Cümə axşamı günü, 13 avqust 2026
     

Kitabsevərlər üçün bənzərsiz təcrübə: Kitab sərgisindən reportaj

Image


Deyirlər ki, kitablar insanların ən yaxın dostudur. Biz də bu gün ən yaxın dostlarımızı ziyarətə gedirik. Bəli, yolumuz Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunmuş 10-cu Beynəlxalq Kitab Sərgisinədir. Sərgiyə gediş-gəlişin təşkili üçün ayrılmış xüsusi avtobusların olduğu ünvana çatırıq. Bu zaman bir neçə avtobus bizi qarşılayır və onlardan hərəkətə hazır vəziyyətdə olanında əyləşirik. Bir az gözlədikdən sonra yola qoyuluruq. Yol boyu ötən illərdə baş tutan kitab sərgisindən, orada yaşadığımız təəssüratlardan və hazırkı sərgi ilə bağlı öndüşüncələrimizi bir-birimizlə bölüşürük. Beləcə, zamanın necə keçdiyini bilmədən məkana-Baku Ekspo Mərkəzinə çatırıq. Buraya yaxınlaşan kimi əlində kitablarla mərkəzdən çıxan, sərgiyə çatmaq üçün tələsən kitabsevərləri görürük. Bu qədər kitabsevəri bir arada görmək insana çox xoş təəssürat bağışlayır. Kitab sərgisinə olan maraq hər kəsdə bayram ab-havası yaradırdı.

Expo Mərkəzin qarşısında hündür, işıqlı afişa diqqət çəkirdi. Afişada sərgi ilə bağlı əsas məlumatlar yer alırdı. Yoxlanışdan keçdikdən sonra Expo Mərkəzə daxil oluruq. Bizi ilk olaraq "Yaşıl dünya naminə həmrəy olaq!" şüarı ilə hazırlanmış stend qarşılayır. Stenddə ekologiyanın müdafiəsi ilə bağlı məlumatlar, simvolik əşyalar öz əksini tapırdı. Daha sonra müxtəlif rəngarəng və incəliklə işlənmiş rəsm əsərləri ilə qarşılaşırıq. Həmçinin girişdə "Füyuzat" jurnalının kiçik stendi ilə də tanış oluruq. Burada isə iki məlumatlandırıcı lövhə və "Füyuzat" - ın müxtəlif sayıları nümayiş etdirilirdi. Hər kəsin növbə gözləyərək şəkil çəkdirdiyi qırmızı xalça və lentlərlə bəzədilmiş Bakı Beynəlxalq Kitab Sərgisi lövhəsinin də qarşısından keçərək əsas zala daxil oluruq. Amma sanki, başqa zala deyil, başqa aləmə keçid edirik. Zalda sayısız-hesabsız stend, yüzlərlə kitab və hər yaşdan kitabsevər var. Hər kəs stendlərin qarşısında kitablarla maraqlanır, burada yazarlar və satıcılar ilə kitablar haqqında söhbət edirlər. İlk diqqətimizi çəkən, Məhəmməd Füzulinin şəkli və əsərləri ilə bəzədilən, üzərində Ümumilli lider Heydər Əliyevin "Füzuli mənim tarixim, Füzuli mənim mənliyimdir" şüarı yazılan stend olur və bu şüar isə öz sözünü deyir. Növbəti dayanacağımız Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasının stendi olur. Stendlərdə kitabxananın "Nadir nüsxələr" fonduna aid qədim, tarixi kitablar nümayiş olunur. Kitabxananın nümayəndə heyətindən Amaliya Qəmbərova stenddəki kitablar haqqında danışarkən qeyd edir ki, Respublika Elmi-Texniki Kitabxanası bu il sərgiyə daha çox memarlıq mövzusunda kitablar gətirib: "Bu il sərgidə əsasən tarixi memarlıq mövzusunda kitablar nümayiş etdiririk. Amma bildiyimiz kimi, 2024-cü il "Yaşıl dünya naminə həmrəylik" ilidir və biz onunla bağlı olaraq ekologiya mövzusunda da kitablar gətirmişik. Bu kitablar Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov tərəfindən 2023-2024-cü ildə nəşr olunublar. Həmçinin biz bu kitabları ziyarətçilərə də hədiyyə edirik".



