çərşənbə axşamı günü, 06 oktyabr 2026
     

Xankəndidə sonuncu erməni toyuna baxıb özünə söz verdi - Bağman Kərimbəyli sözünü tutdu...

Image


Bağman Kərimbəyli: "Özümə söz vermişdim ki,  Xankəndidə toy olsun və mən də o toyda oxuyum, şükür arzuma çatdım, o toyda "Qarabağ şikəstəsi" oxudum"  

Qarabağ qədim muğam sənətinin beşiyidir. Bu, gəlişi gözəl söz deyil, gerçəklikdir. Əgər Qarabağ muğamın beşiyi olmasaydı orada bir-birindən gözəl səslər doğulmazdı. Füzuli rayonu Azərbaycan muğam sənətinə çox bənzərsiz səslər, simalar bəxş edib. Təkcə ustad xanəndəmiz mərhum Süleyman Abdullayevin adını çəkmək kifayət edər ki, bu fikrimizi əsaslandıra bilək. Bu gün barəsində söhbət açacağımız xanəndə də Füzuli rayonundandır. 

Füzulinin bəy kəndlərindən biri olan Kərimbəyli kəndində doğulan, burda boya-başa çatan, muğamın sirlərini öyrənib onu təbliğ edən xanəndələrdən biri öz kəndinin adını təxəllüs götürən Bağman Kərimbəylidir. Bağman Kərimbəylini bizə tanıdan, onunla əlaqə yaratmağımıza kömək edən Füzuli ağsaqqallarından biri, muğam sənətinin mahir bilicisisi və qəzetimizin daimi oxucusu Fərman Süleymanov (Qarabağlı) oldu.   F.Süleymanov deyir ki, bu kəndin sonuncu bəyi Bəhram bəy Kərimbəyli olub. O danışır ki, bu kənddə hər iki-üç evdən birində gözəl səsli oxuyan var. Sabir Qəhrəmanov, Zakir Qəhrəmanov və başqalarının peşəkar xanəndə olduğunu deyən F.Süleymanov bildirdi ki, Bağman Kərimbəyli də özünəməxsus ifaçıdır. 

Bildirək ki, Bağman Kərimbəyli "Toylar kralı" yarışmasının qalibi olub və onun barəsində 

Azərbaycanın çox böyük sənbətkarları gözəl fikirlər bildirib. Müsabiqənin münasiflər heyətinin sədri, "Lalə" qızlar ansamblının rəhbəri, xalq artisti Ceyran Haşımova Bağman Kərimbəyliyə qulaq asandan sonra "belə səslər az-az olur" deyib.  

"Mən 19 nəfərə qalib gəlib dördüncü "Toylar kralı" yarışmasının qalibi oldum" 

Hazırda öz kəndində yaşayan və tez-tez  Qarabağ bölgəsinin toylarına-məclislərinə dəvət edilən xanəndə Bağman Kərimbəyli ilə söhbətimizi təqdim edirik. 

- Bağman müəllim, xanəndəliyin sirrlərini kimdən öyrənmisiniz? 

- Qırx ildən çoxdur ki, bu sənətdəyəm, amma onu heç kimin yanında öyrənməmişəm. 1982-ci ildən oxumağa başlamışam. Qonşu kənd Bəhmənlidən   Eyvaz adlı bir xanındə vardı, toy olanda hərdən məni də aparırdı. İki toy olanda birini mənə verirdi, özü başqa toya gedirdi. Sonra yavaş-yavaş tanındım, müstəqil şəkildə toylara getməyə başladım. Eyvazdan başqa heç kəsin yanı ilə toya getməmişəm.

- Sizin kəndiniz həm bir bəy kəndidir, həm də sənətkarlar yurdudur. Sizdən başqa kimlər var, yaxud olub?

- Rəhmətlik Zakir Qəhrəmanov vardı, hazırda qardaşı Sabir Qəhrəmanov yaşayır. O iki qardaş toylara gedəndə biz mağarın böyründən baxırdıq. Yəni onlar məndən əvvəl bu sənətlə məşğul olublar, öz gözəl ifaları ilə camaatın rəğbətini qazanıblar. 

