çərşənbə axşamı günü, 06 oktyabr 2026
     

“Hamı danabaşdı zdes, azsektor da" - Ana dilimiz

Image


Əlifba – ərəb dilindən alınmış sözdür, hərflərin müəyyən qayda ilə düzülüşü deməkdir. Ölü dil hesab edilən qədim latın dilinə uyğunlaşdıraraq, yunanlar bu sözü alfabeta olaraq yazıya alıblar.

Azərbaycan bir neçə xalqın və dillərin təsiri altında yaşasa da, tarixiliyi, seçilmiş insanları, yaratdığı əsərləri və digər cəhətləri ilə digərlərindən fərqlənib. Çoxəsrlik tarixə malik bu xalqın ədəbiyyat, sənət, memarlıq, qəhrəmanlıq nümunələri bu günə kimi dastanlarda, tədqiqatlarda, arxeologiyada araşdırılır, öyrənilir və hər dəfə bu mövzuda yeni kəşflərin şahidi oluruq. Bunların əksəriyyəti isə başqa əlifbalarda və başqa dillərdə olsa da, hər birində Azərbaycan izini, tarixinə rast gəlirik. Hər xalq kimi onun da danışdığı, yazıb-yaratdığı dil olub. Keçmiş əsrlərdə ərəb, fars dillərinin təsirində qalan müasir Azərbaycan dili öz inkişaf keyfiyyətini heç zaman itirməyib. Ötən əsrlərdə istifadə etdiyimiz əlifba sisteminə nəzər saldıqda, xalq olaraq yerli yazı nümunələrindən, heroqliflərdən, 52 hərfdən ibarət başqa bir əlifbadan istifadə etdiyimizi görə bilərik.


1990-cı il avqustun 1-də dilçi alimlərin təşəbbüsü ilə "Azərbaycan Əlifba Komissiyası" yaradılır. Sonra isə ziyalıların, şairlərin, bir sıra ictimai şəxslərin təsiri sayəsində 1992-ci ildə latın qrafikalı Azərbaycan əlifbasının tətbiqi barədə qanun qəbul olunur. Bu, latın qrafikalı əlifbaya keçidin növbəti mərhələsi idi. 2001-ci il avqustun 9-da isə 1 avqust tarixinin "Azərbaycan respublikasında  Azərbaycan Əlifbası və Azərbaycan Dili günü" kimi qeyd olunması barədə fərman imzalanır. Həmin gündən etibarən, ölkəmizdə kiril əlifbasından latın əlifbasına keçid qanun şəklində hər yerdə, tələb olunan istiqamətlərdə tətbiq olunmağa başlayır. Beləliklə, o vaxtdan bəri dil və əlifbaya dəyər verdiyimizdən onu əlamətdar gün kimi avqustun 1-də xüsusi qeyd edirik.

Latın əlifbası Azərbaycanda əslində 1918-ci ildən tətbiq olunurdu. Sovet hakimiyyəti qurulduqdan sonra bu proses səngiyir və 1923-cü ildən başlayaraq, bu istiqamətdə sürətlənmə müşahidə olunur. Həmin latın qrafikalı Azərbaycan əlifbası 1940-cı ilə qədər mövcud olur, bu ildən sonra isə kiril qrafikalı Azərbaycan əlifbasına keçid barədə qərar qəbul olunur. Bu əlifbada da təkrar və yeni kitablar çap olunur, qəzetlər nəşr edilir, əsərlər, məqalələr yazılır, məktəblərdə, universitetlərdə təhsil bu əlifbada tədris olunur. Həyatda elə mövzular var ki, təkrarlanmağı sevmir, ya da mənfi yönlərinə görə onu təkrarlamaq, təkrara qayıtmaq olmur. Bəzi mövzular var ki, onların dönüb-dolanıb yenidən qarşımıza çıxdığını, yaxud da dil və əlifbada olduğu kimi yenidən baş qaldırdığını görürük. Bu cür dəyişən mövzu və zamanlarda  müxtəlif qrafikalı əlifbalar dönəmində çətinliklə də olsa,  Azərbaycan milli-mədəni dəyərlərini, dilini qoruyub saxlaya bilir. Azərbaycan dili yaxşı ki, fərqli qrafikalı əlifbaların dəyişməsi nəticəsində əriyən dillər cərgəsinə qoşulmadı.