Amalya Qənbərova kitabxananın tarixindən də söz açır və əlavə edir: "Kitabxanamız 1920-1930-cu illərdə Azneftin tərkibində yaranıb. Ona görə də, bizim fondumuzun əsası neft fondudur.Ən qədim kitabımız Neftin geologiyası ilə bağlıdır və 1885-ci ilə aiddir. Ümumiyyətlə, elm və texnikanın istənilən sahəsinə dair bizim həm qədim, həm də müasir kitablarımız var".

Kitabxananın kitabları ilə tanış olduqdan sonra sərgini gəzməyə davam edirik. Uzaqdan çox fərqli bir stend diqqətimizi çəkir və biz ona sarı gedirik. Bizi "DODO" qəzetinin baş redaktoru, araşdırmaçı İradə Məlikova qarşılayır. Stendin diqqətimizi çəkməsinin səbəbi isə buradakı kitabların Talış dilində yazılması və talış xalqına, adət-ənənələrinə aid əşyaların, "Zerən çörəyi"-nin də nümayiş etdirilməsi idi. Söhbət əsnasında İradə xanım sadəcə talış dilində yox, Azərbaycanda yaşayan 15 xalqın dilində kitabları olduğunu bildirir: "Azərbaycan Milli Elmlər Akademiyasının qərarı ilə çıxan kitablarımız var. Bu kitablarda avar, buduk, xınalıq, ingloy, kürd, ləzgi, talış, tat, udi, saxur və rutul dillərində Azərbaycanda yaşayan xalqların əfsanə, rəvayət və nağılları öz əksini tapır. "Talış xalqının folkloru", "Toy və yas adət-ənənələri" , " Şəkili lüğət" və s. kitablarımız da oxuculara nümayiş etdirilir".

Həmsöhbətimiz bildirir ki, o həm də baş redaktor olaraq fəaliyyət göstərir: "DODO" qəzeti Talış dilində dərc olunan ictimai qəzetdir. Qəzetdə Azərbaycan dilində də məqalələr dərc olunur. Qezeti öz maliyyə hesabıma dərc edirəm. Hətta qəzetin paylanmasını da şəxsən özüm edirəm. Qəzet Lənkəran,Astara,Lerik,Masallı və Biləsuvara çatdırılır".

Həmçinin İradə xanım həvəskar bəstəkar və skripka ifaçısıdır. İradə xanımla xoş söhbətimizdən sonra yan stendə nəzər yetiririk. Burada Azərbaycan Yazıçılar Birliyinin və Braziliya Yazarlar Klubunun üzvü Rüstəm Mirzəyev ilə tarixçi, elmlər namizədi Fərhad Mehdini görürük. Onlar kitabların hər biri haqqında bizi məlumatlandırırlar. Xüsusilə də Rüstəm bəy "Ağ qızılın lənəti", 2 hissəli kitab olan "Poчему" (Niyə?) və "Qızıl Şar" kimi bir sıra kitablar, orada bəhs olunanlar haqqında bizə bəhs edir. Ardınca Fərhad bəy stenddə yer alan bir sıra kitablar və özünün müəllifi olduğu "Günəşə açılan doqquz pəncərə" adlı macəra xarakterli tarixi-fəlsəfi romanı barədə bizə danışır. Stenddən ayrılan zaman isə Rüstəm bəylə Fərhad bəy şəxsi imzaları ilə bizə bu kitablardan hədiyyə edirlər. Bu bizim üçün çox gözəl və xoş təəssürat idi! 

