Bazar ertəsi günü, 05 oktyabr 2026
     

İstanbulda unudulmaz həftə sonu

Image


Dünyanın ən cazibədar şəhərlərindən biri olan İstanbul zəngin tarixi, özünəməxsus mətbəxi, canlı incəsənəti, mədəni mühiti və geniş çeşidli alış-veriş imkanları ilə tanınır.

Türkiyənin ən məşhur metropolu ziyarətçilərə, hətta məhdud vaxtları olsa belə, saysız-hesabsız seçim təklif edir. Həftə sonu boyunca İstanbulda görə biləcəyiniz səfər proqramını təqdim edirik.

Şənbə

08.00-10.00

Fərqli toxunuşlarla hazırlanmış Türk səhər yeməyi günə başlamağın ən ideal yoludur. İstanbulun valehedici Boğaz və ya şəhər mənzərəsinə baxan kafelərindən birində "sərpmə səhər yeməyi" sifariş etdiyiniz zaman masanıza gələn ləzzətlər sizi heyran edəcək. Mərmərə və Egey dənizindən gətirilmiş ləzzətli yaşıl və qara zeytunlar da daxil olmaqla müxtəlif Türk pendirləri, təzə göyərtilər, bal, ev üsulu ilə hazırlanmış mürəbbələr, qaymaq və yumurta, bibər və pomidorla hazırlanan, türk səhər yeməyinin vaz keçilməyən menemen sizi valeh edəcək. Əlbəttə ki, bütün bunlar simit, isti çörək və armudu stəkanlarında təzə dəmlənmiş çay ilə birlikdə təqdim olunur.

10.00-14.00

Səhər yeməyindən sonra İstanbulun tarixi gözəlliyini ən təbii şəkildə nümayiş etdirən tarixi yarımadaya yollana bilərsiniz. Bu açıq hava muzeyində sizi heyran edəcək bir neçə mühüm məkan var: möhtəşəm və sözlə ifadəsi mümkün olmayan gözəllikdəki Ayasofya, Sultanahmet Məscidi (Mavi Məscid) və maraqlı Yerebatan Sarnıcı. Bundan başqa, Osmanlı sultanlarının yaşadığı Topkapı sarayı və onun bağçasında yerləşən İstanbul arxeologiya muzeyi də burada yerləşir. Burada həmçinin, nahar fasiləsində məşhur Sultanahmet küftəsini dadacağınız tarixi restoranlar var.

14.00-16.00

Sultanahmetdə günorta yeməyindən sonra qısa bir gəzinti sizi canlı və hərəkətli olan, ziyarətçilərə "alış-veriş terapiyası" təklif edən Böyük bazara gətirəcək. Şəhərin ənənəvi xəzinələrinin toplandığı bu möhtəşəm bazarda xalça, keramika, zərgərlik və daha bir çox gözəllik arasında gəzərək öz xəzinənizi tapa bilərsiniz.

16.00-18.00

İndi Eminönüyə tramvayla gedib Mısır çarşısını ziyarət etməyin vaxtıdır. Rəngarəng və ətirli bu qapalı bazarda müxtəlif qida məhsulları, dərman bitkiləri, ədviyyatlar, qurudulmuş meyvələr və Türk ləzzəti olan lokum satılır. Mısır çarşısından cəmi beş dəqiqəlik gəzinti ilə Boğaz turu üçün bərə keçidlərinə çatmaq mümkündür. Hər saat başı başlayan bu turlar müxtəlif müddətlərdə olur. Qısa tur təxminən 90 dəqiqə çəkir və gün batımında Boğazdan İstanbulun hər iki sahilini seyr edə bilərsiniz. Tura başlamazdan əvvəl limandakı qayıqlarda balıq sendviçləri ilə ləzzətli bir qəlyanaltı edə bilərsiniz.

19:30-22:30

Boğazda qayıq turundan sonra İstanbulda ilk gününüzü şəhərin Michelin ulduzlu restoranlarından birində dadlı  axşam yeməyi ilə tamamlayın. İstanbulun fərqli qastronomik səhnəsi ənənələrinə bağlı olan yaradıcı aşpazların ləzzətləri ilə zəngindir. Ləziz türk şərabları ilə unudulmaz bir yeməyin dadını çıxarın.

Bazar

10:00-14:00

İkinci gününüzə adi bir istanbullu kimi, Karaköyün kənar küçələrində simit, bəyaz pendir və çayla səhər yeməyinə başlayın. Daha sonra bohem kafeləri və sənət qalereyaları ilə məşhur Karaköyü gəzərək zövq alın. Yol sizi Galataport İstanbula, yenilənmiş limana və Karaköyün mərkəzinə aparır. Sahil boyunca yüksək səviyyəli restoranlar, kafelər və mağazalarla dolu məkanda bir qəhvə fasiləsi verə bilərsiniz. Oradan Türkiyənin ilk müasir sənət muzeyi olan İstanbul Modernə çatacaqsınız. Ulduz memar Renzo Piano tərəfindən dizayn edilmiş beşmərtəbəli İstanbul Modern binası sərgilənən sənət əsərləri qədər valehedicidir. Daha sonra yaxınlıqdakı İstanbul rəsm və heykəl muzeyinə gedə, Türkiyənin ən yaxşı sənətçilərinə aid əsərləri görə bilərsiniz.

