Cümə axşamı günü, 08 oktyabr 2026
     

Gənc Tamaşaçılar Teatrında baş verənlərlə bağlı söz-söhbətləri aydınlaşdırdıq...

Image


Bəhram Osmanov: “Heç bir yaşlı aktyor və aktrisanı teatrdan işdən çıxarmamışıq, sadəcə olaraq...”

 

Teatrda hər aktyorun öz tamaşası var. Baxmayaraq ki, son illər yerli teatrlarda yaşlı nəslə münasibət elə də müsbət deyil. Yəni təqaüd yaşına çatan sənətkarları çox asanlıqla səhnədən, teatrdan uzaqlaşdırırlar. Bizdə çox zaman elə düşünürlər ki, yaşlı aktyor və aktisaların tamaşaçıları yoxdur.

Əskinə, vaxtilə teatrın yükünü çiyinlərində daşıyan, keçid dövründə az maaş müqabilində çox işləməklə teatrı yaşadan bu insanların teatrdan kənarlaşdırılması ənənəsi elə də müsbət şeylər vəd etmir. Teatrda hər yaş kateqoriyasına uyğun aktyor və aktrisalar çalışmalıdır. Uzağa getməyək, qonşu Gürcüstan, Rusiya, Türkiyədə yaşlı aktyor və aktrisaların potensialından, təcrübəsindən geniş istifadə edilir. Bizdə isə belə deyil.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yaşlı nəsil aktyorların teatrdan uzaqlaşdırılması xəbərinin yayılması və ardıcıl olaraq işdən çıxarılan aktyorların mətbuata açıqlamalar verməsi məsələnin daha da ciddi olmasından xəbər verir.

Ağaxan Salmanlı, Lətifə Əliyeva, Əməkdar artistlər Atabala Səfərov, Rahib Əliyev və başqaları işdən azad ediliblər. Adları çəkilən sənətkarların teatrın direktoru Naidə İsmayılzadənin göstərişilə işdən çıxmaq haqqında ərizələrinin alındığı bildirilir. 

Yalnız iki Xalq artisti - Yasin Qarayev və Tariyel Qasımov etiraz edərək işdən çıxmaq haqqında ərizəyə qol çəkməyiblər.

Xalq artisti Yasin Qarayev “Artıq Xalq artistləri Ağaxan Salmanlının, Lətifə Əliyevanın, Əməkdar artistlər Atabala Səfərovun, Rahib Əliyev və başqalarının ərizələri alınıb. Yalnız mənimlə Xalq artisi Tariyel Qasımov etiraz edib işdən çıxmaq ərizəsinə qol çəkməmişik. Bizə deyirlər ki, gəl, öz xahişinlə işdən çıxmağınla bağlı ərizə yaz. Mən də deyirəm ki, işdən çıxarırsınızsa, onda ərizəmizdə qeyd edin ki, yaşı 70-i keçib, ona görə çıxarırıq. Bunu da yazmırlar. Guya Əmək Məcəlləsində belə bir maddə var ki, 65 yaşdan sonra işləmək olmaz. Axı biz fabrik-zavodda fəaliyyət göstərmirik, incəsənət sahəsində çalışırıq. Bizim oynadığımız tamaşalar var, onlar necə olacaq? Teatrda yaşlı nənə-baba rollarını kim oynayacaq? Guya biz Rusiya teatrlarından, Stanislavski məktəbindən nümunə götürür, onların yolu ilə işləyirik. Axı onlarda Etuş, Yuriski, Zaxarov, Şirvind və s. kimi 80-90-95 yaşlı teatr və kino xadimləri teatrdan çıxarılmır, qalıb işləyir, maaş alırlar? Bizim doğma teatrımızın 90 illiyində bizə hədiyyəsi budurmu?” - deyə bildirərək, məsələ ilə bağlı əlaqədar qurumlara məktub yazdıqlarını da nəzərə çatdırıb: “Ümid edirik ki, problemimiz qısa müddətdə aradan qaldırılacaq”.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yaşlı nəsil aktyor və aktrisalar niyə işdən çıxarılır?

Teatrın baş rejissoru, Xalq artisti Bəhram Osmanov “Bakı-Xəbər”ə bildirdi ki, heç bir aktyor işdən çıxarılmayıb, sadəcə, onlarla bağlanan əməkdaşlıq müqaviləsinin vaxtı başa çatıb, teatra dəvət edilsələr də, yaşlı nəslin nümayəndələri gəlib müqaviləni yeniləmək istəmirlər. “Heç bir yaşlı aktyor və aktrisanı teatrdan işdən çıxarmamışıq, sadəcə olaraq, biz aktyorlarla illik müqavilə bağlayırıq. Düzdür, o aktyorların əmək kitabçaları teatrdadır, ancaq onlarla illik əmək müqavilələri mütləq imzalanmalıdır. O aktyorlar, demək olar ki, işə gəlmirlər, bizimlə ancaq telefonla əlaqə saxlayırlar. Biz o yaşlı aktyorları teatra dəvət edirik ki, gəlib müqavilə bağlasınlar, lakin gəlmirlər. Bilirsiniz, müəyyən yaş həddinə gəlib çatmış baş rejissorlar Mədəniyyət Nazirliyi ilə müqavilə imzalayırlar, bu qanundur. Yaşlı aktyorlarla isə biz birillik deyil, bir çıxış üçün müqavilə imzalayırıq. Özlərinin dediyi kimi, onların heç biri işdən uzaqlaşdırılmayıb. Qanun çərçivəsində, Əmək Məcəlləsinin müvafiq maddəsi ilə onlarla müqavilə bağlanılmalıdır. Yəni onlarla söhbət edilib ki, sizinlə birdəfəlik (bir tamaşada oynamaq üçün) müqavilə bağlanılmalıdır. Onlar tamaşada oynadıqları rola görə pul alacaqlar. Bir tamaşada oynayacaqlarsa, bir tamaşadan, iki tamaşada rol alacaqlarsa, iki tamaşadan onlara pul ödəniləcək. Mən sənət adamlarını yaxşı başa düşürəm, onlar çox kövrək olurlar, istəyirlər ki, həmişə onlara diqqət, qayğı göstərilsin” - deyə B.Osmanov bildirdi.

O, həmçinin, vurğuladı ki, teatrda yaşlı nəsil sənətkarlara həmişə qayğı, diqqət göstərilir, sənətkarların yubileyləri qeyd edilir.

İradə SARIYEVA 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 21:14
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdi belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi...

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