Bazar ertəsi günü, 05 oktyabr 2026
     

Tarix yazan ansambl - Əhsən Dadaşovun əbədiyaşar “Xatirə”si...

Image


Çağdaş musiqi tariximizi yaradanların qoyduqları izlər, ərsəyə gətirdikləri məktəblər bu gün də yaşayır. Biz o məktəbləri yaradan böyük musiqiçilərimizlə iftixar duyuruq. Belə məktəbləri yaradanlardan biri də görkəmli tarzən, əməkdar artist Əhsən Dadaşovdur. Bu böyük musiqi xadiminin yaratdığı  "Xatirə" Xalq Çalğı Alətləri ansamblıdır. 

Yaradıcılığı boyu xalq musqisindən güc alan və xalqımızın qayım-qədim tarzənlik sənətini özünə yol yoldaşı seçən Əhsən Dadaşovun yaratdığı "Xatirə" Xalq Çalğı Alətləri ansablının Azərbaycan musiqi mədəniyyəti  tarixində ayrıca yeri var.

64 ildir ki, musiqisevərlər "Xatirə"nin konsertlərinə xüsusi sevgi ilə dinşək kəsilir, neçə gənc musiqiçi, ifaçı, xanəndə bu ansambldan sənət dünyasına vəsiqə alır.

Azərbaycan xalq çalğı alətlərinin tarixində "Xatirə" Xalq Çalğı Alətlərinin ayrıca bir yeri var. Ə.Dadaşovun ürəyinin odundan, könlünün sevgisindən yaranan bu ansablsız musiqi tariximiz kasıb görünərdi. Mübağiləsiz belədir. Çünki bu ansamblın fəaliyyətinə,  xalq mahnılarımızın, muğamlarımızın, bəstəkar mahnılarımızın geniş təbliğindəki roluna, yetişdirdiyi müğənnilərin, xanəndələrin adlarına baxmaq fikrimizi əsaslandırmağa kifayət edər. Bu nəhəng məktəbin yetirmələrinin əksəriyyəti ifaçılıq tariximizin əfsanələridir.  

Əhsən Dadaşov xalq musiqisinə, muğamlara dərin bağlarla bağlı olsa da, bəstəkar mahnılarının da təbliğinə xüsusi diqqət yetirirdi. Məhz bu səbəbdən neçə-neçə gənc bəstəkarın əsəri "Xatirə" Xalq Çalğı Alətləri Ansamblının ifasında musiqi aləmində tanınırdı. 

Bəs "Xatirə" Xalq Çalğı Alətləri Ansamblı necə yarandı?

Bu ansamblın yaranma tarixi barədə çap olunan məqalələrdə qeyd olunur ki, Televiziya və Radio Komitəsinin nəzdində   Əhməd Bakıxanovun rəhbərlik etdiyi ansambldan başqa ikinci bir xalq çalğı alətləri ansamblının yaranması zərurəti meydana çıxanda Ənvər Əlibəyli və Cahangir Cahangirov bu ansamblı incə ruhlu musiqiçi, qəlbi milli musiqimizin ritmləri ilə döyün, gözəl tarzən Əhsən Dadaşovun yaratmasını məsləhət biliblər. 

Yazılanlara görə, 1960-cı ildə Əhsən Dadaşov  "Xatirə" ansamblını yaradır. Bu ansambl özünəməxsusluğu ilə seçilir, tez bir zamanda şöhrət tapır və müğənnilərdən müraciətlər gəlməyə başlayır, bəstəkarlar əsərlər gətirirlər. Əhsən Dadaşovun rəhbərliyi ilə bu ansabl tarix yazır. 

Bu barədə Xalq artisti Ceyran Haşımova "Bakı-Xəbər"ə bildirdi ki, Əhsən  Dadaşovun yaratdığı "Xatirə" Xalq Çalğı Alətləri Ansamblının musiqi tariximizdə silinməz izləri var. "Çox gözəl sənətkar idi, mehriban idik, iş yoldaşı olmuşuq. Sonra o, ansamblı yaratdı və çox gözəl kollektiv formalaşdırdı, Azərbaycanın çox görkəmli sənətkarları, müğənniləri Əhsən müəllimin ansamblında oxuyurdular. Əhsən Dadaşov gözəl sənətkar idi, amma çox hayıf ki, həyatdan vaxtsız köçdü. "Xatirə" Xalq Çalğı Alətləri Ansamblının musiqi tariximizdə ayrıca yeri var. Əhməd Bakıxanovun ansamblı vardı, sonra Əhsən Dadaşov yaratdı, mən də "Lalə" Qızlar Ansamblını yaratdım. 

