Cümə günü, 19 iyun 2026
     

Mər­ziy­yə Da­vu­do­va ir­si və azər­bay­can­çı­lıq...

Image


Azər­bay­can te­at­rı­nın gör­kəm­li si­ma­la­rın­dan bi­ri olan xalq ar­tis­ti Mər­ziy­yə Da­vu­do­va xal­qı­mı­zın səh­nə fə­da­i­si ki­mi hər za­man xa­tır­la­nır. Bö­yük aktri­sa xal­qı­mı­zın mə­də­niy­yət ta­ri­xin­də elə əhə­miy­yət­li bir rol oy­na­yıb ki, onun əvə­zi yox­dur. Azər­bay­can­çı­lı­ğın in­ki­şa­fın­da xü­su­si iş­lər gö­rən Azər­bay­can Mil­li Te­at­rı da­hi sə­nət­kar­la­rın ifa­sı ilə bu hisslə­ri ta­ma­şa­çı­la­ra çat­dı­rıb. Azər­bay­can­çı­lıq və Azər­bay­can te­at­rı­nın vəh­də­ti bö­yük gü­cə ma­lik­dir.    

Təd­qi­qat­çı­lar ya­zır ki, XX əs­rin 20-ci il­lə­ri­nə ki­mi Azər­bay­can səh­nə­si aktri­sa ta­pa bil­mir­di. Uzun il­lər qa­dın rol­la­rı­nı min cür ma­neə və təh­qi­rə mə­ruz qa­lan, sə­nət yan­ğı­lı ki­şi aktyor­lar ifa edib. Təd­qi­qat­çı­lar ya­zır ki, son­ra bir müd­dət baş­qa mil­lə­tin aktri­sa­la­rı bö­yük çə­tin­lik­lə­rə dö­zə­rək zə­if çi­yin­lə­ri­ni bu ağır yü­kün al­tı­na ver­di­lər. Təd­qi­qat­çı­lar ya­zır ki, Azər­bay­can qa­dın­la­rı­nın səh­nə­yə doğ­ru ge­dən yo­lu qor­xu­dan, qan­dan, ölüm­dən, ma­ne­ə­dən qur­tul­ma­ğa baş­la­dı. Tə­sa­dü­fi de­yil ki, o il­lər səh­nə­yə gə­lən qa­dın­lar haq­qın­da gör­kəm­li sə­nət­şü­nas Meh­di Məm­mə­dov be­lə ya­zır­dı: "Azər­bay­can aktri­sa­sı­nın səh­nə­yə gə­li­şi, bu sə­nət mey­da­nın­da qə­lə­bə­lər çal­ma­sı qəh­rə­man­lıq das­ta­nı­dır". Te­atrşü­nas­lar ya­zır ki, bu das­ta­nın ilk sə­hi­fə­lə­ri­ni Əzi­zə xa­nım və onun qı­zı So­na Ha­cı­ye­va ya­zıb. Ya­zı­lan­la­ra gö­rə, bu aktri­sa­la­rın sı­ra­sın­da Mər­ziy­yə xa­nım Da­vu­do­va­nın da öz ye­ri var­dı. O, Azər­bay­can səh­nə­si­nin ən qüd­rət­li aktri­sa­sı sa­yı­lır­dı. Təd­qi­qat­çı­lar ya­zır ki, 1901-ci il­də Həş­tər­xan­da ana­dan ol­muş Mər­ziy­yə Da­vu­do­va ilk ro­lu­nu oy­na­yan­da 16 ya­şı var­dı. O, Həş­tər­xan­da İq­bal mək­tə­bin­də "Bi­rin­ci Te­atr" ad­lı iki­pər­də­li ta­ma­şa­da (1917-ci il) Əfi­fə ro­lu­nu ya­ra­dıb. Səh­nə­yə bö­yük hə­vəs­li ye­ni­yet­mə Mər­ziy­yə­ni ilk də­fə gö­rüb is­te­da­dı­nı kəşf edən unu­dul­maz Hü­seyn Ərəb­linski olub. O, 1918-ci il­də Həş­tər­xan­da qastrol­da olar­kən bu gənc qı­zın oyu­nu­nu bə­yən­miş və onu Ba­kı­ya də­vət et­miş­di.