- Hazırda muğama tələbat varmı? 

- Çox böyük tələbat var, muğamsevərlərin sayı çoxdur. İndi başqa bir dövrdə yaşayırıq və muğamımıza daha yaxından sahib çıxırıq. Torpaqlarımız işğaldan azad edilib. Ali Baş Komandanın, şəhidlərimizin və qazilərimizin sayəsində biz öz torpaqlarımızı düşməndən qaytarmışıq. Bu da həm biz xanəndələrə, həm də camaatımıza böyük ruh yüksəkliyi verir. Camaatımız bizə yüksək səviyyədə hörmət edir. Biz də bildklərimizi ifa edirik, "Heyratı" zərb muğamı, "Simayi-Şəms" oxuyaram. Burada elə adamlar var, mən oxuduqlarımı heç oxuya bilməz. Bu mənə Allah vergisidir.

- "Toylar kralı"na necə qatıldınız?

- 2011-ci ildə eşitdim ki, "Toylar kralı" yarımasına seçim turu keçirilir. Mən də gedib qatıldım. Orada oxuyanda Əli Mirəliyev dedi ki, bax, oxumaq, sənət, səs budur. Seçim turundan adladım və yarışmaya qatıldım. Yarışmada 20 nəfər iştirakçı vardı və mən 19 nəfərə qalib gəlib dördüncü "Toylar kralı" yarışmasının qalibi oldum. 

- O yarışmada sizin səsinizi xalq artisti Ceyran Haşımova da xüsusi dəyərləndirdi. Bu sizdə necə bir hiss yaradırdı? 

- Əlbəttə, barəmdə deyilən yaxşı sözlər məni qollandırıb-qanadlandırırdı, mənə güc, stimul verirdi. Zarafat deyil, o boyda sənətkarlar-Ceyran Haşımova, Qəndab Quliyeva, Sabir Əliyev barəmdə xoş sözlər deyirdi, Əli Mirəliyev, o yarışmanın aparıcısı Çingiz Əhmədovdan dəyərli sözlər eşidirdim. Allah dünyasını dəyişənlərə rəhmət etsin, qalanlara cansağlığı versin. Onlar mənə çox dəstək oldular. Ceyran Haşımova mənim əzizimdir, onunla, Əli Mirəliyevlə həmişə danışıram. Rəhmətlik Sabir Əliyevlə, Qəndab Quliyeva ilə də əlaqə saxlayırdım.  Onlar mənə böyük dəstək veriblər. 

- Başqa yarışmalara niyə qatılmadınız?

- 65 yaşın içindəyəm və başqa yarışmalara ehtiyac duymuram. O vaxt o yarışmaya qatılanda xeyli cavan idim. Allaha şükür, toylarım çox olur. Azərbaycanın o bölgəsi yoxdur ki, orada toya getməyəm, toy aparmayam. 

- "Toylar kralı" yarışmasında rəqiblərinizin sizə münasibəti necə idi? Nəzərə alsaq ki, siz rayon yerindən qatılmışdınız yarışmaya? 

- Mənim hamıya münasibətim yaxşı idi. Amma rəqiblərim çalışırdı ki, məni yarışmadan çıxarsınlar. Çünki hər biri qalib olmaq istəyirdi. Amma rayonumuzun rəhbərliyi başda olmaqla camaatımız, dostlarım mənə dəstək oldu, səs göndərdi və qalib oldum. Rayon rəhbərliyinin, dostlarımın, el-obamın dəstəyi olmasaydı qalib gələ bilməzdim. Yetim oğlanam, mənim eldən-obadan başqa arxam-dayağım yoxdu. Tək əldən səs çıxmaz axı. Qazandıqlarım camaatın hesabınadır. Bu gün şəhid ailələrinin toylarında, qazilərin toyunda bir qəpik almadan, tam təmənnasız iştirak edirəm, ansamblımla toyu keçirirəm. Onlardan pul almıram, almaram da.   

