Cümə günü, 09 oktyabr 2026
     

Tarixdə iz buraxanlar: Abdulla Şaiq Talıbzadə

Image


Azərbaycanın klassik şairi, yazıçı-publisist Abdulla Şaiq Talıbzadə 24 fevral 1881-ci ildə Tiflisdə ruhani ailəsində anadan olub. Atası Mustafa bəy, anası Mehri xanımdır. İlk təhsilini müsəlman məktəbində alan Abdulla 1893-cü ildə ailə vəziyyəti ilə əlaqədar olaraq Xorasana köçür, dövrünün mütərəqqi ziyalısı Yusif Ziyanın məktəbində yeddi il təhsilini davam etdirir, tarix, məntiq, psixologiya elmlərini, Şərq, Azərbaycan və rus ədəbiyyatını öyrənir. 1900-cu ildə Tiflisə qayıdır.

Abdulla Şaiq Talıbzadə bir müddət Tiflisdə qaldıqdan sonra 1901-ci ildə Bakıya gəlir. Həmin il aprel ayının 22-də oğlan gimnaziyasında xüsusi imtahan komissiyasında imtahan verərək Ana dili müəllimi adını alır, rus-tatar məktəblərində ehtiyat müəllimi kimi pedaqoji fəaliyyətə başlayır. Bundan sonra Abdulla Şaiq ömrünün 34 ilini Azərbaycan maarifinin inkişafına həsr edir, xalqın, vətənin gələcəyi naminə var gücü ilə çalışır, həm sənət aləmində, həm də maarif işlərində ən qabaqcıl şəxsiyyət kimi ziyalılarla ön cərgədə gedir. O, həm də qadınlar üçün jurnal çıxarmaq, uşaq bağçası açmaq, kitabxana yaratmaq, kasıb uşaqları pulsuz oxutmaq kimi xeyirxah təşəbbüslər irəli sürür. Bu zamanlar Abdulla Şaiq milli qaydalara bağlı, milli intibah, milli dirçəliş tərəfdarı olan maarifçi pedaqoq, romantik şair kimi formalaşır.

1906-cı ilin avqust ayında Bakıda keçirilən I Müəllimlər Qurultayının təşkilində Abdulla Şaiqin böyük xidmətləri olub. O, qurultayda ana dilinin və ədəbiyyatın tədrisinə dair təşəbbüslə çıxış edib. Qurultay H.Zərdabi, F.Köçərli, M.Mahmudbəyov, S.Sani, A.Şaiq və başqalarından ibarət xüsusi komissiya seçib və Azərbaycan dilində müvafiq proqram hazırlamağı onlara tapşırıb. I Müəllimlər Qurultayından heç bir il keçmədən neçə-neçə yeni dərsliklər yaranıb. "Əlifba", "Uşaq çeşməyi", "İkinci il", "Gülzar" və s. bu kimi dərsliklərdə Abdulla Şaiqin əsərləri və dünya ədəbiyyatından nümunələr çap olunub. Onun "Uşaq çeşməyi" kitabı kiçik yaşlı uşaqların bilik səviyyəsinə uyğun hazırlanıb. Bundan sonra o, müxtəlif illərdə bir-birinin ardınca "Milli qiraət", "Müntəxəbat", "Türk çələngi", "Ədəbiyyat", "Türk ədəbiyyatı", "Gülşəni ədəbiyyat" adlı dərsliklər və proqramlar hazırlayıb. Bu dərsliklərdə Azərbaycan klassiklərinin həyat və yaradıcılığı haqqında məlumatlar və əsərlərindən parçalar verilib. Abdulla Şaiq həm də qadınlar üçün jurnal çıxarmaq, uşaq bağçası açmaq, kitabxana yaratmaq, kasıb uşaqları pulsuz oxutmaq kimi xeyirxah təşəbbüslər irəli sürüb, eyni zamanda Azərbaycan ədəbiyyatını tədqiq və təbliğ edib, Xaqani, Nizami, Nəsimi, Füzuli, Xətai, Vaqif, Vidadi, Zakir, M.F.Axundov, S.Ə.Şirvani, M.Ə.Sabir, A.Səhhət, M.Hadi, H.Cavid kimi şair-yazıçıların yaradıcılığını araşdırılıb.

