çərşənbə axşamı günü, 06 oktyabr 2026
     

Aşıq Ələsgərin abidəsi vandal hücumuna belə hədəf oldu...

Image


"Adım Ələsgərdi, Göyçə mahalım!" demişdi ustad aşıq Ələsgər şeirlərindən birində. Bu şeirdə aşığın adı, ünvanı, eli-günü, milli kimliyi, Göyçənin qayım-qədim türk yurdu olduğu bəyan edilib. 203 il bundan əvvəl Göyçə mahalının Ağkilsə kəndində doğulan aşıq Ələsgər bütün dövrlərin ustadıdır. Ələsgər türk dünyasının elə böyük aşığıdır ki, onu nə qədim dövrdə, nə yaşadığı çağda, nə də indi kiminləsə müqayisə etmək mümkündür. Ələsgər bənzərsiz və təkrarsız bir saz-söz ustadıdır. Deyərdim ki, cəmi aşıqların ustadıdı, sazda və sözdə istinad yeridir. 

Aşıq Ələsgərin yaradıcılığı bir tarixdir və tarixi istinad mənbəyidir desək yanılmarıq. Onun şeiriyyəti ilə tanış olmaq kifayət edər ki, o dövrün siyasi-ictimai mənzərəsini aydın şəkildə təsəvvür edəsən. 

Erməni daşnaklarının Qərbi Azərbaycanda törətdiyi qırğın və vəhşilikləri, talanları, zülmləri, deportasiyanı ustad sənətkar da görüb, yaşayıb. 

1918–1919-cu illərdə daşnakların türklərə qarşı törətdiyi qırğın nəticəsində Göyçə mahalının var-yoxu talanmış, əhali öz dədə-baba yurdunu tərk edib başqa yerlərə köçməyə məcbur olmuşdu. İki ilə qədər yaxın Kəlbəcərin Yanşaq kəndində məcburi köçkün kimi yaşayan ustad  sonradan Tərtərə köçüb, bir neçə ay da orada qalıb. Bu yerlərin hər birində aşığı hörmətlə qarşılasalar da, onun ürəyi-gözü Göyçədə idi. Qəlbi tez-tez qubarlanır, gözünü açıb gördüyü doğma yerlər: Sarınər, Murovdağ, Muşoy dağları, Xaçbulaq yaylaqları üçün darıxırdı.

Nəhayət, 1921-ci ildə o, Ağkilsəyə qayıdır və  ömrünün son illərini doğma kəndində yaşayır. Araşdırmaçıları yazır ki, ancaq onun çal-çağırlı günləri qurtarmışdı. Ömrünü toylarda, şadlıqlarda keçirən aşıq evdə oturmaqdan darıxır, qocalıqdan, xəstəlikdən şikayətlənirdi. O, tez-tez keçmiş günləri xatırlayır, dünya, həyat barədə düşünüb kədərlənirdi. Səksəni, doxsanı keçibdir yaşım,
Əzrayıl həmdəmim, məzar yoldaşım.
Gor deyə tərpənir bəlalı başım,
Daha köç təbilin çal, qoca baxtım.

Aşıq Ələsgər 1926-cı il mart ayının 7-də doğulduğu kənddə vəfat edir və Ağkilsə qəbiristanlığında dəfn olunur. Aşığın ölümündən sonra Azərbaycan folklorçuları onun əsərlərini toplayıb yazıya alaraq  nəşr ediblər. 

Prezident İlham Əliyev Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin abidəsinin açılış mərasimindəki çıxışında aşıq Ələsgərin vaxtilə Göyçə mahalında ucaldılan qəbirüstü abidəsi barədə də danışıb: "Hamımız yaxşı bilirik ki, 1970-ci illərdə Ulu Öndərin təşəbbüsü ilə Aşıq Ələsgərin 150 illik yubileyi qeyd edilmişdir, özü də Sovet İttifaqı miqyasında və bu yubiley münasibətilə doğma Ağkilsə kəndində onun abidəsi ucaldılmışdır. Xalqımız deportasiyanın üçüncü dalğasına məruz qalanda erməni vandalları onun abidəsini dağıtmışdılar". 

