Bazar ertəsi günü, 05 oktyabr 2026
     

Toylarda qazandığını tək ailəsinə xərcləmir ki... Manaf Ağayev barədə eşitmədiyiniz şeylər...

Image


Fərman Qarabağlı: "Manaf toylardan qazandığı pulun böyük hissəsini xeyirxahlıq məqsədilə ehtiyacı olanlara xərcləyir"  

Cəmiyyətdə populyar olan elə sənət adamları var ki, bütün davranışları tamaşaçılar, dinləyicilər tərəfindən ciddi şəkildə izlənir. 

Bütövlükdə, telekanallarda keçirilən müsabiqələrdə, musiqi yarışmalarında münsiflər heyəti tərkibində təmsil olunan sənətkarların iştirakçılara obyektiv və qyeri-obyektiv yanaşması da, eləcə də xanəndələrin, müğənnilərin xalqla ünsiyyəti, onların kasıb təbəqənin çağrışlarına, problemlərinin həllinə hansı şəkildə reaksiya verməsi də tamaşaçıların diqqətindən qaçmır. Bir sözlə, ataların dili ilə desək, elin gözü tərəzidir.   

Əslən Füzuli rayonunun Arayatılı  kəndindən olan, hazırda Bakıda yaşayan "Bakı-Xəbər"in təəssübkeş oxucusu və təbliğatçısı, redaksiyamızın yaxın dostu Fərman Qarabağlı (Süleymanov) elə tamaşaçılardandır ki, sənətlə, sözlə bağlı olan məsələlərə hər zaman reaksiya verir. 

"Yaralı əsgərlərimizin çoxunun öz sağlamlığına qovuşması üçün Manaf maddi yardımlar edib"     

F.Qarabağlı redaksiyamızla əlaqə saxlayaraq bildirdi ki, toylar kralı, populyar müğənni  Manaf Ağayevin xeyirxah işləri, dar gündə insanlara arxa-dayaq durması, onun sosial-ictimai mühitdə yaxşılıqları, humansitliyi ilə bağlı müsahibə vermək istəyir. 

"Əvvəla ondan başlayım ki, televiziya kanallarından birində gördüm, ümummilli lider, rəhmətlik Heydər Əliyev bir əsgərlə söhbəti zamanı dedi ki, mən sənə  "leytenat" rütbəsi verirəm. Bir hərbiçiyə, bir şəxsə fəxri ad vermək bir dövlət başçısı və Ali Baş Komandanın səlahiyyətində olan məsələdir. Bu həmin adama dövlət tərəfindən verilən addır. 

Çox təəssüflər olsun ki, bəzi oxuyanlar yaxın adamlarına öz yanlarından "adlar" verib. Məsələn, xalq artisti İlhamə Quliyeva birinə "toylar kralı", birinə "əjdaha", birinə imperator" kimi "adlar" verir və televiziya kanallarını da məcbur edirdi ki, bu şəxsləri o "adlarla" təqdim edin. Əslində bu  adlar müsabiqə yolu ilə verilməlidir. 

Bəzən görürsən ki, SMS yarışlarını pisləyirlər. Mən münsiflər heyətinin iştirakı ilə keçirlən Televiziya Muğam Müsabiqəsini xatırlatmaq istəyirəm. Əvvəlcə deyim ki, dünyasını dəyişən sənətkarlara Allah rəhmət eləsin, qalanların canını sağ eləsin. Müsabiqələrin birində Mustafa Mustafayev adında cavan bir oğıan da iştirak edirdi. Mustafa Mustafayev ürəkləri yandıran bir səslə məşhur "Sona bülbüllər" mahnısını oxudu. Bütün zal heyrət içində qaldı. Qədir Rüstəmov özü də orada idi. Sanki Qədir özü oxuyurdu. Qədir Rüstəmov kepka başında oturub Mustafanın oxumasını alqışlayırdı. Münsiflər heyəti üzvlərinin əksəriyyəti ona 10 bal verdi. Növbə Əlibaba Məmmədova gələndə, o, Mustafaya üz tutub "izlə gedənin izi olmaz" dedi və onu tənqid etdi. Ancaq belə bir ənənə var ki, bir gənc bir görkəmli xanındənin yolu ilə oxuyanda "əhsən, elə bil o xanəndənin özü kimi oxudu" deyirlər. Həmin hadisə zamanı Arif Babayev 10 xallıq lövhəni götürüb Əlibaba Məmmədovun qarşısına qoydu. O etiraz etdi və Mustafaya çox aşağı bal verdi. Təəssüf ki, Televizya Muğam Müsabiqəsinin münsiflər heyətinin sədri Nadir Axundov da Əlibaba Məmmədovun tərəfini saxladı. Əlibaba Məmmədov zil oxuyanlara "qışqırırsan" deyirdi.

