şənbə günü, 10 oktyabr 2026
     

Ba­kı mu­zey­lə­rin­də əc­nə­bi tu­rist­lər...

Image


Ba­kı tu­rist axı­nı­na qu­caq açan şə­hər­lər­dən bi­ri ki­mi dün­ya­da məş­hur­dur. Rəs­mi mə­lu­mat­la­ra is­ti­nad et­sək, hər ay çe­şid­li öl­kə­lər­dən yüz­lər­lə tu­rist ai­lə­vi ola­raq pay­tax­tı­mı­zı, onun gəz­mə­li-gör­mə­li yer­lə­ri­ni, mu­zey­lə­ri, park və abi­də­lə­ri zi­ya­rət edir. Əl­bət­tə, tu­rist­lə­ri əsas ma­raq­lan­dı­ran mə­kan­lar sı­ra­sın­da mu­zey­lə­rin ay­rı­ca ye­ri var. Tu­ris­ti ma­raq­lan­dı­ran mə­kan­lar­dan bi­ri­nin mu­zey­lər ol­ma­sı  şüb­hə­siz­dir.

Tə­bii ki, hər bir mu­zey öl­kə­nin si­ma­sı­nı, keç­mi­şi­ni və bu gü­nü­nü təq­dim et­mək­lə ya­na­şı, həm də bir mə­də­niy­yət oca­ğı­dır.

Ba­kı mu­zey­lər­lə zən­gin olan şə­hər­lər­dən bi­ri­dir.

Pay­taxt Ba­kı­nın mu­zey­lə­ri ma­raq­lı eks­po­nat­lar­la, ta­ri­xi­mi­zin müx­tə­lif dövr­lə­ri­ni əks et­di­rən ma­te­ri­al­lar­la zən­gin­dir. Bu­ra­da müx­tə­lif pro­fil­li mu­zey­lər­lə ya­na­şı, ta­ri­xi şəx­siy­yət­lə­rin, elm və mə­də­niy­yət xa­dim­lə­ri­nin xa­ti­rə, mən­zil mu­zey­lə­ri fəa­liy­yət gös­tə­rir.

Pay­taxt mu­zey­lə­ri­nə tu­rist axı­nı han­sı sə­viy­yə­də­dir? Xa­ri­ci tu­rist­lər mu­zey­lə­rə ge­dir­mi? Bir ne­çə mu­zey­lə əla­qə sax­la­ya­raq möv­zu­nu araş­dır­maq qə­ra­rı­na gəl­dik.

Bö­yük uşaq ya­zı­çı­sı Ab­dul­la Şai­qin Ev Mu­ze­yi­nin əmək­da­şı Gü­nel Əsə­do­va bi­zim­lə söh­bə­tin­də mu­ze­yə mək­təb­li­lər, tə­lə­bə­lər­lə ya­na­şı, xa­ri­ci tu­rist­lə­rin də gəl­di­yi­ni bil­dir­di: "Bi­zim mu­zey da­im zi­ya­rət­çi­lə­rin gə­lib-get­di­yi mə­kan­dır. Mu­ze­yi­miz­də həm yer­li, həm də xa­ri­ci tu­rist­lə­ri gör­mək olar. Düz­dür, xa­ric­dən gə­lən­lə­rin sa­yı elə də çox ol­ma­sa da, yox da de­yil. Han­sı­sa zi­ya­lı­nın evi­nə xa­ric­dən qo­naq gə­lir­sə, o müt­ləq hə­min qo­na­ğı Ab­dul­la Şai­qin ev Mu­ze­yi­nə də gə­ti­rir. De­yim ki, mu­ze­yi­mi­zə gi­riş ödə­niş­siz­dir. Hər bir qo­na­ğı bö­yük məm­nu­niy­yət­lə qə­bul edir, on­la­ra mu­zey haq­qın­da, Ab­dul­la Şa­iq ba­rə­də, onun ai­lə­si, fəa­liy­yə­ti ilə bağ­lı ət­raf­lı mə­lu­mat ve­ri­rik".