Daha sonra isə sərgidə görmədiyimiz stendləri gəzməyə davam edir və bu zaman müxtəlif ölkələrin stendləri ilə qarşılaşırıq. Qətər stendinin önündən keçərkən kitablara göz gəzdiririk. Kitablar, əsasən, Qətərin tarixi ilə bağlıdır. Ancaq fərqli mövzularda kitablara da rast gəlirik. Ardınca isə, qardaş ölkə Türkiyənin stendinə yaxınlaşırıq. Stenddə bir qrup şəxsin təqdim olunan kitablar və müxtəlif nəşrlərlə bağlı maraqlı söhbətlərinə də şahid oluruq. Belə ki, burada Evliya Çələbi, Katib Çələbi kimi yazıçıların əsərlərinə,uşaq ədəbiyyatına və tarixi əsərlərə rast gəlirik. Türkiyə stendlərində gəzərkən türk kitabsevər Şeyma Asker ilə tanış olduruq. Şeyma xanım bildirir ki, artıq 4 ildir sərgidə iştirak edir: "Bu il fərqli ölkələrin stendləri çoxdur. Qətər, Uman və başqa ölkələrin səfirliklərinin stendlərinə rast gəlirik. Həmçinin bu il əvvəlki illərdən daha çox yayımçı var və artıq 4-cü gəlişimdir. Hər il yayımçı sayı artıq bu da Azərbaycan yayımçılığı üçün müsbət bir hadisədir. Keçən il 3-4 kitabı olan yayımçının bu il 10-15 kitabı var".

Həmsöhbətimiz qeyd edir ki, Azərbaycan uşaq yayımçılığı da inkişaf edib: "Bu il sərgidə uşaq yayım evlərinin də sayı artıb. Demək olar ki, hər stenddə uşaq kitablarına rast gəlmək olur. Əvvəl daha çox dərs kitabları üstünlük təşkil edirdi. İndi isə hekayə kitabları,ədəbiyyatlar daha çoxdur".

Şeyma Asker bu ilki kitab sərgisinin əvvəlki illərdən fərqli olduğunu da əlavə edir: "Öncədən universitet, dərnək stendləri üstünlük təşkil edirdi. Bu il isə kitab yayım evlərinin, yazıçıların kitab stendlərinə daha çox rast gəlirik. Bu da bizi sevindirir".

Eləcə də o, hər il Türkiyədən sərgiyə qatıldığını söyləyərək, növbəti illərdə də iştirak etmək istədiyini bildirir. Digər stendlərə doğru irəliləyirik. Bu zaman bir andaca yaxın stenddən gözəl bir musiqi sədasını duyuruq və onun izi ilə gedirik. Qarşılaşdığımız mənzərə isə bizi özünə heyran edir. Stenddə 3 şəxs var. Onlardan biri kitab satışından məsuliyyətli olaraq onların alışı-satışı ilə maraqlanır, digəri sehrli barmaqlarla gitaranın simlərinə toxunur və ikinci şəxs isə simlərin sədasını izləyərək mahnı oxuyur. Orada toplaşan insanlardan da bir qismi kitablarla maraqlanır, yarı qismi musiqini dinləyir. Bu çox gözəldir! Ona görə də buradan ayrılmaq da çətindir, lakin biz artıq sərgidən gedən sonuncu marşrutun ayrılma saatına yaxınlaşırıq. Tələsirdik. Biz artıq stendlərdən yavaş-yavaş kənarlaşırıq. Beləcə, oradan ayrılaraq, sərgidən yola çıxan xüsusi avtobusda əyləşirik. Biraz keçdikdən sonra sərgidən bizə hədiyyə edilən imzalı kitablardan birini açırıq. Kitabda qeyd olunur: "Aytac və Saida xanıma müəllifdən, hörmətlə"

Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin tələbələri Aytac Kərimova, Saida Ramazanova




VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycan və ABŞ prezidentləri arasında telefon danışığı olub

Təhsil Nazirliyini iki yeni münaqişə gözləyir...

Ermənistan “rus ayısının pəncəsində” - Avropanın gözü qarşısında “param-parça” edilir...

SON XƏBƏRLƏR

12.08.2026 / 23:34
"Raket və dronlarımızın 75%-dən çoxunu istifadə etməmişik" - İranlı general ABŞ-a meydan oxudu...