- Təbliğatınızı necə qurursuz? Albomunuz, diskiniz çıxıbmı? 

- Muğam və xalq mahnılarından ibarət albomum 2000-ci ildə çıxıb. Belə də Yotub-da ifalarım yerləşdirilib, toylarda, el şənliklərində çıxış edirəm. 

- Kimləri özünüzə mənəvi müəllim sayırsınız? 

- Zakir və Sabir Qəhrəmanov qardaşları mənə dəstək olub. Dədə Süleymandan böyük dəstək görmüşəm, "Ay Zaur" proqramına çəkdirdi məni, evimə gəlib çəkdilər. Fərman əmim özü musiqini beş barmağı kimi bilir, o kişi də mənə çox kömək olub.   Heyif dədə Süleymandan, çox heyif. 

- Toylarda əsasən nə sifariş verirlər? Muğama qulaq asan olur? İstəyənlər olurmu ki, filan dəstgahı oxu, yaxud filan muğamı istəyirəm?

- Bizim toylarda muğam oxumayanda toy iştirakçıları narazı qalır. Deyirlər ki, qardaş, niyə muğam oxumursan, oxu qulaq asaq. Köhnə dövrdəki kimi yenə də muğama tələbat var, muğam biliciləri çoxdur. Füzuli toylarında muğama tələbat böyükdür. Oxumadınsa "bura nəyə gəlibsən" deyirlər. Muğam bu gün nə estaradaya, nə də başqa musiqi janrlarına uduzub, əksinə, daha da inkişaf edir, daha da populyardır, ona tələbat daha çoxdur. Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevanın diqqət və qayğısı sayəsində muğam sənəti çox inkişaf etdi. Yoxsa batıb gedirdi, o, muğama böyük dəstək verdi.  

- Kəndiniz işğaldan nə zaman azad edilib? 

- Kəndimiz bəy kəndidir, mən də onun adını özümə təxəllüs götürmüşəm, harda olsam Bağman Kərimbəyli olaraq təqdim edilmişəm. Kəndimlə, el-obamla, Füzuli ilə, Qarabağla fəxr edirəm. 

Kəndimiz 2 ay 15 gün işğalda qaldı. Biz də Beyləqan rayonunun Şahsevən kəndində məskunlaşdıq. 1994-cü ildə Heydər Əliyevin yürütdüyü siyasət nəticəsində kəndimiz işğaldan azad edildi və aprelin 6-da kəndə qayıtmışam, o gündən bu günə öz kəndimdə yaşayıram. 

Hərbiçilərimizə konsertlər verirəm, bu konsertlərin sayı çoxdur, onların zövqünü oxşayan ifalar təqdim edirəm. Qarabağın hər yerini gəzmişəm, tədbirlərdə, toylarda iştirak edirəm. Həmişə çalışıram ki, öz ifamla insanların zövqünü oxşayıb, onlara əsl musiqi təqdim edim. 

- Ailədə davamçınız varmı?

- İki qızım, bir oğlum var. Oğlumun yaxşı səsi var,  özü də Şuşa Mədəni-Maarif Kollecinin səs şöbəsini, solfecionu  bitirib. Amma dedi ki, bu sənət mənlik deyil. Başqa sahədə işləyir.

- Konsertləriniz olurmu?

- Hər il hərbiçilərə konsert verirəm. Bütün bayramlarda hərbiçilərin yanındayam. Hərbi hissələrdə konsert təşkil edirlər, mən də ansamblımı götürüb gedirəm. Goranboyda, Xocavənddə, Xankəndidə, öz rayonumuzda  hərbiçilərə konsert vermişəm. 

- Bu günlərdə Xankəndidə ilk toy keçirildi. Tanınmış jurnalist Kərim Kərimlinin oğlunun toyu oldu. Bildiyim qədər, xanəndə kimi siz Xankəndidəki ilk toyda iştirak etmisiniz...Bu necə hiss idi?

