çərşənbə axşamı günü, 06 oktyabr 2026
     

"İrəvanda yanan çıraq"- Hidayətin tamaşasının qiymətli mesajı ....

Image


Ədəbiyyat tarixi gerçəkliyin bədii və obrazlı şəkildə yaşadılmasında, təbliğ edilməsində əhəmiyyətli yer tutur. Bəzən elmlə çatdırırmaqda çətinlik çəkilən tarixi bir faktı bədii əsərlə, teatr tamaşası vasitəsilə, obrazların dili ilə ildırım sürətilə yaddaşlara həkk etmək mümkündür.

"İrəvanda yanan çıraq" məhz bu amala xidmət edən səhnə əsərlərindən biridir. Görkəmli şair-dramaturq Hidayətin qələmindən və düşüncəsindən yaranan "İrəvanda yanan çıraq" birhissəli mistik tarixi dramı İrəvan Dövlət Azərbaycan Dram Teatrının repertuarına yeni daxil edilsə də, artıq səs-sədası geniş ictimaiyyətə yayılıb. Keçən həftə İrəvan Dövlət Azərbaycan Dram Teatrı Akademik Milli Dram Teatrının səhnəsində Hidayətin "İrəvanda yanan çıraq" tamaşasını təqdim etdi. Modern üslubda dinamik ritmdə - musiqi, hərəkət və rəqs üzərində qurulan tamaşanın quruluşçu rejissoru Gümrah Ömərdir. Hidayətin bu dram əsərində verilən mesajlar çox aydındır və bu, əsərin məzmununda və səhnə həllində tam olaraq öz ifadəsini tapıb ki, İrəvan ulu əcdadlarımızın əzəldən binələnmiş olduğu tarixi yurd yerimizdir. Bu yurdun çırağını Azərbaycan türkləri yandırıb, onun şöləsini müqəddəs bilib və gün düşmənin nəfəsi o çırağı söndürə bilməyib, çünki o bizim ruhumuzda, ürəyimizdə, genimizdə yanır, heç vədə sönmür.


Əsərin süjeti çox maraqlıdır və tarixi gerçəkliklə sıx bağlıdır. Bu bizi həm kövrəldir, həm də içimizdə tükənməz qürur hissi yaradır ki, biz belə şanlı bir tarixin varisləriyik.

Qayıdaq, səhnə əsərinin məzmuna, qayəsinə, verdiyi mesajlara.

Azərbaycan Səfəvi dövlətinin qurucusu və ilk hökmdarı Şah İsmayıl Xətainin İrəvan qalasının valisi Rəvanqulu xana bir çıraq verir. Bu çıraq elə-belə çıraq deyildi, əbədiyyət rəmzi idi. Şah babamız da əbədiyyət rəmzi kimi o çırağı Rəvanqulu xana əmanət etmişdi. Bir çox mütəxəssislərin də dediyi kimi, Şah İsmayılın Rəvənqulu xana əbədiyyət rəmzi kimi əmanət etdiyi çırağın tarixçəsindən qaynaqlanan əsərdə erməni millətçilərinin xalqımıza qarşı törətdiyi soyqırımı və deportasiyaların anatomiyasına dərindən nüfuz edilib.

Əsərlə bağlı bir qeydə diqqət yetirək: "Sovet epoxasının sonuna yaxın İrəvanda yaşayıb-yaradan (müəllifin prototipi kimi qavranılan) azərbaycanlı yazıçı Sultan Oğuzun bu mövzuda yazdığı "İrəvanda yanan çıraq" tarixi əsəri xalqımızın Qərbi Azərbaycanda milli varlığına qənim kəsilmiş erməni millətçilərini o dərəcədə hiddətləndirir ki, ona şirnikləndirici tələ qururlar. Düşmənlər Şah İsmayılın İrəvanda yandırdığı çırağı öz adlarına çıxdıqlarına görə həqiqəti tarixi romanda canlandıran yazıçını öz xalqının gözündən salıb sıradan çıxarmaq üçün hiyləyə əl atır, əsəri keçmiş ittifaq dövlətinin ən yüksək mükafatına təqdim edirlər. Mübariz sənətkar düşmənlərin niyyətinin qarşısını kəsmək, tarixi həqiqəti xilas etmək üçün bu plana qarşı çıxır, mükafat almaqdan imtina edir".

