Cümə axşamı günü, 13 avqust 2026
     

Qarabağ Zəfərinə həsr olunmuş bədii əsərlərin arasında tək Yunus Oğuzun "Cığır"ı...

Image


Səlim Babullaoğlu: "44 günlük savaş bitəndən təxminən iki ay sonra Ukraynada "Bayraqdar" antologiyası çap olundu"

"Yunus Oğuzun "Cığır" romanı özbək dilinə tərcümə olunaraq çap edilib"

Vətən savaşında qazandığımız böyük Zəfərdən sonra Azərbaycan yazıçı və şairləri bu zəfəri öz əsərlərində əks etdirib. Məsələn, Azərbaycan Yazıçılar Birliyi "Qarabağ dastanı" (Otuz ilin həsrəti – 44 günün Zəfəri) adlı kitab, Xalq şairi Sabir Rüstəmxanlı "Qarabağa dönüş" adlı poema yazıb, əsərin həcmi böyükdür və ayrıca kitab şəklində çap olunub. 

Xalq şairi Vahid Əziz Qarabağa həsr edilən ayrıca şeir kitabı – "Param-parça illər"i ortaya qoyub. Xalq şairi Nəriman Həsənzadənin "Zəfər yolu" poeması dərc edilib. Yazıçı Yunus Oğuzun "Cığır" romanı işıq üzü görüb. Bu sırada onlarla əsərin, müəllifin adlarını çəkmək olar ki, onlar böyük Zəfərimizi təbliğ edən əsərlər yazıblar.

Yazıçı və şairlərimizin Qarabağ zəfərinə həsr etdikləri əsərlər, şeirlər, poemalar, hekayələr hansı xarici dillərə tərcümə edilib? Yunus Oğuzun "Cığır" romanının özbək dilinə tərcümə edildiyi məlumdur. Başqa əsərlər barədə, sözün açığı, elə bir məlumat yoxdur.

Yazıçı və şairlərimizin bu əsərləri xarici ölkələrdə, ən azından qardaş dövlətlərdə necə təbliğ edilir?

"Amma bu işləri sistemli görmək üçün Azərbaycan ədəbiyyatının xaricdə təbliği proqramı olmalıdır" 

Azərbaycan Yazıçılar Birliyinin (AYB) Beynəlxalq əlaqələr üzrə katibi, şair-tərcüməçi Səlim Babullaoğlu "Bakı-Xəbər"ə açıqlamasında bildirdi ki, bu istiqamətdə xeyli işlər görülüb və bundan sonra da görülməsi gündəmdədir. "Əvvəla ordan başlayım ki, istənilən bədii əsərin xarici dilə tərcüməsi və nəşri işi büdcə, yəni vəsait deməkdir. Azərbaycan Yazıçılar Birliyinin isə konkret büdcəsi var və o büdcə AYB-nin nəşrlərinin saxlanmasına, nəşrinə xərclənir. Təbii ki, AYB-nin ədəbi orqanları arasında iki nəşr - "Literaturnıy Azerbaydjan" və "Mir literaturı" jurnalı rusca nəşr olunur. Həmin nəşrlərdə isə həm azərbaycanlı müəlliflərin ana dilində yazdığı və rus dilinə tərcümə olunmuş əsərləri, eyni zamanda Azərbaycanda yaşayan və rusca yazan yazıçıların, şairlərin əsərləri dərc olunur. Bilirəm ki, bu illər ərzində "Literaturnıy Azerbaydjan"da və "Mir literaturı"da ana dilimizdə yazılan və 44 günlük savaşa həsr olunan xeyli sayda əsər rus dilinə tərcümə olunaraq dərc edilib. Təəssüf ki, indi mənim əlimin altında statistika yoxdur. Bilirəm ki, Meyxoş Abdullahın nəsr əsərləri, başqa şairlərin Qarabağla bağlı əsərləri zaman-zaman bu nəşrlərdə işıq üzü görüb. Bunun üçün büdcə tələb olunmur və bu jurnalların cari işidir. Amma qaldı xaricdəki nəşrlərə, sizə bir neçə nəşrin adını çəkə bilərəm. Ümumiyyətlə, Qarabağ həqiqətlərinin zaman-zaman təbliğatı istiqamətində iki əsas xətti qeyd etmək istəyirəm. 44 günlük savaş bitəndən təxminən iki ay sonra Ukraynada "Bayraqdar" antologiyası çap olundu. O, Xalq yazıçısı Elçin Əfəndiyevin eyni adlı povestinin adından götürülüb. Xatırladığım qədər, o antologiyada bizim 10-12 yazıçının əsərləri Ukrayna dilinə tərcümə edilərək nəşr olunub. Burda Azər Abdullanın, Elçin Hüseynbəylinin, Şərif Ağayarın, gənc yazarlardan Samirə Əşrəfin və başqa yazarların əsərləri yer alıb. Sizin də qeyd etdiyiniz kimi, Yunus Oğuzun "Cığır" romanı özbək dilinə tərcümə olunaraq çap edilib. Bizim qazi şairlərimiz var ki, onların çox təsirli, çox gözəl şeirləri var"-deyə S.Babullaoğlu bildirdi.

