şənbə günü, 21 noyabr 2026
     

Elmlər doktoru M.S.Ordubadinin "Qılınc və Qələmini" tənqid etdi - Nizami kimi şeyxi....

Image


"...Postsovet ədəbiyyatının daha bir nümunəsinin olduğunu sui-ehtimal etdim. Çünki belə əsərlərə çox rast gəlmişdim. Elə dahi Nizami Gəncəvi haqqında M.S.Ordubadinin  qaraladığı "Qılınc və qələm" kimi. Belə əsərlər onlarladır. Müəllif Nizami kimi bir şeyxi, Türk-İslam dünyasının mütərəqqi fikir adamını, az qala, sosrealizmin kanonlarına uyğun olaraq bir bolşevik tipi kimi təqdim və təqsim edir. Bu tip ədəbiyyat nümunələri çoxdur və  mövzudan uzaqlaşmamaq üçün sözümü mahiyyət üzrə dinamikadan təcrid etmək istəməzdim..." 

Bu fikirlər filologiya elmləri doktoru Qalib Sayılovun 13.08.2024-cü il tarixində baki-xeber.com-da yayımlanan "Ədəbin və Adabın əsrarına vaqif olan Dahi" məqaləsindədir.

Alim iddia edir ki, M.S.Ordubadi yazdığı "Qılınc və qələm" romanında Nizami Gəncəvini, az qala, sosrealizmin kanonlarına uyğun olaraq bir bolşevik tipi kimi təqdim və təqsim edir.

Qeyd edək ki, "Qılınc və qələm" romanı "Azərnəşr" tərəfindən ilk dəfə 1946-cı ildə (I kitab) və 1948-ci ildə (II kitab) çap edilib. Həmin dövrdə və sonrakı illərdə oxucuların böyük rəğbət və məhəbbətini qazanan roman ilk çapından sonra dəfələrlə nəşr edilib. 1965-ci ildə əsər İ.Peçenevin tərcüməsi ilə rus dilində çapdan çıxıb.

Əsəd Cahangir: "Mən o fikirlə razı deyiləm..."

Q.Sayılovun irəli sürdüyü fikirlərə münasibət bildirən tanınmış ədəbi tənqidçi Əsəd Cahangir "Bakı-Xəbər"ə bildirdi ki, M.S.Ordubadi "Qılınc və Qələm" romanında Nizami Gəncəvini sosialist ruhuna uyğun qəhrəman kimi göstərməkdən daha çox aşiq, məhəbbət qəhrəmanı kimi göstərib. "O, macəra romanıdır və ona öz janrının tələbləri ilə yanaşmaq lazımdır. Yəni bu əsər öz dövrünün tələblərinə uyğun yanaşma tələb edir. O dövrdə yazıçıdan o tələb olunurdu. Buna görə də, onu təkrarən təftiş etməyi, "komissiya", "məhkəmə" qurmağı düzgün saymıram. Yəni indi hamı qəhrəman olub. İndi qəhrəman olmağa nə var ki?.. Məmməd Səid Ordubadinin "Qılınc və Qələm" romanı Nizami haqqında Azərbaycan ədəbiyyatında yazılmış ilk roman və ilk əsər kimi dəyərlidir, geniş oxucu kütləsinin marağını çəkir. Neçə nəsil ədəbiyyat oxucuları ta keçən əsrin 30-40-cı illərindən indiyə qədər bu romanı maraqla oxuyurlar. geniş oxucu kütləsinin marağını çəkir. Bu romanı indiki nəsil də oxuyur. 

