Cümə günü, 09 oktyabr 2026
     

Dərdi dilləndirən şair - Tənqidçi Vaqif Yusifli yazır

Image


Onu təzə tanımışam. Bu tanışlıq bir şeirindən başladı. Şair Balayar Sadiq mənə bir şeir oxudu.

Bu qönçənin çiçəkləyən vaxtında
Bəbəyində yaz buludu ah çəkir.
Lal sulartək könlü yaman lillənib
Al yanağı gözlərindən şeh çəkir.

Doğrusu, şeirin müəllifinin kim olduğunu bilmədim. B.Sadiq söz verdi ki, onun müəllifi ilə sizi tanış edəcəyəm. Nə idi bu şeirdə məni özünə çəkən? İlk növbədə, şeirdə işlənən metaforalar. Təbiət gözəlliyi ilə insan gözəlliyinin vəhdəti, "köçürülmə əməliyyatının" uğurlu sintezi.
Şeirin müəllifi Sabir Zamanlı idi. Mənə iki şeir kitabını və qəttəzə şeirlərini verdi. Vaxt tapıb oxudum. Desəm ki, yeni bir ŞAİR kəşf elədim, yalan olmaz. Hər cür yalançı pozadan, illər boyu işlənən və işləndikcə də lillənən təşbehlər kimi könül bulandıran söz yığımı deyildi onun şeirləri. Sadə, sakit və bəzən də coşqun, təlatümlü ahəngi ilə seçilən bu şeirlərdə poeziya havası var idi. Təbii ki, içində hələ boyu şeir həddinə çatmayanları da gözdən qaçmadı. Amma Sabir Zamanlının şeirə, hər sözə, ifadəyə məsuliyyətlə yanaşması nəzər-diqqətimdən yayınmadı.
İndi yaman mod düşüb - kim şeir kitabı çap etdirirsə, tanınmış ya o qədər də tanınmamış qələm əhlilərinin fikir və düşüncələrini də toplayır o kitaba. Sanki demək istəyir ki: "buyurun, baxın, gör mənim şeirlərim barədə kimlər söz açır?". Sabir Zamanlı da həm birinci ("Özümdən özümə yol gedirəm mən", həm də ikinci ("Ömür məndən inciməsin...") kitablarında bu "ənənədən" yan keçməyib. Bu "ön söz"ləri oxumadan birbaşa şeirlərə keçdim və Sabir Zamanlını bir şair kimi özüm üçün kəşf eləyəndən sonra qayıtdım geriyə, mənə tanış olan qələm yoldaşlarımın yazılarına baş vurdum və hiss elədim ki, onlar da Sabir Zamanlının şeirlərindəki təzəliyə biganə qalmayıblar. Mən yalnız iki sevdiyim şairdən qısaca misallar gətirəcəyəm. Böyük şairimiz Musa Yaqub yazır ki: "Şeirlərində səmimi notlar gördüyüm Sabir Zamanlı da yaxşı insandır. Onun təmiz qəlbində şairlik odunun olması isə daha yaxşı göstəricidir. Demək, yaxşı insan həm də yaxşı şeir yaza bilər və yazır da". İstedadlı şair Əlizadə Nuri görün, nə yazır: "Ədəbiyyatın torpaqları genişdir. Hər kəsə bu torpaqlarda "qələm çapmağa" imkan yaradılır. Təki şikarına yaxşı "ov" çıxa. Sabir Zamanlı da heç kəsin "torpağına" hücum etmir, öz hücrəsinə, guşəsinə çəkilib söz, fikir, obraz axtarışına çıxıb". Bu sözlərin səmimiliyinə şəkk eləmədim.
Sabir Zamanlının şeirlərində bir görünən dünya var, bir də onun özünün dünyası Görünən dünyada xeyir var, şər var, bir-birilə toqquşan, düz gəlməyən mənafelər var. Özünün dünyası isə həmin o görünən dünya ilə bəzən bir nöqtəyə varır, bəzən də tərs-mütənasibdir. Sabir Zamanlı dünyanı sevir, amma onun son dərəcə təzadlar, burulbanlar içində çapaladığını, bəxtəvər olmadığını deyir.

Basıb sinəsinə qayanı, daşı,
Dəryalar yaradıb axan göz yaşı.
Dərdindən ağarıb dağların başı,
Bəxtəvər olmayıb əzəldən dünya.
Talanlar, qırğınlar köksünü sıxıb,
Nərəsindən göy titrəyib, sel axıb.
Qəzəbi vulkanla püskürüb, çıxıb,
Bəxtəvər olmayıb əzəldən dünya.

Könül aynasıdır günəşi, ayı,
Odlu nəfəsidir baharı, yayı,
Qəmli nəğməsidir axan hər çayı,
Bəxtəvər olmayıb əzəldən dünya.

Sabir Zamanlını dərdli şair də adlandırmaq olar. Dünyanı bəxtəvər görməyən bir şairin dərdləri saya-şesaba gəlməz. Ancaq "dərd" anlayışı patoloji mənada başa düşülməməlidir. Yaşadığımız bu təzadlı dünyada insana əzab verən mənəvi sıxıntılar və üzüntülər azmıdır və bütün bunlar bir şair qəlbində əks-səda yaradırsa, onun şeirində də Dərd adlı bir dağ yaranacaq. Hansı dərdlərdi bunlar?
Vətən dərdi.