Cavan qızlar mənim ansamblıma gəlirdilər, bir az yaşlılar Əhsən Dadaşovun ansamblına gedirdi. Əhsən Dadaşovun ansamblında görkəmli sənətkarlar oxuyurdular. Şövkət Ələkbərova "Xatirə"nin müşaiəti ilə bir sıra mahnılar ifa etdi. 

Bu ansambl qastrol səfərlərinə gedirdi, Azərbaycan musiqisini layiqincə təmsil və təbliğ edirdilər".

"Xatirə" Xalq Çalğı Alətləri Ansamblının bədii rəhbəri olmuş xalq artisti Adil Bağırovla da söhbətləşdik. A. Bağırovla  keçənlərə boylandıq. "Əhsən müəllim bu ansamblı təxminən 1960-cı ildə yaratdı. O vaxt Azərbaycan  Televiziyasının nəzdində bir neçə kollektiv vardı, indi də var. Xalq Çalğı Alətləri Orkestri, Xor Kollektivi, Simfonik Orkest və sair fəaliyyət göstərirdi. O vaxt Xor Kollektivini ancaq bir pianoçu müşaiyət edirdi. Bu da lazımı gözəllik vermirdi, çünki xalq mahnıları və muğamların ifası tək bir piano ilə əmələ gəlmirdi. Xorun da rəhbəri bəstəkar, xalq artisti Ramiz Mustafayev idi. Ramiz Mustafayev Əhsən müəllimdən xahiş etmişdi ki, biz sədrlə danışaq sən kiçik bir ansambl heyəti düzəlt xor kollektivi   xalq və bəstəkar mahnıları, muğamlar ifa edəndə  birgə işləyək. O vaxt Əhsən müəllimlə Ramiz müəllim bir yerdə Televiziya və Radio Komitəsinin sədri Ənvər Əlibəyliyə müraciət edirlər, o da razılıq verib və indiki AzTV-nin nəzdində 12 nəfərdən ibarət kiçik bir kollektiv yaradılıb. Əhsən müəllim 12 nəfərdən ibarət ansamblı yaratdı. Ansambl yarananda orda mən də vardım, Şəfiqə Eyvazova, Vəcihə Səfərova və başqa sənətkarlar vardı. Biz xorla işləyirdik. Tezliklə "Xatirə" ansamblının şöhrəti yayılmağa başladı. Şövkət xanım Ələkbərova zəng edib dedi ki, mən Əhsən müəllimin ansamblı ilə bir neçə mahnı yazmaq istəyirəm. Şövkət xanım ansambla dəvət edildi, o gəldi, ondan sonra Konservatoriyanın tələbələri olan gənc bəstəkarlar ansambla müraciət etməyə başladılar. O dövrdə Emin Sabitoğlu və Ramiz Mirişli gənc bəstəkarlar idilər. Emin Sabitoğlu və Ramiz Mirişli demək olar ki, Şövkət xanım üçün bizim hər yeni məşqimizə yeni mahnı yazıb gətirirdilər. Şövkət xanım da o mahnıları bizim ansambılla oxuyurdu".

"Xatirə"nin şöhrəti artdıqca  müğənnilər bu ansamblnın müşaiəti ilə oxumağa maraq göstərir, o illərdə Arif Babayev, İslam Rzayev, Yalçın Rzazadə və başqaları bu ansamblla gözəl əsərlər ifa edib lentə yazdırırlar. 

Həmin illərdə tez-tez radio və televiziyada, tədbirlərdə Əhsən Dadaşovun rəhbərliyi ilə "Xatirə" Xalq Çalğı Alətləri Ansamblının ifası eşidilirdi. Bu ansambl məktəb rolu oynayır və bir çox müğənnilər bu ansambla gəlib oxuyurdular. 

Əhsən Dadaşov "Xatirə" ansamblına 15 il rəhbərlik edir, ömrü vəfa etmir görkəmli sənətkarın, neçə-neçə arzusu yarımçıq qalır. O, həyatdan erkən köçür, amma davamçıları ansamblı "ölməyə" qoymur, onu böyük ustadın xatirəsinə ən əziz töhfə kimi inkişaf etdirirlər, yaşadırlar. 

