Bazar günü günü, 14 iyun 2026
     

“44 gün - tarixi zəfər”in 3-cü cildi Şuşada təqdim olundu - Xatirə kitabı yaşadır...

Image


Səhər dan yeri sökülməmiş yola çıxırıq, yolumuz igid Azərbaycan oğullarının böyük şücaətlə, mərdliklə işğaldan azad etdiyi Şuşa şəhərinədir. Gözəlim Şuşanı görmək, torpağına, daşına, ağacına, gülünə üz sürtmək, füsunkar təbilətinə, əsrarəngiz gözəlliyinə heyranlıqla baxmaq hər kəsin arzusudur. Çoxlarımız ilk dəfədir ki, Şuşanı, işğaldan azad olunmuş başqa şəhərlərimizi, ərazilərimizi görəcəyik. Həyacanlıyıq, sevincliyik...

Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının bir bir zəhmətlə, fədakarlıqla, böyük məsuliyyətlə ərsəyə gətirdiyi "44 gün – Tarixi zəfər" adlı kitabın III cildinin Şuşa şəhərində təqdimatına gedirik. Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədova, redaksiyanın kollektivi, Müdafiə Nazirliyinin və Mədəniyyət Nazirliyinin əməkdaşları, millət vəkilləri, tanınmış ziyalılar, bir də övladları Şuşanın düşmən tapdağından azad edərkən şəhid olan oğullarımızın valideynləri, ailə üzvləri ilə Şuşaya tələsirik. Yollar bizə qəhrəman oğullarımızın rəşadət dastanlarını pıçıldayır, dil-açıb danışan, hər qarışına şəhdi qanı tökülən torpaqlardan keçib gedirik. Yolunuzun keçdiyi ağban evli Ağdamda ayaq saxlayırıq. Yol boyu Ağdamın viran qoyulmuş, uçulub dağıdılmış evlərini görürük, ağlamaq, həyacan bizi boğur, çoxlarımız göz yaşlarımızı saxlaya bilmirik. Düşmən olanda nə olar, adam bəyən evləri bu cür viran qoyar? Qatarla düzülən viranə qoyulan yurd yerlərinin acısını duymaq, onları ağrı ilə seyr etmək dəhşətlidir. Şəhdilərimizin məzarlarını ziyarət etmək, ruhlarına dualar oxumaq üçün Ağdamın Şəhidlər Xiyabanında ayaq saxlayırıq. Səfər yoldaşımız, baş leytenant Rövşən Nurzadənin atası xalq artisti Əli Nur ucadan dua verir, Yasin surəsini oxuyur, ehtiramla şəhidlərimizi yad edirik, sonra bir bir məzarlarını ziyarət edirik. Ağdamın Şəhidlər Xiyabanında uyuyan igid Azərbaycan oğullarından biri də Milli Qəhrəman Allahverdi Bağırovdur. 

Şəhidlərimizi ziyarət etdikdən sonra yolumuzu davam etdiririk, Şuşaya doğru gedirik. Qarşımızda əzəmətli Şuşa görünür, ona baxmağa tələsirik, tez bir zamanda torpağına ayaq basmaq üçün can atırıq. 

Şuşa Şəhər 1 nömrəli tam orta məktəbə gedirik... 

Tarix 31 oktyabr 2024-cü ildir. 

Şuşa şəhər 1 nömrəli tam orta məktəbin direktoru Səbinə Gözəlova bizi qarşılayır. Məktəb o qədər yüksək səviyyədə qurulub ki, sözlə ifadə etmək çox çətindir, burada şagirdlər, pedoqoji kollektiv üçün ən üstün şərait yaradılıb. 

Məktəbdə  "44 gün – Tarixi zəfər" adlı kitabın III cildinin təqdimatını çox yüksək səviyyədə keçirildi.  Şuşa şəhəri 1 saylı tam orta məktəbdə keçirilən tədbirdə Mədəniyyət Nazirliyinin və Müdafiə Nazirliyinin nümayəndələri, şəhid ailəsi üzvləri, millət vəkilləri və ictimaiyyət təmsilçiləri, məktəb kollektivi iştirak etdilər.  Təqdimatın aparıcısı sənətşünaslıq üzrə fəlsəfə doktoru, bədii qiraətçi Zülfiyyə Eldarqızı qonaqları salamladı və  Azərbaycanın dövlət himni səsləndirildi, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 

Z.Eldarqızı bildirdi ki, Xatirə Kitabı Redaksiyanın kollektivi çox böyük zəhmətlə bu kitabları ərsəyə gətirib və kitablar şəhidlərimizin yazılı abidəsidir. 