Modern üslübda hazırlanan tamaşa sözün həqiqi mənasında tarixi taleyimizə işıq tutur və fikrimicə, hər birimiz aldığımız mesajları lazımı şəkildə əxz etməliyik. Çünki bu bizim dünənimizlə bu günümüz və sabahımız arasında sarsılmaz bağların olduğunu təlqin edir, başlıcası isə QərbiAzərbaycana "Böyük Qayıdış"ın heç də uzaqda olmadığını, bu uğurda mücadiləmizi davam etdirməyimizi şərtləndirir.

Bunu tamaşa boyu hər bir tamaşaçı yaxşıca sezirdi. Çünki tamaşa müddətində Şah İsmayılın ruhu dəfələrlə peyda olub xalqımızı düşmənlərin xəyanətlərinə qarşı ayıq-sayıq və döyüşkən olmağa səsləyirdi. Əsərin dəyərli tərəflərindən biri odur ki, xalqımızı hər zaman ayaqda qalmağa təşviq edir. Məsələn, əsərdə milli varlığımıza açıq-gizli təcavüzlərdə erməni qadınlarının şeytani rolu tamaşada incə ştrixlərlə əksini tapıb ki, biz bunun erməni qadının gətirdiyi fəlakətləri çox görmüşük.

"İrəvanda yanan çıraq" Bakı səhnəsində tamaşaya qoyulmaqla özündə böyük bir hadisıni ifadə etdi. Erməni şovinstlərinin, revanşistlərinin əli ilə İrəvanda söndürülmüş çırağımızın Bakı səhnəsində təntənə ilə şölə saçmasının da ayrıca simvolik mənasına varmalıyıq. Bu çıraq Bakıda, Azərbaycanın paytaxtında şölələnməklə Ermənistanın xəyanətkar siyasətinin məğlubiyyətini ifadə etdi. Bilirik ki, döyüş cəbhəsində məğlub olan Ermənistan siyasət meydanında da dizlərini yerə qoyub, kiçik bir təkan onun tam təslim olması üçün yetərlidir.

"İrəvanda yanan çıraq" səhnə əsəri milli-strateji düşüncəmizi, İrəvan həqiqətləri uğrunda, Vətən sevgisi yolunda apardığımız mübarizələrin əzmini, əzəli torpaqlarımıza - Qərbi Azərbaycana qayıdış konsepsiyasının məqsədini tamaşaçıya çatdırır.

"Tarixi prosesin kəsilməzliyi, türk soyuna qarşı erməni düşmənçiliyin zaman-zaman təkrarlanmasının səhnə təcəssümü olan bu mistik-psixoloji pyesə müasir dramaturji üsullarlarla – fasiləsiz hərəkət, mürəkkəb xoreqrafik müşayiət, dünənlə bugünün iç-içə təqdimatı səpkisində verilən quruluş erməni xislətinin dərindən, əhatəli açılmasına xidmət edir". Bu fikirlər mətbuatda öz əksini tapıb.

Qeyd ediliyi kimi, modern üslubda dinamik ritmdə - musiqi, hərəkət və rəqs üzərində qurulan tamaşanın quruluşçu rejissoru Gümrah Ömər, rejissor assistenti İmaməli İmaməliyev, musiqi tərtibatçısı Çingiz Xəlilovdur. Rollarda aktyorlar Natiq Həziyev (Sultan Oğuz), Zəki Fətəliyev(Şah İsmayıl Xətai), Müdvər Nemətova (Firəngiz), Əmrulla Nurullayev (Hayqaz; Himayədar) Niyaməddin Səfərəliyev (Usub kişi), Elnarə Heydərova (Qərinə), Samir Əliyev (Emil), Naibə Nemətova (Nairə), Güney Əliyeva (Süsən), Xədicə Məmmədova(Səltənət), Pərvin Dadaşova (I qara üzlü), Sevinc Bəxtiyar (II qara üzlü), Rövşən Cəfərov(Suren), Ramil Məmmədov (Aşot) çıxış ediblər.

