrin alimlərinə, muzeylərinə satıb. Bu faktlar da var. Doğrudur, dövlət tərəfindən yazılı abidələrin qorunması istiqamətində müsbət addımlar atılıb. Əlyazmaların qorunması və tədqiq edilməsi üçün Azərbaycan Milli Elmlər Akademiyasının M.Füzuli adına Əlyazmalar İnstitutu mövcuddur.

Milli Məclis tərəfindən “Yazılı abidələr haqqında” qanun layihəsi hazırlanacaq. Sözügedən məsələ  Milli Məclisin Mədəniyyət komitəsinə həvalə olunub. Komitənin sədri, akademik Rafael Hüseynovun bildirdiyinə görə, yazılı abidələrlə bağlı sənəd uzun illərdir müzakirə mövzusuna çevrilib. O belə bir qanun layihəsinin hazırlanmasının vacib olduğunu qeyd edib. Bildirilib ki, Azərbaycanda çox sayda səs abidəsi və daşlar üzərində yazılı abidələr var. “Son 15-20 il ərzində Azərbaycanda səs abidələrinin toplanması istiqamətində çox ciddi işlər görülüb. Səs abidələrimizi qorumaq mədəniyyətimiz üçün çox vacibdir. Lakin səhlənkarlıq üzündən səslərin saxlandığı səs fondlarında bir çox qiymətli, yalnız bir nüsxə olan səsləri itirmişik”.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Qiymət Məhərrəmli bizimlə söhbətində bildirdi ki, uzun illər əlyazmalarla işləyib. Yazılı abidələrin qorunmalı olduğunu vacib sayan Q.Məhərrəmli hesab edir ki, “Yazılı abidələr haqqında” qanun olarsa, həm əlimizdəki yazılı abidələrin qorunmasını daha geniş şəkildə həyata keçirərik, həm də erməni işğalında olan ərazilərimizdəki yazılı abidələrin harayını dünyaya yaya bilərik. Ekspert bildirdi ki, Azərbaycanın çox zəngin yazılı abidələri var və bu abidələr yalnız əlyazmalarla məhdudlaşmır.

O qeyd etdi ki, bu gün Füzuli adına Əlyazmalar İnstitutu dünyada ən zəngin yazılı abidələr toplanmış əlyazma mərkəzlərindən biridir və bura Azərbaycan əlyazmalarının mühafizə edildiyi yeganə milli institutdur. Burada 12 minə yaxını əlyazma kitablarının, tarixi arxeoqrafik sənədlərin, XIX əsrin ikinci yarısı - XX əsrin birinci yarısı Azərbaycan mədəniyyət xadimlərinin şəxsi arxivlərininin, daşbasma və əski çap kitablarının, əski dövri mətbuat materiallarının foto və kserosurətləri, mikrofilmləri, həmçinin, azərbaycanşünaslığın müxtəlif sahələrinə dair müasir kitablar mühafizə edilir. Azərbaycanda həm islamaqədərki, həm də ondan sonrakı yazılı abidələrin mövcud olduğunu deyən Q.Məhərrəmli hesab edir ki, hazırlanacaq qanun layihəsində yazılı abidələrlə bağlı bütün əhəmiyyətli məsələlər əksini tapmalıdır. “Yazılı abidələrə dövlət səviyyəsində qayğı və diqqət böyükdür. Bu abidələr bizim tariximizdir. Əlbəttə, onların qorunması üçün ayrıca qanun layihəsinin hazırlanmasına ehtiyac vardı. Deyim ki, yazılı abidələrə münasibət həmişə istənilən səviyyədə olmayıb. Yazılı abidələrin qorunmasında hər bir vətəndaşın əməyi olmalıdır. “Yazılı abidələr haqqında” qanun qəbul edilərsə, bu bizə abidələrin öyrənilməsi və mühafizəsi sahəsində yeni yollar açar. Azərbaycan xalqına məxsus çox dəyərli yazılı abidələrin xeyli bir hissəsi xarici ölkə muzeylərində saxlanır. Bundan başqa, tarixi ata-baba torpaqlarımız olan Qərbi Azərbaycanda, eləcə də erməni işğalı altında olan torpaqlarımızda çoxlu sayda yazılı abidəmiz var. Bizim daşüstü yazılı abidələrimiz, səs abidələrimiz, əlyazma abidələrimiz də var. Dağlıq Qarabağda və ətraf rayonlarda saysız yazılı daş abidəmiz var ki, biz onların taleyindən nigaranıq. Bundan başqa, Qərbi Azərbaycandakı qədim türklərə məxsus Qarakilsə petroqlifləri, Nüvədi-Qarqadaşı petroqlifləri, Soyuqbulaq petroqlifləri mövcuddur. Hazırda erməniləşdirilən bu yazılı abidələr xalqımızın ən qiymətli tarixi yazılı örnəklərindəndir”.