Bu il 115 il­li­yi qeyd edi­lən M.Da­vu­do­va­nın səh­nə fə­a­liy­yə­ti haq­qın­da ya­zan təd­qi­qat­çı­lar bil­di­rir ki, 1920-ci il­də Ba­kı­ya gə­lən və ta­le­yi­ni əbə­di ola­raq te­at­ra bağ­la­yan M.Da­vu­do­va Azər­bay­can mə­də­niy­yə­ti­nin, xü­su­si­lə də te­atr sə­nə­ti­nin in­ki­şa­fın­da mi­sil­siz xid­mət gös­tə­rib. Ya­zı­lan­la­ra gö­rə, onun ən bö­yük ar­zu­su H.Ərəb­linski ilə tə­rəf mü­qa­bi­li ol­maq idi, am­ma bu is­tək hə­ya­ta keç­mə­di. Çün­ki bir il ön­cə na­dan­lar qüd­rət­li aktyo­run hə­ya­tı­na son qoy­muş­du. Təd­qi­qat­çı­lar ya­zır ki, xoş­bəxtlik­dən ikin­ci bir nə­həng aktyor­la səh­nə­də üz-üzə da­ya­nan Mər­ziy­yə xa­nım son­ra­lar hə­min sə­nət­ka­rın - Ab­bas Mir­zə Şə­rif­za­də­nin te­atrda yal­nız tə­rəf mü­qa­bi­li de­yil, hə­yat­da da sev­gi­li həm­də­mi­nə, və­fa­lı ömür-gün dos­tu­na çev­ril­di.

Ötən əs­rin 20-ci il­lə­rin­dən son­ra Azər­bay­can səh­nə­sin­də Fat­ma Mux­ta­ro­va, Şöv­kət Məm­mə­do­va, Hə­qi­qət Rza­ye­va, Sü­rəy­ya Qa­car, Mü­nəv­vər Kə­lən­tər­li ki­mi müq­tə­dir aktri­sa­lar çı­xış edir­di. Təd­qi­qat­çı­la­rın yaz­dı­ğı­na gö­rə, on­la­rın sı­ra­sı­na hə­vəs­lə qo­şu­lan Mər­ziy­yə xa­nım Üze­yir Ha­cı­bə­yo­vun "Ar­şın mal alan" mu­si­qi­li ko­me­di­ya­sın­da əv­vəl­cə Gül­çöh­rə, son­ra isə Ca­han xa­la rol­la­rın­da çı­xış edib. Bu­nun­la da özü­nün aktri­sa ki­mi nə­yə qa­dir ol­du­ğu­nu mə­ha­rət­lə təs­diq­lə­yib. Hü­seyn Ca­vi­din "İb­lis" əsə­ri­nin ta­ma­şa­sın­da Ab­bas Mir­zə Şə­rif­za­də ilə tə­rəf mü­qa­bi­li ol­maq onun səh­nə ya­ra­dı­cı­lı­ğın­da ye­ni sə­hi­fə­lər açıb. Çox keç­mir ki, M.Da­vu­do­va mü­rək­kəb, zid­diy­yət­li, bir-bi­ri­nə bən­zə­yən və bən­zə­mə­yən müx­tə­lif qa­dın ob­raz­la­rı­nın, xü­su­si­lə də qüd­rət­li xa­rak­ter­lə­rin ya­ra­dı­cı­sı ki­mi par­la­yıb. Azər­bay­can te­at­rı­nın aktri­sa­lar­la bağ­lı ye­ni sə­hi­fə­si­nin ya­zıl­ma­sı şə­ra­fə­ti məhz Mər­ziy­yə xa­nı­mın qis­mə­ti­nə düş­dü. Bö­yük dra­ma­tur­qu­muz Cə­fər Cab­bar­lı­nın "Se­vil" pye­si yal­nız səh­nə­də de­yil, hə­yat­da da bö­yük əks-sə­da­ya, tə­la­tü­mə sə­bəb ol­muş­du. Mər­ziy­yə xa­nı­mın bö­yük us­ta­lıq­la can ver­di­yi Se­vil ob­ra­zı o qə­dər par­laq, tə­sir­li, tə­bii alın­mış­dı ki, ta­ma­şa sa­lo­nun­da­kı qa­dın­lar öz çad­ra­la­rı­nı elə ora­da­ca at­mış­lar. Mər­ziy­yə xa­nım əs­lin­də qa­ran­lıq bir mü­hit­də qə­fil­dən şim­şək ki­mi doğ­muş­du. Onun səh­nə­də gös­tər­di­yi tə­bii oyu­nu və sə­nət yan­ğı­sı haq­qın­da C.Cab­bar­lı ya­zır­dı: "Mər­ziy­yə yet­kin bir sə­nət­kar­dır, us­tad­dır. Aktri­sa səh­nə­də­ki əh­val-ru­hiy­yə­si ilə bü­tün ta­ma­şa sa­lo­nu­na tə­sir edən hey­rə­ta­miz bir is­te­da­da ma­lik­dir".