Azər­bay­can Döv­lət Din Ta­ri­xi Mu­ze­yin­dən də qə­ze­ti­mi­zə bil­dir­di­lər ki, mu­ze­yin dai­mi zi­ya­rət­çi­lə­ri sı­ra­sın­da xa­ri­ci tu­rist­lər də var. Tu­rist­lər Azər­bay­can din ta­ri­xi ilə bağ­lı ma­raq­lı mə­lu­mat­lar əl­də edir.

Azər­bay­can Döv­lət Kənd Tə­sər­rü­fa­tı Mu­ze­yin­dən də qə­ze­ti­mi­zə ve­ri­lən mə­lu­ma­ta gö­rə, bu mu­zey şə­hə­rin mər­kə­zin­də yer­ləş­mə­sə də, xa­ri­ci tu­rist­lər bu­ra­nı ax­ta­rıb ta­pır və  zi­ya­rət edir. Mu­ze­yin özü­nü təq­dim et­mə­yən əmək­da­şı­nın söz­lə­ri­nə gö­rə, bu­ra tu­rist­lər tez-tez gə­lir: "Mu­ze­yi­miz tu­rist­lə­rin üzü­nə açıq­dır. On­lar bu­ra tez-tez gə­lir. On­lar  müx­tə­lif öl­kə­lər­dən gə­lir. Mu­ze­yi­miz­də­ki eks­po­nat­lar on­la­rın ma­ra­ğı­nı cəlb edir".

Tu­rist­lə­rin mu­zey­də olar­kən dil prob­le­mi ilə üz­lə­şib-üz­ləş­mə­di­yi­nə gə­lin­cə, mu­zey əmək­da­şı qeyd et­di ki, eks­kur­si­ya­da in­gi­lis və rus dil­lə­ri­ni bi­lən mü­tə­xəs­sis­lər iş­lə­yir.  

Azər­bay­can Mil­li İn­cə­sə­nət Mu­ze­yin­dən "Ba­kı-Xə­bər"ə ve­ri­lən mə­lu­ma­ta gö­rə isə, öl­kə­nin zən­gin mu­zey­lə­rin­dən olan İn­cə­sə­nət Mu­ze­yi­nə tu­rist axı­nı var. Mu­zey əmək­daş­la­rı­nın bil­dir­di­yi­nə gö­rə, mu­ze­yin dai­mi zi­ya­rət­çi­lə­ri sı­ra­sın­da xa­ri­ci tu­rist­lər çox­luq təş­kil edir: "Xa­ri­ci tu­rist­lər mu­ze­yi­mi­zə çox gə­lir. Bi­zim mu­ze­yin zən­gin­li­yi və gö­zəl­li­yi on­la­rı hey­ran edir. Bu­ra­da on­la­rı ma­raq­lan­dı­ran eks­po­nat­lar çox­dur".

Azər­bay­can Ta­rix Mu­ze­yi­nin əmək­daş­la­rı da tu­rist­lə­rin mu­ze­yə tez-tez gəl­di­yi­ni bil­dir­di­lər. Mu­zey əmək­daş­la­rı­nın ver­di­yi mə­lu­ma­ta gö­rə, mu­ze­yə gə­lən zi­ya­rət­çi­lər ara­sın­da xa­ri­ci tu­rist­lər də çox­dur: "Bi­zə tu­rist axı­nı var. Tu­rist­lər tez-tez gə­lir. Öl­kə­miz­də tu­riz­min yük­sək sə­viy­yə­də in­ki­şaf et­di­ril­mə­si bu­ra tu­rist axı­nı­nı güc­lən­di­rib".