"Bu özü böyük qürur və fəxrdir"

Şuşa şəhəri 1 saylı tam orta məktəbin direktoru Səbinə Gözəlova çıxışında qonaqları, tədbir iştirakçılarını, şəhdi ailəsi üzvlərini salamladı. "Hər birinizi əziz, azad Şuşamızda salamlayırıq, məktəbimizə xoş gəlmisiz deyirik. Biz bu gün həm fəxr dolu, həm kədərli, həm də sevincli günlər yaşayırıq. Bizim hisslərimiz təzadlııdr. Ancaq biz hər adımımızda şəhidlərimizi unutmuruq, hər günümüzdə onları yad edirik. Biz əgər bu torpaqlara qayıtmışıqsa, məhz sizin igid oğullarınızın sayəsində qayıtmışıq... Bir hər səhər tədrisə başlayarkən canlı olaraq Azərbaycanın dövlət himnini səsləndiririk, bir dəqiqəlik sükutla şəhidlərimizi yad edirik, daha sonra tədrisə başalyırıq. Bu artıq bizim məktəbimizin ənənəsinə çevrilib. Şəhidlik elə  bir zirvə, elə bir ucalıqdır ki, o hər adama qismət olmur. İnsan yaranışdan bilik və bacarığa, böyük hünərə sahib olmaq istəyir. Məhz bu yüksəlişin adı şəhidlik zirvəsidir. Bu çox uca bir zirvədir" - deyə S.Gözəlova qeyd etdi. 

"Vətən sərhəddən, vətənpərvərlik isə məktəbdən başlayır" deyimini ifadə edən S.Gözəlova bildirdi ki, şagirdləri məhz bu ruhda tərbiyə edirlər. Vətənpərvər oğulların torpaqlarımızı işğaldan azad etdiyini deyən S.Gözlova dedi ki, Şuşanın hər birimiz üçün mənəvi dəyəri var, Qarabağımızın tacıdır. "Bizim növbəti aylarda şəhdi ailələri ilə bağlı böyük bir layihə həyata keçirmək niyyətindəyik, sizləri o tədbirə davam edəcəyik. Nəzakət xanım, sizi bu gün üçün təbrik edirik. Davamlı, uğurlu olsun. Şuşa 1 saylı tam orta məktəbdə ilk kitab təqdimatı məhz "44 gün – Tarixi zəfər" adlı kitabın III cildinin təqdimatıdır. Bu özü böyük qürur və fəxrdir"-deyə məktəb direktoru bildirdi. 

"Çox yüksək səviyyədə hazırlanan bir kitabdır"

Millət vəkili Ceyhun Məmmədov çıxışında "Bu gün Azərbaycan xalqının ən böyük arzularından biri həyata keçib. 2020-ci ilə qədər bizim ən böyük arzularımızdan biri, bütün tədbirlərdə söylədiyimiz fikir o idi ki, o gün olsun torpaqlarımız azad olunsun. Bu gün Azərbaycan tarixdə heç zaman olmadığı kimi müstəqil və bütünləşmişdir. Biz sizinlə birgə yol gəldik, Ağdam, Əsgəran, Xocalı, Xankəndi, Hadrut, artıq bu rayonlar da bizdədir. Biz bu ifadəni tez-tez işlədirik, həqiqətən də son 300 ildə  ilk dəfə torpaq itirmədik. Ermənilər düşünürdülər ki, Qarabağı uzun müdət işağlda saxlaya biləcəklər. Amma bunu edə bilmədilər. Burada cənab Prezidentin həyata keçirdiyi siyasət, xalqımızın birliyi, həmrəyliyi, bir sizin övladlarınızın-qəhrəman Vətən övladlarının şüaəti böyük bir rol oynadı. Yəni bütöv bir şəkildə biz qələbəni təmin edə bildik. Bu gün hər yerdə fərqlə deyə bilirik ki, biz qalib xalqıq. Biz bu qələbəni yaşayırqı və uzun illər də həmrəy və bir olduqca da bui qələbələri yaşayacağıq. Qarşı tərəf yenə eyni arzularda, eyni xəyallardadı, onlar yenidən fürsət axtarırlar ki, bizə qarşı öz məkrli niyyətlərini yerinə yetirsinlər. O anlamda qarşımızda çox böyük missiya durur. Bu missiya ondan ibarətdir ki, şəhidlərimizin əziz xatirəsini hər zaman uca tutmalıyıq, gənclərimizdə vətənpərvərlik ruhunu hər zaman yüksək səviyyədə möhkəmləndirməliyik, qorumalıyıq, çünki bu olduqca önəmli missiyadır. Bir ifadə işlədilir: şəhidlər o zaman unudulur ki, onlar xatırılanmır. Biz onları heç zaman unutmamalıyıq, hər zaman onların xatirəsini uca tutmalıyıq. Keçirilən tədbirlər də bir daha bunu göstərir. Bu elə bir prosesdir ki, o yalnız sözlə baş verən məsələ deyil. Bunun üçün çoxlu əsərlər, kitablar yazılmalıdır, filmlər çəkilməli, tamaşalar hazırlanmalıdır. Necə ki, biz bunu müxtəlif formalarda etməyə çalışırıq". 

