Cümə axşamı günü, 13 avqust 2026
     

Mədəniyyət Nazirliyi musiqi müəllimlərinin "canına vəlvələ salıb"…

Image


Kamran Əsədov: "Musiqi müəllimləri üçün attestasiyanın qəfil elan olunması və qısa hazırlıq müddəti onların peşəkar hazırlığına ciddi təsir göstərə bilər"

Muzey Mərkəzində keçirilən brifinqdə Mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov fevral ayının 3-dən başlayaraq musiqi müəllimlərinin attestasiyadan keçiriləcəyi barədə məlumat verib. 

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin tabeliyindəki musiqi, incəsənət məktəb və mərkəzlərində çalışan müəllimlərin attestasiyası keçiriləcək. Nazirlikdən verilən məlumata görə, attestasiyada məqsəd müəllimlərin peşə səriştə və bacarıqlarının ölçülməsi, ixtisasına, sənətinə müvafiq olaraq tutduqları vəzifəyə uyğunluğunun müəyyənləşdirilməsi və optimal müəllim heyətinin formalaşdırılmasıdır. Qiymətləndirmənin ümumilikdə ölkə üzrə 2025–2026-cı illər ərzində keçirilməsi planlaşdırılır. İlk mərhələdə fortepiano və musiqi nəzəriyyəsi ixtisasları, daha sonra digər ixtisaslar üzrə attestasiya aparılacaq.

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, Sumqayıtda yaşayan bir qrup müəllim attestasiya ilə bağlı bəzi məqamlara etiraz edib. Onlar bildiriblər ki, bir əsərin öyrənilməsinə ən azı üç ay vaxt tələb olunur. Amma onlara çox az vaxt verilib: "Qısa müddət ərzində biz o qədər əsərləri necə öyrənib çatdıracağıq? Digər fənn müəllimlərini sertifikasiyadan keçirəndə imtahanın vaxtı və proqram əvvəldən elan olunur. Bizsə çıxılmaz vəziyyətdəyik. Qəfil açıqlama verdilər ki, musiqi müəllimlərini attestasiyadan keçirəcəklər".

Müəllimlər qeyd ediblər ki, attestasiya xəbəri yayılandan bir müəllim insult keçirib, hazırda xəstəxanadadır: "Musiqi müəllimləri 12 dərs saatına görə 450 manat maaş alır. Bu məbləğə işləməyə razıyıq. İndi də bizə deyirlər ki, imtahan olacaq, imtahandan kəsilənlərlə əmək müqaviləsinə xitam veriləcək. Müəllimlərimizdən biri bu xəbəri eşidəndən sonra insult keçirib, hazırda xəstəxanadadır. Heç digər müəllimlərin sertifikasiyasında belə sərt qaydalar yoxdur. Onlara bir il şans verilir. Bizi imtahan edəcəklər, amma bilmirik imtahana hansı əsərlər salınacaq".

Görəsən, müəllimlərin 1 ay ərzində attestasiyaya hazırlaşması mümkündürmü?

"Musiqi müəllimlərinin attestasiyası məsələsində beynəlxalq təcrübədən nümunə götürülərək, bu proses həm şəffaf, həm də effektiv şəkildə təşkil edilməlidir"

Təhsil eksperti Kamran Əsədov "Bakı-Xəbər"ə şərhində bildirdi ki, musiqi və incəsənət məktəblərində çalışan müəllimlərin attestasiyası son illər təhsil sahəsində müzakirə edilən əsas mövzulardan biridir. Bu prosesin məqsədi müəllimlərin bilik və bacarıqlarını obyektiv şəkildə qiymətləndirmək, təhsilin keyfiyyətini artırmaqdır: "Lakin attestasiyanın təşkilati tərəfləri, xüsusilə də proqramın vaxtında elan edilməməsi və hazırlıq müddətinin qısa olması müəllimlər arasında narazılığa səbəb olur. Sumqayıtda bir qrup musiqi müəlliminin etirazı da bu problemlərin mövcudluğunu açıq şəkildə göstərir. Musiqi müəllimlərinin hazırlığı adi fənn müəllimlərindən fərqlənir. Musiqi ifaçılığı xüsusi zaman, təcrübə və praktika tələb edir. Müəllimlərin dediyi kimi, bir musiqi əsərinin mükəmməl ifası üçün ən azı üç ay vaxt lazımdır. Bu, yalnız musiqinin notlarına hakim olmaq deyil, əsərin emosional məzmununu və texniki çətinliklərini də mənimsəməyi əhatə edir. Attestasiyada tələb olunan əsərlərin siyahısı çox genişdirsə və bu siyahı qısa müddət ərzində təqdim edilibsə, müəllimlərin narahatlığı haqlıdır. Belə yanaşma nəinki onların hazırlığını çətinləşdirir, həm də nəticələrin obyektivliyinə kölgə sala bilər".