Prezident olduqca vacib bir məsələyə toxunub və tariximizin unudulmaz bir məqamını xatırladıb. 

Bəli, ustad aşığın məzarı uzun illər göyçəlilərin, eləcə də digər mahallarımızdan olan insanların ziyarət yerinə çevrilib. Müqəddəs ocaq, pir kimi biliblər ustadın məzarını. Aşıqlar, el şairləri, sazsevərlər, sadə insanlar vaxtaşırı ustadın son evini ziyarət ediblər. 

Sovet hakimiyyəti və ermənilər aşıq Ələsgərin xatirəsinin əbədiləşdirilməsinə, onun qəbiüstü abidəsinin qoyulmasına elə də maraq göstərmirdilər, heç bunu yada belə salmırdılar. Baxmayaraq ki, Göyçə camaatı ustadın qəbirüstü abidəsinin ucaldımasını çox arzu edirdi. Onların bu arzusunu ulu öndər Heydər Əliyevin təşəbbüsü gerçəkləşdirdi. Aşıq Ələsgər irsinə ən böyük qiyməti ilk dəfə Heydər Əliyev verib.  

1972-ci ildə  Heydər Əliyevin təşəbbüsü ilə Aşıq Ələsgərin 150 illik yubileyi qeyd edilib. O günlərin şahidləri bildirir ki, aşıq Ələsgərin 150 illik yubileyi  Sovet İttifaqı miqyasında qeyd edilib. 150 illiyi münasibətilə ustadın məzarı üzərində qəbirüstü abidə ucaldılıb. 

Amma təəssüflər olsun ki, erməni şovinistləri, millətçilik virusu ilə zəhərlənmişlər yenidən azərbaycanlıların öz dədə-baba yurdlarından deportasiya edilməsi ilə bağlı məkrli plan hazırlayaraq onu həyata keçiriblər.  

Beləliklə, xalqımızın deportasiyanın üçüncü dalğası baş tutur, azərbaycanlılar öz yurdlarından zorla qovularaq çıxarılır. 

Bundan sonra erməni şovinistləri, terrorçu Ermənistan dövləti Qərbi Azərbaycandakı abidələrimizə qarşı vandalizm siyasəti həyata keçirməyə başlayır. Ermənilərin dağıdıb məhv etdiyi abidələrdən biri də aşıq Ələsgərin Basarkeçər rayonunun Ağkilsə kəndindəki qəbirüstü abidəsidir. Beləliklə, ustadın abidəsi ermənilər tərəfindən amansızlıqla məhv edilib. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə aşıq sənəti UNESCO-ya daxil edilib. Amma təəssüflər olsun ki, UNESCO yaradıcılığı ümum­bəşəri sərvət kimi böyük dəyərə malik olan Aşıq Ələs­gərin Qərbi Azərbaycandakı məzarının dağıdılması ilə əlaqədar hər hansı bir rekasiya vermədi, bu vandalizm aktını pisləmədi. Halbuki, aşıq sənətini ümumbəşəri dəyər kimi qorumağa borclu olan UNESCO Ermənistana qarşı mütləq bir addım atmalı idi, amma atmadı... 

Onu da deyək ki, ermənilər 1935-ci ildə Ağkilsə kəndinin adını dəyişdirərək Azat qoyublar. 

Aşıq Ələsgərin qəbirüstü abidəsini dağıtmaqla ermənilər özlərinin əsl xislətlərini bir daha büruzə veriblər. Bununla guya azərbaycanlıların izlərini tamamilə o torpaqlardan silməyi bacaracaqlarına ümid ediblər, amma yanılıblar. Qərbi azərbaycanlılar o torpaqlara qayıtmaq istəyindən heç zaman imtina etməyib və günlərin birində yenidən öz evlərinə dönəcəklərini yaxşı bilirlər. Necə ki, 1918-ci ildə öz evindən didərgin salınan   dədə Ələsgər bir neçə il sonra öz doğma kəndinə qovuşmuşdu, eləcə də göyçəlilər və Qərbi Azərbaycanın digər bölgələrindən olan soydaşlarımız öz vətənlərinə dönəcəklər. Aşıq Ələsgərin, necə-neçə ustad aşığın sönmüş ocağını yandıracaqlar, kökdən düşmüş sazlarını kökləyib çalacaqlar.  