C.Məmmədov qeyd etdi ki, şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi üçün müxtəlif qurumlar işlər göürür, kitablar çap edir, əsərlər yazılıb ortaya qoyulur. "Həm Birinci, həm də İkinci Qarabağ müharibəsində Azərbaycan övladları çox böyük qəhrəmanlıq nümayiş etdirdilər. Onların hər birinin həyatı bir qəhrəmanlıq nümunəsdir..."

Xatirə Kitabı Redaksiyasının gördüyü işləri xüsusi qiymətləndirən C.Məmmədov bildirdi ki, Azərbaycanda bu işi profesional səviyyədə həyata keçirən qurumlardan biri də Xatirə Kitabı Redaksiyasıdır: "Mən bu kitabla tanışam və çox yüksək səviyyədə hazırlanan bir kitabdır".

"Canını vətən, xalq yolunda qurban verən insanların yalnız doğum tarixi olur..." 

Millət vəkili Vüqar Rəhimzadə də çıxış etdi: "Doğrudan da 44 gün ərzində Azərbaycan çox möhtəşəm tarix yazdı, qəhrəmanlıq salnaməsini yaratdı. O tarix ki, əsrlər boyu yaşayacaq, hər bir vətəndaş üçün örnək olacaq, bütün gəncliyin üz tutub örnək bildiyi və özlərini o qəhrəmanlara bənzətmək istədiyi bir tarix olacaq. 

Azərbaycan Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə son illər gücləndi, öz iqtisadi imkanlarını gücləndirdi və hərbi potensialını genişləndirdi. Belə bir məqamda Azərbaycan xalqı "dəmir yumruq" olaraq Azərbaycan ordusunun gücü, qüdrəti ilə uzun illər ərzində işğal altında olan torpaqlarımzı azad etdi. 

Xalqımızın qəlbindəki nisgilə şəhidlərimiz son qoydu. Şəhidlərimiz bizim baş tacımız, qürur mənbəymizdir. Canını vətən, xalq yolunda qurban verən insanların yalnız doğum tarixi olur, onların ölüm tarixi olmur. Onlar bu xalqın qəlbində əbədi yaşayacaqlar, onlar insanların ürəyində özlərinə əbədi heykəl ucaldıblar. Onların əməlləri, qəhərəmanlıq nümunələri bir örnəkdir, bir məkdəbdir. Şübhəm yoxdur ki, bundan sonra qəhrəman şəhidlərimiz, qazilərimzi haqa əsərlər yazılacaq, povestlər, poemalar ərsəyə gələcək, fikmlər çəkiləcək. Zaman bu tarixdən uzaqlaşdıqca biz bu tarixin nə qədər əzəmətli olduğunu görəcəyik. Bu əsrlər boyu yaşayacaq bir tarix olacaq" - deyə V.Rəhimzadə bildirdi. 

Tədbirdə Mədəniyyət Nazirliyinin əməkdaşı Kəmalə Əlyarova, Müdafiə Nazirliyinin əməkdaşı Zümrüd Səmədova, Birinci Qarabağ Müharibəsində ilk qadın botalyon komandiri olmuş Aida Şirin, şəhid Nurlan Mustafayevin anası Rəhilə xanım, rəssam Sehran Allahverdi, AYB üzvü prezident təqaüdçüsü şairə Mahcamal da çıxış etdilər və onlar Xatirə Kitabı Redaksiyasının gördüyü işləri yüksək qiymətləndirdiyini dedilər. 