Təd­qi­qat­çı­lar ya­zır ki, M.Da­vu­do­va­nın te­at­ra gə­li­şi ilə çox şey də­yiş­di. Bu aktri­sa səh­nə­də yal­nız Azər­bay­can qa­dın­la­rı­nın su­rə­ti­ni de­yil, Qərb te­at­rın­dan gə­lən dez­de­mo­na­lar, amal­ya­lar, ofel­ya­lar, vi­o­la­lar ki­mi ne­çə-ne­çə mü­rək­kəb ob­raz ya­rat­dı. Onun ob­ra­za gir­mək mə­ha­rə­ti o qə­dər güc­lü idi ki, heç bir mü­ba­li­ğə ol­ma­dan bu qüd­rə­ti­nə gö­rə aktri­sa H.Ərəb­linski, A.Mir­zə ki­mi nə­hənglər­lə bir sı­ra­da fə­xa­rət­lə da­ya­nır­dı. Mər­ziy­yə xa­nım C.Cab­bar­lı, H.Ca­vid, Sə­məd Vur­ğun, Mir­zə İb­ra­hi­mov, Meh­di Hü­seyn, Ən­vər Məm­məd­xan­lı ki­mi Azər­bay­can dra­ma­turqla­rı­nın əsər­lə­ri ilə ya­na­şı, rus və Qər­bi Av­ro­pa ədib­lə­ri­nin də ta­ma­şa­la­rın­da bir-bi­rin­dən fərqli və mü­rək­kəb qa­dın ob­raz­la­rı ya­ra­dıb.

Ya­zı­lan­la­ra gö­rə, Meh­di Məm­mə­dov M.Da­vu­do­va­nın ya­ra­dı­cı­lı­ğı­nı də­yər­lən­di­rə­rək ya­zır­dı: "1937-ci il­də M.İb­ra­hi­mo­vun "Hə­yat" dra­mı ilk də­fə ta­ma­şa­ya qo­yul­muş­du. Ta­ma­şa gu­rul­tu­lu mü­vəf­fə­qiy­yət qa­zan­dı. İfa­çı­lar an­samblı, xü­su­si­lə də əsas rol­la­rın ifa­çı­la­rı - M.Da­vu­do­va (Hə­yat) və Ül­vi Rə­cəb (Sü­ley­man) yük­sək qiy­mət­lən­di­ri­lib. Təd­qi­qat­çı­la­rın yaz­dı­ğı­na gö­rə, əsa­sən klas­sik re­per­tu­ar­da ro­man­tik səp­ki­li rol­lar oy­na­yan bu aktyor­lar in­di "Hə­yat" ta­ma­şa­sın­da hə­ya­ti ciz­gi­lər­lə, mə­i­şət bo­ya­la­rı ilə zən­gin olan re­a­list xa­rak­ter­lər ya­rat­maq­la bö­yük qə­lə­bə əl­də et­di­lər. Yek­dil­lik­lə təs­diq olun­du ki, bə­dii siq­lə­ti bö­yük olan bir ta­ma­şa, onun nəz­din­də və mər­kə­zin­də isə M.Da­vu­do­va ki­mi sə­nət­ka­rın ifa­sın­da Hə­yat ob­ra­zı ya­ran­dı".

Təd­qi­qat­çı­la­rın bil­dir­di­yi­nə gö­rə, xalq ar­tis­ti Hö­kü­mə Qur­ba­no­va öz xa­ti­rə­lə­rin­də ya­zır­dı: "Bu da ta­le­yin qis­mə­ti­dir. Mər­ziy­yə xa­nı­mın ilk də­fə ya­rat­dı­ğı ob­raz­la­rı son­ra­lar mən oy­na­dım. Hə­mi­şə hə­yə­can ke­çi­rir­dim ki, o bu mə­sə­lə­yə ne­cə ba­xa­caq. Bö­yük ürək və is­te­dad sa­hi­bi idi. Hə­mi­şə ta­ma­şa­dan son­ra mə­ni ilk təb­rik edib oyu­nu­mu bə­yən­di­yi­ni söy­lə­yən Mər­ziy­yə xa­nım olar­dı. Bu aktri­sa əsl sə­nət fə­da­i­si ki­mi gənclə­rə xü­su­si qay­ğı gös­tə­rər­di".