Abdulla Şaiq yaradıcılığına tərcümə və qəzəllə başlasa da, onun ilk mətbu əsəri "Laylay" adlı uşaq şeiri olub. O, 1906-cı ildən başlayaraq silsilə şeirləri ilə Azərbaycan milli uşaq poeziyasının incilərini yaradıb. Bir sıra şeirləri "Dəbistan" və "Məktəb" uşaq-gənclər toplularında işıq üzü görüb. Bu illərdə "Nicat" cəmiyyətinin idarə heyətinə üzv seçilib, ədəbi-bədii problemlərlə, maarif və məktəb işləri ilə məşğul olub.

Xalq ədəbiyyatını toplayıb araşdıran Abdulla Şaiq bu örnəklər əsasında "Tıq-tıq xanım", "Yaxşı arxa" kimi mənzum nağıllar da yazıb. Onun "Ədhəm", "Tapdıq dədə", "Qoçpolad" kimi poemalarında milli folklorun təsiri görünür. Abdulla Şaiq həm də 1910-cu ildə yazdığı "Gözəl bahar" pyesi ilə milli uşaq teatrının əsasını qoyub. Onun "Hürriyyət pərisinə", "Niyə uçdu", "Bir quş", "XX əsrə xitab", "Şikayətlər", "Zamanın inqilabçılarına" kimi şeirləri inqilab ruhlu şeirləri sayılır.

Nəsr yaradıcılığına 1905-ci ildə romantik "İki müztərib və ya əzab və vicdan" yarımçıq romanı ilə başlayan ədib "Məktub yetişmədi", "Köç", "Daşqın", "İntiharmı", "Əsrimizin qəhrəmanları" kimi bir çox hekayə, povest və romanlar yazıb. "Köç" və "Məktub yetişmədi" hekayələri və "Əsrimizin qəhrəmanları" romanı ilk milli nəsr nümunələri kimi dəyərləndirilir. "Hamımız bir günəşin zərrəsiyiq" əsəri şairin o dövrkü dünyagörüşünü, şər qüvvələrin xalqlar arasında nifaq salmasını, savaş törətdiyini, bəşərin sabahını, insanların taleyini göstərən romantik şeirlərindəndir.

Abdulla Şaiq müstəqil Azərbaycan ideyasında M.Ə.Rəsulzadə, A.Ağaoğlu, Ə.Topçubaşov, Ə.Hüseynzadə, Y.Nəsibbəyli kimi öndər ziyalılarla həmfikir olub. O, 1918-ci il mayın 28-də yaranan Azərbaycan Xalq Cumhuriyyətini sevinclə qarşılayıb. M.Ə.Rəsulzadə bu dövrdə "milli istiqlalın sevincini ilk duyanlar" sırasında Abdulla Şaiqin də adını çəkib. Rəsmi dövlət qəzeti olan "Azərbaycan"ın səhifələrində məktəblər və milliləşdirmə məsələsi haqqında ilk çıxış edən, onu təbliğ edən və həyata keçirənlərdən biri də Abdulla Şaiq idi. O, 1919-cu ildə Bakı Dövlət Universitetinin yaranması ilə bağlı "Tələbə həyatı" pyesini yazıb, yarımçıq qalan "Əsrimizin qəhrəmanları" romanını tamamlayıb. Bu əsərlərdə müəllif vətən, millət, müstəqillik arzularını dilə gətirib, milli dövlətçiliyimiz üçün yeni milli kadrların hazırlanması məsələsini önə çəkib. Onun bu illərdə qələmə aldığı "Yeni ay doğarkən", "Arazdan Turana" kimi şeirləri ədəbi mühitdə dəyərləndirilən poeziya nümunələrindəndir. Onun "Vətənin yanıq səsi" şeirində ulu oğuzların hünəri, Altay türkləri, Elxan və Altun ordusu nümunə göstərilib.

Şair "İki mücahid" və yaxud "Atı yaralı əsgər" şeirlərində cahan savaşının yaraları, erməni daşnakların Azərbaycan torpaqlarındakı vəhşiliyi, Qarabağdakı fitnə-fəsadları ön plana çəkib. Ədib ADR dövründə maarif və məktəb yönündəki işini daha da canlandırıb, bir neçə məktəbi milliləşdirib, rus məktəblərində Azərbaycan türkü sinifləri yaradıb. Dövlətin yaratdığı proqram və dərsliklər hazırlayan komissiyanın üzvü kimi çalışıb.

