çərşənbə axşamı günü, 06 oktyabr 2026
     

“Musiqi həyatımın hamısı deməkdir”... - Gənc istedad Ayşə Məmmədova

Image


"...Məqsədim Azərbaycanın musiqi dəyərlərini digər ölkələrdə tanıtmaqdır"

"Bakı-Xəbər" qəzeti musuqi, elm, təhsil, idman və başqa sahələrdə fərqlənən istedadlı, bacarıqlı, böyük uğurlar qazanan uşaq və gənclərlə bağlı hər zaman yazılar təqdim edib. Öz sahəsində müvəffəqiyətlər qazanan hər bir insanın, mütləq ki, bir uğur hekayəsi var. 

Uğurlu həyat hekayəsi olan uşaq və gənclərə həsr olunan silsiləməzin ilk sayında beynəlxalq müsabiqələr laureatı olmuş Azərbaycanın gənc və istedadlı musiqiçilərindən biri, 19 yaşlı Məmmədova Ayşə Zaur qızı haqqında danışacağıq. Ayşə həm vokalçı, həm də fortepianoçu kimi bir sıra yerli və beynəlxalq müsabiqələrə qatılıb və yüksək ödüllər alıb.  

Ayşə musiqini, ürəyinin səsini ifadə edən fortepianonu həyatının ən vacib məfhumu hesab edir. Doğuluşdan sahib olduğu istedadın və çəkdiyi zəhmətin, heç bir çətinlikdən qorxayıb irəli getməyi bacarmağının nəticəsidir ki, o, bir musiqiçi kimi böyük uğurlara imza atıb, çoxları üçün əlçatmaz olan səhnələri fəth edib. Ayşə Məmmədova ilə yaxından tanış olaq, onun uğur hekayəsini birgə izləyək.  

17 sentyabr 2005-ci ildə Rusiya Federasiyasının Yekaterinburq şəhərinin Sverdlovsk vilayətində dünyaya göz açan Aişə 6 yaşı olanda ailəsi ilə birgə Bakıya köçüb. 2011-ci ildə Bakı şəhəri Nizami rayonu 251 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olub və 2022-ci ildə Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi 280 nömrəli tam orta məktəbini bitirib. Orta məktəbdə oxuyarkən çox fəal şagird olub. Fəallıqları nəticəsində "İdeal vətəndaş" qəzetində haqqında məqalə yazılıb və Fəxri Diploma layiq görülüb. Ayşə deyir ki, uşaqlıqdan musiqiyə böyük həvəsi və sevgisi olub. "Uşaqlıqdan fortepianoya həvəsim vardı. Məqsədim gələcəkdə həm vokalçı, həm də pianoçu olmaq idi. Atalar deyib ki, niyyətin hara, mənzilin də ora, ailəmin dəstəyi, müəllimlərimin əməyi, özümün də zəhmətimlə, bacarığımla məqsədlərimə doğru irəlilədim".

Ayşə 2012-ci ildə 33 nömrəli Uşaq Musiqi Məktəbinə fortepiano ixtisası üzrə daxil olur və həmin məktəbi fərqlənmə attestatı ilə 2019-cu ildə bitirir.  

Bundan başqa, Ayşə aktyor kimi teatr tamaşalarında da oynayıb, amma aktrisalıq yolunu deyil, fortepianonu seçib. "Musiqi məktəbində oxuduğum illərdə bir çox Respublika müsabiqələrində həm vokal, həm də fortepiano nominasiyası üzrə çıxış etdim və 1-ci yer mükafatına layiq görüldüm. Eləcə də 2012-2013-cü illərdə Akademik Musiqili Teatrında rejissorum Elməddin Dadaşovun rəhbərliyi ilə bir neçə tamaşada da aktyorluq qabiliyyətimlə çıxış etdim. 2020-ci ildə musiqi təhsilimi davam etdirmək üçün Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinə Fortepiano ixtisası üzrə daxil oldum və 2024-cü ildə bu kolleci bitirdim. 