12.08.2026 / 22:19
İran Məkkə sazişınə qoşula biıər?

12.08.2026 / 22:09
Zaxarova Zelenskinin İrəvandakı bəyanatından hələ də qıcıqlanır

12.08.2026 / 21:53
Fransa müstəmləkələri ilə bağlı Bakıdan önəmli təşəbbüs - BMT yenidən müdaxilə etməlidir...

12.08.2026 / 21:35
Rusiya ilə Britaniya arasında birbaşa toqquşma risqi - Gerasimov ingilis həmkarının zənglərinə cavab vermir...

12.08.2026 / 21:12
Naxçıvan möcüzəsi - blokadadan regional nəqliyyat-tranzit mərkəzinə qədər...

12.08.2026 / 20:34
Tramp bütün dünyaya elan etdi - ABŞ ordusu Hörmüz boğazında nəzarəti tam ələ keçirdi...

12.08.2026 / 20:20
Bugünkü Günəş tutulmasının hesablaması dəccalizmin tezliklə bitəcəyini xəbər verir

12.08.2026 / 19:25
Xaçmazda divarlara narkotik vasitələri təbliğ edən yazılar yazan üç nəfər yaxalandı

12.08.2026 / 19:12
Xocavənddə buldozer minaya düşüb, 2 nəfər yaralandı...

12.08.2026 / 18:58
Putin orduya Qərb ölkələrinə cavab vermək əmri verdi - gəmiləri ələ keçirin!...

12.08.2026 / 18:44
Türkiyə parlamentinin "PKK qanunu" kağız üzərində qala bilər...

12.08.2026 / 18:24
Ukraynanın dron hücumundan sonra Novorossiyskdəki taxıl terminalı fəaliyyətini dayandırdı

12.08.2026 / 18:15
XIX əsr Qarabağ memarlığının nadir nümunələri - Ağdamın Abdal-Gülablı kəndində Kərbəlayi Səfixan Qarabağinin məscid və hamam kompleksi...

12.08.2026 / 17:58
Ukrayna Rusiyanın Novorossiyskdəki hərbi dəniz bazasını da vurdu...

12.08.2026 / 17:46
Türkiyədə F-16 qırıcısı qəzaya uğradı...

12.08.2026 / 17:35
İran Hörmüzün açılmasına görə ABŞ-a yeni tələblər qoydu...

12.08.2026 / 17:04
Süriyadakı rus bazaları barədə razılaşma ilə eyni vaxtda Əsədə ölüm hökmü çıxarıldı...

12.08.2026 / 16:53
Tramp NATO Zirvəsindən "İranı vurun" əmrini bu səbəbdən verdi - qurulmuş plan...

12.08.2026 / 16:46
Naxçıvan Zəngəzur dəhlizinin açılmasında ən vacib rollardan birini oynayır - Yunus Oğuz

12.08.2026 / 16:41
Ermənistan və İran arasında müəmmalı "TRIPP anlaşması"...

12.08.2026 / 16:25
Naxçıvanda ictimai nəqliyyat yeniləndi - 72 elektrikli avtobus...

12.08.2026 / 16:17
Prezident bölgənin gələcək siyasi-iqtisadi xəritəsini elan etdi!

12.08.2026 / 16:11
Ermənistanda yeni konstitusiya ilə bağlı məsələ hərəkətə gəldi...

12.08.2026 / 15:42
Vergi hüquqpozmalarının sayı sürətlə artır...

12.08.2026 / 15:26
Naxçıvanın imkanları TRIPP marşrutunu bütövləşdirir...

12.08.2026 / 15:09
Ukrayna Qara dənizdə qazax nefti daşıyan tankerlərə hücumları dayandırdı - neft nəhəngindən Trampa zəng...

12.08.2026 / 14:54
Qars-İqdır-Naxçıvan dəmiryolu “dəhlizlər diplomatiyasında” önəmli yer tutur...