Bül­bü­lün Me­mo­ri­al Mu­ze­yi­nin baş mü­ha­fi­zi Ni­gar İs­gən­də­ro­va bi­zim­lə söh­bə­tin­də bil­dir­di ki, da­hi sə­nət­ka­rın mu­ze­yi xa­ri­ci tu­rist­lə­rin mü­tə­ma­di baş çək­di­yi mə­kan­lar­dan­dır: "Bi­zim mu­ze­yə xa­ri­ci öl­kə­lər­dən çox­lu tu­rist gə­lir. Son vaxt­lar da­ha çox ərəb tu­rist­lə­ri gə­lir və on­lar Bül­bü­lün şəx­siy­yə­ti, fəa­liy­yə­ti ilə ma­raq­la­nır. Bu­ra­da­kı eks­po­nat­lar on­la­rın ma­ra­ğı­na sə­bəb olur. Biz­də rus və in­gi­lis dil­lə­ri­ni bi­lən əmək­daş­lar var. Tu­rist­lər­lə in­gi­lis və rus dil­lə­rin­də da­nı­şır­lar"

Cə­fər Cab­bar­lı­nın Ev Mu­ze­yin­dən də bi­zə bil­dir­di­lər ki, bu­ra əsa­sən ədə­biy­yat və elm xa­dim­lə­ri gə­lir. Mu­zey əmək­daş­la­rı qeyd et­di ki, mu­ze­yə ara­bir xa­ri­ci tu­rist­lər də gə­lir.

Cə­lil Məm­məd­qu­lu­za­də­nin Ev Mu­ze­yi­ni də zi­ya­rət edən­lə­rin sı­ra­sın­da tu­rist­lər var.

Döv­lət Ta­ri­xi-Ar­xi­tek­tu­ra Mu­ze­yi Qo­ru­ğu - Şir­van­şah­lar Sa­ra­yı Komp­lek­si­nin şö­bə mü­di­ri Səa­dət Ələk­bə­ro­va bi­zim­lə söh­bə­tin­də qeyd et­di ki, qo­ruq şə­hə­rin mər­kə­zin­də, gör­kəm­li yer­lər­dən bi­rin­də yer­ləş­di­yi üçün bu­ra zi­ya­rət­çi­lər həd­din­dən ar­tıq çox gə­lir: "Bi­lir­si­niz ki, Şir­van­şah­lar Sa­ra­yı­na gə­lib-ge­dən çox­dur. Bi­zim mu­ze­yə xa­ri­ci tu­rist­lər küt­lə­vi ola­raq gə­lir. On­lar bu­ra­dan xoş tə­əs­sü­rat­lar­la ay­rı­lır. Ha­ra ba­xır­lar qar­şı­la­rı­na zən­gin bir dün­ya çı­xır. Bi­zə son za­man­lar ən çox Ru­si­ya, ərəb öl­kə­lə­ri, Çin və Ya­po­ni­ya­dan tu­rist­lər gə­lir. Əmək­daş­la­rı­mız on­lar­la rus və in­gi­lis di­lin­də ün­siy­yət qu­rur". 

Hə­sən bəy Zər­da­bi adı­na Tə­bi­ət­şü­nas­lıq Mu­ze­yi­nin di­rek­tor müa­vi­ni Ob­rik Zey­ni­yev "Ba­kı-Xə­bər"ə bil­dir­di ki, Azər­bay­can Tə­bi­ət­şü­nas­lıq Mu­ze­yi ol­duq­ca ori­ji­nal və ma­raq­lı bir mu­zey­dir. Onun söz­lə­ri­nə gö­rə, mu­ze­yə ən çox xa­ri­ci sə­fir­lik­lə­rə gə­lən qo­naq­lar baş çə­kir: "Bi­zim mu­zey 1930-cu il­də ya­ra­dı­lıb. 1938-ci il­də isə Elm­lər Aka­de­mi­ya­sı­nın tər­ki­bin­də fəa­liy­yət gös­tər­mə­yə baş­la­yıb. Mu­ze­yi­miz çox zən­gin­dir. Bu­ra gə­lən qo­naq­lar ay­rı­lıb get­mək is­tə­mir. Tu­rist­lər son 4-5 aya qə­dər da­ha küt­lə­vi şə­kil­də gə­lir­di­lər. An­caq in­di bir az aza­lıb. Bi­zə əsa­sən xa­ri­ci öl­kə sə­fir­lik­lə­ri­nə xa­ric­dən gə­lən qo­naq­la­rı gə­ti­rir­lər. On­lar bu­ra­nı çox se­vir. Hət­ta bir də­fə NA­TO-nun ge­ne­ral­la­rı­nı da gə­tir­miş­di­lər. Zi­ya­rət bir sa­at nə­zər­də tu­tul­sa da, on­lar dörd sa­at mu­ze­yi­miz­də qal­dı­lar. De­mək is­tə­yi­rəm ki, mu­ze­yi­miz­də tu­rist­lə­rin, xa­ri­ci qo­naq­la­rın ma­ra­ğı­na sə­bəb ola­caq çox ma­raq­lı eks­po­nat­lar, ma­te­ri­al­lar var".  