Musiqi kollecində təhsil aldığım illər ərzində 2022-ci ildə Qazaxıstanda keçirilən Astana Stars "Divertisment" adlı Beynəlxalq müsabiqəsində Fortepiano nominasiyası üzrə 1-ci yer mükafatına layiq görüldüm. Həmin ildə "Art Olimpia Ümid 2022" müsabiqəsində və bu kimi digər müsabiqələrdə fortepiano nominasiyası üzrə iştirak edərək 1-ci yer mükafatına layiq görüldüm. 2022 və 2023-cü illərdə Ümumilli Lider Heydər Əliyevin anadan olması münasibətilə keçirilən "Sən elə bir zirvəsən" adlı Respublika müsabiqəsində vokal nominasiyası üzrə hər iki ildə də 1-ci yer mükafatlarına layiq 

görülmüşəm. 2023-cü ildə keçirilmiş "Azərbaycan Vokalçıları" adlı III Beynəlxalq Festivalında solo vokalist kimi çıxış etmişəm. Elə həmən ildə Nəsimi rayonunun ictimai-siyasi həyatında fəal iştirakıma görə Yeni Azərbaycan Partiyası tərəfindən fəxri mükafatlara layiq görülmüşəm. Eləcə də müsabiqələr və dövlət tədbirlərində fəal iştirakıma görə 2024-cü il Nəsimi Rayon İcra Hakimiyyətinin " 2 Fevral Gənclər Günü" adlı diplomu ilə təltif olunmuşam. Həmçinin göstərdiyim bütün fəallıqlar nəticəsində 2024-cü ildə "Azərbaycan Müəllimi" qəzetində haqqımda məqalə çap olunub". 

Ayşə Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecini böyük uğurla  başa vurub, Bakı Musiqi Akademiyasının İnstrumental ifaçılıq ixtisasına (fortepiano üzrə) daxil olub. Hazırda birinci kurs tələbisdir. Ayşənin musiqiyə bağlılığı o qədər möhkəmdir ki, o özünü başqa bir sahədə görmür. Deyir ki, ana südü ilə qanına, canına hopmuş musuqini yalnız yüksək səviyyədə təmsil və təbliğ etməkdir arzusu. "Bu sahəni seçməkdə hər zaman qürur hissi keçirmişəm. Orta məktəbdə oxuduğum illərdə nə qədər fərqli ixtisaslara yönləndirilsəm də, musiqidən ürəyim dönmədi. Yaxşı oxuduğum üçün müəllimlərim mənim hüquq, tarix və 

jurnalistka sahələrində çox böyük uğurlar qazana biləcəyimi deyirdilər. Düzdür, bu ixtisaslar da yaxşıdır, amma mən özümü musiqidə tapmışam. Mənim bu sənətə gəlməyimdə bacımın çox böyük rolu olub. Hələ mən 6 yaşımdaykən bacım musiqi məktəbinə gedərək, mənimlə orada 

öyrəndiklərini paylaşır və mənim bu sənətə olan sevgim daha da artırdı. Ailəm də hər zaman mənə dəstək olub. Onların dəstəyi mənim üçün həmişə çox əhəmiyyətlidir. Ailənin dəstəyi insanın məqsədlərinə çatması üçün çox mühümdür. Bilirsən ki, arxanda dağ kimi dayanan sarsılmaz bir gücün var. 

Bundan əlavə, həm musiqi məktəbində, həm də kollecdə oxuduğum müddətdə bütün müəllimlərimin mənim üzərimdə çox əməyi olub və mənə daima inanıblar. İnam böyük məfhumdur, sənə inanan olmasa, hardasa özünə güvənin o qədər də tam olmaz. Mənə ailəm də, müəllimlərim də həmişə güvəndilər, dəstək oldular. Beləliklə mən də bu sahədə özümü daha çox inkişaf etdirərək, xalqımızın ən görkəmli musiqiçilərindən olmaq istəyirəm. Musiqi sahəsində əsas ixtisasım fortepiano olsa da, vokalçılıq və bəstəkarlıqla da məşğul oluram. Belə ki, bəstələdiyim bir neçə əsər var, onların üzərində işləyirəm və hər dəfə bu alətdə ifa etdikdə sanki başqa bir aləmdə oluram. Musiqi artıq mənim həyatımın bir parçası deyil, bütün həyatımdır. Onsuz özümü təsəvvür edə bilmirəm. Nə qədər çətin olsa da, bu sahədə olmaqdan çox qürur hissi yaşayıram. Sözsüz ki, bu illər ərzində çətinliklər yaşamışam. Lakin özümə və sənətimə olan sevgim 