Qeyd edi­lə­nə gö­rə, ge­niş ya­ra­dı­cı­lıq di­a­pa­zo­nu­na ma­lik olan M.Da­vu­do­va Azər­bay­can ki­no­su­nun in­ki­şa­fın­da da mü­əy­yən xid­mət­lər gös­tə­rib. "Ha­cı Qa­ra", "Bir ai­lə", "Ba­kı­nın işıq­la­rı", "Bir mə­həl­lə­dən iki nə­fər", "Ko­roğ­lu" və di­gər filmlə­rə çə­ki­lib. 1956-cı il­dən öm­rü­nün so­nu­na ki­mi Azər­bay­can Te­atr Cə­miy­yə­ti­nə rəh­bər­lik edən Mər­ziy­yə xa­nım  əs­lin­də qa­ran­lıq bir mü­hit­də par­la­yan ul­duz idi.

Təd­qi­qat­çı­la­rın yaz­dı­ğı­na gö­rə, bəl­li­dir ki, 1937-ci ilin rep­res­si­ya­sı sə­nət adam­la­rı­nın ta­le­yin­dən iz­siz keç­mə­di. Müş­fi­qi, Ca­vi­di, Ül­vi Rə­cə­bi, Əh­məd Ca­va­dı apa­ran­la­rın növ­bə­ti hə­də­fi Azər­bay­can səh­nə­si­nin az­man aktyo­ru Ab­bas Mir­zə Şə­rif­za­də ol­du. Gör­kəm­li te­atr us­ta­sı­nın han­sı şə­kil­də qət­lə ye­ti­ril­di­yi uzun müd­dət qa­ran­lıq qal­dı. Bu ai­lə­nin çək­di­yi zil­lə­tin təs­vi­ri­ni ver­mək in­di çox çə­tin­dir. Yal­nız 1955-ci il­də mə­lum ol­du ki, A.M.Şə­rif­za­də 1938-ci il­də gül­lə­lə­nib. Səh­nə­də fa­ciə qəh­rə­man­la­rı­nın ma­hir ifa­çı­sı A.M.Şə­rif­za­də heç vaxt ağ­lı­na gə­tir­məz­di ki, ya­rat­dı­ğı ob­raz­la­rın ta­le­yi onu da göz­lə­yə bi­lər­miş. O, hə­yat­da da fa­ciə qəh­rə­ma­nı­na çev­ril­di. Təd­qi­qat­çı­la­rın yaz­dı­ğı­na gö­rə, ta­le­yi­nə, hə­ya­tı­na vu­ru­lan zər­bə­lə­rin ağ­rı-acı­sı­nı çə­kən­lər­dən bi­rin­ci­si hə­yat yol­da­şı, səh­nə­mi­zin qüd­rət­li nü­ma­yən­də­si, xalq ar­tis­ti Mər­ziy­yə xa­nım ol­du.

Ya­zı­lan­la­ra gö­rə, M.Da­vu­do­va­ya xalq ar­tis­ti fəx­ri adı 1936-cı il­də ve­ri­lib. Bu­na bax­ma­ya­raq, 1937-ci il­də Ül­vi Rə­cə­bi, Ab­bas Mir­zə­ni "xalq düş­mə­ni" elan edən­lər aktri­sa­nı da çək-çe­vi­rə sal­maq­la qəl­bi­ni di­dib-par­ça­la­yır­dı­lar. O il­lə­rin xo­fu­nu Mər­ziy­yə xa­nım öm­rü­nün so­nu­na ki­mi qəl­bin­də ya­şat­dı. Təd­qi­qat­çı­lar ya­zır ki, o ağır rep­res­si­ya­lar aktri­sa­nı çox in­cit­sə də, dərdlə­ri­ni giz­lət­mə­yi, səh­nə­də hə­mi­şə­ki qüd­rə­ti­ni, hə­yat­da isə qü­ru­ru­nu, məğ­rur­lu­ğu­nu sax­la­ma­ğı ba­car­dı. O, 61 ya­şın­da dün­ya­sı­nı də­yi­şən­də çox şey­dən na­ra­hat get­sə də, bir mə­sə­lə­dən ürə­yi ar­xa­yın idi. Bö­yük mə­həb­bə­tin ni­şa­nə­si olan qı­zı Fi­rən­giz Şə­ri­fo­va on­la­rın yo­lu­nu çox lə­ya­qət­lə da­vam et­di­rir­di.

