Bazar ertəsi günü, 05 oktyabr 2026
     

“Azərbaycan Atabəyləri”

Image


Son günlər Azərbaycan incəsənəti tarixindən baş verən önəmli hadisələrdən biri də "Azərbaycan Atabəyləri" filiminin premyerası oldu. Azərbaycan Televiziyası, "Şahdağfilm" və Türkiyənin "İkinciYeni Film" prodüser şirkətlərinin birgə istehsalı olan belə bir bədii-sənədli filmin ərsəyə gəlməsi milli kinematoqrafiyamızın salnaməsinə qızıl hərflərlə yazıldı və düşünürəm ki, bütün türk dünyasında böyük əks-səda yaradacaq. 

Ümumiyyətlə, Azərbaycanda tarixi kinonun ənənəsi güclü və zəngin deyil. İstər keçmiş Sovet dövründə, istərsə də müstəqillik əldə etdiyimiz gündən bəri hesablasaq, barmaqla sayılacaq tarixi filmlər çəkilib ki, bunların da əksəriyyəti bədii-estetik, dramaturji, ssenari, eləcə də, rejissor  və aktyor işi baxımından  uğursuzdur. Ümumiyyətlə, Erkən Orta Əsrlər Azərbaycan mədəniyyəti, yaşayış tərzi kinolarımızda demək olar ki, öz əksini tapmayıb. 

Bu günə qədər Atabəylər dövləti milli kinematoqrafiyamızın diqqətindən kənarda qalıb. Lakin çox əhəmiyyətli olan və xüsusilə Səlcuqlar dövründə bu coğrafiyaya bu qədər tarixi şəxsiyyətlərin bəyaz pərdəyə çıxması baxımından "Azərbaycan Atabəyləri" filiminin kinematoqrafiyamızda mövcudiyyəti böyük önəm daşıyır.  Həmin dövrlə bağlı yeganə "Nizami" filmi çəkilib. O da Sovet ideologiyasının diqtəsi ilə… 

Film barədə qısa məlumat kimi qeyd edək ki, adından göründüyü kimi sözü gedən filmdə 1136–1225-ci illərdə Azərbaycanı, Şərqi Anadolunu, Şimali İraqı, İranı və Cibəli idarə etmiş tarixi dövlət olan Atabəylər dövlətinin qurucusu Atabəy Şəmsəddin Eldəniz və Azərbaycanın I böyük atabəyi Qara Sunqurun həyatından bəhs olunur.

Filmin quruluşçu rejissoru Məcid Güvən, ssenari müəllifləri Sərvər Bayramov, İlqar Mehti, Səxavət Sahil və Ərcan Kayadır. Prodüserlər eyni ilə İlqar Mehti, Sərvər Bayramov və "İkinciYeniFilm"i təmsil edən Furkan Bəsli, quruluşçu rəssam isə Zəfər Malkoçdur. 

Filmdə dünya şöhrətli döyüşçü Şəmsəddin Eldəniz rolunda dünya şöhrətli əlbəyaxa döyüş ustası Zabit Səmədov, Qara Sunqur rolunda İlqar Mehti  çəkiliblər. Digər əsas rollarda isə "Xalq artisti" Mehriban Əzki (Möminə Xatun), "Əməkdar artist" Bəhruz Vaqifoğlu (Məhəmməd Cahan Pəhləvan), Jalə Həsənli (Zübeydə Xatun), Günay Əhməd (Laçın), Tural Əhməd (Arslan Şah), İlqar Musayev (Candar Çavlı), Səmimi Fərhad (Vəzir Əl-Xəzni), Samir Qulamov (Gəncər bəy), Salam İsmayılov (Şeyx İmad), Türkay Cəfərli (Şeyx İmadın köməkçisi), Rəşad Kəsəmənli (Sərkərdə), Hidayət Əliyev (Sultan Məsud) və digər sənətçilər yer alıblar. 

