"Şou proqramlar televiziya yaradıcılığında əsas janrlardandır. Bu səpkidə verilişlərin kütləviliyi normaldır, xüsusilə özəl kanallarda. Lakin əlbəttə ki, şou verilişlərin səviyyəsinin aşağı olması bizi də narahat edən məsələdir".
Bunu “Trend”-ə Milli Televiziya və Radio Şurasının (MTRŞ) Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib. T.Dadaşov vurğulayıb ki, bu məsələ yaradıcılıq işidir: "Əgər bir kanal səviyyəsi aşağı olan şou veriliş yayımlayırsa, öz imicinə xələl gətirmiş olur. Bu məsələdə bizim üzərimizə düşən vəzifə həm bu şou verilişlərdə, həm də digər verilişlərdə qanunvericiliyin, milli-mənəvi dəyərlərin tələblərinin pozulmasının qarşısını almaqdır".
Onun sözlərinə görə, MTRŞ hər hansı şou verilişin səviyyəsinə qarışa bilməz: " Əgər belə bir səlahiyyətimiz olsaydı, milli efiri"mizdə xeyli şou veriliş tərəfimizdən bağlanardı".