Ke­çən ayın 28-də Azər­bay­can Te­atr Xa­dim­lə­ri İt­ti­fa­qın­da (AT­Xİ) xalq ar­tis­ti M.Da­vu­do­va­nın 115 il­li­yi­nə həsr olun­muş "Sə­nət­kar və za­man" möv­zu­sun­da el­mi-prak­tik konfrans ke­çi­ri­lib. El­mi-prak­tik konfransda əmək­dar in­cə­sə­nət xa­di­mi, pro­fes­sor Mər­yəm Əli­za­də­nin "Mil­li aktyor sə­nə­tin­də M.Da­vu­do­va fe­no­me­ni", AD­MİU-nun mü­əl­li­mi El­çin Cə­fə­ro­vun "M.Da­vu­do­va ya­ra­dı­cı­lı­ğı te­atrşü­nas müs­tə­vi­sin­də", sə­nət­şü­nas­lıq üz­rə fəl­sə­fə dok­to­ru Vi­da­di Qa­fa­ro­vun "M.Da­vu­do­va ya­ra­dı­cı­lı­ğı­na təd­qi­qat­çı ba­xı­şı" möv­zu­la­rın­da mə­ru­zə­lə­ri din­lə­nib.

Vur­ğu­la­nıb ki, M.Da­vu­do­va Azər­bay­can səh­nə­si­nin ən qüd­rət­li aktri­sa­sı sa­yı­lır­dı, onun ta­ma­şa­çı ilə qə­ri­bə mü­na­si­bət qur­maq ba­ca­rı­ğı var­dı.

Te­atr Xa­dim­lə­ri İt­ti­fa­qı­nın səd­ri, Aka­de­mik Mil­li Dram Te­at­rı­nın bə­dii rəh­bə­ri və di­rek­to­ru, xalq ar­tis­ti Azər­pa­şa Ne­mə­tov M.Da­vu­do­va ilə bağ­lı xa­ti­rə­lə­ri­ni bö­lü­şüb: "Mər­zi­yə xa­nı­mın bi­zim ai­lə ilə ya­xın əla­qə­lə­ri var idi. Bu sə­bəb­dən evi­mi­zə gə­lər­di. Atam, Zə­fər Ne­mə­to­va gənc re­jis­sor ki­mi bö­yük hör­mət­lə ya­na­şar­dı. Mə­nim də xət­ri­mi çox is­tə­yir­di. Hət­ta mə­nə o dövrdə heç kim­də ol­ma­yan mo­to­sik­let oyun­ca­ğı ba­ğış­la­mış­dı. Hə­min oyun­caq­la bir ne­çə il oy­na­mış­dım. Bu mə­nim uşaq yad­da­şım­da qa­lan­lar­dır.

Mər­zi­yə xa­nım Te­atr Xa­dim­lə­ri İt­ti­fa­qı­nın səd­ri olub. Am­ma öz əri­zə­si ilə bu iş­dən get­di. Çün­ki Mər­zi­yə xa­nı­mın ki­şi xa­rak­te­ri var idi. Bə­zi mə­sə­lə­lə­ri qə­bul et­mir­di və haq­sız­lı­ğı ba­ğış­la­mır­dı. M.Da­vu­do­va­nı sev­mə­yən, onun­la he­sab­laş­ma­yan yox idi. Mər­zi­yə xa­nım hün­dür, ya­ra­şıq­lı qa­dın idi. O dövrdə hər kəs­də ol­ma­yan boz rəngdə ma­ken­to­şu da var idi. Heç vaxt ba­şı­a­çıq gəz­məz­di. Hər za­man ba­şı­na kə­lə­ğa­yı və ya yay­lıq bağ­la­yır­dı. Çox tə­əs­süf ki, mən onu səh­nə­də gör­mə­mi­şəm, hə­yat­da gör­mü­şəm, mə­nə hə­diy­yə­lər ve­rib, üzüm­dən öpüb. Mər­zi­yə xa­nım çox sa­də, am­ma sərt xa­rak­ter­li in­san olub. Prob­le­mi olan adam­lar ona ra­hat­lıq­la ya­xın­la­şa bi­lir­di və Mər­zi­yə xa­nım öz nü­fu­zun­dan is­ti­fa­də edib ha­mı­ya kö­mək edir­di. Bu gün onun 115 ya­şı ta­mam olur. Ha­zır­da əy­ləş­di­yi­miz bi­na­nı bi­zə Mər­zi­yə xa­nım, Mus­ta­fa Mər­da­nov və Zə­fər Ne­mə­tov mi­ras qo­yub. İn­di isə biz­lər bu yo­lu da­vam et­di­ri­rik. Za­man gə­lə­cək, biz də ol­ma­ya­ca­ğıq, am­ma Te­atr Xa­dim­lə­ri İt­ti­fa­qı qa­la­caq".