Bilirsiz ki, fransızların Aleksandr Düması var. Bizim də Aleksandr Dümamız elə bil ki, Məmməd Səid Ordubadidir. Məsələn, fransızlar heç vaxt Aleksandr Düma haqqında o sözü demirlər, onun əsərlərini təftiş etmirlər, üzərində "məhkəmə" qurmurlar. Məsələn, Aleksandr Dümanı durub Viktor Hüqo, Jorj Sand, Qustav Floberlə, Romen Rollanla, eləcə də bir sıra müasir fransız yazıçıları ilə müqayisə edib demirlər ki, orda elə yazıb, belə yazıb. Bunu demirlər də. Çünki onlar üçün Dümanın fransız ədəbiyyatında öz yeri var. Mənə elə gəlir, biz də bu cür qayğı ilə, sevgi ilə yanaşmalıyıq, müəyyən dövrün tələblərini, o dövrkü Azərbaycan ədəbiyyatının inkişaf səviyyəsini nəzərə almalıyıq. Əlbəttə, müasir Azərbaycan nəsrinin inkişafından dönüb ora baxanda o müəyyən qədər bəsit, primitiv görünə bilər. Amma nəzərə alaq ki, keçən əsrin 20-30-cu illərində Azərbaycan nəsri öz inkişafının başlanğıc mərhələsində idi və onun təməl daşlarını qoyanlardan biri də Məmməd Səid Ordubadi idi. Fikrimcə, tarixi yanaşma düzgün və obyektiv olmalıdır. Mən Ordubadi ilə bağlı o fikirləri yazan müəllifi tanımıram. Amma sizin dediklərinizdən belə başa düşdüm ki, onun metodologiyası, yəni yanaşma tərzi düz deyil, yanaşma tərzi tarixilik prinsipini nəzərə almır. Ona görə də, mən o fikirlə razı deyiləm, bu, təftişçilik münasibətidir.  Yəni "məhkəmə" qurmaq, yoxlama aparmaq məsələləri ilə heç cür yazı deyiləm.

Düzdür, Sovet dövründə Nizami Gəncəvini Sovet ideologiyasının daşıyıcısı kimi qələmə verməyə cəhdlər edilib". 

Ə.Cahangir bildirdi ki, İkinci Dünya müharibəsinin ən qaynar çağında - 1941-ci ildə indiki Sankt-Peterburq şəhərində Nizami Gəncəvinin 800 illik yubileyi keçirildi, bu yubley tədbirləri respublikamızda da qeyd edildi. "Nizaminin əsərləri Azərbaycan dilinə tərcümə olundu. Səməd Vurğun, Süleyman Rüstəm, Məmməd Rahim, Abdulla Şaiq və digəriləri "Xəmsə"ni tərcümə etdilər, bəli, Nizamiyə Bakıda heykəl qoyuldu. "Qılınc və Qələm" romanı da həmin təbliğat dalğasının üstündə yazılmışdı. Amma buna baxmayaraq, hər şeyin iki tərəfi var. Yəni o təbliğatlar, o ideologiya, sosrealizm keçib getdi və tarixə qırışıb yox oldu, lakin "Qılınc və Qələm" romanı, Nizaminin əsərlərinin tərcümələri, abidəsi bizə qaldı. Bakının ən gözəl abidələrindən biri Nizami Gəncəvinin abidəsidir. Yaradılanlar qalır. O əsərin hansı ideologiyanın tələbi ilə yaranmasından aslı olmayaraq Nizami Azərbaycan şairidir. Bu gün də Nizami məsələsi çox aktualdır. Çünki o zaman Nizamiyə sosialist ideologiyası, Sovetlər yiyə çıxmaq, özününküləşdirmək istəyirdisə, indi də bizim yaxın qonşularımız, məsələn, İran onu "fars" şairi elan edir, indi də o özününküləşdirmək istəyir. Amma bir şərt qaçılmazdır ki, Nizami Azərbaycan torpağında doğulub, onun sümükləri torpağındadır, məqbərəsi burdadır, Nizaminin dünyada ən gözəl abidəsi Bakı şəhərindədir. Baxmayaraq ki, dünyanın bir çox şəhərlərində onun abidəsi var. Nizaminin abidəsinin özünün çox maraqlı tarixçəsi var..."     

Zəhra Allahverdiyeva: "Qılınc və Qələm" romanında Nizaminin "bolşevik tipi" kimi  təqdim edildiyini demək böyük yanlışlıq və səhvdir" 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nizamişünaslıq  şöbəsinin aparıcı elmi içşisi,  filologiya üzrə fəlsəfə doktoru, dosent Zəhra Allahverdiyeva da "Bakı-Xəbər"ə bildirdi ki, Q.Sayılovun iddiası əsassızdır. "Qətiyyən, Nizami Gəncəvi o cür təqdim olunmayıb, o romanda elə şey yoxdur, o adam həmin əsəri oxumayıb. Orada tarixi məsələlərdən, o dövrdə Gəncədə baş verən hadisələrdən danışılıb. Məmməd Səid Ordubadi çox məsələləri tarixdən gətirirdi və aşağıda da izah verirdi ki, bu, Nizaminin filan əsərindən götürülüb. Ordubadi bu əsəri bu cür yazıb. Öz kitablarımda bu barədə yazmışam, yazdıqlarıma da cavabdehəm.   