Keçən il istirahət mərkəzlərindən birində dincəlməyə gedən ailənin nisbətən yaşlı üzvünün nəvəsindən rus dilində danışması tələbini müşahidə etmişdim. Yaşına görə, ibtidai sinifdə oxuyan bu uşaq hər dəfə nənə deyəndə, "nənə demə, babuşka denən" deyib narazılığını bildirən həmin yaşlı qadın yadıma düşür. Azərbaycanlı  nənənin nəvəsindən həmişə rusca danışmaq tələbini ilk dəfə idi ki görürdüm.

Vaxtilə, 1990-cı illərin əvvəllərində uşaqlığımda Bakıda orta məktəblərin birində  Azərbaycan bölməsində təhsil alan bəzi şagirdlərə acıqlanan müəllimi də xatırlayıram. O, yarı rus, yarı Azərbaycan dilində  "hamı danabaşdı zdes, azsektor da. Ey, razve menya ne sluşayet …ux vı takie…." deməyi də yadımdadı. Sonralar həmin müəllim təhsildə keyfiyyətli və  hörmətli kadr kimi qiymətləndirildi, fəxri adlara və statusa sahib oldu. Yeri gəlmişkən, həmin illərdə Bakıdakı bir başqa məktəbdə isə Azərbaycan dilini bilmədiyi üçün danışmaqda və yazmaqda min bir əziyyət çəkən keçmiş SSRİ dönəmindən 2000-ci illərə qədər ancaq Azərbaycan bölməsində elə Azərbaycan dili və ədəbiyyatı fənnini tədris edən adını çəkmək istəmədiyim bir erməni qadın müəllimi xatırlayıram. Heç kim ona "Nə üçün dili bilmirsən, danışa və yaza bilmirsən, bəs necə bu fənni  tədris edirsən? " demirdi, deyən olsaydı, orda uzun illər işləyə bilməzdi.

İndi hər növ  təhsil müəssisələrində, dövlət və digər işlərdə çalışan yüz minlərlə insanımız bu dildə danışır. Dövlət dili olaraq qəbul olunan Azərbaycan dili ölkəmizin hüdudlarından kənarda da işlənir – əlifbası fərqli olsa da, milyonlarla insan bu dildə danışır, dilini unutmur. Öz dilində danışa bilməyən az sayda insan var. Hətta elə ölkələr və dövlətlər var ki, xalq olaraq bir başqasının dilində onu sevdiyindən deyil, məcburiyyətdən danışmağa başlayır.

Adlarını sadalamasam da, buna dövlət dili fransız, ingilis, rus dili olan bir sıra ölkələrdə indi də rast gəlirik. Böyük dövlətlərin dilini bilmək yaxşı əlamətdir, bu, bizi işgüzar və digər münasibətlərdə yaxşı halda vəziyyətdən çıxarır. Bəziləri isə,  öz xalqının dilindən başqa digər  dilləri də dövlət dili olaraq qəbul etdiklərindən hansı əlifbada yazılsa da, artıq öz danışıqlarını, yazılı və şifahi nitqlə birlikdə dillərini unudurlar. Görürsən ki,  dili bilməyəndə nitq axsayır, danışa bilmirsən, mənsub olduğun xalqın dilində danışmaq üçün tərcüməçi axtarırsan, zəif danışdığın üçün gülünc vəziyyətlərlə qarşılaşırsan. Hər dəfə  təkrarlanacağından ehtiyat edib ümumiyyətlə danışmırsan, dili yadırğayırsan.

