Bazar ertəsi günü, 05 oktyabr 2026
     

“Bəyaz gecələr”in müəllifi belə müğənni idi...

Image


Fərman Qarabağlı: "Səyyad Əlizadənin oxuduğu mahnılar içində "Bəyaz gecələr" xalq tərəfindən çox sevilirdi" 

Hər müğəni ifası ilə yadda qala bilmir. O qədər müğənnilər gəlib-gedib ki, özündən bir iz qoymayıb. Amma elə müğənnilər də var ki, ifa etdiyi bir mahnıya görə belə, yaddaşlarda qala bilib, tamaşaçı və dinləyicilər onun ifasını bu gün də sevgi ilə dinləyir. 

30 sentyabr 2021-ci ildə koronavirusdan dünyasını dəyişən tanınmış müğənni Səyyad Əlizadə sonunculardandır. Qalmaqaldan uzaq həyat  yaşamış müğənni yalnız ifaları və yüksək mədəniyyəti, səliqəli geyim tərzi ilə yadda qalıb. 

S.Əlizadə tamaşaçı, dinləyici məhəbbəti qazanan müğənni olduğu üçün onu hər zaman xatırlamaq, yada salmaq olar. 

Əslən Füzuli rayonunun Arayatılı  kəndindən olan, hazırda Bakıda yaşayan "Bakı-Xəbər"in təəssübkeş oxucusu və təbliğatçısı, redaksiyamızın yaxın dostu Fərman Qarabağlı (Süleymanov) bu günlərdə bizimlə əlaqə saxlayaraq S.Əlizadəni xatırlamaq istədiyini bildirdi. F.Qarabağlı dedi ki, gözəl, məlahətli səs sahibini indiki nəslin də tanıması çox gərəklidir. "Bəyaz gecələr"lə qəlblərdə yaşayan Səyyadın ipək kimi yumşaq, həlim səsi vardı. Hər bir xanəndənin, müğənnin xalq tərəfindən sevilən bir oxumağı olur. Yaqub Məmmədovun "Mənsuriyyə"si, Qədir Rüstəmovun "Sona bülbüllər"i, Süleyman Abdullayevin  (Dədə Süleyman) "Sarənc"i yadda qalıb. Dədə Süleyman "Sarənc"i  "Xaric seygah" yerində oxuyurdu.  Mən Səyyadı müğamat oxuyan xanəndələrlə müqayisə etmirəm. Səyyad mahnı oxuyan idi. Səyyad Əlizadənin oxuduğu mahnılar içində "Bəyaz gecələr" xalq tərəfindən çox sevilirdi. 1994-cü ildə hansı audio kaset satılan dükanın yanından keçirdimsə, hamısında "Bəyaz gecələr" səslənirdi. Bir dəfə satıcılardan birinə yaxınlaşıb soruşdum ki, nə üçün bütün satış köşkələrində "Bəyaz gecələr"i oxudurlar? Bu mənə  çox maraqlı idi. Satıcı mənə cavab verdi ki, bu mahnının yer aldığı kasetlər çox yaxşı satılır və pulu bu kasetin satışından qazanırıq. Yəni tələbat o qədər çox idi. Bu mahnını oxuyanın kimliyi ilə də maraqlandım. Satıcı dedi ki, oxuyan Səyyad Əlizadədir. Hansı rayondan olduğunu soruşduqda satıcı "Qarabağdandır, Füzuli rayonundandır" dedi. Mən Füzulidən olan yaxın adamlardan maraqlanıb soruşdum ki, Səyyad kimdir? Dedilər necə kimdir, tanıyırsan, bizim Şıxbaba kəndindəndir. Soruşdum ki, Əşrəf dayının oğlu Səyyaddır, dedilər hə. 

Təəssüflər olsun ki, Şıxbaba kəndinə Babı kəndi deyirlər. Qarabulaq rayonunun adını Füzuli qoyduqları kimi, Şıxbaba kəndinin də adına Babı deyirlər. Şıxbabanın yerli camaatı keçmiş müharibələr vaxtı köçüb Ağdam tərəfdə məskunlaşıb. Şıxbabanın 1000-dən artıq yaşı olan qəbiristanlığı, məscidi, minarəsi, Şıxbabanın məqbərəsi var. Şıxbabanın əzəmətli məqbərəsi hansısa İran şahı tərəfindən düzəltdirilib. Bizim kənddə Kamil kişi vardı, çoxları ona Kamil dayı deyirdi. Çox səliqəli geyinən ağayana bir kişi idi. Mənimlə yaxşı münasibəti vardı. Bir gün mənə dedi ki, niyə Səyyad başqa bir şey oxumur. Dedim ki, ay Kamil dayı, oxuyur, niyə oxumur, ancaq camaat "Bəyaz gecələr"i daha çox istəyir. 

2004-cü ildə televizorda Səyyad "Segah-Zabul" təsnifi oxuyurdu. Tez Kamil dayıya zəng edib dedim ki, televozoru aç bax, Səyyada qulaq as. Sonra Kamil dayıdan "Səyyad necə oxudu"-deyə soruşduqda "çox yaxşı oxudu" dedi"-deyə bildirən F.Qarabağlı qeyd etdi ki, Birinci Qarabağ müharibəsi dövründə S.Əlizadə əsgərlərə çoxlu konsertlər verib. 