"Qəhrəman balalarımızın şəhid olduğu Şuşa şəhərindəyik"

Baş leytenant Rövşən Nurzadənin atası xalq artisti Əli Nur da çıxış edərək bildirdi: "Biz bu gün qəhrəman balallarımızın şəhdi olduğu Şuşa şəhərindəyik. Mədəniyyət Nazirliyinin Respublika Xatirə Kitabı Redaksiyasının ərsəyə gətirdiyi "44 gün – Tarixi zəfər" adlı kitabın III cildinin təqdimatına yığışmışıq. Müharibə ölüm və qələbə deməkdir. Müharibə şanlı qələbə ilə başa çatdı. Azərbaycanın igid qəhrəman balaları Ali Baş. Komandanın rəhbərliyi altında dünya tarixinə öz qəhrəmanlıqlarını qızıl hərflərlə yazdırdılar. Onlar hamısı vətən uğrunda döyüşə getdilər. Rövşən 9-cu sinifdə oxuyanda Qarabağa-Ağdama gəlmişdi, onu bir həftə saxladılar, sonra mayor qaytarıb gətirdi. Röhvənin ruhu döyüşdə idi. O, hərbi məktəbi bitidri, Ağdamda N saylı hərbi hissədə qulluq etdi. Müharibədən qabaq Mübariz İbrahimov şəhid olanda Rövşən hönkür-hönkür ağlayırdı, Polad Həşimov şəhdi olan da. Deyirdi mən onların yanında olmayam, onlar mənim əzizlərimdir, kuurs yoldaşalrımdır. Müharibə başlayanda gördüm ki, o ehtiyatda olan zabit kimi müharibəyə hazırlaşır. Biləndə evdə aləm bir-birinə qarışdı. Dedi ata, Ali Baş Komandan elə bir ordu qurub ki, biz iki həftəyə Qarabağdan erməniləri qovub çıxaracağıq. Oğlum müharibəyə getdi, mənim oğlum da, sizin oğullarınız da boyunlarına kəfən dolayıb getdilər və torpaqlarımızı işğaldan azad etdilər".  

AzTV-nin əməkdaşı Dilşad Tahirqızı da çıxış etdi və Xatirə Kitabının görüdüy misilsiz işlərin əhəmiyyətini vurğuladı. Dilşad xanım təklif etdi ki, ildə bir dəfə şəhid analarının əlinin öpülməsi mərasimi keçirilsin, buna onlara minnətdarlqı borcumuzun ifadəsi olardı. 

"Xalqımıza böyük Zəfər bəxş edən oğullarımızın adlarının əbədiləşdiril­məsi..."

Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədova mərasimdə məruzə ilə çıxış etdi:"Çıxışa başlamamışdan əvvəl tədbirə toplaşan şəhid ailələrinə, bu tədbirin təşkilində bizə köməklik göstərən Prezident Administrasiyasının, Mədəniyyət Nazirliyinin, Qeyri-Hökumət Təşkilatlarının rəsmilə­rinə öz təşəkkürümüzü bildiririk.

Xoş haldır ki, Respublika Xatirə Kitabının Vətən müharibəsində həlak olmuş üç mindən çox şəhidlə bağlı "44 gün – Tarixi zəfər" adlı çoxcildliyinin III cildinin təqdimat mərasimini işğaldan azad edilmiş Şuşada keçiririk. Bu təqdimatda bütün şəhidlərimizin, əsasən də Şuşa uğrunda şəhid olan oğulların xatirəsi yad ediləcək.

Məlumat üçün bildirim ki, Müasir Azərbaycan dövlətinin qurucusu və memarı, ümum­milli lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış və onun xeyir-duası ilə fəaliyyətə başlamış Respublika Xatirə Kitabı Re­dak­siyası müharibə ağrılarını özündə geniş əks etdirən ensik­lo­pedik tarixi salnamədir. Bu kitab hazırda da tarixi bir hadisə kimi səciyyələnir və insanın tarixləşən həyatını özündə ehtiva edir.