"Əhsən müəllim ansambla 15 il rəhbərlik etdi. Əhsən müəllim rəhmətə gedəndən sonra belə məsləhət oldu ki, ansambla mən rəhbərlik edim. Bu yaxınlara qədər təxmçinən 45 il bu ansamblın bədii rəhbəri olmuşam. Əhsən müəllimin yaratdığı o məktəbi, o yolu layiqincə qorumuşuq. Bizim ansamblda yaşlı xanəndələrlə yanaşı gənc ifaçılar da təmsil olunur. Muğam müsbiqəsindən də cavan müğənniləri seçib ansamblla işə cəlb etmişəm, AzTV-də onları işə düzəltmişəm, onların konsertlərini təşkil etmişəm". 

64-65 il müddətində "Xatirə" Xalq Çalğı Aləti Ansamblının musiqi tariximizdə oynadığı rola da toxunan A.Bağırov qeyd etdi ki, ansamblın konsertlərindən ibarət saysız lent yazıları, konsert çəkilişləri var. Ansamblının bütün dövlət tədbirlərinə dəvət edildiyini deyən müsahibimiz bildirdi ki, hər zaman çıxışlar ediblər. "O vaxt ulu öndərin təşəbbüsü ilə Azərbaycanın hər yerində radio-televizya günləri keçirilirdi, zəhmətkeşlərlə görüşlər olurdu, biz həmişə bölgələrdə konsertlər verirdik. Bununla yanaşı xarici ölkələrdə də Azərbaycan musiqisini təbliğ və təmsil edirdik"- Adil Bağırov qeyd etdi. 

Böyük sənətkar dünyasını dəyişsə də, amma ədədiyaşarlıq qazandı, ömrünə-gününə yoldaş olan tarının simlərində,  yanıqlı mizrabında, bir də yaradıb ərsəyə gətirdiyi "Xatirə" Xalq Çalğı Alətləri Ansamblının simasında yaşadı. Ömründən ömür qatıb  yaratdığı ansambl hazırda görkəmli sənətkarın adını daşıyır. 1976-cı ildə Ə.Dadaşov haqq dünyasına qovuşur, ansambla bədii rəhbər vəzifəsinə Adil Bağırov təyin edilir və bir neçə ildən sonra "Xatirə" Xalq Çalğı Alətləri Ansamblına Əhsən Dadaşovun adı verilir. Adil müəllim deyir ki, həm Əhsən Dadaşovun ailəsinin istəyi, həm də özünün və ansambl üzvlərinin təşəbbüsü ilə "Xatirə"yə Əhsən Dadaşovun adının verilməsi qərarına gəlinib.        

Bu böyük bir zərurət idi və eyni zamanda sənətkarın haqqının verilməsi idi. O, musiqi tariximizdə öz nəfəsi olan bir musiqi ansamblı yaratmışdı və bu ansambl milli musiqimizi layiqincə tərənnüm edirdi. 

"Əhsən Dadaşovun əməyi, zəhməti itməsin, izləri yaşasın deyə ansambla onun ad adı verilsin"

"O vaxt indiki AzTV-nin rəhbəri rəhmətlik Ənvər Əlibəyli idi. Belə qərara gəlindi ki, Əhsən müəllimin adı, zəhməti itməsin  deyə və ailəsinin,eləcə də bizim xahişimizə görə Azərbaycan Televiziya və Radiosunun "Xatirə" Xalq Çalğı Alətləri Ansamblına Əhsən Dadaşov adı verilsin. Bu ansambl Əhsən müəllimin xatirəsini yaşadır" - deyə Adil müəllim bildirdi. O vurğuladı ki, Əhsən Dadaşovun rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblının musiqi mədəniyyəti tariximizdə çox böyük rolu, məxsusi dəst-xətti var. 

Xalq musiqisinin incəliklərini dərindən bilən, ondan ilhamlanan Ə.Dadaşovun "Xatirə" kimi bir ansambl yaratması, ona uzun illər rəhbərlik etməsi xalq olaraq bizim böyük qazancımızdır, tükənməz qazancımız. 