Səyyad Əlizadənin əməkdar artist Mətanət İsgəndərli ilə ilk dəfə çox maraqlı klip çəkdirdiyini xatırladan F.Qarabağlı qeyd etdi ki, "Gözləyirəm  yolunu" mahnısına çəkilən klip indi də maraqla qarşılanır. Səyyad Əlizadənin çoxlu maraqlı klipləri olduğunu deyən F.Qarabağlı bildirdi ki, bu gün onlar hamısı maraq cəlb edir. "Mən neçə illərdir, ardıcıl olaraq Rusiyanın kurort şəhərlərinə - Kislovodsk, Yessentuki sanatoriyalarına istirahətə gedirəm. İndinin özündə axşamlar musiqi ifa edilən yerə gedib maraqla tamaşa edirəm. Musiqi cihazlarını idarə edən qızlara Azərbaycan musiqi sifariş verəndə yenə də Səyyad Əlizadənin manılarını oxudurlar, "Bəyaz gecələr"ə uzaq Rusiyada da qulaq asırlar. 

Səyyad Əlizadənin çox hörmətli jurnalist Telli Pənahqızı ilə yaxın dostluğu vardı. Hətta birgə bizim Şıxbaba kəndinə klip çəkilişinə də gəlmişdilər. Musiqisi Səyyad Əlizadənin olan "Dolanım başına" mahnısı da yaddan çıxmazdır. Bu mahnıya Səyyad Əlizadə Mənzurə Musayeva ilə birgə gözəl klip çəkdirib. Ümumiyyətlə, Səyyadın çox xanım müğənnilərlə gözəl klipləri var. 

1988-ci ildə ovaxtkı Respublika Sarayında (Heydər Əliyev Sarayı) "İstedadlar axtarırıq" müsabiqəsində Səyyad yuxarı yerlərdən birini tutdu. 1989-cu ildə isə filarmoniyada keçirilən müsabiqədə qalib oldu. Səyyad Əlizadənin oğlu Atabəy atasının sənət yolunu davam etdirir, o da gözəl oxuyur. Onu bu günlərdə televiziya kanallarından birində xalq tərəfindən sevilən, Azərbaycanın ilk "toylar kralı" titulunu qazanmış Manaf Ağayevlə bir verlişdə gördüm. Səsini çox bəyəndim. Atabəyə uğurlar arzulayıram!"-deyə F. Qarabağlı bildirdi. 

İradə SARIYEVA 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

04.10.2026 / 21:03
Bir dəyişilməz həqiqət var: Azərbaycana günəş Azərbaycandan doğur!

04.10.2026 / 20:15
Almaniya kansleri Merts Kiyevdən Putinə səsləndi - Cənab Putin, mənasız müharibəni dayandırın…

04.10.2026 / 18:48
Polşa və Rumıniya Ukrayna taxılının tranzitini artırmaqdan rəsmən imtina etdi…

04.10.2026 / 18:14
Moskvada kommunistlərin etiraz aksiyasında ən azı 65 nəfər saxlandı…

04.10.2026 / 17:27
“Bəzi ölkələr Rusiya ilə Ermənistan arasında münasibətləri pisləşdirməyə çalışırlar” - Medvedev

04.10.2026 / 15:35
Şröder Rusiyada hipermarket şəbəkəsində yüksək vəzifəyə təyin olundu, almanlar üsyan etdi - "utanmaz"…

04.10.2026 / 14:51
Pakistan Yəmən müharibəsində Səudiyyənin tərəfini seçdi – dörd təyyarə silah və texnika göndərdilər…

04.10.2026 / 14:25
Putindən Qərbə sərt xəbərdarlıq - Kalininqrada təhlükə yaranarsa, bütün silah arsenalımızdan istifadə edəcəyik…

04.10.2026 / 13:45
İran BƏƏ-yə xəbərdarlıq etdi – adalardan əl çəkin…

04.10.2026 / 13:12
Rusiya raket və dronları Moldova hava məkanını pozdu – Kişinyov Moskvaya nota verdi…

04.10.2026 / 12:37
BMT Baş Assambleyasından sonra ABŞ qalan iki İran diplomatını da ölkədən qovdu…

04.10.2026 / 11:54
Tokayevdən hərbi təlimlərdə 14 əsgərin ölümünə görə yeni qərar - Baş Qərargah rəisi, nazir müavini və HDQ komandanı işdən çıxarıldı...

04.10.2026 / 11:37
İlham Əliyev nə deməli idi?! Deməli idi müftə aldığımız şeylərə görə hamının qabağında gözü kölgəli, başı aşağıyıq?!...

04.10.2026 / 11:22
Prezident İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı -VİDEO

04.10.2026 / 11:20
Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir - Vüqar Rəhimzadə

04.10.2026 / 10:35
Putin Kadırova ordu generalı rütbəsi verdi...

04.10.2026 / 09:47
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər yaxalandı

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