və inamım nəticəsində çətinliklərə qalib gəlmişəm. Və bundan sonra da məqsədim bu sahədə davam edərək, Azərbaycanın musiqi dəyərlərini digər ölkədə tanıtmaqdır".

Ayşə Məmmədova böyük bir yola çıxıb, indiyə qədər onu böyük uğurlara, nailiyyətlərə qovuşduran musiqi bundan sonrakı həyatında da ona yol yoldaşı olacaq. Ayşə özünü bütövlükdə musiqiyə həsr etmək istəyir, vokalçı kimi, pianoçu kimi, bəstəkar kimi Azərbaycan musiqisini bütün dünyada təmsil etmək, tanıtmaq niyyətindədir. 

Çətinliklərdən adlayıb öz məqsədinə nail olan hər bir insanın həyat yolu özlərindən sonra gələnlərə bir nümunədir...

İradə SARIYEVA




VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

06.10.2026 / 11:14
Britaniya İsrailə xəbərdarlıq mesajı göndərdi - 27 diplomat ölkədən qovulacaq…

06.10.2026 / 10:58
Ələt Azad İqtisadi Zonasında hava limanı bu tarixdə fəaliyyətə başlayacaq...

06.10.2026 / 10:46
Şahin Mustafayev Overçukla görüşdü - ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edildi

06.10.2026 / 10:36
Qara dənizdə yük gəmisi vuruldu - bir azərbaycanlı həlak oldu, daha biri itkin düşdü...

06.10.2026 / 10:23
İsrail İrana qarşı yeni hücuma hazırlaşır…

06.10.2026 / 10:11
Qaxda sürücülük hüququ olmayan gənc ölümlə nəticələnən qəza törətdi - DYP sürücülərə çağırış etdi...

06.10.2026 / 09:51
Tramp "Flydubai” təyyarəsindəki olaya görə məsuliyyəti İranın üzərinə qoydu…

06.10.2026 / 09:43
Azərbaycan neftinin qiyməti artdı - 124 dollar...

06.10.2026 / 09:38
Tramp B-1 bombardmançılarını Britaniyadan niyə geri çəkdiklərini açıqladı - Təhdid var idi…

06.10.2026 / 09:22
Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarını daşıyan Türkiyə gəmisini vurdu…

06.10.2026 / 09:07
İranda qadınlar da döyüş hazırlığına başladı

06.10.2026 / 07:09
Moskvanın məşhur Volodarsk qəsəbəsində neft anbarı yandı - PUA hücumu üzündən

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

05.10.2026 / 22:11
“Bakıdakı Türk Şəhidliyi elə Nuru Paşanın əsgərlərinin əziz xatirəsinə qoyulmuş abidə deyilmi?" - Aydın Quliyev

05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...

05.10.2026 / 21:25
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti... - FOTO

05.10.2026 / 21:18
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

05.10.2026 / 21:15
“Putin yolu” layihəsi Qafqazlarda fantastik dəyişiklikləri hədəfləyib.... TRİPP, dəmiryolları...

05.10.2026 / 20:57
Paşinyan iqtidarını “sülh göyərçini” etmək istəyənlərin cavabı sərt verildi...

05.10.2026 / 20:51
Ceyhun Bayramov və Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər

05.10.2026 / 20:40
Azərbaycanlı milyarderin dünyadakı varidatını Trampla Putin bölüşdürür...

05.10.2026 / 20:23
Azərbaycan 2 Zəfər tağını fəth etdi, 3-cüdən könüllü imtina etdi - səbəblər var...

05.10.2026 / 20:08
Azərbaycanın bütün dünya qütblərilə təması nadir təcrübə sayıldı...

