çərşənbə axşamı günü, 06 oktyabr 2026
     

Bəhram Nəsibovun məşhur “Qarabağ” mahnısı haqda yeni iddia - “mətn təhrif olunub”...

Image


Fərman Süleymanov: "Qarabağ" mahnısı sözləri təhrif edilərək oxunur"

Sözləri və musiqisi Bəhram Nəsibova məxsus olan "Qarabağ" mahnısı son günlər çox müzakirə olunur. Əslində müzakirəyə səbəb "Qarabağ" əsərinin erməni Gor Yepremyan tərəfindən oğurlanıb öz adı ilə qələmə verilməsi oldu. O, bu əsərin sözlərini dəyişdirib "Sirun jan" adı altında "Armenian Folk", yəni "erməni xalq mahnısı" qeydi ilə müxtəlif musiqi platformalarında yerləşdirmişdi.

Mahnının yaranma tarixi ilə bağlı bəstəkar Bəhram Nəsibovun oğlu, "Bəhram Nəsibov yaradıcılığının təbliği" İctimai Birliyinin sədri Adil Nəsibovdan müsahibə götürmüşdük. 

"Bu, əslində "Anadır arzularam, hər zaman Qarabağ, danışan dil-dodağı tar-kaman Qarabağ"dır" 

Füzuli rayonunun  Arayatlı kəndindən olan daimi oxucumuz Fərman Süleymanov (Qarabağlı) redaksiyamızla əlaqə saxlayaraq, Bəhram Nəsibovun "Qarabağ" əsəri barədə yazı hazırladığımız üçün bizə öz təşəkkürünü bildirdi. F.Süleymanov bizimlə söhbətində bildirdi ki, müasir ifaçılar mahnının mətnində xeyli təhriflər edərək oxuyurlar, bu da o mahnının yaranma tarixcəsini bilən bir musiqisevər kimi onu narahat edir. "Bəhram Nəsibovun oğlu doğru deyir, "Qarabağ" mahnısının ilk adı "Füzuli" olub. Amma bu mahnı ilə bağlı müəyyən məsələlər var ki, onu dəqiq demək lazımdır ki, həqiqət itib-batmasın. 

"Qarabağ" mahnısının sözləri təhrif edilərək oxunur. Məsələn, "anadır arzulara hər zaman Qarabağ, danışan dil-dodağım, tar-kaman Qarabağ" kimi oxunuş yanlışdır. Bunu qəsdən dəbə saldılar. 

Bu, əslində "Anadır arzularam, hər zaman Qarabağ,  danışan dil-dodağı tar-kaman Qarabağ"dır. Çünki Qarabağ Bəhramın doğma vətənidir və o anasını arzulayan kimi Qarabağı arzulayır, Qarabağın dil-dodağı tar-kamandır.  Bunu Mənsum İbrahimov "anadır arzulara hər zaman Qarabağ, danışan dil-dodağım, tar-kaman Qarabağ" kimi oxudu. Bu qətiyyən doğru deyil. Çünki mahnıların mətni təhrif ediləndə o tamamilə öz mahiyyətindən uzaqlaşır".

F.Süleymanov "Qarabağ" mahnısının yaranma tarixi barədə danışarkən bildirdi ki, mahnının ilk adı "Füzuli" olub və xalq artisti Arif Babayevin təkidi ilə sonradan dəyişdirilərək B.Nəsibov tərəfindən "Qarabağ" edilib. "Bəhram Nəsibovla Arif Babayev bir yerdə kirayədə qalırlarmış. Bəhram da bu mahnını doğulduğu Füzuli üçün yazıb. Arif Babayev Bəhram Nəsibova deyib ki, Füzuli haqqında da, Ağdam haqqında da mahnı var. Füzuli haqqında xanəndə Ağabala Abdullayevin oğlu Zöhrab Abdullayev mahnı yazmışdı. Arif Babayev deyib ki, görürsən, nə Füzuli, nə də Ağdam haqqında yazılan mahnılar populyar olmadı, gəl, bu mahnının adını "Qarabağ" et, içində onsuz da Füzuli də gedir. Bəhram Nəsibov Arif Babayevin təklifi ilə razılaşıb "Füzuli" mahnısının adını dəyişib "Qarabağ" qoyur. Arif Babayev deyib ki, mən bu mahnı ilə nə edəcəm? Bəhram Nəsibov deyib ki, sən bu mahnını oxu, vallah bundan bir maşının pulunu qazanacaqsan. Sonralar Arif Babayev danışırdı ki, doğrudan da bu mahnıdan bir maşının pulunu qazanıb. 