Aşıq Ələsgəri bu xalqın yaddaşından heç zaman silmək mümkün olmayacaq. Ustad aşığın xatirəsi hər zaman Azərbaycan dövləti tərəfindən uca tutulur və bu gün də belədir. 

Onu da qeyd edək ki, 1997-ci ildə Heydər Əliyevin  sərəncamına əsasən, Aşıq Ələsgərin 175 illik yubileyi dövlət səviyyəsində qeyd edilib. Prezident İlham Əliyevin sərəncamı ilə 2011-ci ildə ustad aşığın 190 illik yubileyi ölkəmizdə təntənə ilə keçirilib, Gədəbəydə Aşıq Ələsgər adına Aşıq Məktəbi açılıb. Azərbaycan Aşıqlar Birliyi 2011-ci ili "Aşıq Ələsgər ili" elan edib. Prezident İlham Əliyev 18 fevral 2021-ci il tarixli "Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında" Sərəncam imzalayıb. Həmin sərəncama əsasən sentyabrın 30-da paytaxt Bakıda Aşıq Ələsgərin abidəsinin açılışı oldu. Açılışda Prezident İlham Əliyev də iştirak və çıxış etdi.  

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

06.10.2026 / 11:14
Britaniya İsrailə xəbərdarlıq mesajı göndərdi - 27 diplomat ölkədən qovulacaq…

06.10.2026 / 10:58
Ələt Azad İqtisadi Zonasında hava limanı bu tarixdə fəaliyyətə başlayacaq...

06.10.2026 / 10:46
Şahin Mustafayev Overçukla görüşdü - ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edildi

06.10.2026 / 10:36
Qara dənizdə yük gəmisi vuruldu - bir azərbaycanlı həlak oldu, daha biri itkin düşdü...

06.10.2026 / 10:23
İsrail İrana qarşı yeni hücuma hazırlaşır…

06.10.2026 / 10:11
Qaxda sürücülük hüququ olmayan gənc ölümlə nəticələnən qəza törətdi - DYP sürücülərə çağırış etdi...

06.10.2026 / 09:51
Tramp "Flydubai” təyyarəsindəki olaya görə məsuliyyəti İranın üzərinə qoydu…

06.10.2026 / 09:43
Azərbaycan neftinin qiyməti artdı - 124 dollar...

06.10.2026 / 09:38
Tramp B-1 bombardmançılarını Britaniyadan niyə geri çəkdiklərini açıqladı - Təhdid var idi…

06.10.2026 / 09:22
Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarını daşıyan Türkiyə gəmisini vurdu…

06.10.2026 / 09:07
İranda qadınlar da döyüş hazırlığına başladı

06.10.2026 / 07:09
Moskvanın məşhur Volodarsk qəsəbəsində neft anbarı yandı - PUA hücumu üzündən

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

05.10.2026 / 22:11
“Bakıdakı Türk Şəhidliyi elə Nuru Paşanın əsgərlərinin əziz xatirəsinə qoyulmuş abidə deyilmi?" - Aydın Quliyev

05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...

05.10.2026 / 21:25
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti... - FOTO

05.10.2026 / 21:18
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

05.10.2026 / 21:15
“Putin yolu” layihəsi Qafqazlarda fantastik dəyişiklikləri hədəfləyib.... TRİPP, dəmiryolları...

05.10.2026 / 20:57
Paşinyan iqtidarını “sülh göyərçini” etmək istəyənlərin cavabı sərt verildi...

05.10.2026 / 20:51
Ceyhun Bayramov və Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər

05.10.2026 / 20:40
Azərbaycanlı milyarderin dünyadakı varidatını Trampla Putin bölüşdürür...

05.10.2026 / 20:23
Azərbaycan 2 Zəfər tağını fəth etdi, 3-cüdən könüllü imtina etdi - səbəblər var...