Təhsilin rəsmi olaraq bir neçə xarici dildə tədris olunduğu, fərqli dillərdə  mövcud olduğu zamandayıq. Ölkəmizdə tədrisin rus, ingilis, fransız dilində mövcud olduğu bu zamanda Azərbaycan dilində danışmağı unutmadan  daha çox dilləri öyrənirik, öyrəndiyimiz bu əcnəbi dillərdə biz də öz növbəmizdə kimlərisə öyrədirik. Beləcə, Əlifbanı öyrənirik, hərfləri tanıyırıq. Bir işi görməzdən əvvəl onun əlifbasından, necə deyərlər sıfırdan  başlayırıq. Əlifbanı dil mövzusunda olduğu kimi,  başlanğıc rəmzi olaraq  qəbul edirik. Hərfləri, sözləri tanımaqla, dilin incəliklərinə baş vururuq – danışmağı öyrənirik. Cavab verə,  sözümüzü deyə bilirik,  daxilimizdə digərlərini, həm də özümüzü  anlaya bilirik.

Bu gün Azərbaycan dili və Azərbaycan Əlifbası günüdür. Beynəlxalq statusu olmasa da, bu gün bizim üçün  əlamətdar gündür. Hamılıqla,  Azərbaycanı və onun dilini  sevək, qoruyaq. Bu dil üçün tarixdə həyatını qurban verən insanlarımız olub. Ona olan diqqətdən və qayğıdan yaranan  əlifbamızın, dilimizin şərəfinə bu günü  avqustda  qeyd edirik. Əlifbamızın, dilimizin bayramındayıq. Öyrənib sonra da öyrətdiyimiz əlifbamızın, dilimizin günüdür – Azərbaycan günüdür. Bu əlifbada, bu dildə həm də Azərbaycanı günbəgün yenidən öyrənirik, bu dildə kəşf edirik, sonra isə başqa dillərə çevirə-ötürə bilirik.

Bu gün avqustun biridir… Dilimizin günüdür….Əlifbamızın günüdür. Həm də heç yerdə eşitmək istəmədiyimiz   zdes hamı danabaş kak … nu azsektor da…"  , " nənə demə, babuşka denən" deyən bu kimi insanlar üçün ibrət günüdür.

Bu gün əlamətdar gündür – dili, əlifbanı yada salırıq.

Dili bilməyəndə nitq axsayır…danışmaq istəmirsən, yadırğayırsan..

Dilimiz əlifbanın hər yaşında bizə doğmadır.

Bu gün avqustun  biridir –  Azərbaycan dili, əlifbası günüdür. Dildən, əlifbadan danışırıq…

Bu gün bir başqa gün  – Azərbaycan günüdür.

Aliyə Əsədova



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu: Tarixi irslik və müasir parametrlər...

06.10.2026 / 14:02
Rusiya və İranın ümidi Xəzərədir, dəniz isə sürətlə dayazlaşır...

06.10.2026 / 13:39
Tramp Yaxın Şərqdə qüvvələrini artırır, İranın başı üzərini yenə qara buludlar alır...

06.10.2026 / 12:39
Qubada iki nəfər 19 kiloqram narkotiklə saxlandı...

06.10.2026 / 12:30
Prezident İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - FOTO

06.10.2026 / 12:05
Fransada məktəb etirazlarında saxlananların sayı 5 mini keçdi - 1802 şagirdə cinayət işi açıldı...

06.10.2026 / 11:45
Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava düşdü - VİDEO

06.10.2026 / 11:23
"Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb" - Milli Məclisin sədri

06.10.2026 / 11:14
Britaniya İsrailə xəbərdarlıq mesajı göndərdi - 27 diplomat ölkədən qovulacaq…

06.10.2026 / 10:58
Ələt Azad İqtisadi Zonasında hava limanı bu tarixdə fəaliyyətə başlayacaq...

06.10.2026 / 10:46
Şahin Mustafayev Overçukla görüşdü - ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edildi

06.10.2026 / 10:36
Qara dənizdə yük gəmisi vuruldu - bir azərbaycanlı həlak oldu, daha biri itkin düşdü...

06.10.2026 / 10:23
İsrail İrana qarşı yeni hücuma hazırlaşır…

06.10.2026 / 10:11
Qaxda sürücülük hüququ olmayan gənc ölümlə nəticələnən qəza törətdi - DYP sürücülərə çağırış etdi...

06.10.2026 / 09:51
Tramp "Flydubai” təyyarəsindəki olaya görə məsuliyyəti İranın üzərinə qoydu…

06.10.2026 / 09:43
Azərbaycan neftinin qiyməti artdı - 124 dollar...