Həmsöhbətimiz bildirdi ki, Azərbaycanın təhsil sahəsində aparılan sertifikasiya və attestasiya prosesləri ümumilikdə müəllimlərin peşəkar inkişafını təşviq etməyə yönəlib. Lakin bu proseslərin təşkilində bir sıra problemlər mövcuddur. Ölkəmizdə müəllimlərin sertifikasiyasının əsas məqsədlərindən biri təhsildə keyfiyyəti yüksəltməkdir. Bu məqsəd beynəlxalq təcrübəyə uyğun olsa da, həyata keçirilmə üsulları çox vaxt problemin həllindən çox, yeni çətinliklər yaradır: "Misal üçün, Azərbaycan Təhsil Nazirliyinin məlumatına görə, son illərdə orta məktəb müəllimlərinin sertifikasiyası zamanı hazırlıq mərhələsində bəzi narazılıqlar qeydə alınıb. Bənzər problemlər musiqi və incəsənət məktəblərində də müşahidə olunur. Dünya təcrübəsində müəllimlərin sertifikasiyası və attestasiyası üçün xüsusi mexanizmlər tətbiq olunur. Məsələn, Finlandiya və Sinqapur kimi təhsildə qabaqcıl olan ölkələrdə müəllimlərin attestasiya prosesləri uzunmüddətli və mərhələli şəkildə həyata keçirilir. Bu ölkələrdə müəllimlərə hazırlıq üçün kifayət qədər vaxt verilir və proqram tələbləri aylar öncədən açıqlanır. Finlandiyada müəllimlərin peşəkarlığını qiymətləndirmək üçün nəzəri biliklərlə yanaşı, praktiki təcrübə və şəxsiyyətin pedaqoji potensialı da nəzərə alınır. Musiqi müəllimlərinin qiymətləndirilməsində isə xüsusi proqramlar tətbiq olunur. Məsələn, ABŞ-da musiqi müəllimləri üçün nəzərdə tutulan "National Association for Music Education" (NAfME) proqramı müəllimlərin praktiki və nəzəri biliklərini balanslaşdırılmış şəkildə qiymətləndirir və nəticələrin obyektivliyini təmin edir. Azərbaycan təcrübəsinə gəldikdə, musiqi müəllimləri üçün attestasiyanın qəfil elan olunması və qısa hazırlıq müddəti onların peşəkar hazırlığına ciddi təsir göstərə bilər. Musiqi müəllimləri yalnız pedaqoji biliklərə deyil, həm də yüksək ifaçılıq bacarığına sahib olmalıdırlar. Bu bacarıqların dəyərləndirilməsi isə yalnız mükəmməl planlanmış və şəffaf bir proseslə mümkündür. Əgər proqram tələbləri çox genişdir və müəllimlərə kifayət qədər vaxt verilmirsə, bu, onların həm psixoloji, həm də peşəkar vəziyyətinə mənfi təsir edəcək. Attestasiyanın məqsədi müəllimlərin zəif tərəflərini müəyyənləşdirərək onları inkişaf etdirmək və peşəkar standartları yüksəltmək olmalıdır. Bunun üçün bir neçə vacib addım atılmalıdır. Attestasiya proqramı ən azı altı ay öncədən elan edilməli, müəllimlərə hazırlıq üçün kifayət qədər vaxt tanınmalıdır. Proqram tələbləri müəllimlərin gündəlik iş praktikasına uyğun olmalı, real imkanlar nəzərə alınmalıdır. Həmçinin, attestasiya prosesi zamanı təkcə ifaçılıq deyil, həm də nəzəri biliklər və pedaqoji bacarıqlar balanslaşdırılmış şəkildə qiymətləndirilməlidir, beynəlxalq təcrübədən istifadə olunaraq, musiqi müəllimlərinin qiymətləndirilməsi üçün müasir metodikalar tətbiq edilməlidir.