S.Babullaoğlu qeyd etdi ki, müharibə iştirakçısı olan şairlərimizin şeirləri bu ilin sentyabrında qazax dilində Qazaxıstanın "Tanşolpan" jurnalında çap olunacaq. Müsahibimizin sözlərinə görə, ümumiyyətlə, bu jurnalın builki 6 sayı bütövlükdə Azərbaycan ədəbiyyatına həsr olunub. "Onun da üç sayı çıxıb. Sentyabrın 27-də Vətən müharibəsinin növbəti ildönümü gəlir. Sentyabr ayında bu jurnalda həm qazi şairlərimizin, həm də digər şairlərin  Qarabağla bağlı yazdıqları xeyli sayda əsərin tərcüməsi yer alacaq. Bizdə "Barıt qoxulu şeirlər" adı bir antologiya çıxmışdı. Həmin ora daxil olan şairlərin altısının şeirləri  o jurnalda yer alacaq. Üstəlik, Şuşa ilə bağlı ayrıca şeirlər və nəsr əsrləri də çap olunacaq ki, onların üzərində iş gedir. Məsələn, orda Tamerlan Əsədov, Vüsal Hətəmov, Nicat Ağayev və başqalarının şeirləri vardı. Biz iki il əvvəl "Şuşaya salam" adlı maraqlı bir layihə gerçəkləşdirdik. "Şuşaya salam" layihəsi hər gün efirdə oldu və orada 32 ölkədən 32 şairin və bizim 12 şairin Qarabağ və Şuşa ilə bağlı şeirləri vardı. Bilirsiz ki, həm Şuşanın 270 illiyi, həm də Zəfərin növbəti ildönümü idi. Orda Vyetnamdan, Argentinadan, Yaponiyadan, Rumınyadan, Moldovadan, Ukrayanadan, Belarusdan, Gürcüstandan, Rusiyadan, qardaş Türkiyədən, qardaş Qazaxıstandan, Özbəkistandan, Türkmənistan, Qırğızıstandan şairlər var ki, onlar Qarabağa ithafən şeirlər oxuyurdular. Onların sırasında elə şairlər vardı ki, onlar Qarabağa aid şeirlər yazıblar.

Onların bizim Zəfər savaşının, qələbəmizin, Şuşa zəfərinin təbliğində böyük rolları var. Macarıstan şairi Atilla Balaş  Qarabağ tarixindən elə danışırdı ki, elə bil, azərbaycanlı danışır. Bu adamların yazdıqları həmin antologiyada yer aldığı üçün həmin antologiyanı da dolayı yollarla öz ölkələrinin resurslarında təbliğ edirlər. İtaliyalı şairə vardı, Laura Qaravalya, o, "Europa in versi" poeziya festivalının direktorudur. Məsələn, onun öz səhifəsi var və o, orada Qarabağla bağlı müsahibələr dərc edir. Bu işlər görülüb. Yeri gəlmişkən, Türkiyədə də "Heca" dərgisində bir nəşr oldu, orada da Qarabağla bağlı şeirlər vardı. Amma bu işləri sistemli görmək üçün Azərbaycan ədəbiyyatının xaricdə təbliği proqramı olmalıdır. Bu proqramın da tərcümə strategiyası olmalıdır və ona da maliyyə ayrılmalıdır. Bununla bağlı Mədəniyyət Nazirliyinə proqram təqdim etmişəm. İnanıram ki, bu daha sistemli şəkil alar. Daha əvvəl "Qarabağ hekayələri" adlı antologiya çap olundu. Orada da Qarabağla, Qarabağın tarixi, erməni haqsızlığı və sairlə bağlı xeyli sayda Azərbaycan yazıçısının hekayələri və povestləri toplanmışdı. Yeri gəlmişkən, rumın dilində Qarabağla bağlı bir antologiya da hazırlayırıq, o, rumın dilində Moldovada çıxacaq. Planda var ki, imkan olarsa, Moldovadan sonra Rumınya nəşrini də çap edək. Əcnəbi şairlərin sırasında biz iki kitab nəşr etdik, bu kitablar təbii ki, həmin dillərdə nəşr edilib. Onlardan biri xüsusi önəm kəsb edir. Bu, İon Hadırkanın "Mavi güzgü" şeirlər kitabıdır ki, orda "Azərbaycan damarı" adlı bir bölmə var. Şair, demək olar ki, 24-yə yaxın şeirini Azərbaycana həsr edib, orda Qarabağdan da danışılıb. Bundan əvvəl Leo Butnaurun şeirlərini çap etmişdik. Bu işlər görülür, amma istəyirəm biləsiz ki, Yazıçılar Birliyinin konkret resursu yoxdur. Bu işlər konkret olaraq dostların, Azərbaycana sevgisi olan xaricdə yaşayan adamların dəstəyi   ilə həyata keçirilir. Bu işlər görülür, bundan sonra da görüləcək"-deyə S.Babullaoğlu qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycan və ABŞ prezidentləri arasında telefon danışığı olub