Kitabda əsasən, İkinci Dünya müharibəsində, Əfqanıstan döyüşlərində, 20 Yanvar faciəsində, Xocalı soyqırımında, Qara­bağ müharibəsi za­ma­nı torpaqlarımızın azadlığı uğrunda gedən dö­yüşlərdə həlak olmuş, itkin düşmüş, əsir götürülmüş vətəndaş­larımız, Milli qəhrə­man­la­rımız haqqında əhatəli materiallar dərc edilir, cəmiyyət üçün faydalı iş görülür".

N.Məmmədova bildirdi ki, Respublika Xatirə Kitabının iyirmiyə yaxın cildi çap olunub, hər cild ötən tarixdən səs-soraq verir. "Əbəs yerə deyil ki, Res­pub­lika Xatirə Kitabını yaddaşımızın abidəsi adlandırırıq.

Xalqımıza böyük Zəfər bəxş edən oğullarımızın adlarının əbədiləşdiril­məsi Respublika Xatirə Kitabı Redaksiyasının ümdə işidir və redaksiya bu prosesi daim öz üzərində bir məsu­liyyət kimi hiss etmiş, bu istiqamətdə araşdırma işləri aparmış və bu ənənəni hazırda da davam etdirməkdədir.

Respublika Xatirə Kitabı Re­dak­­si­ya­sı "Bakı-Xəbər" qəzeti ilə birgə la­yi­hə əsasında "Şəhidlər ölməz, Vətən bölünməz!" seriya­sından bir neçə kitab dərc edib və bu kimi kitabların hazırlanması istiqamətində növbəti işlər görülür".

N.Məmmədova vurğuladı ki, Respublika Xatirə Kitabı Redaksiyası həmçinin "Vətən daşı... və ya 44 gü­nün das­tanı" adlı layihə əsasında 8 sənədli film çəkib. Bu filmlər artıq geniş ictimaiyyətə təqdim olunub. " Respublika Xatirə Kitabının Vətən müharibəsində həlak olmuş üç min şəhidlə bağlı "44 GÜN – TARİXİ ZƏFƏR" adlı çox­­cild­li­yi də tariximizin qan yaddaşıdır. Məlumat üçün bildirim ki, çox­cild­li­yin birinci və ikinci cildləri artıq geniş ictimaiyyətə təqdim olunub. Kitabda Vətən müharibəsində həlak olmuş şəxslər barədə en­siklopedik məlumat ve­rilib, digərlərinin də ad­larının əbədi­ləşdirilməsi isti­qa­mətində növbəti cildlər üzə­rində işlər gö­rü­lür.

"Heç kim unudulmur, heç nə yaddan çıxmır!" devizi ilə çıxış edən Xatirə ki­ta­bı xalqı­mı­zın qəhrəman övladlarının şücaətini, döyüş və hünər yollarını əks et­dirən yeganə məlumat bazasıdır. Bu kitabın bugünkü və gələcək nəslin daş yaddaşına çevrilməsi özü tarixi bir hadisədir. Redaksiya olaraq bunu ümummilli lider Heydər Əliyevin xalqımıza xüsusi diqqəti kimi qəbul edir, qay­ğısını biz­dən əsir­gə­məyən ölkə rəhbəri, tarix yazan sərkərdə, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə tə­şək­kü­rü­müzü bildiririk.

Son olaraq bildirim ki, xalqımızın 30 illik həsrətinə 44 gündə son qoyan cəsur, qəhrəman və qeyrətli Azərbaycan övladları – öz canlarını Vətən üçün fə­da edən, şərəf tariximizi yazan şəhid oğul­lar daim yad­da­şı­mızda yaşayacaq, xa­tirələri həmişə bizə əziz ola­caq. İllər, qərinələr ötə­cək, onlar heç vaxt unu­dul­mayacaqlar.

Sağlamlıqlarını itir­miş qazilərimiz də bizim fədailərimizdir, onların hü­nəri ilə bu gün ba­şımızın üstündə nikbin bir səma pər­vaz edir.

Bizə Qələbə sevinci yaşadan şəhidlərimizi anmaq, onların adlarını və xatirələrini əbədiləşdirmək bizim borcumuzdur.

Şəhidlər bizim əbədiyyət ünvanımızdır...

Allah bütün şəhidlərimizə rəhmət eləsin!" - deyə N.Məmmədova bildirdi. 