05.10.2026 / 19:50
Siyəzəndə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat - 14 nəfər saxlandı...

05.10.2026 / 19:43
Son illərdə Azərbaycan bir neçə beynəlxalq formatlara qoşulub - nəticə böyükdür...

05.10.2026 / 19:27
Azərbaycan 2 supergüclə mühüm sənəd imzaladı - dünyada belə təcrübə daha kimdə var...

05.10.2026 / 19:21
Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb

05.10.2026 / 19:14
Satmaq öhdəliyi ilə kirayə mənzil üçün müraciətlərin qəbulu müvəqqəti dayandırıldı...

05.10.2026 / 19:04
İstanbulun Boğazında 25 illik möhtəşəm ənənə - FOTOLAR

05.10.2026 / 18:52
Ermənistanda həbs edilmiş Azərbaycan əsgəri barədə ağlasığmaz hekayələr uydurulur...

05.10.2026 / 18:37
“Azərbaycan Cermukda 70 km ərazi işğal edib” - Erməni mediasında yeni fitnəkarlıq...

05.10.2026 / 18:21
Husilər Səudiyyəyə irimiqyaslı hücuma hazırlaşır - Yaxın Şərq məzhəb müharibələrindən yanacaq...

05.10.2026 / 18:07
“Flydubai” təyyarəsinin ikinci pilotundan ETİRAF - təyyarəni Ben Qurion aeroportuna çırpmağı planlaşırıb…

05.10.2026 / 17:45
İki nəfərin qətli Hindistan-Pakistan müharibəsini yenidən qızışdıra bilər...

05.10.2026 / 17:30
Merzlə Zelenski birgə raket və dron istehsalına qərar verdilər...

05.10.2026 / 17:15
Fəlsəfə və mədəniyyət xəzinəsinin zənginləşməsinə unikal töhfə…

05.10.2026 / 17:02
Hörmüzdə nəqliyyatın çökməsi qlobal ərzaq böhranına səbəb ola bilər - Beynəlxalq təşkilatdan xəbərdarlıq…

05.10.2026 / 16:50
Ermənistanda Sarkisyana yeni cinayət işi açıldı...

05.10.2026 / 16:41
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - FOTO

05.10.2026 / 16:38
İranın Hörmüzdə maraqlı taktikası - neft daşınır, lakin qiymətlər düşmür ki düşmür...

05.10.2026 / 16:28
Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi qaydası dəyişdi

05.10.2026 / 16:21
"Azərbaycan AQEM-in Asiyada əməkdaşlığın təşviqində rolunu yüksək qiymətləndirir" - XİN

05.10.2026 / 16:18
Yarım milyard dollarlıq Azərbaycan-Türkiyə hərbi sazişi imzalandı...

05.10.2026 / 16:07
Səhiyyə Nazirliyindən İrkutskda yayılan xəstəliklə bağlı açıqlama ... - Azərbaycanda epidemioloji vəziyyət sabitdir

05.10.2026 / 16:03
Zelenski Moskvaya tuşlanmış dəhşətli silahı payızda hazır edəcək...

05.10.2026 / 15:49
Tramp Braziliyanı Hindistanla səhv saldı, sonra da paylaşımı sildi…

05.10.2026 / 15:35
Gürcüstan Azərbaycanla sərhəd delimitasiyasına qərar verdi...

05.10.2026 / 15:24
Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs həbs edildi

05.10.2026 / 14:39
Rusiya Moldova-Ukrayna sərhədindəki nəzarət-buraxılış məntəqəsini vurdu…

05.10.2026 / 14:03
Estoniya elit qoşunlarını Rusiya sərhədinə yığır…

05.10.2026 / 13:44
Onlayn kreditlər ölkədə borc bataqlığını daha da dərinləşdirir...