Bəxtiyar Vahabzadə bir şeirində yazır:

Təbiətin hökmü olsaydı məndə

Qanqalın ömrünü gülə verərdim.

Xanəndə səsini car eyləsəydi   

Min bəmi bir kəsik zilə verərdim.

Əlibaba Məmmədov deyirdi ki, muğamatda əsas sözdür. Arif Babayev dedi ki, ay Əlibaba, böyük Cabbar Qaryağdıoğlu "əsas səsdi, sözü sonra da öyrənmək olar, amma səs Tanrı tərəfindən verilir" deyirdi. 

Sonrakı muğam müsabiqələrinin birində gördüklərimdən də danışmaq istəyirəm. Təbii ki, müsabiqənin münsiflər heyətinin üzvləri də, sədri də dəyişmişdi. Daşqın Kürçaylı adlı cavan bir oğlan çox yanıqlı səslə "Segah" oxudu. Xalq artisti Nəzakət Teymurova irad bildirib dedi ki, bunu Alim Qasımov oxuyub sən son iki misranı oxumadın, qaldı. Ona aşağı bal verdi. Alim Qasımovun qızı Fərqanə Qasımova isə Nəzakət Teymurovanın sözlərinə etirazını bildirib dedi ki, xeyr, bunu keçən əsrdə Ələsgər Abdullayev oxuyub, adına da "Yetim segah" deyirlər. "Şükür, indiki gənclərdə belə səslər var" deyib yüksək bal verdi. 

Gəlin, mətləbdən  uzaqlaşmayaq, səhv etmirəmsə, 2009-cu ildə televizya kanallarından birində "Toylar kralı" yarışması keçirilirdi. Bu yarışma toy oxuyanları ilə toyu yaxşı idarə edənlərin yarışması idi. Bəzi insanlar "Toylar kralı" yarışması ilə muğam yarışmasını qarışıq salırlar. 

Azərbaycanın toy oxuyanlarının çoxu "Toylar kralı" yarışmasında iştirak edirdi, çox məşhur oxuyanlar isə onlara qulaq asırdılar. Münsiflərdə Niyaməddin Musayev, Akif İslamzadə və başqaları vardı. Yarışma SMS-lə keçirilirdi. Heç kəs xoşu gəlməyən müğənnini pul verib övladının toyuna aparmaz, eləcə də xoşuna gəlməyən müğənniyə pul xərcləyib SMS göndərməz.   Adicə bir adam səndən pul istəyir, istəsən verirsən, istəmirsən vermirsən. SMS də onun kimi. O yarışmada Manaf Ağayev 1, 5 milyon səs toplayıb yarışmanın qalibi oldu. O pullar sadəcə pul deyildi, Manaf Ağayevə xalq məhəbbətinin təzahürü idi. 1, 5 milyon manat çox böyük məbləğdi, o vaxt dolların kursundan manatın kursu yüksək idi. 

Bir gün biri birindən soruşdu ki, Manaf Ağayev "Mənsuriyyə" oxuya bilər? Mən qeyri-ixtiyari söhbətə qarışdım, dedim a kişi, niyə oxumur, öz səsinin tonunda oxuyar, Manaf Qarabağlıdır. Dedim ki, onun qardaşı da gözəl səsə malik oxuyandır, özü də onu "bala Süleyman" adlandırırdılar. Füzuli rayonu alınmamışdan əvvəl rayonda qardaşı Zahidin ansamblı vardı, Manaf onun yanında böyüyüb. Onu da deyim ki, bu qardaşlar hamısı oxuyandır. 

Manaf toylardan qazandığı pulun böyük hissəsini xeyirxahlıq məqsədilə ehtiyacı olanlara xərcləyir.  Aprel döyüşlərində əsgərlərə yardım əlini çox uzadıb. Horadiz kəndinin insanları indi də onu xatırlayırlar. 