Bütün bu məsələlər nəzərə alınmadığı halda, attestasiya müəllimlərin narazılığını artıracaq və onların peşəkar motivasiyasını azaldacaq. Əksinə, düzgün planlanmış və şəffaf bir qiymətləndirmə sistemi həm təhsilin keyfiyyətinə, həm də müəllimlərin peşəkar inkişafına müsbət təsir göstərə bilər. Musiqi müəllimlərinin attestasiyası məsələsində beynəlxalq təcrübədən nümunə götürülərək, bu proses həm şəffaf, həm də effektiv şəkildə təşkil edilməlidir. Bu, müəllimlərin etimadını qazanmaq və təhsil sahəsində keyfiyyət artımı əldə etmək üçün vacibdir".

Günel CƏLİLOVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycan və ABŞ prezidentləri arasında telefon danışığı olub

Təhsil Nazirliyini iki yeni münaqişə gözləyir...

Ermənistan “rus ayısının pəncəsində” - Avropanın gözü qarşısında “param-parça” edilir...

SON XƏBƏRLƏR

12.08.2026 / 23:34
"Raket və dronlarımızın 75%-dən çoxunu istifadə etməmişik" - İranlı general ABŞ-a meydan oxudu...

12.08.2026 / 22:19
İran Məkkə sazişınə qoşula biıər?

12.08.2026 / 22:09
Zaxarova Zelenskinin İrəvandakı bəyanatından hələ də qıcıqlanır

12.08.2026 / 21:53
Fransa müstəmləkələri ilə bağlı Bakıdan önəmli təşəbbüs - BMT yenidən müdaxilə etməlidir...

12.08.2026 / 21:35
Rusiya ilə Britaniya arasında birbaşa toqquşma risqi - Gerasimov ingilis həmkarının zənglərinə cavab vermir...

12.08.2026 / 21:12
Naxçıvan möcüzəsi - blokadadan regional nəqliyyat-tranzit mərkəzinə qədər...

12.08.2026 / 20:34
Tramp bütün dünyaya elan etdi - ABŞ ordusu Hörmüz boğazında nəzarəti tam ələ keçirdi...

12.08.2026 / 20:20
Bugünkü Günəş tutulmasının hesablaması dəccalizmin tezliklə bitəcəyini xəbər verir

12.08.2026 / 19:25
Xaçmazda divarlara narkotik vasitələri təbliğ edən yazılar yazan üç nəfər yaxalandı

12.08.2026 / 19:12
Xocavənddə buldozer minaya düşüb, 2 nəfər yaralandı...

12.08.2026 / 18:58
Putin orduya Qərb ölkələrinə cavab vermək əmri verdi - gəmiləri ələ keçirin!...

12.08.2026 / 18:44
Türkiyə parlamentinin "PKK qanunu" kağız üzərində qala bilər...

12.08.2026 / 18:24
Ukraynanın dron hücumundan sonra Novorossiyskdəki taxıl terminalı fəaliyyətini dayandırdı

12.08.2026 / 18:15
XIX əsr Qarabağ memarlığının nadir nümunələri - Ağdamın Abdal-Gülablı kəndində Kərbəlayi Səfixan Qarabağinin məscid və hamam kompleksi...

12.08.2026 / 17:58
Ukrayna Rusiyanın Novorossiyskdəki hərbi dəniz bazasını da vurdu...

12.08.2026 / 17:46
Türkiyədə F-16 qırıcısı qəzaya uğradı...

12.08.2026 / 17:35
İran Hörmüzün açılmasına görə ABŞ-a yeni tələblər qoydu...

12.08.2026 / 17:04
Süriyadakı rus bazaları barədə razılaşma ilə eyni vaxtda Əsədə ölüm hökmü çıxarıldı...

12.08.2026 / 16:53
Tramp NATO Zirvəsindən "İranı vurun" əmrini bu səbəbdən verdi - qurulmuş plan...

12.08.2026 / 16:46
Naxçıvan Zəngəzur dəhlizinin açılmasında ən vacib rollardan birini oynayır - Yunus Oğuz

12.08.2026 / 16:41
Ermənistan və İran arasında müəmmalı "TRIPP anlaşması"...

12.08.2026 / 16:25
Naxçıvanda ictimai nəqliyyat yeniləndi - 72 elektrikli avtobus...

12.08.2026 / 16:17
Prezident bölgənin gələcək siyasi-iqtisadi xəritəsini elan etdi!