05.10.2026 / 20:08
Azərbaycanın bütün dünya qütblərilə təması nadir təcrübə sayıldı...

05.10.2026 / 19:50
Siyəzəndə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat - 14 nəfər saxlandı...

05.10.2026 / 19:43
Son illərdə Azərbaycan bir neçə beynəlxalq formatlara qoşulub - nəticə böyükdür...

05.10.2026 / 19:27
Azərbaycan 2 supergüclə mühüm sənəd imzaladı - dünyada belə təcrübə daha kimdə var...

05.10.2026 / 19:21
Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb

05.10.2026 / 19:14
Satmaq öhdəliyi ilə kirayə mənzil üçün müraciətlərin qəbulu müvəqqəti dayandırıldı...

05.10.2026 / 19:04
İstanbulun Boğazında 25 illik möhtəşəm ənənə - FOTOLAR

05.10.2026 / 18:52
Ermənistanda həbs edilmiş Azərbaycan əsgəri barədə ağlasığmaz hekayələr uydurulur...

05.10.2026 / 18:37
“Azərbaycan Cermukda 70 km ərazi işğal edib” - Erməni mediasında yeni fitnəkarlıq...

05.10.2026 / 18:21
Husilər Səudiyyəyə irimiqyaslı hücuma hazırlaşır - Yaxın Şərq məzhəb müharibələrindən yanacaq...

05.10.2026 / 18:07
“Flydubai” təyyarəsinin ikinci pilotundan ETİRAF - təyyarəni Ben Qurion aeroportuna çırpmağı planlaşırıb…

05.10.2026 / 17:45
İki nəfərin qətli Hindistan-Pakistan müharibəsini yenidən qızışdıra bilər...

05.10.2026 / 17:30
Merzlə Zelenski birgə raket və dron istehsalına qərar verdilər...

05.10.2026 / 17:15
Fəlsəfə və mədəniyyət xəzinəsinin zənginləşməsinə unikal töhfə…

05.10.2026 / 17:02
Hörmüzdə nəqliyyatın çökməsi qlobal ərzaq böhranına səbəb ola bilər - Beynəlxalq təşkilatdan xəbərdarlıq…

05.10.2026 / 16:50
Ermənistanda Sarkisyana yeni cinayət işi açıldı...

05.10.2026 / 16:41
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - FOTO

05.10.2026 / 16:38
İranın Hörmüzdə maraqlı taktikası - neft daşınır, lakin qiymətlər düşmür ki düşmür...

05.10.2026 / 16:28
Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi qaydası dəyişdi

05.10.2026 / 16:21
"Azərbaycan AQEM-in Asiyada əməkdaşlığın təşviqində rolunu yüksək qiymətləndirir" - XİN

05.10.2026 / 16:18
Yarım milyard dollarlıq Azərbaycan-Türkiyə hərbi sazişi imzalandı...

05.10.2026 / 16:07
Səhiyyə Nazirliyindən İrkutskda yayılan xəstəliklə bağlı açıqlama ... - Azərbaycanda epidemioloji vəziyyət sabitdir

05.10.2026 / 16:03
Zelenski Moskvaya tuşlanmış dəhşətli silahı payızda hazır edəcək...

05.10.2026 / 15:49
Tramp Braziliyanı Hindistanla səhv saldı, sonra da paylaşımı sildi…

05.10.2026 / 15:35
Gürcüstan Azərbaycanla sərhəd delimitasiyasına qərar verdi...

05.10.2026 / 15:24
Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs həbs edildi

05.10.2026 / 14:39
Rusiya Moldova-Ukrayna sərhədindəki nəzarət-buraxılış məntəqəsini vurdu…

05.10.2026 / 14:03
Estoniya elit qoşunlarını Rusiya sərhədinə yığır…

05.10.2026 / 13:44
Onlayn kreditlər ölkədə borc bataqlığını daha da dərinləşdirir...