Bir dəfə Elgiz Əkbər səhhətində problem olan adamları verlişinə çağırıb imkanlı şəxslərdən onlara kömək istəyirdi. Dediklərim faktdır, televizyada öz gözümlə görmüşəm. Elgiz də təsdiqləyər dediklərimi. Xəstəliyi olan bir qadın verlişə çıxıb  müalicə üçün pul istəyirdi. Nadir Qafarzadə də verilişdə Elgizin yanında oturmuşdu. Qadın müalicə üçün İrana getmək üçün pul yardımı istəyirdi. Nadir Qafarzadə dedi ki, bizdə yaxşı həkimlər var, İrana niyə gedirsən? Elgiz dedi ki, bizim həkimlər özləri məsləhət görürlər. Sən nə kömək edə bilərsən? Nadir dedi ki, mənim pulum balalarım üçündür, nə pul verməliyəm? Bir dəfə də səsinə hörmət etdiyim Elnarə Abdullayeva həmin verlişdə idi. Bir qadın doğum evinə getmək üçün pul yardımı istəyirdi. Elnarə dedi ki, o qadın gedib süpürgəçi işləsin, Elgiz dedi ki, ay Elnarə, uzağı bir həftəyə bu qadın doğum evinə gedəcək, necə işləyə bilər. Amma o verlişdə bir müəllimə öz əməkhaqqından 100 manat qadına köməklik etdi. Çox maraqlıdır ki, sonradan Elnarənin kəndlərinə bulaq çəkdirdiyini dedilər, yəqin icra hakimiyyətinin dəstəyi ilə çəkdirib. Yenə eyni verlişdə bir qadına köməklik üçün pul yığılırdı. Dedilər ki, bir hörmətli adam zəng vurub. Zəng vuran müğənni Cavanşir Məmmədov idi. O dedi ki, verlişə baxıram, zəng vurub demək istədim ki, Füruzə İbadovanın anası rəhmətə gedib. Elgiz dedi ki, xəbərimiz var, başsağlığı vermişik, sizin başqa nə sözünüz var? Dedi ki, heç nə elə onun üçün zəng vurmuşdum.    

Onu da deyim ki, Yeni Yasamalda şuşalı Oqtay adlı bir aşbaz vardı, ləqəbi də "xaş Oqtay" idi. Şuşalılar və Yeni Yasamalda yaşayanlar onu yaxşı tanıyırlar. Oqtay danışırdı ki, bir gün bir ailə televiziyaya çıxıb "oğlumuz Surqut şəhərində dünyasını dəyişib, cənazəni gətirə bilmirik" deyiblər, iki gün keçməmiş Manaf ailəyə zəng vurub deyib ki, gedin hava limanına cənazənizi qarşılayın. Oqtay kişi deyir ki, həmin vaxt mən də Surqutda idim. Manaf ordakı dostlarına zəng vurib və cənazəni gətizdirib. Sabirabadlı klarnet ifaçısı Zahid rəhmətə gedəndə qaldığı evə borcu qalmışdı, şirkət o evi yoldaşının əlindən almaq istəyirdi. Yoldaşı körpə uşağı yanında azı yarım ay televiziyaya çıxıb pul istəyirdi, amma pul yığılmırdı. Manaf televiziyaya çıxıb müraciət etdi, dedi ki, mənim Zahidlə elə bir yaxınlığım olmayıb, amma onun ansambl yoldaşları var, birlikdə toya getdikləri insanlar var, ayıbdır, niyə kömək etmirsiz. Manaf bu işi təşkil etdi, özü də kömək etdi və pul yığıldı. 

Yaxud başqa bir verilişdə bir ailə təxminən 16-17 yaşlı övladlarının qara ciyərinin əməliyyat olunması üçün yalvarıb yardım istəyirdi. Pul yığılmırdı. Həkim – cərrah deyəsən Kazimi idi. Manaf yenə də kömək əlini uzatdı, verlişə gəlib dedi ki, nə qədər pul çatışmır? Dedilər 20 min manat. Manaf verilişin aparıcısına dedi ki, pul yığmağı dayandırın, mən qalan hesabı bağlayacağam. Həmin gün 10 min manat verdi, dedi ki, sabah 10 min də gətirəcəm, dediyi kimi də etdi, həmin 10 min manatı da gətirib verilişdə onlara verdi. Əməliyyatdan sonra oğlan sağaldı. Bir gün ailə verlişə gəlib Manafa minnətdarlıqlarını bildirdilər. Cavan oğlan çıxışında dedi ki, mən bir əmi qazandım".

F.Qarabağlı bildirdi ki, rəhmətlik Heydər Əliyev Füzuliyə gələndə ziyalılarla, el ağsaqqalları, kolxozçularla görüşərdi, Mədəniyyət Evində görüşlər keçirərdi. O vurğuladı ki, o görüşdə İki dəfə Sosialist Əməyi Qəhrəmanı Şamama Həsənova, Manaf Ağayevin atası Novruz kişi, eləcə də Seyid Səyyad, Vəli kişi, Əli kişi və başqaları iştirak edər, ümummilli liderlə həmsöhbət olardılar. "Hətta Füzulidə onlara "Əliyevçilər" deyirdilər. 