12.08.2026 / 14:40
TRIPP-ə qarşı sürətlənən Araz dəhlizi

12.08.2026 / 14:27
Azərbaycanda buğda istehsalı hələ də problem içində qalıb...

12.08.2026 / 14:10
Paşinyanın keşişlərlə son döyüşü...

12.08.2026 / 13:48
“Nar” ən yüksək nəticə göstərən abituriyentləri mükafatlandıracaq

12.08.2026 / 13:35
Tehran Bakıya minnətdarlıq etdi - Pezeşkian Azərbaycanla əlaqələrə yeni yanaşma tətbiq edir...

12.08.2026 / 13:20
“Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin (DSD İB) “Dənizçi şəhid ailələri ilə iş” layihəsi çərçivəsində növbəti tədbir keçirilib

12.08.2026 / 13:14
Ukrayna Putinin iqamətgahındakı S-400 və elektron müharibə sistemlərini vurdu - 1,5 milyardlıq lüks saray müdafiəsiz qaldı…

12.08.2026 / 13:09
Köçlə bağlı mənfi paylaşımlar edən şəxslər ifşa edildi - Komitədən sərt açıqlama...

12.08.2026 / 12:55
Azərbaycan-Rusiya sərhədini pozmağa cəhd edən Əlcəzair vətəndaşları saxlandı

12.08.2026 / 12:41
Danimarkada Putinin büstü qoyuldu, altı saat sonra başını qoparıb apardılar…

12.08.2026 / 12:26
ABŞ Dövlət katibindən UNO-larla bağlı açıqlama – “hərbi bazalarımızın üzərindən uçan bəzi obyektlər var”...

12.08.2026 / 12:10
Tramp İrana etibar etmədiyini deyir - dəfələrlə yalan danışıblar…

12.08.2026 / 11:48
ABŞ ordusu Oman körfəzində bir gəmiyə hücum etdiyini rəsmən təsdiqlədi...

12.08.2026 / 11:31
Azərbaycanın İsveçdəki səfiri dəyişdirildi

12.08.2026 / 11:26
Nərminə Mustafayeva Azərbaycanın Latviyadakı səfiri təyin edildi

12.08.2026 / 11:11
Zakir Həsənov Naxçıvanda hərbi hissələrdə oldu - FOTO

12.08.2026 / 10:55
Prezidentin sosial media hesablarında Naxçıvanda Heydər Əliyevlə bağlı dediyi fikirlər paylaşılıb - VİDEO

12.08.2026 / 10:47
Azərbaycan nefti bahalaşdı - 95,57 dollar...

12.08.2026 / 10:35
Zəngəzur dəhlizinin Naxçıvan hissəsində işlər davam edir - MR dəmir yolu şəbəkəsi yenidən qurulur...

12.08.2026 / 10:18
Naxçıvanda təmir olunacaq yolların siyahısı müəyyənləşdi

12.08.2026 / 10:14
Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə 258 milyon manat ayrıldı - SƏRƏNCAM

12.08.2026 / 09:30
DİN uşaqlarla bağlı sürücülərə və valideynlərə müraciət etdi - kiçik səhlənkarlıq böyük faciələrə səbəb ola bilər...

12.08.2026 / 09:17
Bakıda 46 kiloqram narkotik vasitə aşkarlandı

12.08.2026 / 07:47
Tramp NATO Sammitindən macəralı qayıdışına aydınlıq gətirdi - “Məxfi Xidmətin qərarı idi…”

12.08.2026 / 07:31
Berlində Rus Evinə hücumlar başladı - “… casus mərkəzi kimi istifadə olunur”…

12.08.2026 / 07:17
Türkiyə Qara dənizdə təhlükəsizlik dəhlizlərinin yaradılmasını təklif edir

11.08.2026 / 23:27
"Mən heç vaxt heç nədən qorxmamışam" - Putin

11.08.2026 / 23:05
Prezident: "Naxçıvan, Şərqi Zəngəzur, Qarabağ vahid konsepsiya əsasında inkişaf etməlidir"

11.08.2026 / 23:04
"Ordubad rayonunda su elektrik stansiyasının tikintisi nəzərdə tutulur" - Prezident

11.08.2026 / 23:02
Güntay Tolgə deyilən şəxs hansı nüfuzun sahibidir ki, Xətainin roluna kölgə sala bilsin?!...