Bir gün maestro Niyazi, İslam Rzayev, Dədə Süleyman, Arif Babayev başda olmaqla Qarabağ xanəndələrini yığıb Qarabağa qastrola aparır ki, gedib orada konsetlər versinlər. Gəlirlər, birinci duracaqları Bərdə olur. O vaxt da Rüstəm Səfərəliyev Bərdənin birinci katibi idi. O, Niyaziyə "pambığın yığım vaxtıdır, bu vaxt adamları işdən ayırmaq olmaz, gedin, sonra gələrsiniz"-deyir. Nə isə narazılıq edir. Bunlar Bərdədən Xankəndiyə gedirlər, ondan sonra Füzulidə, Ağdamda, bir sözlə, Qarabağda konsertlər verirlər və axırda yenə Bərdəyə qayıdırlar. Rüstəm kişi onları qarşılayıb deyir ki, planı yerinə yetirmişik, rayonun pambıq planını doldurmuşuq, xoş gəlmisiniz. Bütün kollektivi qonaq edir. Arif Babayevi, İslam Rzayevi və Dədə Süleymanı, seçilən adamları özü qəbul edib onlarla oturur. Ayağa durub sağlıq deyir: "Qızıl çubuqlu, dünyanın ən böyük dirijoru Niyazinin sağlığına". Yolda da Niyazi narazlıq edibmiş. Məclisdə Dədə Süleyman ayağa durub Niyaziyə "maestro, qoçəhmədlilər xəbərçi deyil, sənin narazılığını birinci katibə deməmişəm" deyir. Orada da Rüstəm Səfərəliyev Niyaziyə deyir ki, Süleyman bacım oğludur, ondan muğayat ol. Niyazi də deyir ki, qayıdan kimi təşkil edəcəm, sənə xalq artisti fəxri adı verdirəcəyəm. Amma belə oldu ki, o da dünyasını dəyişdi və Dədə Süleymana fəxri ad verilmədi. 

"Qarabağ" mahnısını Arif Babayev Qarabağa qastrol zamanı oxumuşdu. O mahnı ona böyük uğur qazandı. Mən özüm də Qarabağ xanəndələrinin Qarabağda verdiyi konsertə getmişdim. Rəhmətlik Bəhram Nəsibovla yaxından tanış idim, salam-əleykimiz vardı, Arif Babayevlə dostluğum-qardaşlığım vardı. Çox yaxşı əlaqələrimiz olub. Bəhram müəllimlə tanışlığımıza gəlincə, əvvala yerli idik. Bəhramla bir məclisdə görüşdük. Soruşdu ki, hansı kənddənsən? Dedim ki, Arayatlıdan. "İki dəfə Sosialist Əməyi Qəhrəmanı Şamama Həsnovanın kəndinsəndən demək. Bəs mən onun yanına getmək istəyirəm, məni onunla görüşdür". Şamama xanımın qızı İçərişəhərdə Məmmədəlinin kababxanasının üstündə kirayədə yaşayırdı. Şamama xanımın qızı indi də durur, adı Tərlan xanımdır ginekoloq-həkimdir, Bayılda doğum evində işləyir. Təşkil etdim, Bəhram bazarlıq edib Şamama xala ilə görüşdü, o da Bəhrama kömək etdi. Yəni elə məsələlər var ki, onlar haqda oxucular bəzən düzgün məlumata malik olmurlar.  

Mən ona görə sizinlə əlaqə saxladım ki, "Qarabağ" mahnısının həm yaranma tarixi səhv təqdim edilir, həm də sözləri təhrif edilərək oxunur. Bu barədə dəqiq məlumata malik olduğum üçün bunu oxucularla bölüşmək istədim. Bəhram Nəsibovun oğluna sözüm yoxdu, o şox zəhmət çəkib atası haqda belə yaxşı işlər görüb. Amma Arif Babayev bu mahnı ilə bağlı məsələlərə şahiddir. Allah onun canını sağ eləsin. 