Bir onu bilirəm ki, muğam oxuyanlar içində Arif Babayev öz səviyyəsini necə saxlayıbsa, toy oxuyanları içində də Manaf Ağayev öz səviyyəsini, mənliyini gözləyir. Manafa ən böyük qiyməti böyük sənətkarımız Habil Əliyev verib.  

Arayatlı kəndindən olan Əhmədov Kənan Ədil oğlu ağır yaralanmışdı. Müalicəsi üçün böyük məbləğdə pul tələb olunurdu. Yaralı əsgərlərimizin çoxunun öz sağlamlığına qovuşması üçün Manaf maddi yardımlar edib. Ədilin oğlunu da Manaf öz hesabına müalicə etdirdi. 

Manaf cavan vaxtlarından ağsaqqallıq edib çox küsülüləri barışdırıb. 

Müğənni Bahar Lətifqızı bir toyda Manafla rastlaşır, tanış olur. Manafa deyir ki, atam Füzuli rayonundan olub, amma qəbrini tapa bilmirik. Manaf dostlarının köməyi ilə qəbrin yerini tapdırır və Bahar Lətifqızına məzarın yerini deyir. Fədayə Laçın həbsdə olanda Manaf Ağayev onun ailəsinə çox kömək edib. Bir də teleaparıcı İlham Mirzəyev türmədə yatanda Manaf onun ailəsinə çoxlu yardımlar göstərib. Yəni Manafın yaxşılıqları, xeyirxah əməlləri çoxdur. Bunları deməkdə məqsədim odur ki, qoy həqiqət üzə çıxsın. Qoy oxucular bilsin ki, Manaf mənim nə qohumumdur, nə də onunla bir stəkan çay içmişəm, bunları ona görə deyirəm ki, hər kəs həqiqəti - Manafın belə bir oğul olduğunu bilsin"-deyə F.Qarabağlı bildirdi. 

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

04.10.2026 / 21:03
Bir dəyişilməz həqiqət var: Azərbaycana günəş Azərbaycandan doğur!

04.10.2026 / 20:15
Almaniya kansleri Merts Kiyevdən Putinə səsləndi - Cənab Putin, mənasız müharibəni dayandırın…

04.10.2026 / 18:48
Polşa və Rumıniya Ukrayna taxılının tranzitini artırmaqdan rəsmən imtina etdi…

04.10.2026 / 18:14
Moskvada kommunistlərin etiraz aksiyasında ən azı 65 nəfər saxlandı…

04.10.2026 / 17:27
“Bəzi ölkələr Rusiya ilə Ermənistan arasında münasibətləri pisləşdirməyə çalışırlar” - Medvedev

04.10.2026 / 15:35
Şröder Rusiyada hipermarket şəbəkəsində yüksək vəzifəyə təyin olundu, almanlar üsyan etdi - "utanmaz"…

04.10.2026 / 14:51
Pakistan Yəmən müharibəsində Səudiyyənin tərəfini seçdi – dörd təyyarə silah və texnika göndərdilər…

04.10.2026 / 14:25
Putindən Qərbə sərt xəbərdarlıq - Kalininqrada təhlükə yaranarsa, bütün silah arsenalımızdan istifadə edəcəyik…

04.10.2026 / 13:45
İran BƏƏ-yə xəbərdarlıq etdi – adalardan əl çəkin…

04.10.2026 / 13:12
Rusiya raket və dronları Moldova hava məkanını pozdu – Kişinyov Moskvaya nota verdi…

04.10.2026 / 12:37
BMT Baş Assambleyasından sonra ABŞ qalan iki İran diplomatını da ölkədən qovdu…

04.10.2026 / 11:54
Tokayevdən hərbi təlimlərdə 14 əsgərin ölümünə görə yeni qərar - Baş Qərargah rəisi, nazir müavini və HDQ komandanı işdən çıxarıldı...

04.10.2026 / 11:37
İlham Əliyev nə deməli idi?! Deməli idi müftə aldığımız şeylərə görə hamının qabağında gözü kölgəli, başı aşağıyıq?!...

04.10.2026 / 11:22
Prezident İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı -VİDEO

04.10.2026 / 11:20
Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir - Vüqar Rəhimzadə

04.10.2026 / 10:35
Putin Kadırova ordu generalı rütbəsi verdi...

04.10.2026 / 09:47
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər yaxalandı

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