Filmdə 100-dən çox aktyor epizodları canlandırıb, ümumilikdə isə heyətdə 500 nəfərdən çox insan çalışıb. Kadrarxası mətni "Xalq artisti" Fəxrəddin  Manafov səsləndirib.

"Azərbaycan Atabəyləri" filmi tariximizə də yeni faktlar gətirib. Bu, Şəmsəddin Eldənizlə Gəncə hakimi arasında əlaqədir. Süjet ayrı-ayrılıqda inkişaf etdirilsə də, filmdə vahid kontekstdə əks olunub.

Filmdə emosional və məzmunca güclü, təsirli səhnələr, dialoqlar təkcə peşəkar akyor oyununun yox, eyni zamanda dəqiq seçilmiş planlar, rakurslar, montaj həlli, mənalı pauzalar, rəssam işi və s. sayəsində baş tutur. Obrazların lakonik dialoqu, effektiv, dolğun portret planları, psixoloji mizanlar filmin mahiyyətini dəqiq xarakterizə edir.

Ümumiyyətlə, kişi obrazların qəhrəmana, cəngavərə xas xarizması, duruşu, ikinci plandakı mükəmməl oyunları, çətin psixoloji vəziyyətlərdə sükutla, bədən diliylə təmkinli ifa, gözlərlə danışmaq, səsinin, intonasiyasını gücü, soyuqqanlı və emosional vurğuları doğru zamanlaya bilməsi, o cümlədən mükəmməl döyüş səhnələri filmin uğurunu təmin edir.

Məlumdur ki, tarixi filmləri yaddaqalan edən təkcə məzmunu deyil, həm də cəlbedici döyüş səhnələridir. "Azərbaycan Atabəyləri" filmində istər aktyorların geyimləri, özlərini əsl Orta Əsrlərdə yaşamış igidlər kimi göstərməsi, həyacanlı aksion səhnələri yaratmaq qabiliyyətləri və səs effektləri vacib kriteriyalar göz önünə gəlir. 

Bu baxımdan filmdə aktyorların kameranın önündə obrazı yaşaması, bu rolları tamaşaçıların yaddaşına o dövrdən gəlmiş həqiqi  qəhrəmanlar kimi həkk edir. Xüsusən, Qara Sunqur və Şəmsəddin Eldənizin önə çıxarılan keyfiyyətləri isə tarixdə oynadıqları rolla bənzərlik təşkil edir. Qara Sunqurun  dövlətin təməllərini qoyan həm savaşçı, həm qurucu lider keyfiyyətləri, Eldənizin isə gələcəkdə Şəms-əd Din (dinin günəşi) titulu alması üçün dini və milli dəyərləri qılıncla qorumaq cəsarəti, obrazların tarixi şəxsiyyətlərlə tamamlanması kimi yadda qalır.

Son zamanlar Azərbaycan efirlərində milli mentalitet, xüsusən ailə dəyərlərimizə böyük zərbə vuran verilişlərin çoxluq təşkil etməsi, sosial şəbəkələrdə insanların necə "insanlıqdan çıxması"nı demək olar ki, hamımız böyük təəssüf hissi ilə müşahidə edirik. 


Filmi seyr etdikcə adam həqiqətən o illərə, ailə dəyərlərinin möhkəm olduğu zamana getmək istəyir. Çünki bu film zəmanəmizin insanını o dövrə aparmaqla yanaşı, bu günki dəyərlərimiz arasında birbaşa bağın  mövcud olmasına inandırır. Bugünkü ictimai-siyasi reallıqlar fonunda kinematoqrafçılarımızın yaratdığı bu cür dəyərli kino əsərləri milli-mənəvi dəyərlərimizin təbliğində və yetişməkdə olan gənc nəslin təlim-tərbiyəsində əhəmiyyəti çox böyükdür.

Çünki tarixdə Azərbaycan ilk dəfə Atabəylər dövründə bütövləşib. Bu mənada filmin ideyası və hədəfi tarixi yaddaşımızın təzələsə də, bu yaddaş üzərində həm də gələcəyimiz qurulacaq. Xüsusi təmkinliklə hadisələrə izahat verilməsi, o dövr barədə əhatəli təsəvvür yaratmaq üçün olduqca vacibdir. 