05.10.2026 / 12:40
Prezident İlham Əliyev Malayziya səfirini qəbul edib - FOTO

05.10.2026 / 12:12
ABŞ Ukrayna və Rusiyaya oktyabrın sonunadək yeni üçtərəfli görüş təklif etdi…

05.10.2026 / 12:01
Prezident İlham Əliyev Avstriyanın yeni səfirini qəbul etdi - FOTO

05.10.2026 / 11:57
"Süni intellektdən istifadəni inkar etməklə təhsildə irəliyə gedə bilməyəcəyik" - Emin Əmrullayev

05.10.2026 / 11:46
ABŞ-dan Rusiyada vəba xəstəliyi iddialarına ilk reaksiya - yaxından izləyirik...

05.10.2026 / 11:41
Qarabağdakı qadın minaaxtaranlardan bəhs edən film Avropa festivalında mükafat qazandı

05.10.2026 / 11:35
Səfərbərlik Xidmətində 144 nəfərin işi prokurorluğa göndərildi

05.10.2026 / 11:05
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışını etdi - FOTO

05.10.2026 / 10:58
Rusiyada vəba aşkarlandı - bir nəfər öldü, fövqəladə iclas çağırıldı, yüzlərlə insan karantinə alındı...

05.10.2026 / 10:42
İlin sonunadək 100 məktəb adambaşı maliyyələşmə sisteminə keçəcək...

05.10.2026 / 10:35
Jalə Əliyeva "Şöhrət" ordeni ilə təltif edildi

05.10.2026 / 10:25
Rusiyanın təhdidlərinə baxmayaraq Qərb səfirlikləri Kiyevdən çəkilməkdən imtina etdi…

05.10.2026 / 09:57
ABŞ Hərbi Dəniz Qüvvələri İran sahillərindən 1000 km geri çəkildi – SEPAH-dan iddiia...

05.10.2026 / 09:08
Keçmiş İsrail nazirindən ŞOK İDDİA - Trampdan sonrakı ABŞ prezidenti Fələstini tanıyacaq…

05.10.2026 / 08:10
ABŞ strateji bombardmançılarını Britaniyadan çıxardı...

04.10.2026 / 21:03
Bir dəyişilməz həqiqət var: Azərbaycana günəş Azərbaycandan doğur!

04.10.2026 / 20:15
Almaniya kansleri Merts Kiyevdən Putinə səsləndi - Cənab Putin, mənasız müharibəni dayandırın…

04.10.2026 / 18:48
Polşa və Rumıniya Ukrayna taxılının tranzitini artırmaqdan rəsmən imtina etdi…

04.10.2026 / 18:14
Moskvada kommunistlərin etiraz aksiyasında ən azı 65 nəfər saxlandı…

04.10.2026 / 17:27
“Bəzi ölkələr Rusiya ilə Ermənistan arasında münasibətləri pisləşdirməyə çalışırlar” - Medvedev

04.10.2026 / 15:35
Şröder Rusiyada hipermarket şəbəkəsində yüksək vəzifəyə təyin olundu, almanlar üsyan etdi - "utanmaz"…

04.10.2026 / 14:51
Pakistan Yəmən müharibəsində Səudiyyənin tərəfini seçdi – dörd təyyarə silah və texnika göndərdilər…

04.10.2026 / 14:25
Putindən Qərbə sərt xəbərdarlıq - Kalininqrada təhlükə yaranarsa, bütün silah arsenalımızdan istifadə edəcəyik…

04.10.2026 / 13:45
İran BƏƏ-yə xəbərdarlıq etdi – adalardan əl çəkin…

04.10.2026 / 13:12
Rusiya raket və dronları Moldova hava məkanını pozdu – Kişinyov Moskvaya nota verdi…

04.10.2026 / 12:37
BMT Baş Assambleyasından sonra ABŞ qalan iki İran diplomatını da ölkədən qovdu…

04.10.2026 / 11:54
Tokayevdən hərbi təlimlərdə 14 əsgərin ölümünə görə yeni qərar - Baş Qərargah rəisi, nazir müavini və HDQ komandanı işdən çıxarıldı...

04.10.2026 / 11:37
İlham Əliyev nə deməli idi?! Deməli idi müftə aldığımız şeylərə görə hamının qabağında gözü kölgəli, başı aşağıyıq?!...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