Bə­li, M.Da­vu­do­va Azər­bay­can mə­də­niy­yə­ti­nə, seç­di­yi sə­nə­tə lə­ya­qət­lə xid­mət edib. Ya­ra­dı­cı­lı­ğı­nın ilk döv­rü ro­man­tik aktyor mək­tə­bi­nin nü­ma­yən­də­si ki­mi xa­rak­te­ri­zə edi­lən aktri­sa bö­yük fə­a­liy­yət gös­tə­rib.

Azər­bay­ca­nın gör­kəm­li səh­nə us­ta­dı M.Da­vu­do­va­nın fə­a­liy­yə­ti azər­bay­can­çı­lı­ğa xid­mət olub. Bö­yük səh­nə xa­di­mi­nin fə­a­liy­yə­ti bir ör­nək­dir.

İra­də SA­RI­YE­VA

Ya­zı Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti ya­nın­da Küt­lə­vi İn­for­ma­si­ya Va­si­tə­lə­ri­nin İn­ki­şa­fı­na Döv­lət Dəs­tə­yi Fon­du­nun ma­liy­yə dəs­tə­yi­lə çap olu­nur. 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Müəllimlərin geyim forması ilə bağlı yeni standartlar bəzən yanlış başa düşülür...

"Trampla İranın gizli razılaşdıqları başqa bir mətn var" - İddia...

Tramp dünyanı yenə heyrətləndirdi...

SON XƏBƏRLƏR

19.06.2026 / 21:30
Azərbaycanın üstündən daşınan yük 15-dən 30 milyon tona çatdırılacaq...

19.06.2026 / 21:06
Qarabağ münaqişəsinin bu qədər uzanmasının unikal səbəbi... dünya eşitdi...

19.06.2026 / 20:47
Azərbaycanın Ermənistanla siyasətinin 2 əsas prinsipi bəyan edildi - “unutmayacağıq” və “yenidən qisas almayacağıq”...

19.06.2026 / 20:32
Çingiz Əsgərov Avropa Məhkəməsinin anti-Azərbaycan qərarlarını tutarlı arqumentlərlə alt-üst etdi...

19.06.2026 / 20:10
Trampın "mənə yalvardı" iddiaları Melonini qəzəbləndirdi – XİN başçısı ABŞ səfərini ləğv etdi

19.06.2026 / 19:51
Azərbaycan-Ermənistan sərhədində zəlzələ...

19.06.2026 / 19:38
Xamenei ABŞ-la razılaşmanı bir ŞƏXSİN xahişindən sonra qəbul etdi...

19.06.2026 / 19:17
Rusiya ABŞ və Fransa kimi düşmənlərin Ermənistanda hərbi təliminə susdu...

19.06.2026 / 19:03
Ekoloji koalisiya Ermənistanda keçiriləcək COP17 sammitinin iştirakçılarına müraciət etdi

19.06.2026 / 18:49
İslam İnkişaf Bankı Qrupunun toplantıları çərçivəsində 32 saziş imzalandı..

19.06.2026 / 18:36
Hörmüzün açılması neftin qiymətinə və dolların nüfuzuna maraqlı təsir göstərdi...

19.06.2026 / 18:15
Abituriyentlərin 40 faizə yaxını imtahanlarında 200-dən az bal toplayıb...

19.06.2026 / 18:01
Kılıçdaroğlu Dəniz Baykala qarşı intim video komplosu ilə necə CHP başqanı oldu? – Vikiliks açır...

19.06.2026 / 17:46
Ceyhun Bayramov Almaniya səfiri Horlemannı qəbul edib

19.06.2026 / 17:36
Paşinyan 7 iyun seçkidən sonra Avrasiya İqtisadi Birliyinə münasibətini dəyişir...

19.06.2026 / 17:32
Ermənistan kömək üçün Avropanın qapısında rəsmi "əl açıb"...

