Bazar ertəsi günü, 05 oktyabr 2026
     

Türkiyənin qış möcüzələrini kəşf edin

Image


Dünyanın ən çox ziyarət edilən beş ölkəsindən biri olan Türkiyə dörd mövsümü tam gözəlliyi ilə yaşaya biləcəyiniz nadir ölkələrdən biridir. Yaz və yay fəsillərindən başqa, qış da Türkiyənin qarla örtülmüş sehrli gözəlliklərini kəşf etmək üçün ideal zamandır. Dünya səviyyəli xizək kurortlarında müxtəlif qış idman növlərindən tutmuş isti və rahat məkanlarda dincəlməyə qədər, Türkiyə unudulmaz qış tətili üçün sonsuz macəralar təqdim edir. Gəlin, Türkiyədə sizi hansı qış məcaralarının gözlədiyini öyrənək.

Xizək və qış idmanlarının həyəcanı

Türkiyədə qış tətillərindən tam zövq almağın ən yaxşı yolu, möhtəşəm dağlar üzərində yerləşən xizək kurortlarıdır. Davamlı qar örtüyü, gözəl yamaclar, dəbdəbəli otellər və yüksək keyfiyyətli avadanlıqları ilə bu kurortlar xizək sürmə, snoubord, heli-xizək kimi müxtəlif qış idman növləri üçün mükəmməldir.

Bursa şəhərindəki Uludağ İstanbulun yaxınlığında yerləşdiyi üçün məşhur olan kurortlardan biridir. Burada kanat yolları, xizək avadanlığı icarəsi kimi üstünlüklər mövcuddur. İstanbuldan asanlıqla çatmaq mümkün olan digər bir məkan isə Kocaelidəki Kartepedir. Bu kurort hər səviyyədə xizəkçilər üçün uyğun yamacları ilə daha sakit və rahat xizək təcrübəsi təqdim edir. Boluda yerləşən Kartalkaya isə böyük şəhərlərə yaxın olan digər bir seçimdir. Gözəl meşələrlə əhatələnmiş bu məkan xizəkçilər üçün xüsusi sahələr və müasir xizək liftləri ilə məşhurdur.

Mərkəzi Anadoluda, Kapadokiya bölgəsinə yaxın yerləşən Erciyes Dağı, 41 xizək trası və müasir infrastrukturu ilə seçilir. Buraya tez-tez təşkil edilən uçuşlarla rahatlıqla çatmaq mümkündür. Şərq istiqamətində isə Erzurumdakı Palandöken Dağı peşəkar xizəkçilər üçün dik yamacları, ölkənin ən uzun xizək trası və yumşaq qar örtüyü ilə fərqlənir. Daha sonra Şərqi Anadolunun qış möcüzələr diyarı olan Karsdakı Sarıqamış kurortu gəlir. Alp dağlarını xatırladan kristal qar örtüyünə sahib Sarıqamış, yaxınlığındakı Çıldır Gölü və qədim Ani şəhəri kimi turistik məkanlarla qışın gözəlliyini və sehrini tam olaraq yaşamağa imkan verir.

Qış sehrinə bürünmüş Kapadokiya

Kapadokiya, Türkiyədə ilin hər fəsli kəşf edilməyə dəyər, sehrli bir diyardır. Müasir imkanlarla lüks butik otellərə çevrilmiş bu qədim mağaralarda, rahat otaqlarda dərin yuxuya dalmaq, isidilən hovuzlarda və spa-saunalarda rahatlamaq, həmçinin Kapadokiyanın yerli üzümündən hazırlanmış bir qədəh şərab içərək kamində isinmək əvəzedilməz bir təcrübədir. Bölgənin zəngin tarixi və mədəni irsi fonunda, sirli yeraltı şəhərlərini ziyarət edə və həmçinin bir keramika emalatxanasında da dərs ala bilərsiniz.

İstanbul mədəniyyətinə səyahət

Qış fəslində İstanbulun mədəni zənginliklərini kəşf etmək üçün ideal vaxtdır. Hər bir küçəsində ənənə və müasirliyin harmoniyasını hiss edəcəyiniz bu şəhər, panoram mənzərələr, tarixi abidələr, ziyarət ediləsi muzeylər, iştirak ediləsi müxtəlif tədbirlər və dadına baxılacaq yerli ləzzətlərlə doludur.

Tarixi Yarımadaya səfər edərək Ayasofya, Yerebatan Sarnıcı kimi şəhərin simvolik binalarını görə və İstanbul Modern, İstanbul Arxeologiya Muzeyi və İstanbul Rəsm və Heykəl Muzeyi kimi məkanlarda müasir incəsənət və tarixin izlərini yaşaya bilərsiniz. Səyahətə başlamazdan əvvəl Atatürk Mədəniyyət Mərkəzi (AKM) kimi müasir incəsənət mərkəzlərinin təqvimini yoxlamağı unutmayın.  Dünyanın ən yaxşı qastronomiya şəhərlərindən biri olan İstanbulda Michelin ulduzlu restoranlarda yemək yeyə və ya qış küçə ləzzətlərinin dadına baxa bilərsiniz. "Salep" və "boza"dan qovrulmuş şabalıd və qarğıdalıya qədər hər bir dad qış mövsümünün fərqli bir zənginliyini təqdim edir.