Tədbirin sonunda Ağdam Musiqi Kollecinin əməkdaşları musiqi kompazisiyası təqdim etdilər...

Tədbir sonrası Şuşanın bəzi yerlərini gəzdik, Üzeyir bəyin, Natəvanın, Bülbülün abidələrini ziyarət etdik, Şuşa qalasında olduq. Sonra Xankəndinə-Xanın kəndinə getdik. Şuşanın öz gözəlliyi, Xankəndinin də öz gözəlliyi var, hər ikisi əziz və əzəmətlidir. Xankəndində nahar etdikdən, şəhərin bəlli yerlərini ziyarət etdikdən sonra geriyə Bakıya üz tuturuq. "Sağlıqla qal, əziz Şuşa, növbəti görüşlərə qədər"-pıçıldayırıq, bu pıçıltı duaya oxşayır daha çox, şəhidlərimizin ruhuna oxuduğumuz minnətdarlıq duasına. Yol boyu gördüklərimizin təəssüratlarını bölüşdük, sevincimizi paylaşdıq. Şəhid ailəsi üzvlərinin də üzündən məmnunluq oxuduq, onlar övladlarının şəhid olduğu Şuşanı ziyarət etməklə sanki öz övladlarının ruhu ilə görüşdülər...

İradə SARIYEVA
Şuşa-Bakı





DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Baş həkimə illər öncə açılmış cinayət işi yenidən təzələndi...

Avropa Komissiyasından Trampın kürəkəninə ağır zərbə - "dayandırın"...

Ümumi daxili məhsulla bağlı maraqlı vəziyyət yarandı - həm müsbət, həm də mənfi tərəfləri var...

SON XƏBƏRLƏR

13.06.2026 / 22:50
Tramp rəsmən elan etdi – İranla saziş sabah imzalanacaq...

13.06.2026 / 20:21
İsraildən Trampa çağırış - Livan, Suriya və Qəzzadan çəkilməyəcəyik...

13.06.2026 / 20:11
Saxlanılan gömrükçülərin üçü buraxıldı - RƏİS MÜAVİNİ HƏBS EDİLDİ

13.06.2026 / 20:05
Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsidir

13.06.2026 / 19:47
Ramiz Mehdiyevin ailə bankı BOKT-a çevrildi…

13.06.2026 / 19:25
ABŞ-İran sülh sazişi Trampın 80 illik yubileyində imzalana bilər - Britaniya mediasından ŞOK İDDİA...

13.06.2026 / 19:08
Mingəçevir Dövlət Universiteti Beynəlxalq RUR reytinqində: İlk iştirakdan uğurlu nəticə

13.06.2026 / 18:57
İrandan ABŞ-la imzalanacaq sazişilə bağlı yeni açıqlama – Tehranın bloklanmış milyardları necə qaytarılacaq? – DETALLAR ortaya çıxdı...

13.06.2026 / 17:45
Azərbaycanla ABŞ TRIPP-in icrasını müzakirə etdi

13.06.2026 / 16:15
Putindən Qərbə növbəti xəbərdarlıq - heç vaxt buna cəhd etməyin...

13.06.2026 / 15:57
Şahbaz Şərif dünyanın gözlədiyi xəbəri elan etdi - ABŞ-İran sülh sazişi 24 saat ərzində imzalana bilər

13.06.2026 / 15:32
ABŞ ordusunun İranda uranı ələ keçirmək planı... Tramp əməliyyatı son anda dayandırdı, İranın “intihar tələsi” ortaya çıxdı...

13.06.2026 / 13:37
Bakıda restoranın dolabından beş min dollar oğurlandı

13.06.2026 / 13:24
Putinin nümayəndəsi Baydenin oğlunu ailənin Ukraynadakı “qaranlıq işlərini” açıqlamağa çağırdı...

13.06.2026 / 13:20
Əli Əsədov Ünal Üstel ilə görüşüb

13.06.2026 / 12:50
Ağdamda 33 il sonra “Son zəng” çalındı

13.06.2026 / 11:55
Prezident İlham Əliyev Kral III Çarlza məktub ünvanlayıb

13.06.2026 / 11:35
Şuşada TDT ölkələrinin Rəqabət Forumu keçirildi

13.06.2026 / 10:12
Emin Əmrullayev məzunları təbrik etdi

13.06.2026 / 09:29
Tramp ABŞ-İran sülh razılaması ilə bağlı konkret tarixi açıqladı - saziş Cenevrə və ya Vyanada imzalana bilər...