19.06.2026 / 17:23
“XXI Əsrin Qadınları” İctimai Birliyi daha bir maarifləndirici tədbir keçirib

19.06.2026 / 17:23
Ermənistanda müxaliflərin kütləvi həbs mərhələsi başladı...

19.06.2026 / 17:16
Dünyada gübrə bahalaşır, amma ölkəmizin gübrə gəliri azalır... Niyə?

19.06.2026 / 17:11
Trampın “daha yaxşı” dediyi İran razılaşmasının Obama sazişindən ciddi fərqi yox imiş ki...

19.06.2026 / 17:03
Moskvada azərbaycanlı biznesmenlərin bazarını Ukrayna vurmadı -iddia...

19.06.2026 / 16:50
Bakıda saxlanılan Rusiya vətəndaşlarına hökm oxundu

19.06.2026 / 16:31
Süni intellektin yayılması Azərbaycan ombudsmanı qarşısında tələblər qoydu...

19.06.2026 / 16:05
Türkiyənin ən gözəl turizm kəndlərinın adı açıqlandı - FOTO

19.06.2026 / 15:47
Netanyahu yenə meydan oxudu - “İsrail qoşunları Livandan çıxmayacaq…”

19.06.2026 / 15:41
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi... - FOTO

19.06.2026 / 15:34
Lavrov NATO-Rusiya danışıqlarını aldadıcı taktika adlandırdı - “…diplomatik örtükdür”…

19.06.2026 / 15:07
Daha 80 nəfər Xankəndi və Ağdərəyə köçdü...

19.06.2026 / 14:59
NATO və ABŞ şübhəli şəkildə razılaşdılar - 3.0 konsepsiyası...

19.06.2026 / 14:48
Bəzi sahibkarlara elektrik qoşulması üçün dövlət dəstəyi veriləcək

19.06.2026 / 14:46
Məktəbəqədər təhsildə yeni model tətbiq ediləcək - Prezident fərman imzaladı...

19.06.2026 / 14:42
İsraildə Trampa qarşı təhqiramiz media kampaniyası başladıldı - "80 yaşlı uşaq"...

19.06.2026 / 14:41
“Vətənpərvərlər Maarifləndirmə” İB-yi 18 iyunda Milli Qəhraman Mübariz İbrahimovun anım gününə həsr olunmuş tədbir keçirib

19.06.2026 / 13:58
Benzin və dizeldən imtinaya çağıran sanballı dövlət başçılarından kim(lər) elektromobildə gəzir?..

19.06.2026 / 13:32
Azərbaycanda utilizasiyaya verilən avtomobillərin sayı 30 mini keçdi...

19.06.2026 / 13:18
14 bəndlik razılaşmanı kim üddü - Tramp, ya Xamenei?..

19.06.2026 / 13:11
Prezident "Diplomatik xidmət haqqında" qanuna dəyişiklikləri təsdiqlədi

19.06.2026 / 13:10
Azərbaycanın Portuqaliyada səfirliyi təsis edildi

19.06.2026 / 13:03
Media ilə bağlı qanun layihəsi ilk oxunuşda təsdiqləndi...

19.06.2026 / 12:49
Reuters: “SEPAH İraqda Körfəz ölkələrinə qarşı gizli qruplar yaradıb”

19.06.2026 / 12:46
CNN:ABŞ və İran memorandumu üçün gizli icra planları hazırlanır

19.06.2026 / 12:16
Prezident Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim etdi - FOTO

19.06.2026 / 11:57
Sənədsiz evlər üçün amnistiya elan edilməsi təklif olunur...

19.06.2026 / 11:46
"Məqsəd sadəcə istehsalın həcmini deyil, məhsuldarlığı və keyfiyyətini artırmaqdır" - Prezidentin köməkçisi

19.06.2026 / 11:30
ABŞ ordusu Sakit Okeanda daha bir narkoticarət gəmisini "ovladı"

19.06.2026 / 11:24
Özəl yeni partiya yaratmaq istəmədiyini dedi - amma qurultay tələbi keçməzsə...

19.06.2026 / 11:11
Şəmkirdə aqrar sahəyə dair regional müşavirə keçirilir

19.06.2026 / 08:52
Vens İsveçrəyə getməyəcək - səbəb Livanla bağlıdır?..