Qışda günəşli istiqamətlər: İzmir, Antalya

Türkiyənin Egey və Aralıq dənizi bölgələrində qışda da isti bir tətil keçirmək mümkündür. İsti iqlimi ilə ilk dayanacaq, Lonely Planet-in "Best in Travel 2024" siyahısına daxil edilən Egey dənizinin incisi İzmir şəhəridir. Burada bir çox tarixi abidələri ziyarət edə bilər, qış mövsümündə daha da olan cazibədar kəndləri kəşf edə bilərsiniz.

Məsələn, Urlada Michelin ulduzlu restoranlardan birində Egey mətbəxinin ləzzətlərini dadmaq, şərab marşrutundakı üzüm bağlarını ziyarət etmək və dünyanın ən qədim zeytun yağı emalatxanasını görmək mümkündür. Digər tərəfdən, BMT-nin Turizm Təşkilatı tərəfindən "Ən Yaxşı Turizm Kəndləri" siyahısına daxil edilən Şirince, orijinal atmosferi, ləzzətli meyvə şərabları və geniş zeytun bağları ilə qonaqlarını gözləyir. Yaxınlıqda yerləşən qədim Efes şəhəri isə səyahətinizə xüsusi bir cazibə qatacaq.

Daha bir isti məkan, il boyu mülayim iqlimi ilə məşhur olan Türk Rivierasının parlayan ulduzu Antalya şəhəridir. Bu mövsümdə şəhərdəki dəbdəbəli otellər istirahət üçün rahat SPA xidmətləri təqdim edir. Ardınca Aspendos kimi qədim şəhərləri, Köprülü Kanyon kimi təbii gözəllikləri ziyarət edə və Belekdəki yüksək səviyyəli qolf meydançalarında oynaya bilərsiniz.

Əgər qış idmanı ilə məşğul olmaq istəsəniz, narahat olmayın. İsti havanın dadını çıxardıqdan sonra, şəhər mərkəzindən cəmi bir saatlıq məsafədə yerləşən Saklıkent xizək mərkəzində xizək sürə bilərsiniz. Sonda isə dəniz məhsulları, piyaz (lobya salatı) kimi yerli ləzzətləri və ya dünya mətbəxinin dadlı yeməklərini yerli şərabla birlikdə sınağı unutmayın.

SAMİRƏ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

04.10.2026 / 21:03
Bir dəyişilməz həqiqət var: Azərbaycana günəş Azərbaycandan doğur!

04.10.2026 / 20:15
Almaniya kansleri Merts Kiyevdən Putinə səsləndi - Cənab Putin, mənasız müharibəni dayandırın…

04.10.2026 / 18:48
Polşa və Rumıniya Ukrayna taxılının tranzitini artırmaqdan rəsmən imtina etdi…

04.10.2026 / 18:14
Moskvada kommunistlərin etiraz aksiyasında ən azı 65 nəfər saxlandı…

04.10.2026 / 17:27
“Bəzi ölkələr Rusiya ilə Ermənistan arasında münasibətləri pisləşdirməyə çalışırlar” - Medvedev

04.10.2026 / 15:35
Şröder Rusiyada hipermarket şəbəkəsində yüksək vəzifəyə təyin olundu, almanlar üsyan etdi - "utanmaz"…

04.10.2026 / 14:51
Pakistan Yəmən müharibəsində Səudiyyənin tərəfini seçdi – dörd təyyarə silah və texnika göndərdilər…

04.10.2026 / 14:25
Putindən Qərbə sərt xəbərdarlıq - Kalininqrada təhlükə yaranarsa, bütün silah arsenalımızdan istifadə edəcəyik…

04.10.2026 / 13:45
İran BƏƏ-yə xəbərdarlıq etdi – adalardan əl çəkin…

04.10.2026 / 13:12
Rusiya raket və dronları Moldova hava məkanını pozdu – Kişinyov Moskvaya nota verdi…

04.10.2026 / 12:37
BMT Baş Assambleyasından sonra ABŞ qalan iki İran diplomatını da ölkədən qovdu…

04.10.2026 / 11:54
Tokayevdən hərbi təlimlərdə 14 əsgərin ölümünə görə yeni qərar - Baş Qərargah rəisi, nazir müavini və HDQ komandanı işdən çıxarıldı...

04.10.2026 / 11:37
İlham Əliyev nə deməli idi?! Deməli idi müftə aldığımız şeylərə görə hamının qabağında gözü kölgəli, başı aşağıyıq?!...

04.10.2026 / 11:22
Prezident İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı -VİDEO

04.10.2026 / 11:20
Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir - Vüqar Rəhimzadə

04.10.2026 / 10:35
Putin Kadırova ordu generalı rütbəsi verdi...

04.10.2026 / 09:47
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər yaxalandı

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