Təhsil Nazirliyini iki yeni münaqişə gözləyir...

Ermənistan “rus ayısının pəncəsində” - Avropanın gözü qarşısında “param-parça” edilir...

SON XƏBƏRLƏR

13.08.2026 / 07:27
ABŞ ordusu İraqdan çıxır…

13.08.2026 / 07:18
The Intercept və Mətbuat Azadlığı Fondu (FPF) Trampı məhkəməyə verdi - vəzifədən şəxsi mənfəəti üçün istifadə…

13.08.2026 / 07:05
ABŞ vətəndaşlığı üçün “doğum turizmi” çiçəklənir? - Dövlət Departamenti hərəkətə keçdi

12.08.2026 / 23:34
"Raket və dronlarımızın 75%-dən çoxunu istifadə etməmişik" - İranlı general ABŞ-a meydan oxudu...

12.08.2026 / 22:19
İran Məkkə sazişınə qoşula biıər?

12.08.2026 / 22:09
Zaxarova Zelenskinin İrəvandakı bəyanatından hələ də qıcıqlanır

12.08.2026 / 21:53
Fransa müstəmləkələri ilə bağlı Bakıdan önəmli təşəbbüs - BMT yenidən müdaxilə etməlidir...

12.08.2026 / 21:35
Rusiya ilə Britaniya arasında birbaşa toqquşma risqi - Gerasimov ingilis həmkarının zənglərinə cavab vermir...

12.08.2026 / 21:12
Naxçıvan möcüzəsi - blokadadan regional nəqliyyat-tranzit mərkəzinə qədər...

12.08.2026 / 20:34
Tramp bütün dünyaya elan etdi - ABŞ ordusu Hörmüz boğazında nəzarəti tam ələ keçirdi...

12.08.2026 / 20:20
Bugünkü Günəş tutulmasının hesablaması dəccalizmin tezliklə bitəcəyini xəbər verir

12.08.2026 / 19:25
Xaçmazda divarlara narkotik vasitələri təbliğ edən yazılar yazan üç nəfər yaxalandı

12.08.2026 / 19:12
Xocavənddə buldozer minaya düşüb, 2 nəfər yaralandı...

12.08.2026 / 18:58
Putin orduya Qərb ölkələrinə cavab vermək əmri verdi - gəmiləri ələ keçirin!...

12.08.2026 / 18:44
Türkiyə parlamentinin "PKK qanunu" kağız üzərində qala bilər...

12.08.2026 / 18:24
Ukraynanın dron hücumundan sonra Novorossiyskdəki taxıl terminalı fəaliyyətini dayandırdı

12.08.2026 / 18:15
XIX əsr Qarabağ memarlığının nadir nümunələri - Ağdamın Abdal-Gülablı kəndində Kərbəlayi Səfixan Qarabağinin məscid və hamam kompleksi...

12.08.2026 / 17:58
Ukrayna Rusiyanın Novorossiyskdəki hərbi dəniz bazasını da vurdu...

12.08.2026 / 17:46
Türkiyədə F-16 qırıcısı qəzaya uğradı...

12.08.2026 / 17:35
İran Hörmüzün açılmasına görə ABŞ-a yeni tələblər qoydu...

12.08.2026 / 17:04
Süriyadakı rus bazaları barədə razılaşma ilə eyni vaxtda Əsədə ölüm hökmü çıxarıldı...