Arif Babayev deyir ki, Bəhram pomidor-yumurta bişirirdi, dedi "sən bu mahnını oxu, vallah bundan bir maşının pulunu qazanacaqsan". 

F.Süleymanov onu da dedi ki, o zaman yataqxanada erməni komendant olub və o, Bəhramdan o mahnıya ermənilərin də adını salmasını istəyib, o da etiraz edib: "Bəhramın oğlu tamamilə doğru deyir. Erməni komendant Bəhrama deyib ki, ora bir erməni qəhrəmanının da adımı sal. Biz Bəhramla bu barədə ikilikdə söhbət etmişik. O da etiraz edib ki, mahnıya ermənin adını niyə salım. Heç o vaxt bu məsələlər yox idi. Həm də o mahnıya erməni adı uyğun da gəlmirdi. 

İndi iddia edirlər ki, guya "Qarabağ" mahnısının sözlərini Rəfiq Zəka Xəndan yazıb. Qarabağ, Füzuli barədə orada doğulmayan bir adam belə şeir yazmazdı, "danışan dil-dodağın tar-kaman Füzuli" yaza bilməzdi.  

Yenə deyirəm, Bəhram Nəsibov "Füzuli" mahnısının adını Arif Babayevin məsləhəti ilə dəyişib "Qarabağ" qoyub. Bu faktdır, həqiqətdir.  

Dediyim kimi, indi oxuyanlar "Qarabağ" mahnısının sözlərini də səhv oxuyurlar. Əvvəlcə, Mənsum İbrahimov səhv oxudu, başqa xanəndələr də ona baxıb o cür ifa edirlər. Bu mahnının sözlərini ən düzgün şəkildə Arif Babayev oxuyub və "Qarabağ"ın ilk ifaçısı da odur. 

"Anadır arzularam, hər zaman Füzuli, danışan dil – dodağı tar-kaman Füzuli!"  İndi oxuyurlar ki, danışan dil-dodağım tar-kaman Qarabağ" (yaxud Füzuli). Belə şey var? Füzulinin, yaxud Qarabağın dil – dodağı oxuyan tar-kamandır. Yəni bu belə olmalıdır"-deyə müsahibimiz bildirdi.

Uzun illər ticarətlə məşğul olan, ara-sıra şeirlər yazan, musiqi bilicisi, musiqisevər Fərman Süleymanovun fikirlərini olduğu kimi işıqlandırdıq. 

Ola bilsin ki, xanəndələr arasında bu fikrə münasibət bildirmək istəyənlər olsun, onların da mövqeyini işıqlandıra bilərik.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu: Tarixi irslik və müasir parametrlər...

06.10.2026 / 14:02
Rusiya və İranın ümidi Xəzərədir, dəniz isə sürətlə dayazlaşır...

06.10.2026 / 13:39
Tramp Yaxın Şərqdə qüvvələrini artırır, İranın başı üzərini yenə qara buludlar alır...

06.10.2026 / 12:39
Qubada iki nəfər 19 kiloqram narkotiklə saxlandı...

06.10.2026 / 12:30
Prezident İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - FOTO

06.10.2026 / 12:05
Fransada məktəb etirazlarında saxlananların sayı 5 mini keçdi - 1802 şagirdə cinayət işi açıldı...

06.10.2026 / 11:45
Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava düşdü - VİDEO

06.10.2026 / 11:23
"Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb" - Milli Məclisin sədri

06.10.2026 / 11:14
Britaniya İsrailə xəbərdarlıq mesajı göndərdi - 27 diplomat ölkədən qovulacaq…

06.10.2026 / 10:58
Ələt Azad İqtisadi Zonasında hava limanı bu tarixdə fəaliyyətə başlayacaq...

06.10.2026 / 10:46
Şahin Mustafayev Overçukla görüşdü - ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edildi

06.10.2026 / 10:36
Qara dənizdə yük gəmisi vuruldu - bir azərbaycanlı həlak oldu, daha biri itkin düşdü...

06.10.2026 / 10:23
İsrail İrana qarşı yeni hücuma hazırlaşır…

06.10.2026 / 10:11
Qaxda sürücülük hüququ olmayan gənc ölümlə nəticələnən qəza törətdi - DYP sürücülərə çağırış etdi...