Lə­tif Kə­ri­mov adı­na Azər­bay­can Xal­ça­sı və Xalq Tət­bi­qi Sə­nə­ti Döv­lət Mu­ze­yin­dən də bil­dir­di­lər ki, mu­ze­yə gə­lən­lər sı­ra­sın­da tu­rist­lər az de­yil. Tu­rist­lə­rin mu­ze­yə küt­lə­vi gəl­di­yi­ni de­yən mu­zey əmək­daş­la­rı bu­nu öl­kə­miz­də tu­riz­min yük­sək sə­viy­yə­də in­ki­şa­fı ilə bağ­la­yır.      

Mi­nia­tür Ki­tab­lar Mu­ze­yin­dən də bi­zə bil­dir­di­lər ki, xa­ri­ci tu­rist­lər mu­ze­yi zi­ya­rət edir və bu­ra­da­kı uni­kal nü­mu­nə­lə­ri, eks­po­nat­la­rı ma­raq­la seyr edir.

Məm­məd Sə­id Or­du­ba­di­nin Xa­ti­rə Mu­ze­yi də tu­rist­lə­rin zi­ya­rət mə­kan­la­rın­dan bi­ri­dir. Pay­tax­tın mər­kə­zin­də yer­lə­şən mu­ze­yin qa­pı­sı əc­nə­bi tu­rist­lə­rin üzü­nə açıq­dır.

Ni­za­mi Gən­cə­vi adı­na Azər­bay­can Ədə­biy­ya­tı Mu­ze­yi­nin əmək­daş­la­rı da bi­zim­lə söh­bə­tin­də bu­ra tu­rist­lə­rin, xa­ri­ci qo­naq­la­rın gəl­di­yi­ni bil­dir­di.

Nə­ri­man Nə­ri­ma­no­vun Xa­ti­rə Mu­ze­yi də tu­rist­lə­rin baş çək­di­yi mə­kan­lar­dan bi­ri­dir.

Qo­bus­tan Döv­lət Ta­ri­xi-Bə­dii Qo­ru­ğun­dan qə­ze­ti­mi­zə bil­dir­di­lər ki, ye­rüs­tü zən­gin bir abi­də olan Qo­bus­tan hə­lə so­vet il­lə­rin­dən öl­kə­yə gə­lən tu­rist­lə­rin əsas zi­ya­rət mar­şru­tu­na sa­lı­nıb. Bu gün də yer­li və xa­ri­ci tu­rist­lə­rin tez-tez küt­lə­vi ola­raq baş çək­di­yi mu­zey öz tə­bii zən­gin­li­yi, gö­zəl­li­yi ilə tu­rist­lə­rin diq­qə­ti­ni cəlb edir.

Sə­məd Vur­ğu­nun Ev Mu­ze­yi­nin əmək­daş­la­rın­dan al­dı­ğı­mız mə­lu­ma­ta gö­rə, mu­ze­yin qo­naq­la­rı həd­din­dən ar­tıq çox olur. On­la­rın sı­ra­sın­da tu­rist­lə­rin də ol­du­ğu­nu de­yən mu­zey əmək­daş­la­rı xa­ri­ci tu­rist­lə­rin Azər­bay­can ədə­biy­ya­tı­nın gör­kəm­li si­ma­la­rın­dan olan Sə­məd Vur­ğun şəx­siy­yə­ti­nə, ir­si­nə ma­raq gös­tər­di­yi­ni bil­di­rir.