12.08.2026 / 16:53
Tramp NATO Zirvəsindən "İranı vurun" əmrini bu səbəbdən verdi - qurulmuş plan...

12.08.2026 / 16:46
Naxçıvan Zəngəzur dəhlizinin açılmasında ən vacib rollardan birini oynayır - Yunus Oğuz

12.08.2026 / 16:41
Ermənistan və İran arasında müəmmalı "TRIPP anlaşması"...

12.08.2026 / 16:25
Naxçıvanda ictimai nəqliyyat yeniləndi - 72 elektrikli avtobus...

12.08.2026 / 16:17
Prezident bölgənin gələcək siyasi-iqtisadi xəritəsini elan etdi!

12.08.2026 / 16:11
Ermənistanda yeni konstitusiya ilə bağlı məsələ hərəkətə gəldi...

12.08.2026 / 15:42
Vergi hüquqpozmalarının sayı sürətlə artır...

12.08.2026 / 15:26
Naxçıvanın imkanları TRIPP marşrutunu bütövləşdirir...

12.08.2026 / 15:09
Ukrayna Qara dənizdə qazax nefti daşıyan tankerlərə hücumları dayandırdı - neft nəhəngindən Trampa zəng...

12.08.2026 / 14:54
Qars-İqdır-Naxçıvan dəmiryolu “dəhlizlər diplomatiyasında” önəmli yer tutur...

12.08.2026 / 14:40
TRIPP-ə qarşı sürətlənən Araz dəhlizi

12.08.2026 / 14:27
Azərbaycanda buğda istehsalı hələ də problem içində qalıb...

12.08.2026 / 14:10
Paşinyanın keşişlərlə son döyüşü...

12.08.2026 / 13:48
“Nar” ən yüksək nəticə göstərən abituriyentləri mükafatlandıracaq

12.08.2026 / 13:35
Tehran Bakıya minnətdarlıq etdi - Pezeşkian Azərbaycanla əlaqələrə yeni yanaşma tətbiq edir...

12.08.2026 / 13:20
“Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin (DSD İB) “Dənizçi şəhid ailələri ilə iş” layihəsi çərçivəsində növbəti tədbir keçirilib

12.08.2026 / 13:14
Ukrayna Putinin iqamətgahındakı S-400 və elektron müharibə sistemlərini vurdu - 1,5 milyardlıq lüks saray müdafiəsiz qaldı…

12.08.2026 / 13:09
Köçlə bağlı mənfi paylaşımlar edən şəxslər ifşa edildi - Komitədən sərt açıqlama...

12.08.2026 / 12:55
Azərbaycan-Rusiya sərhədini pozmağa cəhd edən Əlcəzair vətəndaşları saxlandı

12.08.2026 / 12:41
Danimarkada Putinin büstü qoyuldu, altı saat sonra başını qoparıb apardılar…

12.08.2026 / 12:26
ABŞ Dövlət katibindən UNO-larla bağlı açıqlama – “hərbi bazalarımızın üzərindən uçan bəzi obyektlər var”...

12.08.2026 / 12:10
Tramp İrana etibar etmədiyini deyir - dəfələrlə yalan danışıblar…

12.08.2026 / 11:48
ABŞ ordusu Oman körfəzində bir gəmiyə hücum etdiyini rəsmən təsdiqlədi...

12.08.2026 / 11:31
Azərbaycanın İsveçdəki səfiri dəyişdirildi

12.08.2026 / 11:26
Nərminə Mustafayeva Azərbaycanın Latviyadakı səfiri təyin edildi

12.08.2026 / 11:11
Zakir Həsənov Naxçıvanda hərbi hissələrdə oldu - FOTO

12.08.2026 / 10:55
Prezidentin sosial media hesablarında Naxçıvanda Heydər Əliyevlə bağlı dediyi fikirlər paylaşılıb - VİDEO

12.08.2026 / 10:47
Azərbaycan nefti bahalaşdı - 95,57 dollar...

12.08.2026 / 10:35
Zəngəzur dəhlizinin Naxçıvan hissəsində işlər davam edir - MR dəmir yolu şəbəkəsi yenidən qurulur...

12.08.2026 / 10:18
Naxçıvanda təmir olunacaq yolların siyahısı müəyyənləşdi

12.08.2026 / 10:14
Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə 258 milyon manat ayrıldı - SƏRƏNCAM

12.08.2026 / 09:30
DİN uşaqlarla bağlı sürücülərə və valideynlərə müraciət etdi - kiçik səhlənkarlıq böyük faciələrə səbəb ola bilər...