06.10.2026 / 09:51
Tramp "Flydubai” təyyarəsindəki olaya görə məsuliyyəti İranın üzərinə qoydu…

06.10.2026 / 09:43
Azərbaycan neftinin qiyməti artdı - 124 dollar...

06.10.2026 / 09:38
Tramp B-1 bombardmançılarını Britaniyadan niyə geri çəkdiklərini açıqladı - Təhdid var idi…

06.10.2026 / 09:22
Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarını daşıyan Türkiyə gəmisini vurdu…

06.10.2026 / 09:07
İranda qadınlar da döyüş hazırlığına başladı

06.10.2026 / 07:09
Moskvanın məşhur Volodarsk qəsəbəsində neft anbarı yandı - PUA hücumu üzündən

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

05.10.2026 / 22:11
“Bakıdakı Türk Şəhidliyi elə Nuru Paşanın əsgərlərinin əziz xatirəsinə qoyulmuş abidə deyilmi?" - Aydın Quliyev

05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...

05.10.2026 / 21:25
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti... - FOTO

05.10.2026 / 21:18
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

05.10.2026 / 21:15
“Putin yolu” layihəsi Qafqazlarda fantastik dəyişiklikləri hədəfləyib.... TRİPP, dəmiryolları...

05.10.2026 / 20:57
Paşinyan iqtidarını “sülh göyərçini” etmək istəyənlərin cavabı sərt verildi...

05.10.2026 / 20:51
Ceyhun Bayramov və Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər

05.10.2026 / 20:40
Azərbaycanlı milyarderin dünyadakı varidatını Trampla Putin bölüşdürür...

05.10.2026 / 20:23
Azərbaycan 2 Zəfər tağını fəth etdi, 3-cüdən könüllü imtina etdi - səbəblər var...

05.10.2026 / 20:08
Azərbaycanın bütün dünya qütblərilə təması nadir təcrübə sayıldı...

05.10.2026 / 19:50
Siyəzəndə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat - 14 nəfər saxlandı...

05.10.2026 / 19:43
Son illərdə Azərbaycan bir neçə beynəlxalq formatlara qoşulub - nəticə böyükdür...

05.10.2026 / 19:27
Azərbaycan 2 supergüclə mühüm sənəd imzaladı - dünyada belə təcrübə daha kimdə var...

05.10.2026 / 19:21
Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb

05.10.2026 / 19:14
Satmaq öhdəliyi ilə kirayə mənzil üçün müraciətlərin qəbulu müvəqqəti dayandırıldı...

05.10.2026 / 19:04
İstanbulun Boğazında 25 illik möhtəşəm ənənə - FOTOLAR

05.10.2026 / 18:52
Ermənistanda həbs edilmiş Azərbaycan əsgəri barədə ağlasığmaz hekayələr uydurulur...

05.10.2026 / 18:37
“Azərbaycan Cermukda 70 km ərazi işğal edib” - Erməni mediasında yeni fitnəkarlıq...

05.10.2026 / 18:21
Husilər Səudiyyəyə irimiqyaslı hücuma hazırlaşır - Yaxın Şərq məzhəb müharibələrindən yanacaq...

05.10.2026 / 18:07
“Flydubai” təyyarəsinin ikinci pilotundan ETİRAF - təyyarəni Ben Qurion aeroportuna çırpmağı planlaşırıb…

05.10.2026 / 17:45
İki nəfərin qətli Hindistan-Pakistan müharibəsini yenidən qızışdıra bilər...

05.10.2026 / 17:30
Merzlə Zelenski birgə raket və dron istehsalına qərar verdilər...

05.10.2026 / 17:15
Fəlsəfə və mədəniyyət xəzinəsinin zənginləşməsinə unikal töhfə…

05.10.2026 / 17:02
Hörmüzdə nəqliyyatın çökməsi qlobal ərzaq böhranına səbəb ola bilər - Beynəlxalq təşkilatdan xəbərdarlıq…

05.10.2026 / 16:50
Ermənistanda Sarkisyana yeni cinayət işi açıldı...

05.10.2026 / 16:41
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - FOTO

05.10.2026 / 16:38
İranın Hörmüzdə maraqlı taktikası - neft daşınır, lakin qiymətlər düşmür ki düşmür...