Romanda Nizami bolşevik ruhlu şair kimi təqdim edilməyib. Bilirsiz, Nizamidə əxi ideyaları idi, əxi ideyası da insanların qardaşlığını, bərabərliyini əks etdirirdi. Amma bu o demək deyil ki, bu sosialist ideyası idi. O adam bilmir ki, Aristotel dövründən bəşəriyyəti cəmiyyətdə insanlığın  qardaşlığı, bərabərliyi düşündürüb.  Sovetlər də elə onlardan götürmüşdü bu ideyanı, amma ona riayət etmirdi, ondan öz siyasətini yürütmək üçün istifadə edirdi. 

Aristotel deyirdi ki, əgər bir cəmiyyətdə insanların bərabərliyinə nail olmaq olarsa, o həmin cəmiyyətin qələbəsidir. 

Görün, hansı dövrlərdən bu ideyalar vardı, insanların bərabərliyi, qardaşlığı məsələsinin tarixi qədimdir. Bunun Sovetlərə nə aidiyyəti var?  Sonradan bunu islam alimləri işlədilər. "Əxilər" nə deməkdir? Qardaş deməkdir, yəni insanlar bir-birinə qardaşdırlar. Yəni Nizaminin fikirləri odur, onun bolşevik idelogiyası ilə heç bir əlaqəsi, dəxli yoxdur. Məmməd Səid Ordubadi XII əsrin mühitini, əxiliyi dərindən öyrənmişdi, bunu əsərində də verib. Yəni bu məsələnin sosializmə dəxli yoxdur. O adam məsələni bilmir. Nizaminin "Xəmsə"sində insanların bərabərliyi, qardaşlığı, ədalətin aliliyi və sair çoxdur. Nizami elə buna görə Nizamidir!"

Nizaminin "Qılınc və Qələm" romanında Şeyxliyinin göstərilməməsi iddiasına gəlincə, Z.Allahverdiyeva qeyd etdi ki, romanın birinci hissəsində Nizami Gəncəvinin gənclik dövrü əks olunub: "Orada Nizaminin cavanlıq dövrü təsvir edilib, orda Nizami hələ gəncdir, cavandır. Əsərin gedişində onun fəaliyyəti əks olunub, gəncliyi, təhsil aldığı mərhələ, dostluq etdiyi şəxslər və sair göstərilib. Nizami doğulan kimi Şeyx olmayıb ki. Buna qədər böyük bir yol keçib. Məsələ burasındadır. İndi tarixi bilməyən, məlumatsız insanlar çox şey yazırlar. Tarixi roman janrımızın banisi Məmməd Səid Ordubadi həm də alim idi. Yəni o təkcə yazıçı olmayıb, həm də elmi tədqiqatla məşğul olub, tarixçi, böyük alim olub. Hər şeyi gözəl bilirdi. Nəyi Sovet senzurası buraxmırdısa, təbii, onları yazmırdı. Amma bu əsərdə Nizami ilə bağlı əsas məsələləri yazıb. Məmməd Səid Ordubadinin "Qılınc və Qələm" əsərinə o cür yanaşmaq doğru deyil. O dövrün tələblərini bilmək, Ordubadinin yaradıcılığını araşdırmaq lazımdır. Bu adamlar bütün tarixi keçmişimizin üstündən xətt çəkmək istəyirlər. Bu nə tendensiyadır, bu nə yanaşmadır? Anlaşılmır. Təbii olaraq hər bir əsər dövrünün tələblərinə uyğun yazılır". 