12.08.2026 / 09:17
Bakıda 46 kiloqram narkotik vasitə aşkarlandı

12.08.2026 / 07:47
Tramp NATO Sammitindən macəralı qayıdışına aydınlıq gətirdi - “Məxfi Xidmətin qərarı idi…”

12.08.2026 / 07:31
Berlində Rus Evinə hücumlar başladı - “… casus mərkəzi kimi istifadə olunur”…

12.08.2026 / 07:17
Türkiyə Qara dənizdə təhlükəsizlik dəhlizlərinin yaradılmasını təklif edir

11.08.2026 / 23:27
"Mən heç vaxt heç nədən qorxmamışam" - Putin

11.08.2026 / 23:05
Prezident: "Naxçıvan, Şərqi Zəngəzur, Qarabağ vahid konsepsiya əsasında inkişaf etməlidir"

11.08.2026 / 23:04
"Ordubad rayonunda su elektrik stansiyasının tikintisi nəzərdə tutulur" - Prezident

11.08.2026 / 23:02
Güntay Tolgə deyilən şəxs hansı nüfuzun sahibidir ki, Xətainin roluna kölgə sala bilsin?!...

11.08.2026 / 23:00
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Mehriban Əliyeva ilə Naxçıvana səfərindən görüntülər paylaşılıb - VİDEO

11.08.2026 / 22:53
Prezident: "Azərbaycandan Naxçıvana Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi layihəsi hazırdır"

11.08.2026 / 22:46
"Naxçıvan əvəzolunmaz nəqliyyat mərkəzlərinin birinə çevriləcək" - Prezident

11.08.2026 / 22:42
Prezident: "Bir çox beynəlxalq qurum Azərbaycan dəmir yollarının Naxçıvan seqmentinə maraq göstərir"

11.08.2026 / 22:40
"Horadiz–Ağbənd avtomobil yolu demək olar hazırdır" - Prezident

11.08.2026 / 22:38
Prezident İlham Əliyev: "Zəngəzur dəhlizinin yaradılması bizim təşəbbüsümüz olub"

11.08.2026 / 22:37
"Naxçıvan Azərbaycan xalqına dahi şəxsiyyət Heydər Əliyev kimi Ulu Öndər bəxş edib" - Prezident

11.08.2026 / 22:34
Prezident: "Günəş elektrik enerjisinin istehsalı üçün Azərbaycan ərazisində ən əlverişli məkan Naxçıvandır"

11.08.2026 / 22:33
"Azərbaycan yerləşdiyimiz regionda elektrik enerjisi ilə problemi olmayan nadir ölkələr sırasında birincidir" - Prezident

11.08.2026 / 22:32
Prezident İlham Əliyev: "Naxçıvan Muxtar Respublikası hərtərəfli inkişaf edir"

11.08.2026 / 22:30
"Azərbaycan Silahlı Qüvvələri bölgədə söz sahibidir" - Prezident

11.08.2026 / 22:27
Azərbaycanın "zəif bəndi" idi, yeni güc mənbəyi oldu - Hansı məkandır? O... Aydın QULİYEV yazır…

11.08.2026 / 22:24
Prezident İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibə verdi - FOTO

11.08.2026 / 22:12
Prezident Naxçıvan şəhərində sosial evlər kompleksinin təməlini qoydu - FOTO

11.08.2026 / 22:03
Naxçıvandakı “Əcəmi seyrangahı” istirahət kompleksində memar Əcəmi Naxçıvaninin abidəsi açıldı - FOTO

11.08.2026 / 21:56
Prezident İlham Əliyev və Mehriban Əliyeva Möminə xatun türbəsində aparılan bərpa işləri ilə tanış olub - FOTO

11.08.2026 / 21:55
Yeni üçtərəfli bəyanat Zəngəzur dəhlizinin açılmasında son maneələri məhv edə bilər...

11.08.2026 / 21:46
Prezident və Birinci xanım “Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş Planı” ilə tanış olublar - FOTO

11.08.2026 / 21:43
“Naxçıvan” Mehmanxana Kompleksinin təməli qoyuldu - FOTO

11.08.2026 / 21:38
Putinin partiyasının ən güclü rəqibini prokuror gücünə seçkidən çıxardılar...

Yeniyetmələr üçün sosial şəbəkə məhdudiyyətləri ailə məsələlərinə necə təsir edəcək...

XƏBƏR ARXİVİ