İrəvan Dövlət Azərbaycan Dram Teatrı Hidayətin bu pyesini tamaşaya qoymaqla bizə çox böyük bir məmnunluq yaşatdılar. Əlbəttə, "İrəvanda yanan çıraq" kimi əsərlərin ideyası, hədəfləri çox aydındındır və tamaşaçının düşüncəsini, beynini aydınladır, ona öz tarixi haqda gerçək informasiyalar verir, qarşıda duran hədəflərini göstərir.

Bu mənada, səhnə əsərini də, onu qələmə alanı da, nəfəs verib canlandıranları da təbrik edirik. İrəvan Dövlət Azərbaycan Dram Teatrına da uğurlar arzu edirik və inanırıq ki, qarşıdakı illərdə belə tamaşaları İrəvan səhnəsində, öz doğma evlərində təqdim edəcəklər, sönməyə qoymadıqları əmanət çırağı orada şölələndirəcəklər. Dədələrimiz demişkən, haqqdan yanan çıraq heç zaman sönməz!!!

İradə SARIYEVA




VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu: Tarixi irslik və müasir parametrlər...

06.10.2026 / 14:02
Rusiya və İranın ümidi Xəzərədir, dəniz isə sürətlə dayazlaşır...

06.10.2026 / 13:39
Tramp Yaxın Şərqdə qüvvələrini artırır, İranın başı üzərini yenə qara buludlar alır...

06.10.2026 / 12:39
Qubada iki nəfər 19 kiloqram narkotiklə saxlandı...

06.10.2026 / 12:30
Prezident İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - FOTO

06.10.2026 / 12:05
Fransada məktəb etirazlarında saxlananların sayı 5 mini keçdi - 1802 şagirdə cinayət işi açıldı...

06.10.2026 / 11:45
Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava düşdü - VİDEO

06.10.2026 / 11:23
"Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb" - Milli Məclisin sədri

06.10.2026 / 11:14
Britaniya İsrailə xəbərdarlıq mesajı göndərdi - 27 diplomat ölkədən qovulacaq…

06.10.2026 / 10:58
Ələt Azad İqtisadi Zonasında hava limanı bu tarixdə fəaliyyətə başlayacaq...

06.10.2026 / 10:46
Şahin Mustafayev Overçukla görüşdü - ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edildi

06.10.2026 / 10:36
Qara dənizdə yük gəmisi vuruldu - bir azərbaycanlı həlak oldu, daha biri itkin düşdü...

06.10.2026 / 10:23
İsrail İrana qarşı yeni hücuma hazırlaşır…

06.10.2026 / 10:11
Qaxda sürücülük hüququ olmayan gənc ölümlə nəticələnən qəza törətdi - DYP sürücülərə çağırış etdi...

06.10.2026 / 09:51
Tramp "Flydubai” təyyarəsindəki olaya görə məsuliyyəti İranın üzərinə qoydu…

06.10.2026 / 09:43
Azərbaycan neftinin qiyməti artdı - 124 dollar...

06.10.2026 / 09:38
Tramp B-1 bombardmançılarını Britaniyadan niyə geri çəkdiklərini açıqladı - Təhdid var idi…

06.10.2026 / 09:22
Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarını daşıyan Türkiyə gəmisini vurdu…

06.10.2026 / 09:07
İranda qadınlar da döyüş hazırlığına başladı

06.10.2026 / 07:09
Moskvanın məşhur Volodarsk qəsəbəsində neft anbarı yandı - PUA hücumu üzündən

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

05.10.2026 / 22:11
“Bakıdakı Türk Şəhidliyi elə Nuru Paşanın əsgərlərinin əziz xatirəsinə qoyulmuş abidə deyilmi?" - Aydın Quliyev

05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...