1920-ci il aprelin 28-də rus ordusu Azərbaycana soxulur, kommunistlər hakimiyyəti ələ alır. Buna baxmayaraq, Abdulla Şaiq xalqın gələcəyi naminə öz ədəbi-pedaqoji fəaliyyətini davam etdirir. O, pedaqoji kurslarda, texnikumlarda və başqa məktəblərdə dərs deyir, mədəni-maarif işlərinə yardım edir, bədii yaradıcılıqla məşğul olur. 1923-cü ildə onun ədəbi-pedaqoji fəaliyyətinin 20 illiyi təntənə ilə qeyd edilir. Çalışdığı gimnaziya "Şaiq nümunə məktəbi" adlandırılır. Bu məktəbdə bütün dərslər Azərbaycan Türk dilində aparılır. Təzə açılan siniflərdə əsas müəllimlər A.Şaiq, Q.Rəşad, C.Cəbrailbəyli, S.Quliyev və başqa ziyalılar olur. Fəqət yeni yaradılan məktəb bir çox problemlərlə üzləşir. Nə dərslik, nə də proqram tapılır, müəllim kadrları çatışmır. Seçilən heyət Abdulla Şaiqin rəhbərliyi ilə şagirdlər üçün proqram və dərslik hazırlamağa başlayır. "Şaiq Nümunə məktəbi"nin məzunu, hazırda EA-nın müxbir üzvü Məhəmmədəmin Salehli deyir ki, bir çox fənlərdən dərsləri onlara Türkiyədən gəlmiş müəllimlər deyirdi. Qocaman pedaqoq və tədqiqatçı Lətif Hüseynzadə gənclərdə milli şüurun formalaşmasında, milli mədəniyyətin, tarixin öyrənilməsində o vaxt fəaliyyət göstərən məktəbin böyük rol oynadığını vurğulayaraq yazır ki, məktəbdə çatışmayan dərslikləri Türkiyədən gətirirdilər. Bütün bu çətinliklərə baxmayaraq, Abdulla Şaiqin rəhbərliyi, gənc, həvəskar müəllimlərin səyi və çalışqanlığı sayəsində milli siniflərdə dərs prosesi tərəqqi tapır. Sovet hakimiyyətinin ilk illərində məktəb iki yerə ayrılır: aşağı şöbələr və siniflər birinci dərəcəli doqquzuncu məktəb, üçüncü sinifdən etibarən isə - ikinci dərəcəli on ikinci məktəb adlandırılır. Akademik M.Salehli deyir ki, məktəbin direktoru Qafur Kantemir idi. Abdulla Şaiq ədəbiyyatdan dərs deyirdi: "O, dərin biliyə malik, öz peşəsinin vurğunu olan bir şəxs idi. Uşaqlara böyük qayğı ilə yanaşır, onlarla davranışda çox nəzakətli olardı. Biz şagirdlər ona ehtiramla yanaşır, hörmət əlaməti olaraq ona "Mirzə" deyirdik".

1923-cü ildə "Nümunə məktəbi"nin ilk buraxılışı olur. Həmin buraxılış gecəsində tələbə və müəllimlərin arzusunu nəzərə alan Maarif Komissarlığı və Baş Tərbiyə İctimaiyyə Dairəsi bir çox dolanbaclı yollardan keçib fəaliyyətini müvəffəqiyyətlə davam etdirən məktəbi "Şaiq Nümunə məktəbi" adlandırmağı qərara alır. 1918-ci ildə yaradılan məktəb 10 il fəaliyyət göstərib. Bu müddət ərzində məktəbdə sivilizasiya doğru inkişaf perspektivləri, əsrin əvvəllərində Azərbaycanın dirçəldilmə imkanları, milli şüurun sürətlə oyanma prosesi nəzərə alınaraq müstəqil və real milli təhsil siyasəti həyata keçirilib.