06.10.2026 / 09:38
Tramp B-1 bombardmançılarını Britaniyadan niyə geri çəkdiklərini açıqladı - Təhdid var idi…

06.10.2026 / 09:22
Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarını daşıyan Türkiyə gəmisini vurdu…

06.10.2026 / 09:07
İranda qadınlar da döyüş hazırlığına başladı

06.10.2026 / 07:09
Moskvanın məşhur Volodarsk qəsəbəsində neft anbarı yandı - PUA hücumu üzündən

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

05.10.2026 / 22:11
“Bakıdakı Türk Şəhidliyi elə Nuru Paşanın əsgərlərinin əziz xatirəsinə qoyulmuş abidə deyilmi?" - Aydın Quliyev

05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...

05.10.2026 / 21:25
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti... - FOTO

05.10.2026 / 21:18
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

05.10.2026 / 21:15
“Putin yolu” layihəsi Qafqazlarda fantastik dəyişiklikləri hədəfləyib.... TRİPP, dəmiryolları...

05.10.2026 / 20:57
Paşinyan iqtidarını “sülh göyərçini” etmək istəyənlərin cavabı sərt verildi...

05.10.2026 / 20:51
Ceyhun Bayramov və Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər

05.10.2026 / 20:40
Azərbaycanlı milyarderin dünyadakı varidatını Trampla Putin bölüşdürür...

05.10.2026 / 20:23
Azərbaycan 2 Zəfər tağını fəth etdi, 3-cüdən könüllü imtina etdi - səbəblər var...

05.10.2026 / 20:08
Azərbaycanın bütün dünya qütblərilə təması nadir təcrübə sayıldı...

05.10.2026 / 19:50
Siyəzəndə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat - 14 nəfər saxlandı...

05.10.2026 / 19:43
Son illərdə Azərbaycan bir neçə beynəlxalq formatlara qoşulub - nəticə böyükdür...

05.10.2026 / 19:27
Azərbaycan 2 supergüclə mühüm sənəd imzaladı - dünyada belə təcrübə daha kimdə var...

05.10.2026 / 19:21
Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb

05.10.2026 / 19:14
Satmaq öhdəliyi ilə kirayə mənzil üçün müraciətlərin qəbulu müvəqqəti dayandırıldı...

05.10.2026 / 19:04
İstanbulun Boğazında 25 illik möhtəşəm ənənə - FOTOLAR

05.10.2026 / 18:52
Ermənistanda həbs edilmiş Azərbaycan əsgəri barədə ağlasığmaz hekayələr uydurulur...

05.10.2026 / 18:37
“Azərbaycan Cermukda 70 km ərazi işğal edib” - Erməni mediasında yeni fitnəkarlıq...

05.10.2026 / 18:21
Husilər Səudiyyəyə irimiqyaslı hücuma hazırlaşır - Yaxın Şərq məzhəb müharibələrindən yanacaq...

05.10.2026 / 18:07
“Flydubai” təyyarəsinin ikinci pilotundan ETİRAF - təyyarəni Ben Qurion aeroportuna çırpmağı planlaşırıb…

05.10.2026 / 17:45
İki nəfərin qətli Hindistan-Pakistan müharibəsini yenidən qızışdıra bilər...

05.10.2026 / 17:30
Merzlə Zelenski birgə raket və dron istehsalına qərar verdilər...

05.10.2026 / 17:15
Fəlsəfə və mədəniyyət xəzinəsinin zənginləşməsinə unikal töhfə…

05.10.2026 / 17:02
Hörmüzdə nəqliyyatın çökməsi qlobal ərzaq böhranına səbəb ola bilər - Beynəlxalq təşkilatdan xəbərdarlıq…

05.10.2026 / 16:50
Ermənistanda Sarkisyana yeni cinayət işi açıldı...

05.10.2026 / 16:41
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - FOTO

05.10.2026 / 16:38
İranın Hörmüzdə maraqlı taktikası - neft daşınır, lakin qiymətlər düşmür ki düşmür...

