Cümə axşamı günü, 08 oktyabr 2026
     

“O olmasın, bu olsun”u Azərbaycandan üç il əvvəl İran çəkib?

Image


Aydın Kazımzadə: “Özü də film “Məşdi İbod” adlandırılıb, yəni adında da fərqlilik var”

“İranda Azərbaycan radiosunda hazırlanan və fars dilinə tərcümə edilən radiotamaşadan istifadə edərək sözügedən “film”i çəkiblər”

 

“Kino qədər təsirli effektə malik olan ikinci bir vasitə yoxdur” deyimi artıq aksioma çevrilib. Elə ölkələr var ki, oranı filmlərinə görə tanıyırıq. Dünyada Azərbaycanı da bir sıra filmlərinə görə tanıyırlar desək yanılmarıq. Davamlı olaraq dünyanın bir sıra ölkələrində nümayiş etdirilən və tamaşaçıların böyük maraqla izlədiyi “O olmasın, bu olsun” (Məşədi İbad) filmi bu kateqoriyaya daxil olan ekran əsərlərindən biridir.

Azərbaycan kinosunun klassik irsinə mənsub olan “O olmasın, bu olsun” musiqili komediya filmi ilə bağlı çaşdırıcı xəbərlər yayılmaqdadır. İndiyə qədər bizə məlum idi ki, “O olmasın, bu olsun” ermənilər tərəfindən mənimsənilərək “erməni filmi” adı ilə müəyyən dairələrdə reklam edilib. Bu gün isə sosial şəbəkələrdə yayılır ki, Üzeyir Hacıbəyovun “O olmasın, bu olsun” operettası əsasında 1953-cü ildə İranda film çəkilibmiş. İddialara görə, İranda çəkilən film artıq yayımlanmağa başlayıb. “Məşədi İbad” adlandırılan, korifey bəstəkarımız Üzeyir Hacıbəyovun yazdığı “O olmasın, bu olsun” operettası əsasında 1953-cu ildə İranda çəkilən filmin ssenari müəllifinin kimliyi açıqlanmır. Azərbaycanda isə eyniadlı film 1956-cı ildə yazıçı-dramaturq Sabit Rəhmanın ssenarisi əsasında kinorejissor Hüseyn Seyidzadə tərəfindən ekranlaşdırılıb. İranda isə eyniadlı filmin ondan 3 il əvvəl çəkildiyi iddia olunur. Əslində, son günlərə qədər İranda belə bir filmin çəkilməsinə dair heç bir fakt haqqında söhbət getməyib. İran kinosuna məxsus çox maraqlı ekran əsərləri var və biz də onlara maraqla baxırıq. Ancaq “O olmasın, bu olsun”un İranda çəkilməsi qəribə görünür. Belə bir film var idisə, o nə üçün indi meydana çıxır?

“O olmasın, bu olsun” filminin ssenarisi iranlı kinematoqrafların əlinə necə keçib?

Əməkdar incəsənət xadimi, tanınmış kino tədqiqatçısı Aydın Kazımzadə “Bakı-Xəbər”ə bildirdi ki, İranda çəkilən “O olmasın, bu olsun” “film”indən bir parçaya baxıb, lakin bunun 1956-cı ildə Azərbaycanda çəkilən “O olmasın, bu olsun” filmi ilə heç bir oxşarlığı yoxdur. “İran kinematoqrafları “O olmasın, bu olsun”u Sabit Rəhmanın ssenarisi əsasında çəkməyiblər. Yəni onun ssenarisi ilə bu filmin ssenarisi eyni deyil. Üzeyir Hacıbəyovun “O olmasın, bu olsun” əsəri pyesdir, operettadır, səhnə əsəridir. İranda bu səhnə əsərini necə var eləcə də götürüb çəkiblər. Onlar bu “film”i ssenari əsasında çəkməyiblər. İranlı kinematoqrafların çəkdikləri bu film peşəkar səviyyədə deyil. 1953-cü ildə Azərbaycan radiosunda “O olmasın, bu olsun” adlı radiotamaşa hazırlanıb. Bu radiotamaşanın isə özünün ayrıca ssenarisi olub. Bu tamaşanı da görkəmli rejissorumuz Rauf Kazımovski hazırlayıb. Sonra necə olubsa, bu radiotamaşanı fars dilinə tərcümə ediblər. Həmin radiotamaşa da Azərbaycan radiosunun fars dili redaksiyası tərəfindən yayımlanıb və İranda da dinlənib. İranda da Azərbaycan radiosunda hazırlanan və fars dilinə tərcümə edilən radiotamaşadan istifadə edərək sözügedən “film”i çəkiblər. Mən buna film deyə bilmərəm, çünki qeyri-peşəkar bir nümunədir. Onlar “O olmasın, bu olsun” operettasının pyesini kəsib-doğrayıb, musiqisini və məzmununu təhrif ediblər. O “film”dən bir hissəyə baxdım, çox bərbad vəziyyətdədir” - deyə A.Kazımzadə bildirdi.

“Məşədi İbad” necə “Məşdi İbod” oldu?