Araz boyu parça-parça
Dilim-dilim əkin məni.
Mən öləndə Vətənimin
Yarasına çəkin məni.

Mən bu qədər dərd i?ində
Göz yaşını necə yığım.
Parça-parça bölünmüsən,
Vətən, sənə necə sığım?

Vətən, mənə oğul demə
Qeyrətimi tapanacan.
Uğurunda şəhid olub
Torpağına hopanacan.

Bunlar təbii hisslərdir. Böyük, vahid Azərbaycanı bütöv görmək həsrətindən yaranan hisslərdir.
Sabir Zamanlının az qala hər beş-altı şeirindən biri dərddən danışır və beləliklə, DƏRD obrazı onun şeirlərinin əsas "qəhrəmanına" çevrilir. Yenə təkrar edirəm, patoloji, fiziki mənada yox...Məsələn, hər bir övlad üçün anasızlıq ən böyük dərddir. Ana itkisi ilə bağlı poeziyamızda yüzlərlə şeirlər var. M.Arazın bu misraları mənim də anasızlığımı yada salır: "Ana kədərini yaşmıdır ölçən, Ana itirmişəm ana yaşında". Sabir Zamanlının da ana itkisiylə bağlı şeiri onun ən uğurlu şeirlərindən biridir və mən də kövrəldim.

Sinəsi üstündə gəzdiyin torpaq,
Boyuna ölçülüb, biçilib, ana.
Həyatı tərk edib getdiyin gündən,
Elə bil bu dünya kiçilib, ana.

Kiçilib gözümdə cığırlar, yollar,
Kiçilib gözümdə o gen daxma da.
Dadı-duzu qaçıb sənsiz hər şeyin,
Sənsiz acı dadır şirin loxma da.
O daş məzarını döyən yağışlar,
Əriyən qəlbinin yağıdı bəlkə?!
Sinənin üstündə qabaran torpaq,
Dərdli ürəyinin dağıdı bəlkə?!

Kiçilib gözümdə həyatın özü,
Məna da, məntiq də mənasız qalıb.
Agah ol, ay ana, sən ölən gündən
Dünyanın özü də anasız qalıb.

Bu şeir, tərif olmasın, həm də kamil, mükəmməl bir poeziya nümunəsidir. Şeirdə "kiçilmək" anlamı ilə Ana böyüklüyünün təzadı göz qabağındadır. Ana itkisiylə dünyanın da anasız qalması fikri uğurlu tapıntıdır. Sabir Zamanlının şeirlərində belə tapıntılar çoxdur. Əsasən heca vəznini seçən və bu vəzndə bərkdən-boşdan çıxan, xalq şeiri ənənələrinə sadiq qalan Sabir Zamanlı "köhnə havalarda" təzə notlar səsləndirməyə can atır və çox zaman buna nail olur. Onun qoşmaları, gəraylıları bu qədim şeir formalarında təzə söz demək cəhdindən yaranır. Xüsusilə, sevgi şeirlərində bu, daha çox hiss olunur.
Kövrək-kövrək gələn eşqin,
Ürəyimi bölən eşqin
Payız ömrə dolan eşqin
Məst edibdi mehi məni.

Qəlbi sızlayır heyrətin
Gözü yaşlı səadətin,
Boynu bükük məhəbbətin
Bürüyübdü şehi məni.

Sənsiz keçən hər bir anın,
Qəm-kədər alıbdı canın
Damarında axan qanın
Yaman tutub ahı məni.

Dərd düzülüb sıra-sıra,
Ümid bağlayıb sır-sırsıra,
Leylidir gözümdə səhra
Məcnun-Məcnun oxu məni.

Qətiyyən hiss eləmədim ki, Sabir Zamanlı "fikir" quraşdırmaq naminə bir şeir quraşdırsın, guya özünü "filosof-şair" kimi təqdim eləsin. Fikir, düşüncə onun qabaqcadan "planlaşdırdığı" kimi deyil, müəyyən bir şeir ideyası yarananda doğulur. Sabir Zamanlı oxucunu müəmmalı fikirlərlə yoran şair deyil. Əksinə, həmişə demək isdəyi fikri sadə və adın ifadə etməyə çalışır. Həm də şeirdə müəyyən bir obrazı reallaşdırmağa can atır.

Dərdə sirdaş oldum, fayda vermədi,
Sevinci çağırdım, hay da vermədi,
Bəxtim cücərsə də, boy da vermədi,
İnsan bir zəmidi, əkəni Allah.

Süzgəzdən ələnib min yol süzüldük,
Süzülə-süzülə hər gün çözüldük,
Naxış-naxış yer üzünə səpildik,
Ömür bir ilmədi, sökəni Allah.

Dünya bir kitabdı, bizlər bir nağıl,
Oxuyan dodaqdı, dinləyən ağıl,
Dağılmaz, nə qədər desək də, dağıl,
Dünya bir saraydı, tikəni Allah.

Sabir Zamanlı bu şeirində yazır ki: "Sevinci çağırdım, hay da vermədi". Amma inanıram ki, onun iki kitabında rast gəldiyim qəmli, kədərli motivlər get-gedə seyrələcək, yerini bu işıqlı, bu gözəl dünyanın sevincləri, işıqlı rəngləri, naxışları tutacaq... İnanıram.

Vaqif YUSİFLİ
filologiya elmləri doktoru



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