Hü­seyn Ca­vi­din Ev Mu­ze­yi­nin di­rek­to­ru Gül­bə­niz Ba­ba­xan­lı "Ba­kı-Xə­bər"ə açıq­la­ma­sın­da de­di ki, bu­ra əsa­sən xa­ri­ci ədə­biy­yat, elm xa­dim­lə­ri gə­lir: "Bu­ra o adam­lar gə­lir ki, on­lar ədə­biy­yat­şü­nas­lıq­la ma­raq­la­nır, Ca­vid əfən­di­nin şəx­siy­yə­ti­nə, ya­ra­dı­cı­lı­ğı­na bə­ləd­dir. Mu­ze­yi­mi­zə sı­ra­vi tu­rist­lər­dən da­ha çox dün­ya­nın ta­nın­mış ədə­biy­yat adam­la­rı gə­lir. Qo­naq­la­rı­mız əsa­sən Tür­ki­yə və İran­dan olur".

Üze­yir Ha­cı­bə­yo­vun Ev Mu­ze­yi də tu­rist­lə­rin zi­ya­rət ye­ri­dir. Da­hi bəs­tə­ka­rın ya­ra­dı­cı­lı­ğı haq­qın­da tu­rist­lər də ət­raf­lı mə­lu­mat al­maq is­tə­yir. Bu­ra gə­lən­lər dün­ya şöh­rət­li bəs­tə­ka­rın məş­hur əsər­lə­ri­nin izi ilə gə­lir. 

Sət­tar Bəh­lul­za­də­nin Ev Mu­ze­yi də xa­ri­ci tu­rist­lə­rə qu­caq açır. Da­hi rəs­sa­mın mən­zil mu­ze­yi­nə gə­lən­lər onun uca sə­nə­ti­nə vur­ğun olur.

C.Cab­bar­lı adı­na Azər­bay­can Döv­lət Te­atr Mu­ze­yi­nin əmək­daş­la­rı bi­zim­lə söh­bə­tin­də bil­dir­di­lər ki, mu­zey Mu­zey Mər­kə­zin­də yer­ləş­di­yi üçün mər­kə­zə gə­lən­lər bu­ra da baş çə­kir.                        

Azər­bay­can Mu­si­qi Mə­də­niy­yə­ti Döv­lət Mu­ze­yin­dən də bi­zə bil­dir­di­lər ki, mu­zey şə­hə­rin mər­kə­zin­də yer­ləş­di­yi üçün bu­ra küt­lə­vi ola­raq xa­ri­ci tu­rist­lər gə­lir. Azər­bay­can mu­si­qi­si ta­ri­xi­ni özün­də ge­niş əks et­di­rən mu­zey­də­ki əş­ya­la­rın tu­rist­lə­rin həd­siz ma­ra­ğı­nı çək­di­yi­ni de­yən mu­zey əmək­daş­la­rı qeyd edir ki, on­lar əsa­sən bi­zim mil­li mu­si­qi alət­lə­ri­miz­lə ma­raq­la­nır.

Re­al­lıq bu­dur ki, Azər­bay­can tu­rist­lə­rin küt­lə­vi axın et­di­yi öl­kə­lər­dən bi­ri­dir. Araş­dır­ma­mız nə­ti­cə­sin­də mə­lum ol­du ki, pay­taxt mu­zey­lə­ri­nə tu­rist­lər mü­tə­ma­di ola­raq baş çə­kir. Onu da vur­ğu­la­yaq ki, biz­də bə­zi mu­zey­lər, xü­su­sən də mən­zil və xa­ti­rə mu­zey­lə­ri ödə­niş­siz, ya­xud cü­zi ödə­niş­li­dir. Bu da mu­zey­lə­rə da­ha çox zi­ya­rət­çi­nin gəl­mə­si­nə sə­bəb olur.

Mu­zey­şü­nas­lar bil­di­rir ki, bü­tün dün­ya­da mu­zey­lə­rin xa­ri­ci tu­rist­lə­rə ver­di­yi in­for­ma­si­ya­nı di­gər va­si­tə­lər ve­rə bil­məz. On­lar bil­di­rir ki, mu­zey­lər xal­qın keç­mi­şi, bu gü­nü və gə­lə­cə­yi ilə bağ­lı qiy­mət­li bir xə­zi­nə­dir.

İra­də SA­RI­YE­VA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