Sənətin sirrlərinə böyük ustadların bələdçiliyi və özünün bənzərsiz, qeyri-adi istedadı ilə vaqif olan böyük sənətkar bəstəkar Səid Rüstəmovdan, Mənsur Mənsurovdan , Ənvər Mənsurovdan  dərs almışdı. Mirzə Mənsur Mənsurov, Ənvər Mənsurov Əhsən Dadaşovun tar ifaçılığı sənətində muğam üzrə müəllimləri olmuşdular. O, klassik muğam ifaçılıqlarının bütün incə xüsusiyyətlərini dərindən öyrənib və bu sahədə mahir ifaçılardan biri olub.  Radio və televziyada, hazırda sosial mediada, yutubda "Rast", "Orta Mahur", "Şur", "Zabul-Segah" və başqa muğamları ifasında zövqlə dinlədiyimiz böyük sənətkar Əhsən Dadaşov yaratdı "Xatirə"ni. O, muğamı, xalq mahnılarını bu şəkildə dərindən bilməsəydi o cür ansambl yarada bilməzdi. Bu mükəmməl musiqiçi, böyük sənətkar, əvəzsiz musiqi təşkilatçısı Əhsən Dadaşovun yaratdığı ansambl musiqi tariximizdə silinməz imzası, ünvanı ilə bilinir, tanınır... Əhsən müəllimin ünvanını ana tarımız və "Xatirə" Xalq Çalğı Alətləri Ansamblı yaşadır, tanıdır...

İradə SARIYEVA
Məqalə Azərbaycan Mətbuat Şurasının, "ƏHSƏN" Yaradıcılıq Təşəbbüsləri Mərkəzinin və Xəzər Media Mərkəzinin Əməkdar artist Əhsən Dadaşovun yaradıcılığı ilə bağlı birgə yazı müsabiqəsinə təqdim olunur.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

04.10.2026 / 21:03
Bir dəyişilməz həqiqət var: Azərbaycana günəş Azərbaycandan doğur!

04.10.2026 / 20:15
Almaniya kansleri Merts Kiyevdən Putinə səsləndi - Cənab Putin, mənasız müharibəni dayandırın…

04.10.2026 / 18:48
Polşa və Rumıniya Ukrayna taxılının tranzitini artırmaqdan rəsmən imtina etdi…

04.10.2026 / 18:14
Moskvada kommunistlərin etiraz aksiyasında ən azı 65 nəfər saxlandı…

04.10.2026 / 17:27
“Bəzi ölkələr Rusiya ilə Ermənistan arasında münasibətləri pisləşdirməyə çalışırlar” - Medvedev

04.10.2026 / 15:35
Şröder Rusiyada hipermarket şəbəkəsində yüksək vəzifəyə təyin olundu, almanlar üsyan etdi - "utanmaz"…

04.10.2026 / 14:51
Pakistan Yəmən müharibəsində Səudiyyənin tərəfini seçdi – dörd təyyarə silah və texnika göndərdilər…

04.10.2026 / 14:25
Putindən Qərbə sərt xəbərdarlıq - Kalininqrada təhlükə yaranarsa, bütün silah arsenalımızdan istifadə edəcəyik…

04.10.2026 / 13:45
İran BƏƏ-yə xəbərdarlıq etdi – adalardan əl çəkin…

04.10.2026 / 13:12
Rusiya raket və dronları Moldova hava məkanını pozdu – Kişinyov Moskvaya nota verdi…

04.10.2026 / 12:37
BMT Baş Assambleyasından sonra ABŞ qalan iki İran diplomatını da ölkədən qovdu…

04.10.2026 / 11:54
Tokayevdən hərbi təlimlərdə 14 əsgərin ölümünə görə yeni qərar - Baş Qərargah rəisi, nazir müavini və HDQ komandanı işdən çıxarıldı...

04.10.2026 / 11:37
İlham Əliyev nə deməli idi?! Deməli idi müftə aldığımız şeylərə görə hamının qabağında gözü kölgəli, başı aşağıyıq?!...

04.10.2026 / 11:22
Prezident İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı -VİDEO

04.10.2026 / 11:20
Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir - Vüqar Rəhimzadə

04.10.2026 / 10:35
Putin Kadırova ordu generalı rütbəsi verdi...

04.10.2026 / 09:47
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər yaxalandı

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