05.10.2026 / 12:40
Prezident İlham Əliyev Malayziya səfirini qəbul edib - FOTO

05.10.2026 / 12:12
ABŞ Ukrayna və Rusiyaya oktyabrın sonunadək yeni üçtərəfli görüş təklif etdi…

05.10.2026 / 12:01
Prezident İlham Əliyev Avstriyanın yeni səfirini qəbul etdi - FOTO

05.10.2026 / 11:57
"Süni intellektdən istifadəni inkar etməklə təhsildə irəliyə gedə bilməyəcəyik" - Emin Əmrullayev

05.10.2026 / 11:46
ABŞ-dan Rusiyada vəba xəstəliyi iddialarına ilk reaksiya - yaxından izləyirik...

05.10.2026 / 11:41
Qarabağdakı qadın minaaxtaranlardan bəhs edən film Avropa festivalında mükafat qazandı

05.10.2026 / 11:35
Səfərbərlik Xidmətində 144 nəfərin işi prokurorluğa göndərildi

05.10.2026 / 11:05
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışını etdi - FOTO

05.10.2026 / 10:58
Rusiyada vəba aşkarlandı - bir nəfər öldü, fövqəladə iclas çağırıldı, yüzlərlə insan karantinə alındı...

05.10.2026 / 10:42
İlin sonunadək 100 məktəb adambaşı maliyyələşmə sisteminə keçəcək...

05.10.2026 / 10:35
Jalə Əliyeva "Şöhrət" ordeni ilə təltif edildi

05.10.2026 / 10:25
Rusiyanın təhdidlərinə baxmayaraq Qərb səfirlikləri Kiyevdən çəkilməkdən imtina etdi…

05.10.2026 / 09:57
ABŞ Hərbi Dəniz Qüvvələri İran sahillərindən 1000 km geri çəkildi – SEPAH-dan iddiia...

05.10.2026 / 09:08
Keçmiş İsrail nazirindən ŞOK İDDİA - Trampdan sonrakı ABŞ prezidenti Fələstini tanıyacaq…

05.10.2026 / 08:10
ABŞ strateji bombardmançılarını Britaniyadan çıxardı...

04.10.2026 / 21:03
Bir dəyişilməz həqiqət var: Azərbaycana günəş Azərbaycandan doğur!

04.10.2026 / 20:15
Almaniya kansleri Merts Kiyevdən Putinə səsləndi - Cənab Putin, mənasız müharibəni dayandırın…

04.10.2026 / 18:48
Polşa və Rumıniya Ukrayna taxılının tranzitini artırmaqdan rəsmən imtina etdi…

04.10.2026 / 18:14
Moskvada kommunistlərin etiraz aksiyasında ən azı 65 nəfər saxlandı…

04.10.2026 / 17:27
“Bəzi ölkələr Rusiya ilə Ermənistan arasında münasibətləri pisləşdirməyə çalışırlar” - Medvedev

04.10.2026 / 15:35
Şröder Rusiyada hipermarket şəbəkəsində yüksək vəzifəyə təyin olundu, almanlar üsyan etdi - "utanmaz"…

04.10.2026 / 14:51
Pakistan Yəmən müharibəsində Səudiyyənin tərəfini seçdi – dörd təyyarə silah və texnika göndərdilər…

04.10.2026 / 14:25
Putindən Qərbə sərt xəbərdarlıq - Kalininqrada təhlükə yaranarsa, bütün silah arsenalımızdan istifadə edəcəyik…

04.10.2026 / 13:45
İran BƏƏ-yə xəbərdarlıq etdi – adalardan əl çəkin…

04.10.2026 / 13:12
Rusiya raket və dronları Moldova hava məkanını pozdu – Kişinyov Moskvaya nota verdi…

04.10.2026 / 12:37
BMT Baş Assambleyasından sonra ABŞ qalan iki İran diplomatını da ölkədən qovdu…

04.10.2026 / 11:54
Tokayevdən hərbi təlimlərdə 14 əsgərin ölümünə görə yeni qərar - Baş Qərargah rəisi, nazir müavini və HDQ komandanı işdən çıxarıldı...

04.10.2026 / 11:37
İlham Əliyev nə deməli idi?! Deməli idi müftə aldığımız şeylərə görə hamının qabağında gözü kölgəli, başı aşağıyıq?!...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