Filmdə diqqəti cəlb edən məsələlərdən biri də Zəngəzur yolu ilə karvanların işləməsini əks etdirən epizodlardır ki, onlar tarixi həqiqət olmaqla yanaşı bu günümüzə verilən ismarıclardır.

Son illər dünya kinematoqrafiyasında tarixi mövzularda çoxlu uğurlu filmlər ərsəyə gətirlib. Xüsusən, qardaş Türkiyədə bu janrda çəkilən filmlərə tamaşa etdikcə içimdə bir həzin qibtə hissi yaranırdı. Ona görə də, tariximizi özündə əks etdirən, yeni dövrdə yeni ənənələrə söykənən filmlərimizin meydana çıxmasını səbirsiliklə gözləyirdim. Baxmayaraq ki, bunun o qədər də asan məsələ olmadığı bir həqiqətdir. Amma əsas ilk addımı atmaq idi. "Azərbaycan Atabəyləri" filmini izlədikdən sonra əmin oldum ki, nəhayət bu istiqamətdə uğurlu bir addım atmağı bacardıq. Bu baxımdan,  "Azərbaycan Atabəyləri" olduqca böyük nailiyyətdir. Ona görə də, başda Azərbaycan Televiziyası olmaqla filmin ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkür edirəm.

İltifat HACIXANOĞLU




VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

04.10.2026 / 21:03
Bir dəyişilməz həqiqət var: Azərbaycana günəş Azərbaycandan doğur!

04.10.2026 / 20:15
Almaniya kansleri Merts Kiyevdən Putinə səsləndi - Cənab Putin, mənasız müharibəni dayandırın…

04.10.2026 / 18:48
Polşa və Rumıniya Ukrayna taxılının tranzitini artırmaqdan rəsmən imtina etdi…

04.10.2026 / 18:14
Moskvada kommunistlərin etiraz aksiyasında ən azı 65 nəfər saxlandı…

04.10.2026 / 17:27
“Bəzi ölkələr Rusiya ilə Ermənistan arasında münasibətləri pisləşdirməyə çalışırlar” - Medvedev

04.10.2026 / 15:35
Şröder Rusiyada hipermarket şəbəkəsində yüksək vəzifəyə təyin olundu, almanlar üsyan etdi - "utanmaz"…

04.10.2026 / 14:51
Pakistan Yəmən müharibəsində Səudiyyənin tərəfini seçdi – dörd təyyarə silah və texnika göndərdilər…

04.10.2026 / 14:25
Putindən Qərbə sərt xəbərdarlıq - Kalininqrada təhlükə yaranarsa, bütün silah arsenalımızdan istifadə edəcəyik…

04.10.2026 / 13:45
İran BƏƏ-yə xəbərdarlıq etdi – adalardan əl çəkin…

04.10.2026 / 13:12
Rusiya raket və dronları Moldova hava məkanını pozdu – Kişinyov Moskvaya nota verdi…

04.10.2026 / 12:37
BMT Baş Assambleyasından sonra ABŞ qalan iki İran diplomatını da ölkədən qovdu…

04.10.2026 / 11:54
Tokayevdən hərbi təlimlərdə 14 əsgərin ölümünə görə yeni qərar - Baş Qərargah rəisi, nazir müavini və HDQ komandanı işdən çıxarıldı...

04.10.2026 / 11:37
İlham Əliyev nə deməli idi?! Deməli idi müftə aldığımız şeylərə görə hamının qabağında gözü kölgəli, başı aşağıyıq?!...

04.10.2026 / 11:22
Prezident İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı -VİDEO

04.10.2026 / 11:20
Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir - Vüqar Rəhimzadə

04.10.2026 / 10:35
Putin Kadırova ordu generalı rütbəsi verdi...

04.10.2026 / 09:47
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər yaxalandı

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