05.10.2026 / 21:25
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti... - FOTO

05.10.2026 / 21:18
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

05.10.2026 / 21:15
“Putin yolu” layihəsi Qafqazlarda fantastik dəyişiklikləri hədəfləyib.... TRİPP, dəmiryolları...

05.10.2026 / 20:57
Paşinyan iqtidarını “sülh göyərçini” etmək istəyənlərin cavabı sərt verildi...

05.10.2026 / 20:51
Ceyhun Bayramov və Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər

05.10.2026 / 20:40
Azərbaycanlı milyarderin dünyadakı varidatını Trampla Putin bölüşdürür...

05.10.2026 / 20:23
Azərbaycan 2 Zəfər tağını fəth etdi, 3-cüdən könüllü imtina etdi - səbəblər var...

05.10.2026 / 20:08
Azərbaycanın bütün dünya qütblərilə təması nadir təcrübə sayıldı...

05.10.2026 / 19:50
Siyəzəndə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat - 14 nəfər saxlandı...

05.10.2026 / 19:43
Son illərdə Azərbaycan bir neçə beynəlxalq formatlara qoşulub - nəticə böyükdür...

05.10.2026 / 19:27
Azərbaycan 2 supergüclə mühüm sənəd imzaladı - dünyada belə təcrübə daha kimdə var...

05.10.2026 / 19:21
Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb

05.10.2026 / 19:14
Satmaq öhdəliyi ilə kirayə mənzil üçün müraciətlərin qəbulu müvəqqəti dayandırıldı...

05.10.2026 / 19:04
İstanbulun Boğazında 25 illik möhtəşəm ənənə - FOTOLAR

05.10.2026 / 18:52
Ermənistanda həbs edilmiş Azərbaycan əsgəri barədə ağlasığmaz hekayələr uydurulur...

05.10.2026 / 18:37
“Azərbaycan Cermukda 70 km ərazi işğal edib” - Erməni mediasında yeni fitnəkarlıq...

05.10.2026 / 18:21
Husilər Səudiyyəyə irimiqyaslı hücuma hazırlaşır - Yaxın Şərq məzhəb müharibələrindən yanacaq...

05.10.2026 / 18:07
“Flydubai” təyyarəsinin ikinci pilotundan ETİRAF - təyyarəni Ben Qurion aeroportuna çırpmağı planlaşırıb…

05.10.2026 / 17:45
İki nəfərin qətli Hindistan-Pakistan müharibəsini yenidən qızışdıra bilər...

05.10.2026 / 17:30
Merzlə Zelenski birgə raket və dron istehsalına qərar verdilər...

05.10.2026 / 17:15
Fəlsəfə və mədəniyyət xəzinəsinin zənginləşməsinə unikal töhfə…

05.10.2026 / 17:02
Hörmüzdə nəqliyyatın çökməsi qlobal ərzaq böhranına səbəb ola bilər - Beynəlxalq təşkilatdan xəbərdarlıq…

05.10.2026 / 16:50
Ermənistanda Sarkisyana yeni cinayət işi açıldı...

05.10.2026 / 16:41
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - FOTO

05.10.2026 / 16:38
İranın Hörmüzdə maraqlı taktikası - neft daşınır, lakin qiymətlər düşmür ki düşmür...

05.10.2026 / 16:28
Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi qaydası dəyişdi

05.10.2026 / 16:21
"Azərbaycan AQEM-in Asiyada əməkdaşlığın təşviqində rolunu yüksək qiymətləndirir" - XİN

05.10.2026 / 16:18
Yarım milyard dollarlıq Azərbaycan-Türkiyə hərbi sazişi imzalandı...