- Sizə bir hadisə danışım. Xankəndi işğalda olanda ermənilər orada toy etmişdilər və çəkib Yotube-də yerləşdirmişdilər. Mənfurların toyu Kərim müəllim oğluna toy etdiyi yerdə olmuşdu. O toya internetdə baxmışdım və bu mənə o qədər ağır təsir etmişdi ki, özümə gələ bilmirdim. Özümə söz vermişdim ki, Xankəndi azad olsun və orda toy olsun, mən də o toyda oxuyum. Şükür, arzuma çatdım, o toyda "Qarabağ şikəstəsi" oxudum.  Kərim müəllim oğluna çox möhtəşəm toy etdi. Toyun açılışında mən oxumuşam, toyu "Qarabağ şikəstəsi" ilə açmışıq. Bəylə gəlin içəriyə "Qarabağ şikəstəsi" sədaları altında daxil oldu. Sözün açığı, orada ağladım, çünki ən böyük arzuma çatdım. İlahi ədalət öz yerini tapdı. Dövlət başçısının, şəhidlərin, qazilərin sayəsində bu günü gördük, Azərbaycan xalqının vahid yumruq kimi birləşməsi nəticəsində torpaqlarımız işğaldan azad olundu.

İradə SARIYEVA     



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

06.10.2026 / 11:14
Britaniya İsrailə xəbərdarlıq mesajı göndərdi - 27 diplomat ölkədən qovulacaq…

06.10.2026 / 10:58
Ələt Azad İqtisadi Zonasında hava limanı bu tarixdə fəaliyyətə başlayacaq...

06.10.2026 / 10:46
Şahin Mustafayev Overçukla görüşdü - ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edildi

06.10.2026 / 10:36
Qara dənizdə yük gəmisi vuruldu - bir azərbaycanlı həlak oldu, daha biri itkin düşdü...

06.10.2026 / 10:23
İsrail İrana qarşı yeni hücuma hazırlaşır…

06.10.2026 / 10:11
Qaxda sürücülük hüququ olmayan gənc ölümlə nəticələnən qəza törətdi - DYP sürücülərə çağırış etdi...

06.10.2026 / 09:51
Tramp "Flydubai” təyyarəsindəki olaya görə məsuliyyəti İranın üzərinə qoydu…

06.10.2026 / 09:43
Azərbaycan neftinin qiyməti artdı - 124 dollar...

06.10.2026 / 09:38
Tramp B-1 bombardmançılarını Britaniyadan niyə geri çəkdiklərini açıqladı - Təhdid var idi…

06.10.2026 / 09:22
Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarını daşıyan Türkiyə gəmisini vurdu…

06.10.2026 / 09:07
İranda qadınlar da döyüş hazırlığına başladı

06.10.2026 / 07:09
Moskvanın məşhur Volodarsk qəsəbəsində neft anbarı yandı - PUA hücumu üzündən

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

05.10.2026 / 22:11
“Bakıdakı Türk Şəhidliyi elə Nuru Paşanın əsgərlərinin əziz xatirəsinə qoyulmuş abidə deyilmi?" - Aydın Quliyev

05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...

05.10.2026 / 21:25
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti... - FOTO

05.10.2026 / 21:18
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

05.10.2026 / 21:15
“Putin yolu” layihəsi Qafqazlarda fantastik dəyişiklikləri hədəfləyib.... TRİPP, dəmiryolları...

05.10.2026 / 20:57
Paşinyan iqtidarını “sülh göyərçini” etmək istəyənlərin cavabı sərt verildi...

05.10.2026 / 20:51
Ceyhun Bayramov və Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər

05.10.2026 / 20:40
Azərbaycanlı milyarderin dünyadakı varidatını Trampla Putin bölüşdürür...

05.10.2026 / 20:23
Azərbaycan 2 Zəfər tağını fəth etdi, 3-cüdən könüllü imtina etdi - səbəblər var...

05.10.2026 / 20:08
Azərbaycanın bütün dünya qütblərilə təması nadir təcrübə sayıldı...

05.10.2026 / 19:50
Siyəzəndə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat - 14 nəfər saxlandı...