Z.Allahverdiyevanın sözlərinə görə, M.S.Ordubadi "Qılınc və Qələm" əsərində ən çox Nizaminin gənclik dövrünü təsvir edib və orada yazıçının təxəyyülü də olmalı idi, hər şey tarixdən ibarət deyildi ki. Yazılan əsərlərdə o dövrə uyğun ideoloji səhvlərin olduğunu deyən Z.Allahverdiyeva hesab edir ki, bu heç də keçmişin üstündən xətt çəkməyə səbəb olmamalıdır. Z.Allahverdiyeva qeyd etdi ki, Sovet dövründə bir əsərdə sarayla əlaqəsi olan bir şairin adı olardısa "o məddahdır" iddiası ilə  dərhal çıxarırdılar. Alim bildirdi ki, o dövrdə Nizami Gəncəvinin sarayla əlaqəsi olub, hətta son tədiqatlara görə, dahi şair Şirvanda da olub, halbuki, onun Gəncədən kənara çıxmadığı yazılırdı. "Keçmişi tənqid və təftiş etməkdənsə yeni əsərlər yazsınlar, o dövrü öyrənsinlər, nə çatışmazlıqlar olubsa, hansı məsələlər qeyd olunmayıbsa onları qeyd etsinlər, yazsınlar. Elə məsələlər var ki, onlar əks olunmayıb. 

Nizami Gəncəvi Gəncədə yaşasa da, əlaqələri vardı. İndi-indi üzə çıxarılır ki, Nizami Şirvana da gedib, Şirvanşah sarayı ilə əlaqəsi olub. Şirvanşah ona əsər yazmağı uzaqdan-uzağa sifariş verməmişdi". 

1937-ci il represiyasını xatırladan Z.Allahverdiyeva dedi ki, o dövrdə ziyalıların başına min bir oyun açılırdı və onlar üçün hər cür maneə törədirdilər. "O dövrdə yazıçılar qorxa-qorxa yazırdılar, Sovet hökuməti onların başına hansı oyunları gətirirdi. Azərbaycanda Sovet hökuməti qurulan kimi irtica başladı. Anlamaq istəmirlər ki, o dövrdə yazmaq elə də asan deyildi, hər söz, hər cümlə yoxlanırdı. Ordubadi çox şey yazardı. Onun Nizami Gəncəvi ilə bağlı çoxlu tədqiqatları, məqalələri var, orda   Nizaminin əxilərlə əlaqəsi əks olunub. Məsələ burasındadır ki, Sovet hökuməti də deyirdi ki, "insanlar bir-biri ilə bərabər olmalıdır", buna əməl etmirdi, ondan istifadə edirdi. Amma əxilər islamın o təriqəti idi ki, doğrudan da onlar insanların qardaşlığını, bərabərliyini təbliğ edirdilər. O dövrdə sərhədlərdə müharibələr gedirdi, əxilər yığışıb zülmə, müharibəyə qarşı mübarizə aparırdılar. Nizaminin də cavan vaxtı əxilərlə, əxi şeyxləri ilə  əlaqəsi vardı. Xaqaninin də onlarla əlaqəsi vardı.   Nizaminin düşüncəsi ilə onların ideyaları üst-üstə düşürdü. Ona görə də, Ordubadi bu məsələləri olduğu kimi işıqlandırıb. Odur ki,  "Qılınc və Qələm" romanında Nizaminin "bolşevik tipi" kimi   təqdim edildiyini demək böyük yanlışlıq və səhvdir"-deyə Z.Allahverdiyeva qeyd etdi.

İradə SARIYEVA 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

20.11.2026 / 13:59
AMEA-nın strukturunda dəyişiklik edilib

20.11.2026 / 13:55
Le Penin partiyasının qərargahında məlumat sızması ilə əlaqədar axtarış aparılıb

20.11.2026 / 13:50
Çin "üçlüyünün" bəyanatları Avroatlantik məkanı parçaladı...

20.11.2026 / 13:35
Putinin təhdidlərindən saatlar sonra Rusiya ordusu Kiyevə üç ballistik raket atdı - körpülər vuruldu...

20.11.2026 / 13:18
Lukaşenko kənd təsərrüfatı nazirini söydüyünü etiraf etdi - sonra ondan üzr istəyirəm...

20.11.2026 / 13:03
Vyetnam Azərbaycanda səfirlik açır...

20.11.2026 / 12:51
Jurnalistlər üçün müsabiqə elan edildi

20.11.2026 / 12:36
ABŞ-da hakerlər “Visa”, “Mastercard” və “JPMorgan Chase” müştərilərinin məlumatlarını ələ keçirdi…

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