13.06.2026 / 08:45
Hindistan ABŞ-a nota verdi...

12.06.2026 / 22:49
ABŞ-İran sülh sazişinin razılaşdırılmış yekun mətni hazırdır - Pakistan bütün dünyaya elan etdi...

12.06.2026 / 22:12
Fransa mediası Azərbaycana qarşı çirkin kampaniyaya başladı - MEDİA-dan sərt açıqlama...

12.06.2026 / 22:03
Bakıdan Naxçıvana uçan təyyarə geri qayıtdı

12.06.2026 / 21:56
Paşinyan Zəngəzur dəhlizində neft-qaz kəmərini şübhə altına aldı...

12.06.2026 / 21:12
Paşinyan KTMT-dən çıxmaqla bağlı daha bir bəyanat verdi...

12.06.2026 / 21:03
PUA ilə İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

12.06.2026 / 20:47
Belə də kənd həyatı olar? - cəmi 19 faiz... Kəndlərimiz simasını itirir...

12.06.2026 / 20:22
Xəzərdə 22 yaşlı gənc 13 kq marixuan ilə tutuldu

12.06.2026 / 20:15
Tramp İranı bombalamağı növbəti dəfə təxirə saldı... Neçə dəfə olar?!

12.06.2026 / 19:46
Dövlət proqramı Prezidentin tənqid etdiyi problemlərin həllinə yol açır...

12.06.2026 / 19:34
Fuat Oktay Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

12.06.2026 / 18:12
Netanyahu Prezident İlham Əliyevə məktub ünvanlayıb

12.06.2026 / 18:10
1992-93-cü illərdəki "dövlət səriştəsizliyinə" son qoyulmasaydı...

12.06.2026 / 17:43
Trampın qızı və kürəkəni Kuşnerə görə Albaniyanı "Flaminqo inqilabı" bürüdü...

12.06.2026 / 17:43
Müxalifətin xalqı Paşinyana qarşı səfərbər etmək cəhdləri iflasa uğrayır...

12.06.2026 / 17:30
Bakıda dəyişkən iş rejiminin "antitıxac effekti" yetərincə inandırıcı görünmədi...

12.06.2026 / 17:20
Rusiya Ermənistan məhsullarına qadağaları genişləndirdi - siyasi gərginlik artır...

12.06.2026 / 17:18
"Yeni Şafak"dan şok xəbər - Türkiyə iki istiqamətdə Ermənistanla sərhədi açır, ticarət 1 milyard dollara çatacaq...

12.06.2026 / 17:14
Prezident Əliyev tənqid etdi, ardınca proses başladı...

12.06.2026 / 16:59
Taksilərdə gediş bahalaşır, amma qazanan sürücülər yox, xarici şirkətlərdir...

12.06.2026 / 16:49
"Aqrar sahədə yeni inkişaf modeli tətbiq olunur" - Emin Hüseynov

12.06.2026 / 16:39
Merts qəti şərt qoydu - Ukraynada sülh yalnız bu formatda mümkündür, başqa heç cür...

12.06.2026 / 16:33
Region müşavirələri aqrar bölmədə yeni mərhələ başlada bilər...

12.06.2026 / 16:30
Nazirlik və Agentliklərdə müşavir postlarını bu qədər şişirtmək büdcəyə izafi basqı yaradır...

12.06.2026 / 16:18
ABŞ və İran tarixi razılaşmanın bir addımlığında - dörd təyyarə Vaşinqtondan Cenevrəyə yola düşdü... mümkün SAZİŞ MƏTNİ SIZDIRILDI...

12.06.2026 / 15:49
Epşteyn işi çərçivəsində Konqresin sorğu-sualı Tramp ailəsinə çatır...

12.06.2026 / 15:29
Sosial şəbəkələrdə uşaqların hüquqlarının qorunmasına dair qanun layihəsi ilk oxunuşda qəbul olundu

12.06.2026 / 15:22
İsmayıllıda aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirildi - YENİLƏNİB

12.06.2026 / 15:17
Deputat sosial şəbəkələrdə saxta ekspertlərlə bağlı təklif irəli sürdü

12.06.2026 / 15:00
“...Ənənəvi memarlıq ilə futuristik şəhərsalma prinsipləri unikal şəkildə vəhdət təşkil edir” - Rizvan Qarabağlı

12.06.2026 / 14:31
Uşaqlarımızın əxlaqına ən çox təcavüz edən sosial şəbəkələr...