05.10.2026 / 19:43
Son illərdə Azərbaycan bir neçə beynəlxalq formatlara qoşulub - nəticə böyükdür...

05.10.2026 / 19:27
Azərbaycan 2 supergüclə mühüm sənəd imzaladı - dünyada belə təcrübə daha kimdə var...

05.10.2026 / 19:21
Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb

05.10.2026 / 19:14
Satmaq öhdəliyi ilə kirayə mənzil üçün müraciətlərin qəbulu müvəqqəti dayandırıldı...

05.10.2026 / 19:04
İstanbulun Boğazında 25 illik möhtəşəm ənənə - FOTOLAR

05.10.2026 / 18:52
Ermənistanda həbs edilmiş Azərbaycan əsgəri barədə ağlasığmaz hekayələr uydurulur...

05.10.2026 / 18:37
“Azərbaycan Cermukda 70 km ərazi işğal edib” - Erməni mediasında yeni fitnəkarlıq...

05.10.2026 / 18:21
Husilər Səudiyyəyə irimiqyaslı hücuma hazırlaşır - Yaxın Şərq məzhəb müharibələrindən yanacaq...

05.10.2026 / 18:07
“Flydubai” təyyarəsinin ikinci pilotundan ETİRAF - təyyarəni Ben Qurion aeroportuna çırpmağı planlaşırıb…

05.10.2026 / 17:45
İki nəfərin qətli Hindistan-Pakistan müharibəsini yenidən qızışdıra bilər...

05.10.2026 / 17:30
Merzlə Zelenski birgə raket və dron istehsalına qərar verdilər...

05.10.2026 / 17:15
Fəlsəfə və mədəniyyət xəzinəsinin zənginləşməsinə unikal töhfə…

05.10.2026 / 17:02
Hörmüzdə nəqliyyatın çökməsi qlobal ərzaq böhranına səbəb ola bilər - Beynəlxalq təşkilatdan xəbərdarlıq…

05.10.2026 / 16:50
Ermənistanda Sarkisyana yeni cinayət işi açıldı...

05.10.2026 / 16:41
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - FOTO

05.10.2026 / 16:38
İranın Hörmüzdə maraqlı taktikası - neft daşınır, lakin qiymətlər düşmür ki düşmür...

05.10.2026 / 16:28
Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi qaydası dəyişdi

05.10.2026 / 16:21
"Azərbaycan AQEM-in Asiyada əməkdaşlığın təşviqində rolunu yüksək qiymətləndirir" - XİN

05.10.2026 / 16:18
Yarım milyard dollarlıq Azərbaycan-Türkiyə hərbi sazişi imzalandı...

05.10.2026 / 16:07
Səhiyyə Nazirliyindən İrkutskda yayılan xəstəliklə bağlı açıqlama ... - Azərbaycanda epidemioloji vəziyyət sabitdir

05.10.2026 / 16:03
Zelenski Moskvaya tuşlanmış dəhşətli silahı payızda hazır edəcək...

05.10.2026 / 15:49
Tramp Braziliyanı Hindistanla səhv saldı, sonra da paylaşımı sildi…

05.10.2026 / 15:35
Gürcüstan Azərbaycanla sərhəd delimitasiyasına qərar verdi...

05.10.2026 / 15:24
Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs həbs edildi

05.10.2026 / 14:39
Rusiya Moldova-Ukrayna sərhədindəki nəzarət-buraxılış məntəqəsini vurdu…

05.10.2026 / 14:03
Estoniya elit qoşunlarını Rusiya sərhədinə yığır…

05.10.2026 / 13:44
Onlayn kreditlər ölkədə borc bataqlığını daha da dərinləşdirir...