12.08.2026 / 16:11
Ermənistanda yeni konstitusiya ilə bağlı məsələ hərəkətə gəldi...

12.08.2026 / 15:42
Vergi hüquqpozmalarının sayı sürətlə artır...

12.08.2026 / 15:26
Naxçıvanın imkanları TRIPP marşrutunu bütövləşdirir...

12.08.2026 / 15:09
Ukrayna Qara dənizdə qazax nefti daşıyan tankerlərə hücumları dayandırdı - neft nəhəngindən Trampa zəng...

12.08.2026 / 14:54
Qars-İqdır-Naxçıvan dəmiryolu “dəhlizlər diplomatiyasında” önəmli yer tutur...

12.08.2026 / 14:40
TRIPP-ə qarşı sürətlənən Araz dəhlizi

12.08.2026 / 14:27
Azərbaycanda buğda istehsalı hələ də problem içində qalıb...

12.08.2026 / 14:10
Paşinyanın keşişlərlə son döyüşü...

12.08.2026 / 13:48
“Nar” ən yüksək nəticə göstərən abituriyentləri mükafatlandıracaq

12.08.2026 / 13:35
Tehran Bakıya minnətdarlıq etdi - Pezeşkian Azərbaycanla əlaqələrə yeni yanaşma tətbiq edir...

12.08.2026 / 13:20
“Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin (DSD İB) “Dənizçi şəhid ailələri ilə iş” layihəsi çərçivəsində növbəti tədbir keçirilib

12.08.2026 / 13:14
Ukrayna Putinin iqamətgahındakı S-400 və elektron müharibə sistemlərini vurdu - 1,5 milyardlıq lüks saray müdafiəsiz qaldı…

12.08.2026 / 13:09
Köçlə bağlı mənfi paylaşımlar edən şəxslər ifşa edildi - Komitədən sərt açıqlama...

12.08.2026 / 12:55
Azərbaycan-Rusiya sərhədini pozmağa cəhd edən Əlcəzair vətəndaşları saxlandı

12.08.2026 / 12:41
Danimarkada Putinin büstü qoyuldu, altı saat sonra başını qoparıb apardılar…

12.08.2026 / 12:26
ABŞ Dövlət katibindən UNO-larla bağlı açıqlama – “hərbi bazalarımızın üzərindən uçan bəzi obyektlər var”...

12.08.2026 / 12:10
Tramp İrana etibar etmədiyini deyir - dəfələrlə yalan danışıblar…

12.08.2026 / 11:48
ABŞ ordusu Oman körfəzində bir gəmiyə hücum etdiyini rəsmən təsdiqlədi...

12.08.2026 / 11:31
Azərbaycanın İsveçdəki səfiri dəyişdirildi

12.08.2026 / 11:26
Nərminə Mustafayeva Azərbaycanın Latviyadakı səfiri təyin edildi

12.08.2026 / 11:11
Zakir Həsənov Naxçıvanda hərbi hissələrdə oldu - FOTO

12.08.2026 / 10:55
Prezidentin sosial media hesablarında Naxçıvanda Heydər Əliyevlə bağlı dediyi fikirlər paylaşılıb - VİDEO

12.08.2026 / 10:47
Azərbaycan nefti bahalaşdı - 95,57 dollar...

12.08.2026 / 10:35
Zəngəzur dəhlizinin Naxçıvan hissəsində işlər davam edir - MR dəmir yolu şəbəkəsi yenidən qurulur...

12.08.2026 / 10:18
Naxçıvanda təmir olunacaq yolların siyahısı müəyyənləşdi

12.08.2026 / 10:14
Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə 258 milyon manat ayrıldı - SƏRƏNCAM

12.08.2026 / 09:30
DİN uşaqlarla bağlı sürücülərə və valideynlərə müraciət etdi - kiçik səhlənkarlıq böyük faciələrə səbəb ola bilər...