05.10.2026 / 16:28
Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi qaydası dəyişdi

05.10.2026 / 16:21
"Azərbaycan AQEM-in Asiyada əməkdaşlığın təşviqində rolunu yüksək qiymətləndirir" - XİN

05.10.2026 / 16:18
Yarım milyard dollarlıq Azərbaycan-Türkiyə hərbi sazişi imzalandı...

05.10.2026 / 16:07
Səhiyyə Nazirliyindən İrkutskda yayılan xəstəliklə bağlı açıqlama ... - Azərbaycanda epidemioloji vəziyyət sabitdir

05.10.2026 / 16:03
Zelenski Moskvaya tuşlanmış dəhşətli silahı payızda hazır edəcək...

05.10.2026 / 15:49
Tramp Braziliyanı Hindistanla səhv saldı, sonra da paylaşımı sildi…

05.10.2026 / 15:35
Gürcüstan Azərbaycanla sərhəd delimitasiyasına qərar verdi...

05.10.2026 / 15:24
Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs həbs edildi

05.10.2026 / 14:39
Rusiya Moldova-Ukrayna sərhədindəki nəzarət-buraxılış məntəqəsini vurdu…

05.10.2026 / 14:03
Estoniya elit qoşunlarını Rusiya sərhədinə yığır…

05.10.2026 / 13:44
Onlayn kreditlər ölkədə borc bataqlığını daha da dərinləşdirir...

05.10.2026 / 12:40
Prezident İlham Əliyev Malayziya səfirini qəbul edib - FOTO

05.10.2026 / 12:12
ABŞ Ukrayna və Rusiyaya oktyabrın sonunadək yeni üçtərəfli görüş təklif etdi…

05.10.2026 / 12:01
Prezident İlham Əliyev Avstriyanın yeni səfirini qəbul etdi - FOTO

05.10.2026 / 11:57
"Süni intellektdən istifadəni inkar etməklə təhsildə irəliyə gedə bilməyəcəyik" - Emin Əmrullayev

05.10.2026 / 11:46
ABŞ-dan Rusiyada vəba xəstəliyi iddialarına ilk reaksiya - yaxından izləyirik...

05.10.2026 / 11:41
Qarabağdakı qadın minaaxtaranlardan bəhs edən film Avropa festivalında mükafat qazandı

05.10.2026 / 11:35
Səfərbərlik Xidmətində 144 nəfərin işi prokurorluğa göndərildi

05.10.2026 / 11:05
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışını etdi - FOTO

05.10.2026 / 10:58
Rusiyada vəba aşkarlandı - bir nəfər öldü, fövqəladə iclas çağırıldı, yüzlərlə insan karantinə alındı...

05.10.2026 / 10:42
İlin sonunadək 100 məktəb adambaşı maliyyələşmə sisteminə keçəcək...

05.10.2026 / 10:35
Jalə Əliyeva "Şöhrət" ordeni ilə təltif edildi

05.10.2026 / 10:25
Rusiyanın təhdidlərinə baxmayaraq Qərb səfirlikləri Kiyevdən çəkilməkdən imtina etdi…

05.10.2026 / 09:57
ABŞ Hərbi Dəniz Qüvvələri İran sahillərindən 1000 km geri çəkildi – SEPAH-dan iddiia...

05.10.2026 / 09:08
Keçmiş İsrail nazirindən ŞOK İDDİA - Trampdan sonrakı ABŞ prezidenti Fələstini tanıyacaq…

05.10.2026 / 08:10
ABŞ strateji bombardmançılarını Britaniyadan çıxardı...

04.10.2026 / 21:03
Bir dəyişilməz həqiqət var: Azərbaycana günəş Azərbaycandan doğur!

04.10.2026 / 20:15
Almaniya kansleri Merts Kiyevdən Putinə səsləndi - Cənab Putin, mənasız müharibəni dayandırın…

04.10.2026 / 18:48
Polşa və Rumıniya Ukrayna taxılının tranzitini artırmaqdan rəsmən imtina etdi…

04.10.2026 / 18:14
Moskvada kommunistlərin etiraz aksiyasında ən azı 65 nəfər saxlandı…

04.10.2026 / 17:27
“Bəzi ölkələr Rusiya ilə Ermənistan arasında münasibətləri pisləşdirməyə çalışırlar” - Medvedev

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