A.Kazımzadənin bildirdiyinə görə, 1953-cü ildə İranda çəkilən film “O olmasın, bu olsun” deyil, “Məşdi İbod” adlandırılır. “Ona baxanda aydın görürsən ki, bu, peşəkarlar tərəfindən yox, həvəskarlar tərəfindən çəkilib. Özü də film “Məşədi İbad” yox, “Məşdi İbod” adlandırılıb. Yəni adında da fərqlilik var. 1956-cı ildə Azərbaycanda Üzeyir Hacıbəyovun operettası əsasında Sabit Rəhmanın ssenari yazdığı və Hüseyn Seyidzadənin ekranlaşdırdığı “O olmasın, bu olsun” filmi bütün dünyaya səs salmışdı. Həmin filmin nümayişi başqa ölkələrlə yanaşı, İranda da baş tutmuşdu. Bu filmin nümayişinə İranda çox böyük tələbat olub və camaat bu filmə çox böyük həvəslə, maraqla baxıb. Hətta bildiyimə görə, filmə bilet tapmaq müşkülə çevrilibmiş. Lakin naməlum səbəblərdən “O olmasın bu olsun” filminin nümayişi İranda qadağan edilib. Yəqin ki, bunun bizə məlum olmayan səbəbləri var.

Ermənilər “O olmasın, bu olsun”u da oğurlayıblar…

A.Kazımzadə qeyd etdi ki, ümumiyyətlə, Üzeyir bəyin operettaları nəinki Azərbaycanda, bütün Qafqazda və qonşu ölkələrdə çox populyar olub, müxtəlif xalqlar onu mənimsəməyə çalışıb. Burada ermənilərin cəhdləri xüsusilə seçilir.

Operettanı ilk dəfə 1918-ci ildə Vaqram Papazyan ilə S.Lakka filmə çəkməyə cəhd edir və Xanjonkovun o zaman yeni təsis olunmuş Yalta studiyasında çəkilişlərə başlanır. Lakin bu ilk film uğur qazana bilmədiyi üçün tez də sıradan çıxır. Onların məqsədi bu operettanı öz adlarına çıxmaq olub.  Eyni zamanda da 1937-ci ildə Üzeyir bəyin “Arşın mal alan”ını öz adlarına çıxaraq ermənilər Amerikada ekranlaşdırıblar.

Qeyd edək ki, 1956-cı ildə çəkilən filmdə 1910-cu ildə Bakıda cərəyan edən hadisələr göstərilir. İki gəncin - Sərvər (Arif Mirzəquliyev) və Gülnazın (Tamara Gözəlova) böyük və ülvi məhəbbətindən, məhəbbətin pula, cəhalətə və feodal qalıqlarına qalib gəlməsindən bəhs olunur. Əsas qəhrəmanlarla yanaşı, filmdə Rüstəm bəyin bir yığın dost-tanışları: tacirlər, alverçilər, qoçular, mürtəce, satqın jurnalistlər də öz əksini tapır. Lakin rejissor mənfi qüvvələri belə insana sevdirməyi bacarıb.

“Müvəffəqiyyətsiz film”in müvəffəqiyyətləri…

Dahi bəstəkar Üzeyir Hacıbəyovun eyniadlı operettası əsasında ekranlaşdırılan film Asiya və Afrika ölkələrinin Beynəlxalq Daşkənd kinofestivalında göstərilir və o vaxt yüksək qiymətləndirilir. Filmin xarici ekranlara çıxışı da uğurlu oldu. SSRİ Xarici Ölkələrlə Mədəni Əlaqələr İdarəsinin sədri A.Davıdov Azərbaycan Kinematoqraflar İttifaqının I katibi Hüseyn Seyidzadəyə göndərdiyi məktubunda yazırdı: “O olmasın, bu olsun” filmi 40 ölkəyə, o cümlədən İran, İraq, Yuqoslaviya, Yaponiya, Avstriya, ABŞ, İsveçrə və Macarıstana satılıb”. Daha sonralar film daha 10 ölkəyə satıldı. Bununla belə, kinolent Bakı kinoteatrlarında nümayiş etdirilərkən, respublika mətbuatında “Müvəffəqiyyətsiz film” başlıqlı kəskin tənqidi resenziya dərc edilir. Çəkilişlər ilyarım davam edib və aparıcı aktyorlara o vaxtın pulu ilə hər çəkiliş günü üçün 60 manat qonorar veriblər.

Qeyd edək ki, “O olmasın, bu olsun” komediyasında Əliağa Ağayev Məşədi İbad, Arif Mirzəquliyev Sərvər, Tamara Gözəlova Gülnaz, Ağasadıq Gəraybəyli Rüstəm bəy, Barat Şəkinskaya Sənəm, İsmayıl Əfəndiyev Həsənqulu bəy, Mustafa Mərdanov Həsən bəy, İsmayıl Osmanlı  Rza bəy, Möhsün Sənani Qoçu Əsgər, Lütfəli Abdullayev Balaoğlan, Əhməd Əhmədov (II) (Əhməd Əhmədov-Rumlu kimi) Hambal, Rza Əfqanlı Cəlil Məmmədquluzadə, Ağahüseyn Cavadov Bəy, Adil İsgəndərov Qoçu, Sadıq Saleh Bağırov Mirzə Ələkbər Sabir, Həsənağa Salayev Əzim Əzimzadə, Münəvvər Kələntərli yengə, Lütfi Məmmədbəyli və Müxlis Cənizadə isə Sərvərin dostları rolunu oynayıb.

Qeyd edək ki, “O olmasın, bu olsun” Üzeyir Hacıbəyovun sayca ikinci musiqili komediyasıdır, bəstəkar onu 1911-ci ildə yazıb. Əsərin ilk tamaşası 1911-ci il aprelin 25-də Bakıda olub. Əsərin ədəbi mətni ilk dəfə 1912-ci ildə Bakıda, Orucov qardaşları mətbəəsində nəşr olunub.

İradə SARIYEVA

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 21:14
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdi belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi...

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