05.10.2026 / 12:40
Prezident İlham Əliyev Malayziya səfirini qəbul edib - FOTO

05.10.2026 / 12:12
ABŞ Ukrayna və Rusiyaya oktyabrın sonunadək yeni üçtərəfli görüş təklif etdi…

05.10.2026 / 12:01
Prezident İlham Əliyev Avstriyanın yeni səfirini qəbul etdi - FOTO

05.10.2026 / 11:57
"Süni intellektdən istifadəni inkar etməklə təhsildə irəliyə gedə bilməyəcəyik" - Emin Əmrullayev

05.10.2026 / 11:46
ABŞ-dan Rusiyada vəba xəstəliyi iddialarına ilk reaksiya - yaxından izləyirik...

05.10.2026 / 11:41
Qarabağdakı qadın minaaxtaranlardan bəhs edən film Avropa festivalında mükafat qazandı

05.10.2026 / 11:35
Səfərbərlik Xidmətində 144 nəfərin işi prokurorluğa göndərildi

05.10.2026 / 11:05
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışını etdi - FOTO

05.10.2026 / 10:58
Rusiyada vəba aşkarlandı - bir nəfər öldü, fövqəladə iclas çağırıldı, yüzlərlə insan karantinə alındı...

05.10.2026 / 10:42
İlin sonunadək 100 məktəb adambaşı maliyyələşmə sisteminə keçəcək...

05.10.2026 / 10:35
Jalə Əliyeva "Şöhrət" ordeni ilə təltif edildi

05.10.2026 / 10:25
Rusiyanın təhdidlərinə baxmayaraq Qərb səfirlikləri Kiyevdən çəkilməkdən imtina etdi…

05.10.2026 / 09:57
ABŞ Hərbi Dəniz Qüvvələri İran sahillərindən 1000 km geri çəkildi – SEPAH-dan iddiia...

05.10.2026 / 09:08
Keçmiş İsrail nazirindən ŞOK İDDİA - Trampdan sonrakı ABŞ prezidenti Fələstini tanıyacaq…

05.10.2026 / 08:10
ABŞ strateji bombardmançılarını Britaniyadan çıxardı...

04.10.2026 / 21:03
Bir dəyişilməz həqiqət var: Azərbaycana günəş Azərbaycandan doğur!

04.10.2026 / 20:15
Almaniya kansleri Merts Kiyevdən Putinə səsləndi - Cənab Putin, mənasız müharibəni dayandırın…

04.10.2026 / 18:48
Polşa və Rumıniya Ukrayna taxılının tranzitini artırmaqdan rəsmən imtina etdi…

04.10.2026 / 18:14
Moskvada kommunistlərin etiraz aksiyasında ən azı 65 nəfər saxlandı…

04.10.2026 / 17:27
“Bəzi ölkələr Rusiya ilə Ermənistan arasında münasibətləri pisləşdirməyə çalışırlar” - Medvedev

04.10.2026 / 15:35
Şröder Rusiyada hipermarket şəbəkəsində yüksək vəzifəyə təyin olundu, almanlar üsyan etdi - "utanmaz"…

04.10.2026 / 14:51
Pakistan Yəmən müharibəsində Səudiyyənin tərəfini seçdi – dörd təyyarə silah və texnika göndərdilər…

04.10.2026 / 14:25
Putindən Qərbə sərt xəbərdarlıq - Kalininqrada təhlükə yaranarsa, bütün silah arsenalımızdan istifadə edəcəyik…

04.10.2026 / 13:45
İran BƏƏ-yə xəbərdarlıq etdi – adalardan əl çəkin…

04.10.2026 / 13:12
Rusiya raket və dronları Moldova hava məkanını pozdu – Kişinyov Moskvaya nota verdi…

04.10.2026 / 12:37
BMT Baş Assambleyasından sonra ABŞ qalan iki İran diplomatını da ölkədən qovdu…

04.10.2026 / 11:54
Tokayevdən hərbi təlimlərdə 14 əsgərin ölümünə görə yeni qərar - Baş Qərargah rəisi, nazir müavini və HDQ komandanı işdən çıxarıldı...

04.10.2026 / 11:37
İlham Əliyev nə deməli idi?! Deməli idi müftə aldığımız şeylərə görə hamının qabağında gözü kölgəli, başı aşağıyıq?!...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