Müsahibimiz qeyd etdi ki, Qarakilsə petroqlifləri-Qarakilsə qayaüstü təsvirləri Zəngəzur mahalının Qarakilsə rayonu ərazisində yerləşir. Bu təsvirləri tədqiqatçıların iki hissəyə böldüyünü deyən ekspert bildirdi ki, onlar bizim eradan əvvəl, 5-4-cü minilliklərə, ikinci dövr isə e.ə. 3-2-ci minilliklərə aiddir.

Ekspertin sözlərinə görə, həmin təsvirlərdə bölgənin o vaxtki heyvanat aləmi, ibtidai insanın ov alətləri və s. öz əksini tapıb. Bütün Zəngəzur mahali kimi, Qarakilsə ərazisinin də qədimdən türk-oğuz tayfalarının ana yurdu olduğunu deyən Q.Məhərrəmlinin sözlərinə görə, bura ermənilərin kütləvi axını 19-cu əsrin əvvəllərində bölgənin Rusiya tərəfindən işğalından sonra başlanıb. Buna baxmayaraq, onların bizim bu abidəmizə də əl uzatdığını deyən alim bildirdi ki, Nüvədi-Qarqadaşı petroqlifləri isə Zəngəzur mahalının Muğru rayonunun Nüvədi kəndinin Qarqadaşı dağındakı daş kitabələrdir. O, tarixi mənbələrə istinadən vurğuladı ki, Qafqazın ən qədim sakinlərindən olan Qar-qar (gər-gər) türklərinə aid bu kitabələr e.ə. 1-ci minilliyə aiddir. Alimin sözlərinə görə, 1985-ci ildə Nüvədi kənd sakini Həmzə Vəli tərəfindən aşkar edilmiş bu kitabələr bir neçə daşdan ibarətdir. Abidə möhkəm bazalt daşlar üzərində Göytürk hərfləri ilə yazılmış yazılardır. Kitabədəki yazılar quruluşuna görə Orxon-Yenisey yazıları ilə eyni olsa da, daha qədimdir. Nüvədi kitabələrində yazılar birləşdiyi halda, Orxon-Yenisey kiabələrində birləşmir. 1991-ci ilə qədər ərazidə yalnız azərbaycanlılar yaşasalar da, 1991-ci il 8 avqustda ərazi ermənilər tərəfindən işğal olunub. Soyuqbulaq petroqlifləri haqqında da danışan alimin sözlərinə görə, bu abidə Loru mahalının Soyuqbulaq  kəndi yaxınlığında, Armudlu və Qaçaqqırılan dərələrində e.ə. minilliklərə aid qayaüstü təsvirlərdir. Dağlıq Altayın Xaçın çayı sahillərində aşkar edilmiş təsvirlərlə heyrətamiz dərəcədə yaxınlıq, hətta bəzən eyniyyət təşkil edən Soyuqbulaq qayaüstü təsvirləri Qərbi Azərbaycan ərazisinin ən qədim zamanlardan məskunlaşdığını və həmin vaxtlardan bəri Türk-Oğuz qəbilələrinin ana yurdu olduğunu sübut edir. Ekspert vurğuladı ki, Soyuqbulaq kəndində və ətraf kəndlərdə 1988-ci ilə qədər ancaq Azərbaycan türkləri yaşamışlar. Bu kəndlərə ilk ermənilər Qərbi Azərbaycan türklərinin 1988-ci il deportasiyasından sonra köçürülüb. “Adlarını qeyd etdiyimiz və etmədiyimiz yazılı abidələrimiz var ki, onlar erməni tapdağındadır. Bu abidələr haqqında da dünyaya məlumatlar verə bilərik. “Yazılı abidələr haqqında” qanun layihəsi hazırlanıb qəbul edildikdən sonra biz əlimizdə olan yazılı abidələrin mühafizəsini daha yüksək səviyyədə təşkil edə biləcəyik. Bu qanunun qəbul edilməsi erməni işğalında olan yazılı abidələrimizin harayını beynəlxalq ictimaiyyətə çatdırmaq üçün də çox vacibdir. Qanun layihəsi qəbul edildikdən sonra bu bizə imkan verəcək ki, yenidən bütün yazılı abidələrimizi siyahıya alaq və onların vahid reyestrini hazırlayaq. Bu çox vacib məsələdir”.   

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdi belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi...

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