05.10.2026 / 16:07
Səhiyyə Nazirliyindən İrkutskda yayılan xəstəliklə bağlı açıqlama ... - Azərbaycanda epidemioloji vəziyyət sabitdir

05.10.2026 / 16:03
Zelenski Moskvaya tuşlanmış dəhşətli silahı payızda hazır edəcək...

05.10.2026 / 15:49
Tramp Braziliyanı Hindistanla səhv saldı, sonra da paylaşımı sildi…

05.10.2026 / 15:35
Gürcüstan Azərbaycanla sərhəd delimitasiyasına qərar verdi...

05.10.2026 / 15:24
Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs həbs edildi

05.10.2026 / 14:39
Rusiya Moldova-Ukrayna sərhədindəki nəzarət-buraxılış məntəqəsini vurdu…

05.10.2026 / 14:03
Estoniya elit qoşunlarını Rusiya sərhədinə yığır…

05.10.2026 / 13:44
Onlayn kreditlər ölkədə borc bataqlığını daha da dərinləşdirir...

05.10.2026 / 12:40
Prezident İlham Əliyev Malayziya səfirini qəbul edib - FOTO

05.10.2026 / 12:12
ABŞ Ukrayna və Rusiyaya oktyabrın sonunadək yeni üçtərəfli görüş təklif etdi…

05.10.2026 / 12:01
Prezident İlham Əliyev Avstriyanın yeni səfirini qəbul etdi - FOTO

05.10.2026 / 11:57
"Süni intellektdən istifadəni inkar etməklə təhsildə irəliyə gedə bilməyəcəyik" - Emin Əmrullayev

05.10.2026 / 11:46
ABŞ-dan Rusiyada vəba xəstəliyi iddialarına ilk reaksiya - yaxından izləyirik...

05.10.2026 / 11:41
Qarabağdakı qadın minaaxtaranlardan bəhs edən film Avropa festivalında mükafat qazandı

05.10.2026 / 11:35
Səfərbərlik Xidmətində 144 nəfərin işi prokurorluğa göndərildi

05.10.2026 / 11:05
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışını etdi - FOTO

05.10.2026 / 10:58
Rusiyada vəba aşkarlandı - bir nəfər öldü, fövqəladə iclas çağırıldı, yüzlərlə insan karantinə alındı...

05.10.2026 / 10:42
İlin sonunadək 100 məktəb adambaşı maliyyələşmə sisteminə keçəcək...

05.10.2026 / 10:35
Jalə Əliyeva "Şöhrət" ordeni ilə təltif edildi

05.10.2026 / 10:25
Rusiyanın təhdidlərinə baxmayaraq Qərb səfirlikləri Kiyevdən çəkilməkdən imtina etdi…

05.10.2026 / 09:57
ABŞ Hərbi Dəniz Qüvvələri İran sahillərindən 1000 km geri çəkildi – SEPAH-dan iddiia...

05.10.2026 / 09:08
Keçmiş İsrail nazirindən ŞOK İDDİA - Trampdan sonrakı ABŞ prezidenti Fələstini tanıyacaq…

05.10.2026 / 08:10
ABŞ strateji bombardmançılarını Britaniyadan çıxardı...

04.10.2026 / 21:03
Bir dəyişilməz həqiqət var: Azərbaycana günəş Azərbaycandan doğur!

04.10.2026 / 20:15
Almaniya kansleri Merts Kiyevdən Putinə səsləndi - Cənab Putin, mənasız müharibəni dayandırın…

04.10.2026 / 18:48
Polşa və Rumıniya Ukrayna taxılının tranzitini artırmaqdan rəsmən imtina etdi…

04.10.2026 / 18:14
Moskvada kommunistlərin etiraz aksiyasında ən azı 65 nəfər saxlandı…

04.10.2026 / 17:27
“Bəzi ölkələr Rusiya ilə Ermənistan arasında münasibətləri pisləşdirməyə çalışırlar” - Medvedev

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