05.10.2026 / 16:28
Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi qaydası dəyişdi

05.10.2026 / 16:21
"Azərbaycan AQEM-in Asiyada əməkdaşlığın təşviqində rolunu yüksək qiymətləndirir" - XİN

05.10.2026 / 16:18
Yarım milyard dollarlıq Azərbaycan-Türkiyə hərbi sazişi imzalandı...

05.10.2026 / 16:07
Səhiyyə Nazirliyindən İrkutskda yayılan xəstəliklə bağlı açıqlama ... - Azərbaycanda epidemioloji vəziyyət sabitdir

05.10.2026 / 16:03
Zelenski Moskvaya tuşlanmış dəhşətli silahı payızda hazır edəcək...

05.10.2026 / 15:49
Tramp Braziliyanı Hindistanla səhv saldı, sonra da paylaşımı sildi…

05.10.2026 / 15:35
Gürcüstan Azərbaycanla sərhəd delimitasiyasına qərar verdi...

05.10.2026 / 15:24
Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs həbs edildi

05.10.2026 / 14:39
Rusiya Moldova-Ukrayna sərhədindəki nəzarət-buraxılış məntəqəsini vurdu…

05.10.2026 / 14:03
Estoniya elit qoşunlarını Rusiya sərhədinə yığır…

05.10.2026 / 13:44
Onlayn kreditlər ölkədə borc bataqlığını daha da dərinləşdirir...

05.10.2026 / 12:40
Prezident İlham Əliyev Malayziya səfirini qəbul edib - FOTO

05.10.2026 / 12:12
ABŞ Ukrayna və Rusiyaya oktyabrın sonunadək yeni üçtərəfli görüş təklif etdi…

05.10.2026 / 12:01
Prezident İlham Əliyev Avstriyanın yeni səfirini qəbul etdi - FOTO

05.10.2026 / 11:57
"Süni intellektdən istifadəni inkar etməklə təhsildə irəliyə gedə bilməyəcəyik" - Emin Əmrullayev

05.10.2026 / 11:46
ABŞ-dan Rusiyada vəba xəstəliyi iddialarına ilk reaksiya - yaxından izləyirik...

05.10.2026 / 11:41
Qarabağdakı qadın minaaxtaranlardan bəhs edən film Avropa festivalında mükafat qazandı

05.10.2026 / 11:35
Səfərbərlik Xidmətində 144 nəfərin işi prokurorluğa göndərildi

05.10.2026 / 11:05
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışını etdi - FOTO

05.10.2026 / 10:58
Rusiyada vəba aşkarlandı - bir nəfər öldü, fövqəladə iclas çağırıldı, yüzlərlə insan karantinə alındı...

05.10.2026 / 10:42
İlin sonunadək 100 məktəb adambaşı maliyyələşmə sisteminə keçəcək...

05.10.2026 / 10:35
Jalə Əliyeva "Şöhrət" ordeni ilə təltif edildi

05.10.2026 / 10:25
Rusiyanın təhdidlərinə baxmayaraq Qərb səfirlikləri Kiyevdən çəkilməkdən imtina etdi…

05.10.2026 / 09:57
ABŞ Hərbi Dəniz Qüvvələri İran sahillərindən 1000 km geri çəkildi – SEPAH-dan iddiia...

05.10.2026 / 09:08
Keçmiş İsrail nazirindən ŞOK İDDİA - Trampdan sonrakı ABŞ prezidenti Fələstini tanıyacaq…

05.10.2026 / 08:10
ABŞ strateji bombardmançılarını Britaniyadan çıxardı...

04.10.2026 / 21:03
Bir dəyişilməz həqiqət var: Azərbaycana günəş Azərbaycandan doğur!

04.10.2026 / 20:15
Almaniya kansleri Merts Kiyevdən Putinə səsləndi - Cənab Putin, mənasız müharibəni dayandırın…

04.10.2026 / 18:48
Polşa və Rumıniya Ukrayna taxılının tranzitini artırmaqdan rəsmən imtina etdi…

04.10.2026 / 18:14
Moskvada kommunistlərin etiraz aksiyasında ən azı 65 nəfər saxlandı…

04.10.2026 / 17:27
“Bəzi ölkələr Rusiya ilə Ermənistan arasında münasibətləri pisləşdirməyə çalışırlar” - Medvedev

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