11.08.2026 / 23:00
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Mehriban Əliyeva ilə Naxçıvana səfərindən görüntülər paylaşılıb - VİDEO

11.08.2026 / 22:53
Prezident: "Azərbaycandan Naxçıvana Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi layihəsi hazırdır"

11.08.2026 / 22:46
"Naxçıvan əvəzolunmaz nəqliyyat mərkəzlərinin birinə çevriləcək" - Prezident

11.08.2026 / 22:42
Prezident: "Bir çox beynəlxalq qurum Azərbaycan dəmir yollarının Naxçıvan seqmentinə maraq göstərir"

11.08.2026 / 22:40
"Horadiz–Ağbənd avtomobil yolu demək olar hazırdır" - Prezident

11.08.2026 / 22:38
Prezident İlham Əliyev: "Zəngəzur dəhlizinin yaradılması bizim təşəbbüsümüz olub"

11.08.2026 / 22:37
"Naxçıvan Azərbaycan xalqına dahi şəxsiyyət Heydər Əliyev kimi Ulu Öndər bəxş edib" - Prezident

11.08.2026 / 22:34
Prezident: "Günəş elektrik enerjisinin istehsalı üçün Azərbaycan ərazisində ən əlverişli məkan Naxçıvandır"

11.08.2026 / 22:33
"Azərbaycan yerləşdiyimiz regionda elektrik enerjisi ilə problemi olmayan nadir ölkələr sırasında birincidir" - Prezident

11.08.2026 / 22:32
Prezident İlham Əliyev: "Naxçıvan Muxtar Respublikası hərtərəfli inkişaf edir"

11.08.2026 / 22:30
"Azərbaycan Silahlı Qüvvələri bölgədə söz sahibidir" - Prezident

11.08.2026 / 22:27
Azərbaycanın "zəif bəndi" idi, yeni güc mənbəyi oldu - Hansı məkandır? O... Aydın QULİYEV yazır…

11.08.2026 / 22:24
Prezident İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibə verdi - FOTO

11.08.2026 / 22:12
Prezident Naxçıvan şəhərində sosial evlər kompleksinin təməlini qoydu - FOTO

11.08.2026 / 22:03
Naxçıvandakı “Əcəmi seyrangahı” istirahət kompleksində memar Əcəmi Naxçıvaninin abidəsi açıldı - FOTO

11.08.2026 / 21:56
Prezident İlham Əliyev və Mehriban Əliyeva Möminə xatun türbəsində aparılan bərpa işləri ilə tanış olub - FOTO

11.08.2026 / 21:55
Yeni üçtərəfli bəyanat Zəngəzur dəhlizinin açılmasında son maneələri məhv edə bilər...

11.08.2026 / 21:46
Prezident və Birinci xanım “Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş Planı” ilə tanış olublar - FOTO

11.08.2026 / 21:43
“Naxçıvan” Mehmanxana Kompleksinin təməli qoyuldu - FOTO

11.08.2026 / 21:38
Putinin partiyasının ən güclü rəqibini prokuror gücünə seçkidən çıxardılar...

11.08.2026 / 21:29
Prezident və Birinci xanım yeni yaradılan komando hərbi hissələrinə Döyüş bayraqlarının verilməsi mərasimində iştirak edib - FOTO

11.08.2026 / 21:21
Qafqazda sülhün iki əsas qüvvəsi Trampı böyük arzusuna çatdıracaqlar...

11.08.2026 / 21:04
Türkiyə və Pakistan Yaxın Şərqdə husilərə görə müharibəyə başlayır

Yeniyetmələr üçün sosial şəbəkə məhdudiyyətləri ailə məsələlərinə necə təsir edəcək...

XƏBƏR ARXİVİ