19.06.2026 / 08:45
Sənətçi etiraz etdi - “Xəbərim yoxdu…”

19.06.2026 / 08:30
Vensdən İsrailə xəbərdarlıq - “Tramp sizin yeganə müttəfiqinizdir…”

18.06.2026 / 23:28
Düşmənə sipər və üzü... Naxşıvan diyarına baxan dağlar....

18.06.2026 / 23:14
Vüsalın Vətən sevgisi həyatı üçün istinad yeridir...

18.06.2026 / 22:50
Prezidentin sosial şəbəkə səhifələrində İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarının açılış mərasimindən görüntülər paylaşılıb - VİDEO

18.06.2026 / 21:53
Ermənistanın revanşçı müxalifəti “Qarabağ iddialarını” yenidən rəsmən qaldırdı...

18.06.2026 / 21:19
Böyük 7-lər Trampın Ukrayna siyasətinin dəyişdiyini yekun bəyanata daxil etdilər...

18.06.2026 / 20:31
Erməni məhsulları Avropa bazarına “su kimi axacaq” - ildə 420 milyon...

18.06.2026 / 19:37
Netanyahu Trampı saymadı – Livandan geri çəkilməyəcəyik...

18.06.2026 / 19:22
Bəzi ixracatçı sahibkarlar Azərbaycan dövlətindən əlavə pul alacaqlar...

18.06.2026 / 19:05
Zaxarova Kallasın açıqlamasını absurd adlandırdı

18.06.2026 / 18:41
Ermənistanın KTMT-də səsvermə hüququ ləğv edilə bilər...

18.06.2026 / 18:14
Rusiya Ermənistana nota verdi – “çaşqınlıq içindəyik”...

18.06.2026 / 17:57
Müəllimlərin geyim forması ilə bağlı yeni standartlar bəzən yanlış başa düşülür...

18.06.2026 / 17:53
Kərim Vəliyev MDB Qərargah Rəisləri Komitəsinin iclasında iştirak edib

18.06.2026 / 17:40
Azərbaycanın kamandan oxatma üzrə idmançısı IV Avropa Oyunlarında iştirak etmək üçün kvota qazanıb

18.06.2026 / 17:35
"Saxta profillər rəqəmsal mühitdə ən ciddi təhlükələrdən biridir" - DİN rəsmisi

18.06.2026 / 17:22
Rusiyanın İranla aviasiya ticarəti yenidən qızışdı... Hələlik 20 helikopter...

18.06.2026 / 17:16
Avropadan Ukraynaya hərbi təyyarələrin yeni axını başladı...

18.06.2026 / 16:59
20 il idarə etdiyi müəssisəni "Korrupsiya" yoxlayır, özünə yeni vəzifə verirlər - MÜƏMMA...

18.06.2026 / 16:52
Azərbaycan və Rusiyanın beynəlxalq təşkilatlarda əməkdaşlıq məsələləri Bakıda müzakirə edildi

18.06.2026 / 16:44
Tramp Yaxın Şərqi şiə-sünni müharibələrinə çəkir - "Böyük 7-lər" niyə susdu...

18.06.2026 / 16:27
Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçirilib

18.06.2026 / 16:19
Tramp İranı hər an yenidən bombalayacağını bəyan etdi...

18.06.2026 / 16:00
Məhkəmə qərarı ilə partiya başqanlığına gətirilmiş Kılıçdaroğlu qurultaydan niyə qorxur?..

18.06.2026 / 15:56
Prezidentin aqrar müşavirəsi liberal iqtisadiyyat yolunda yeni mərhələ açır...

18.06.2026 / 15:31
"Trampla İranın gizli razılaşdıqları başqa bir mətn var" - İddia...

18.06.2026 / 15:19
Abşeronda elektrik naqillərini oğurlayan dəstə ifşa edildi

18.06.2026 / 15:00
Ermənistanın Avropa planı Rusiyanın Türkiyə ilə dəmiryolu bağlantısını gündəmdən silir...

18.06.2026 / 14:40
Paşinyan Aİİ-nin Hökumətlərarası Şurasının iclasında iştirak edəcək

18.06.2026 / 14:37
İki qadının "eqo savaşı" Avropa İttifaqını yaman günə qoyacaq...

18.06.2026 / 14:23
Kılıçdaroğlu öz oğlunun da dəstəyini ala bilmir...

18.06.2026 / 14:13
Tramp İranla saziş imzalanma planını gözlənilmədən dəyişdi...

Prezidentin aqrar müşavirəsi liberal iqtisadiyyat yolunda yeni mərhələ açır...

XƏBƏR ARXİVİ