12.06.2026 / 13:42
Cinayətlə mübarizə üzrə Koordinasiya Şurasının iclası keçirilib

12.06.2026 / 13:35
Göygöldə yeni Dövlət Proqramının müzakirəsinə dair müşavirə keçirildi - YENİLƏNDİ

12.06.2026 / 13:20
Tramp İranla bağlı 10-dan çox dövlətin adını öz “şərikləri” kimi çəkdi, birinin də səsi çıxmadı...

12.06.2026 / 12:58
QHT və özəl sektor arasında yeni tərəfdaşlıq təşəbbüsü başlayır

12.06.2026 / 12:33
Prezidentin köməkçisi 2026–2030-cu illəri əhatə edən Dövlət Proqramının əsas hədəflərini açıqladı...

12.06.2026 / 12:17
Avropada faşist düşərgələri, Qarabağda erməni həbs-işgəncə “düşərgələri”...

12.06.2026 / 11:53
"2030-cu ilə qədər qoyun əti istehsalının 21 faiz artırılması nəzərdə tutulur" - Nazir müavini

12.06.2026 / 11:34
"Xüsusi icra məmurları başqa peşə fəaliyyəti ilə məşğul ola bilməz" - Ədliyyə rəsmisi

12.06.2026 / 11:16
Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi

12.06.2026 / 11:11
Prezident İlham Əliyev Filippin liderinə məktub ünvanladı

12.06.2026 / 11:09
Prezident İlham Əliyev Putini təbrik etdi

12.06.2026 / 10:59
Yüksək vəzifəli şəxs SAXLANILDI - Gömrükdə ƏMƏLİYYAT

12.06.2026 / 10:49
Ağdaşda avtomobili ildırım vurdu...

12.06.2026 / 10:40
DYP “Son zəng” ilə bağlı məzunlara və valideynlərə müraciət etdi - bunlardan uzaq olun...

12.06.2026 / 10:32
"2015-2025-ci illərdə istifadə olunmayan 169 min hektar torpaq sahəsi əkin dövriyyəsinə qatılıb" - Prezidentin köməkçisi

12.06.2026 / 10:19
ƏHLİMAN ƏMİRASLANOV – MƏRHƏMƏTİN ELMƏ, ELMİN DÖVLƏTÇİLİYƏ ÇEVRİLDİYİ ÖMÜR

12.06.2026 / 10:04
“Son zəng”lə bağlı sürücülərə xəbərdarlıq edildi...

12.06.2026 / 09:46
Azərbaycan Rusiyanı təbrik etdi

12.06.2026 / 09:29
Goranboyda marketdə MASKALI SOYĞUN...

12.06.2026 / 09:20
Aqrar sahədə yeni Dövlət Proqramı üzrə regional müşavirələrə start verilir

11.06.2026 / 23:51
Tramp İranla razılaşma əldə edildiyini bəyan etdi – saziş Avropada imzalana bilər...

11.06.2026 / 23:06
Qadınların milliləşdirilməsi siyasətinin tərkib hissəsi

11.06.2026 / 22:40
Vüsal Tahirovun adının və soyadının leksik mənası və izahı

11.06.2026 / 21:20
Ermənistan hakimiyyəti konstitusiya dəyişikliyini aşkarca uzadır - nazir özünü təkzib etdi...

11.06.2026 / 20:28
Paşinyan Gümrü bələdiyyə rəhbərliyini “dama basdı” - üstəlik ultimatum verdi... tezliklə...

11.06.2026 / 20:01
Kreml İrəvandan "KTMT-də qalıb-qalmamağın" tezliklə həllini tələb etdi...

11.06.2026 / 19:33
İran-ABŞ danışıqları 12 milyarda görə dalana dirəndi...

11.06.2026 / 19:16
Aysel Əlizadənin “Xoşbəxtlik haqqında” kitabı çap olunub

11.06.2026 / 18:46
Neft 60 dollar bahalaşdı, ÜDM artmadı - niyə?...

Regionların tərəqqisində Qarabağ və Şərqi Zəngəzurun xüsusi çəkisi sürətlə artır

XƏBƏR ARXİVİ