14:00-18:30

Tarixi tunel Türkiyənin ilk yeraltı dəmir yolu sistemi və dünyanın ikinci ən köhnə sistemidir, Karaköyü İstiklal küçəsi ilə birləşdirir. Qatarı tərk etdikdən sonra yolu enib, İstanbuldakı ən simvolik abidələrdən biri olan Qalata qülləsinə çıxaraq, qədim şəhərin panoramik mənzərəsini seyr edə bilərsiniz. İstiqlal küçəsinə qayıtdıqdan sonra bu məşhur prospektdə piyada gəzə və ya qırmızı retro tramvayla səyahət edə bilərsiniz. Bərq vuran binalar, arkadlar (dükanları və ya kafeləri bir-birinə bağlayan, üstü örtülü, açıq hava keçidləri), böyük və kiçik mağazalar, qalereyalar, kitab mağazaları və xüsusilə St. Antuan kilsəsini kəşf edə bilərsiniz. İstanbuldakı küçə turunuz zamanı küçə dadları ilə məşhur olan bu şəhərdə qovrulmuş şabalıdların, qızardılmış qarğıdalıların, midyələrin, kokoreç və digər ləzzətli qəlyanaltıların ətirini hiss edəcəksiniz.

19:00-23:30

İstiklal küçəsindəki gəzintiniz Taksim meydanında, şəhərin incəsənətə həsr olunmuş böyük məbədlərindən biri olan möhtəşəm Atatürk Mədəniyyət Mərkəzi (AKM) ilə başa çatır. İki mindən çox insan qəbul edə bilən AKM-nin opera zalı dünya səviyyəli şoular və konsertlərə ev sahibliyi edir. Şoudan sonra İstiqlal küçəsinə qayıdıb, bu ərazinin məşhur restoranlarının birində məzə, balıq və rakı ilə gününüzü tamamlayın.

SAMİRƏ




VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

04.10.2026 / 21:03
Bir dəyişilməz həqiqət var: Azərbaycana günəş Azərbaycandan doğur!

04.10.2026 / 20:15
Almaniya kansleri Merts Kiyevdən Putinə səsləndi - Cənab Putin, mənasız müharibəni dayandırın…

04.10.2026 / 18:48
Polşa və Rumıniya Ukrayna taxılının tranzitini artırmaqdan rəsmən imtina etdi…

04.10.2026 / 18:14
Moskvada kommunistlərin etiraz aksiyasında ən azı 65 nəfər saxlandı…

04.10.2026 / 17:27
“Bəzi ölkələr Rusiya ilə Ermənistan arasında münasibətləri pisləşdirməyə çalışırlar” - Medvedev

04.10.2026 / 15:35
Şröder Rusiyada hipermarket şəbəkəsində yüksək vəzifəyə təyin olundu, almanlar üsyan etdi - "utanmaz"…

04.10.2026 / 14:51
Pakistan Yəmən müharibəsində Səudiyyənin tərəfini seçdi – dörd təyyarə silah və texnika göndərdilər…

04.10.2026 / 14:25
Putindən Qərbə sərt xəbərdarlıq - Kalininqrada təhlükə yaranarsa, bütün silah arsenalımızdan istifadə edəcəyik…

04.10.2026 / 13:45
İran BƏƏ-yə xəbərdarlıq etdi – adalardan əl çəkin…

04.10.2026 / 13:12
Rusiya raket və dronları Moldova hava məkanını pozdu – Kişinyov Moskvaya nota verdi…

04.10.2026 / 12:37
BMT Baş Assambleyasından sonra ABŞ qalan iki İran diplomatını da ölkədən qovdu…

04.10.2026 / 11:54
Tokayevdən hərbi təlimlərdə 14 əsgərin ölümünə görə yeni qərar - Baş Qərargah rəisi, nazir müavini və HDQ komandanı işdən çıxarıldı...

04.10.2026 / 11:37
İlham Əliyev nə deməli idi?! Deməli idi müftə aldığımız şeylərə görə hamının qabağında gözü kölgəli, başı aşağıyıq?!...

04.10.2026 / 11:22
Prezident İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı -VİDEO

04.10.2026 / 11:20
Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir - Vüqar Rəhimzadə

04.10.2026 / 10:35
Putin Kadırova ordu generalı rütbəsi verdi...

04.10.2026 / 09:47
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər yaxalandı

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