Bu işlər ərzində təlim-tərbiyə işləri ilə yanaşı bədii yaradıcılıqla da məşğul olan Abdulla Şaiqin "Vəzifə", "Özü bilsin, mənə nə?", "Anabacı", "Əsəbi adam" kimi silsilə hekayələri, "Araz" inqilabi-tarixi mövzulu romanı, elm, maarif və mədəniyyət haqqında bir sıra məqalələri ədəbi mühitdə maraqla qarşılanır. O, həm də "Tənqid-ü-Təbliğ" teatrı üçün əsərlər yazır.

Azərbaycan Gənc Tamaşaçılar Teatrının, Uşaq və Gənclər nəşriyyatının işi birbaşa Abdulla Şaiqin adı ilə bağlıdır. Uzun müddət bu teatrda çalışan ədib "Xasay", "Eloğlu", "Vətən", "Fitnə", "Qaraca qız" kimi müxtəlif pyeslər yazıb. "Fitnə" və "Nüşabə" əsərləri Nizami süjetləri əsasında yaranan maraqlı sənət nümunələridir.

Ədib bu illərdə də uşaqlar üçün gözəl əsərlər yazır, başqa sənət dostlarını da bu işə cəlb edir. Onun "May nəğməsi", "Top oyunu", "Bənövşə", "Qərənfil", "Bülbül" kimi uşaq şeirləri, nağıl və poemaları bu gün də öz dəyərini saxlayır. M.Seyidzadə, M.Dilbazi, M.Rzaquluzadə, Z.Cabbarzadə və başqa müəlliflər uşaqlar üçün əsər yazmağı ondan öyrənir.

Şairin Şərq ədəbiyyatı məsələləri, sufizm, təsəvvüf, hürufilik, eləcə də müxtəlif ədəbi cərəyan və metod haqqındakı araşdırma və axtarışları da maraqlıdır. Milli folklorumuzu ilk dəfə toplayıb öyrənənlərdən biri də elə Abdulla Şaiqdir. Onun çağdaş həyata, elm və dil məsələlərinə aid yazıları xüsusi maraq doğurur.

Əsl beynəlmiləlçi və hümanist bir sənətçi olan, həmişə "Hamımız bir günəşin zərrəsiyik" deyən Abdulla Şaiq bütün əsərlərində bəşəri problemlərə toxunur, xalqları dostluğa, əminamanlığa çağırır. O, türk, rus, fars, tatar, özbək, gürcü, tacik və başqa millətlərin ziyalıları ilə dostluq edir, dünya xalqları ədəbiyyatlarının incilərini, Firdövsinin "Şahnamə"sindən bir parça, Şekspirin "Maqbet," Puşkin, Lermontov, Kirov, Qorki, Nekrasov və başqa yazıçıların əsərlərini dilimizə cevirir.

Abdulla Şaiqin 20-30-cu illərdə dilimizin fonetika, morfologiya, sintaksis və üslubiyyət məsələlərinə dair yazdığı elmi məqalə və əsərlərin bir çoxu indi də öz əhəmiyyətini saxlayır. O, elmi-pedaqoji fəaliyyəti ilə ədəbi yaradıcılığını paralel inkişaf etdirib. Əslində bu iki sahə onun fəaliyyətini tamamlayır.

Elmə, maarifə çağırış, gənc nəslin taleyi, tərbiyəsi, xalqın, vətənin gələcəyi kimi məsələlər onun bədii əsərlərinin əsas mövzusu olub. Müxtəlif illərdə yazdığı şeirlər, hekayələr, povestlər, romanlar, dram əsərləri Şaiq cəsarətinin, Şaiq dünyagörüşündəki qabaqcıl meyllərin nümayişidir. Ədəbiyyat sahəsindəki fəaliyyətinə görə Abdulla Şaiqə "Əməkdar incəsənət xadimi" adı verilib.

Abdulla Şaiq Talıbzadə 24 iyul 1959-cu ildə Bakıda vəfat edib. Bu tarixi şəxsiyyət Fəxri xiyabanda dəfn olunub. 1990-cı ildən Bakıda fəaliyyət göstərən Abdulla Şaiqin ev-muzeyi onun həyat və bədii yaradıçılığını, bütün ömrü boyu apardığı pedaqoji fəaliyyətii, onunla ünsiyyətdə olan yazıçı və ziyalıların fəaliyyətini işıqlandıran bir mədəniyyət ocağıdır.

Allah rəhmət eləsin.

Fazil QARAOĞLU
professor



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