12.08.2026 / 09:17
Bakıda 46 kiloqram narkotik vasitə aşkarlandı

12.08.2026 / 07:47
Tramp NATO Sammitindən macəralı qayıdışına aydınlıq gətirdi - “Məxfi Xidmətin qərarı idi…”

12.08.2026 / 07:31
Berlində Rus Evinə hücumlar başladı - “… casus mərkəzi kimi istifadə olunur”…

12.08.2026 / 07:17
Türkiyə Qara dənizdə təhlükəsizlik dəhlizlərinin yaradılmasını təklif edir

11.08.2026 / 23:27
"Mən heç vaxt heç nədən qorxmamışam" - Putin

11.08.2026 / 23:05
Prezident: "Naxçıvan, Şərqi Zəngəzur, Qarabağ vahid konsepsiya əsasında inkişaf etməlidir"

11.08.2026 / 23:04
"Ordubad rayonunda su elektrik stansiyasının tikintisi nəzərdə tutulur" - Prezident

11.08.2026 / 23:02
Güntay Tolgə deyilən şəxs hansı nüfuzun sahibidir ki, Xətainin roluna kölgə sala bilsin?!...

11.08.2026 / 23:00
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Mehriban Əliyeva ilə Naxçıvana səfərindən görüntülər paylaşılıb - VİDEO

11.08.2026 / 22:53
Prezident: "Azərbaycandan Naxçıvana Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi layihəsi hazırdır"

11.08.2026 / 22:46
"Naxçıvan əvəzolunmaz nəqliyyat mərkəzlərinin birinə çevriləcək" - Prezident

11.08.2026 / 22:42
Prezident: "Bir çox beynəlxalq qurum Azərbaycan dəmir yollarının Naxçıvan seqmentinə maraq göstərir"

11.08.2026 / 22:40
"Horadiz–Ağbənd avtomobil yolu demək olar hazırdır" - Prezident

11.08.2026 / 22:38
Prezident İlham Əliyev: "Zəngəzur dəhlizinin yaradılması bizim təşəbbüsümüz olub"

11.08.2026 / 22:37
"Naxçıvan Azərbaycan xalqına dahi şəxsiyyət Heydər Əliyev kimi Ulu Öndər bəxş edib" - Prezident

11.08.2026 / 22:34
Prezident: "Günəş elektrik enerjisinin istehsalı üçün Azərbaycan ərazisində ən əlverişli məkan Naxçıvandır"

11.08.2026 / 22:33
"Azərbaycan yerləşdiyimiz regionda elektrik enerjisi ilə problemi olmayan nadir ölkələr sırasında birincidir" - Prezident

11.08.2026 / 22:32
Prezident İlham Əliyev: "Naxçıvan Muxtar Respublikası hərtərəfli inkişaf edir"

11.08.2026 / 22:30
"Azərbaycan Silahlı Qüvvələri bölgədə söz sahibidir" - Prezident

11.08.2026 / 22:27
Azərbaycanın "zəif bəndi" idi, yeni güc mənbəyi oldu - Hansı məkandır? O... Aydın QULİYEV yazır…

11.08.2026 / 22:24
Prezident İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibə verdi - FOTO

11.08.2026 / 22:12
Prezident Naxçıvan şəhərində sosial evlər kompleksinin təməlini qoydu - FOTO

11.08.2026 / 22:03
Naxçıvandakı “Əcəmi seyrangahı” istirahət kompleksində memar Əcəmi Naxçıvaninin abidəsi açıldı - FOTO

11.08.2026 / 21:56
Prezident İlham Əliyev və Mehriban Əliyeva Möminə xatun türbəsində aparılan bərpa işləri ilə tanış olub - FOTO

11.08.2026 / 21:55
Yeni üçtərəfli bəyanat Zəngəzur dəhlizinin açılmasında son maneələri məhv edə bilər...

11.08.2026 / 21:46
Prezident və Birinci xanım “Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş Planı” ilə tanış olublar - FOTO

11.08.2026 / 21:43
“Naxçıvan” Mehmanxana Kompleksinin təməli qoyuldu - FOTO

11.08.2026 / 21:38
Putinin partiyasının ən güclü rəqibini prokuror gücünə seçkidən çıxardılar...

11.08.2026 / 21:29
Prezident və Birinci xanım yeni yaradılan komando hərbi hissələrinə Döyüş bayraqlarının verilməsi mərasimində iştirak edib - FOTO

11.08.2026 / 21:21
Qafqazda sülhün iki əsas qüvvəsi Trampı böyük arzusuna çatdıracaqlar...

11.08.2026 / 21:04
Türkiyə və Pakistan Yaxın Şərqdə husilərə görə müharibəyə başlayır

Yeniyetmələr üçün sosial şəbəkə məhdudiyyətləri ailə məsələlərinə necə təsir edəcək...

XƏBƏR ARXİVİ